Microsoft Word Mexanizm III. Doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/58
tarix08.04.2018
ölçüsü5,01 Kb.
#36630
1   2   3   4   5   6   7   8   9   ...   58

 
 
10
mütəxəssislər, elmi işçilər, iqtisadçılar, ali məktəb tələbələri və 
habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulur. 


 
 
11
I FƏSİL 
 
AZƏRBAYCANIN NEFT-QAZ SƏNAYESİNİN MÜASİR 
VƏZİYYƏTİ VƏ İNKİŞAF MEYLLƏRİ 
 
1.1. Mövcud infrastrukturun və ehtiyatlar potensialının 
qiymətləndirilməsi 
 
Azərbaycanın  ərazisinin dünyanın  ən qədim neft hasil 
edilən regionlarından biri, daha dəqiq desək, birinci olması, 
neftə aid ilkin biliklərin, məlumatların, təəsürratların bu 
məmləkətdən dövriyyəyə  çıxışı beynəlxalq aləmdə geniş 
mübahisələr doğurmayan tarixi faktdır. Bu sıradan dünya 
xalqlarının ensiklopediyaları, neftlə bağlı  ədəbiyyatları, 
məlumat kitabçaları, iqtisadçı  və tarixçi alimlərin müvafiq 
əsərləri neftin beşiyinin Azərbaycan olmasını  təsdiqləyən 
dəlillərlə  zəngindir. Bu ellərdən keçən səyyahlar, tacirlər, 
alilər, əli qələm tutan yolçular ekzotik görnüşlü maddəni-nefti 
vəsf etmiş, ölkəmizin «qara» sərvətinin  şöhrətinin dünyaya 
yayılmasında yardımçı olmuşlar. 
Aşkarlığının 3 min illik inkişaf tarixinin mütləq 
əksəriyyəti bizim məskun olduğumuz yurdla bağlı, mənşəcə 
türk sözü olan «neft» ayrı-ayrı ərazilərdə az fərqlə müxtəlif cür 
səslənsə də planetimizdə müvafiq mənanı ifadə edən  ən geniş 
anlamdır. Makedoniyalı  İsgəndərdən 3-cü reyxə  qədər böyük 
fatehlərin marağına tuş  gələn neftimizin taleyi keşməkeşli 
omuşdur. Onun şöhrətinin daha geniş əks-sədası texnoloji iqi-
labdan gəlmişdir. Daxiliyanma mühərrikləri buxar maşınlarını 
əvəz etməyə başlayanda neft özünün çox illər istilik və  şölə 
saçan libasını mexanizmləri hərəkətə gətirən energetik gücü ilə 
daha da zənginləşdirmişdir. Maye yanacağa artan tələbat onun 
hasilatının sürətli yüksəlişinə gətirmiş, emal prosesində aşkar-
lanan yeni keyfiyyətlər isə kimya sənayesinin istehsal çşidinin 
artımında köklü dəyişikliklərə  səbəb olmuşdur. Planetar 
miqyasda mücərrəd deyimdə belə bir fikir formalaşmışdır ki, 


 
 
12
Günəş Kürreyi ərzi enerji ilə  təmin etdiyi kimi neft də 
bəşəriyyətin enerji təminatını verir.  
XIX əsrin ortalarında ABŞ-da, Peruda, Rumıniyada eyni 
zamanda Azərbaycanda neftin mexaniki üsulla çıxarılmasının 
genişlənməsi bu dövrlərdə hasilatın sənaye xarakteri almasına 
səbəb olmuşdur. Rus imperatorluğunda 1872-ci ildə icarə sise-
minin ləğvi isə Azərbaycanda neft hasilatının 
sürətləndirilməsinə güclü təkan vermişdir. Məhz bu məqamdan 
Azərbaycanda statistik hesabatlarda əks olunan, intensiv istis-
mar tarixi start götürür. Bu illər həm dünyada, həm də 
Azərbaycanda «neft bumu», «neft affekti» kimi 
səciyyələndirilir. Bu tarixi məqamlardan çox illər ötmüş, əsrlər 
dəyişmişdir.  İndi Xəzərin nəhəng karbohidrogen yataqlarının 
aşkarlanması respublikamıza yeni neft bumu gətirmişdir. Milli 
istiqlal, dövlətçiliyin bərpası yaşadığımız dövrdə Azərbaycan 
neftinin tarixi ilə bağlı  tədqiqatların say artımına təsir 
göstərmişdir. Bu təbii prosesdir. Tarixin təkrarlıq məqamında 
keçmişi aramaq milli şüura xas olan əlamətdir. İftixarla tarixi-
mizin  şanlı  səhifələrini vərəqlədikdə biz eyni zamanda milli 
neft-qaz sənayemizin mövcud potensialını elmi-praktiki 
aspektdən qiymətləndirərək  əldə olunmuş  nəaliyyətlərin yeni 
reallıqlar prizmasından təhlilinin aparılmasını  məqsədə müva-
fiq hesab edirik. Məhz bu məziyyətləri nəzərə alaraq biz həm 
də milli neft-qaz sənayemizdə son 120-130 il ərzində for-
malaşmış infrastruktur, sənaye və ehtiyatlar potensialına daha 
çox diqqət yetirməyə üstünlük veririk. 
XIX  əsrin sonlarında neft sənayemizin inkişaf prosesinə 
bir çox xarici sərmayədarlar, milli sahibkarlar cəlb olunmuşlar. 
Avropanın kerosin bazarında ABŞ-la rəqabətdə  təşəbbüsü  ələ 
almaq, neftin axtarışı, kəşfiyyatı hasilatı, istismarı, emalı, nəqli 
və habelə müvafiq sahədə xidmət 
şəbəkəsinin 
genişləndirilməsi, yeni mütərəqqi üsulların, texnologiyaların 
tətbiqi prosesləri artıq Azərbaycanda neft biznesinin forma-
ladığını, müvafiq sənaye infrastrukturun qurulduğunu diqqətə 


 
 
13
gətirən əlamətlər və faktlar idi. Bu əsasda Bakıda neftin emalı 
ilə bağlı zavodların sayı artmaqda davam edirdi. İlk çağlarda 
neft ixracatında nəqliyyatda  əsas rolu dəniz ifadə edirdisə, at 
arabaları ilə daşınan kerosini həcmi də yetərli hesab edilirdi. 
Artan neft hasilatı bu baxımdan nəqliyyatın inkişafına güclü 
təsir göstərirdi. Daşınmada səmərəliliyin artırılmasında 1883-
cü ildə inşa edilən Zaqafqaziya Dəmir Yolu böyük hadisə oldu. 
1888-ci ildə Sabunçu və Suraxanı  mədənlərini birləşdirən 
dəmir yolu xətti işə salındı. 1900-cu ildə isə Petrovsk-Dərbənd-
Biləcəri dəmir yolu ilk qatarları qəbul etdi. Texniki nailiyyətlər 
Bakı neftinin dünya bazarına daha ucuz çıxışını təmin etməyə 
imkanlar açdı. 1907-ci ildə kerosinin ötürülməsini nəzərdə tu-
tan Bakı-Batumi neft kəməri işə düşdü. 1859-cu ildə Bakı por-
tunun inşaası dəniz nəqliyyatında, xüsusən neftdaşınmada yeni 
perspektivlər açdı. O, illərdə  məşhur olan «Qafqaz» və 
«Merkuri» Səhmdar Cəmiyyətlərinin Xəzər dənizində artıq 15 
buxar gəmisi var idi. Bu zaman Xəzərdə təşəkkül tapan dəniz 
donanması Rusiya dəniz donanmasının daşıdığı yükün 40%-i 
qədərini  əlində  cəm etmişdi Sonrakı illərdə neftin tankerlərə 
daşınmasında onun payı daha da yüksəldi. Artıq bu illərdə 
Xəzərdə neftin, kerosinin daşınmasını təmin edən 176 gəmi var 
idi. Bununla belə  Xəzərdə  həm də Rusiya Ticarət Dəniz 
Donanmasının strukturu kimi Bakı Ticarət Donanması 
fəaliyyət göstərirdi. Bu donanmanın potensialı sonralar 
Sovetlər  İttifaqı zamanı yaradılmış  Xəzərdəniz Gəmiçiliyi və 
Xəzərdənizneftdonanmasının əsas bazasını təşkil etmişdir. 
Şirvanşahların mərkəzi qədim Bakı XIX əsrin 
əvvələrində, Rusiya istilasının ilk illərində əhəmiyyətsiz şəhər 
hesab edilirdi. Şamaxı zəlzəsi quberniya mərkəzinin bu şəhərə 
köçürülməsi amilinə çevrildikdən sonra yeni gerçəkliklər, 
böyük neft kəşfləri onu əhəmiyyətini daha da gücləndirdi. Neft 
Bakının simasını sürətlə  dəyişdirməkdə idi. Burada istehsal 
ounan neft Amerika neftini Avropa, Rusiya bazarlarında sıxış-
dırmağa başlamışdı. Bakı nefti və Bakı şəhəri ilə bağlı bir çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə