44
gələcək nəsillərin miras payıdır. İqtisadiyyatlarını əsasən neft
faktoruna kökləmiş bu dövlətlər ehtiyacların tükənəcəyinə
rəğmən yeni nəslə davamlı inkişafı tə’min etmək məqsədi ilə
yüksək texnologiyalı
sənaye komplekslərini, aqrar
təsərrüfatları, xidmət sahələrini, böyük kapital mənbəli bank-
ları ərmağan qoymuşlar.
1973-cü ildə ümumi dünya neft böhranından sonra Qərbin
inkişaf etmiş dövlətləri neftin qiymətində reqressiyanın qarşıs-
ını almaq üçün kompleks tədbirlər həyata keçirdilər. Alternativ
enerji mənbələrinə, qənaətedici texnologiyalara diqqətin ar-
tırılması neft sərvətlərinin tükənəcəyinə bir işarə oldu. Geoloji
axtarış işləri göstərdi ki, regionda neft ehtiyatları yüksək olsa
da, sonsuz deyildir. Neft firavanlığının əbədi olmaması faktı
qarşısında ilk olaraq Bəhreyn qaldı. Bəhreynin neftlə bağlı ta-
leyi digər neft ixrac edən monarxiyaları postneft epoxasını
götür-qoy etməyə tuşladı. Belə reallıq region ölkələrinin
neftdən sonra iqtisadiyyatının təminatında uzun müddətli ink-
işaf konsepsiyasının hazırlığına rəvac verdi. Bu konteksdə
gələcək iqtisadiyyatın formalaşma prosesi region ölkələri üçün
əsas üç istiqamətdə təzahür edir:
1.
Təsərrüfatın diversifikasiyası;
2.
Kapitalın xaricdə uzunmüddətli və möhkəm
yerləşdirilməsi üçün miqyaslı maliyyə investision
fəaliyyətin reallaşdırılması;
3.
Müasir dünyaya uyğunlaşan olunan, intellektual-
mədəni mühiti formalaşdıran məşğulluğun əsas sfera-
larında kadrların yerləşdirilməsi.
Başlanan proses yerli iqtisadiyyatın diversifikasiyasının
həm istehsal, həm də qeyri-istehsal sferasını ehtiva edir. Re-
gion ölkələri çalışırlar ki, xam neftin və qazın ixracından neft,
neft-qaz kimyasının məhsullarının ixracına keçsinlər. Hasil ol-
unan neftin 90%-ni emal edən Küveytin neftayırma zavodları
xam neftə nisbətdə daha çox neft məhsullarının ixracından
gəlir əldə edirlər. Burada həm də müəyyən qədər yanacaq
45
ixracını enerjitutumlu məhsullar, o cümlədən əsasən Avstrali-
yadan gətirilən aliminiumun əridilməsindən alınanlar əvəz edir.
İndi neft emalı, neft-kimyası, enerjitutumlu metallurgiya kom-
binatları Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman və Qatarda daha
çox intişar tapır. Bununla belə region ölkələri kənd
təsərrüfatının inkişafında müvafiq layihələrin gerçəkləşməsinə
külli miqdarda pul xərcləyirlər. Səudiyyə Ərəbistanın səhra
şəraitinə baxmayaraq özünü taxılla təmin edir və hətta
müəyyən qədər də ixrac prosesini həyata keçirir. İndi Küveyt,
BƏƏ müxtəlif meyvə-tərəvəz, çiçək ixracatında da
üstünlüklərə nail olmuşlar. Turizmin, maliyyə sferasının inkiş-
afından da gəlir əldə edilir. Regionda offşor biznesi də sürətlə
inkişaf tapır. Küveyt Britaniyanın, Kanadanın, Yaponiyanın bir
çox digər Qərbi Avropa ölkələrinin məşhur və qüdrətli
transmilli korporasiyalarının həmsahibi kimi çıxış edir. Onun
Qərbi Avropada minlərlə yanacaqdoldurma stansiyası, Dani-
markada, Hollandiyada və İtaliyada iri neftayırma zavodları,
böyük hava limanlarında çoxsaylı avia-yanacaq məntəqələri
vardır. Bundan başqa özünün dəniz donanmasında 30-a yaxın
tankerə malik olan Küveyt həm də inkişaf etmiş kapitalist
ölkələrində 100 milyard dollardan çox sərmayə qoyuluşuna
malikdir. Dünya ölkələri arasında, xüsusən Afrikada neft
əsasən avtokratların inhisarındadır. Belə meyl hakim təbəqənin
əlində olan neftdollarından səmərəli istifadədə məhdudiyyətlər
yaradır.
İnhisarlaşmanın möhkəmləndirilməsi azarı
hakimiyyətin saxlanılmasında əsas vasitəyə çevrilir.
İqtisadi anlamda Afrika az inkişaf etmiş, sadə təsərrüfat
strukturlarına malik sosial göstəriciləri yüksək olmayan bir re-
gion təssüratını verir. Dünyəvi mənzərədə Afrikanın təsərrüfat
fəaliyyətinin miqyasları yetərli deyildir. Bəşəri qlobal
problemlər regionda öz kəskinliyi ilə fərqlənir. Regional
meyarlar əsasında işlənmiş nəzəri sistemlər, riyazi modellər,
metodik yanaşmalar Afrikanın təsərrüfatına, inkişafına və
tədqiqinə yararlı hesab edilmir. Afrika mineral xammal ehtiyat-
46
larının geoloji kəşfi cəhətdən az tətqiq olunmuş ərazi hesab ol-
unur. Buna baxmayaraq burada kifayət qədər aşkarlanmış ehti-
yatlar mövcuddur. Energetik resurslar sferasında neft aparıcı
mövqedə durur. Son onilliklərdə Liviyada, Nigeriyada,
Əlcəzairdə kəşf edilən iri neft yataqları ümumilikdə 9-10
milyard ton miqdarında hesablanır. Dünya neft hasilatında Af-
rikanın payı 10% həddindədir və burada hər il 330-350 milyon
ton neft hasil edilir. Okeanın o tayında Latın Amerikasında isə
bu xüsusda başqa bir mənzərə mövcuddur.
Latın Amerikası mineral xammal ehtiyatlarının praktiki
olaraq bütün növləri üzrə təmin olunmuşdur. Kəşf olunmuş ya-
nacaq resursları içərisində neft və qaz əksəriyyət təşkil edir.
Burada neft ehtiyatları 18 milyard tondur. İnkişafı təmin etmək
marağı region ölkələrinin daha sıx inteqrasiyada qəbul olun-
masına təkan vermişdir. Burada müxtəlif sayda güclü inteqra-
sion regional qruplar vardır. Çox ölkələrdə latifundizm
meylləri qalmaqdadır. Əhalinin 40%-dən çoxunu kustar
sənayedə çalışanlar təşkil edir. Təbii ehtiyatlar, tarixən imti-
yazlı təbəqələrin əlində olduğundan təsərrüfatı kiçik daxili ba-
zarı və zəif inkişaf etmiş sənayeni xarakterizə edir. Məhz bu
faktor regionu daha çox xarici kapital asılılığında qoyur. İnk-
işaf etmiş ölkələrin, inkişaf etməkdə olan ölkələrdə birbaşa
kapital qoyuluşlarının yarısı bu regionun payına düşür. Əksər
ölkələrdə dövlət infrastruktura və iri neft müəssisələrinə
nəzarət edir. Latın Amerikası dünyanın ən qədim neft
rayonlarından sayılır. XIX əsrin ikinci yarısında Peruda sənaye
üsulu ilə neft hasilatına başlamışdır. Bu gün Venesuellada,
Meksikada regionun kəşf olunmuş ehtiyatlarının 90%-i
cəmləşmişdir. Təkcə bu iki ölkədə hər il 320-340 milyon ton
neft istehsal edilir. Qaz hasilatının 80%-i, istehlakın 65%-i Ve-
nesuella, Meksika və Argentinanın payına düşür. Bütün
bunlara baxmayaraq region ölkələri ABŞ və Yaponiyanın kapi-
tal asılılığında qalmaqdadılar.
Qədim neft ölkəsi olan Venesuellada intensiv neft hasi-
Dostları ilə paylaş: |