Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə36/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   31   32   33   34   35   36   37   38   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 141 


Çünki  belələri ölmür. Onlar rəzalət və  lənət obyektinə 

çevrilirlər. 

Folklor motivinin gücü, süjet oxşarlığı konflikt 

yaratmaqda, ictimai quruluşun rəzalətini, sərvət hərisliyinin 

insanlıq üçün necə murdar rol oynadığını ifşa etməkdə 

dramaturqun imkanını artırmışdır. Maraqlıdır ki,  əsərin 

proloqu da folklor motivi üzərində qurulmuşdur. 

Leylinin hə, o rəvayətə qayıdaq, hansı şahdan deyirsiniz? 

Sualına cavab olaraq Nəriman deyir: 

... Bir dəfə  əyanlardan biri şahın sözünü yaxşı  eşitmir. 

Şahın ona acığı tutur, cəllada əmr edir ki, aparıb qulağını kəs. 

Əyan gedərkən cəlladın qulağına nə isə pıçıldayır. Bunu görən 

şah qəzəblənir və cəllada nə dediyini əyandan soruşur. 

Əyan cavab verir ki,  ona yüz tümən vəd etdim ki, 

qulağımın yarısını  kəssin.  Şah- ay axmaq, yüz tümən ona 

verincə, əlli tümən mənə ver, qulağını heç kəsdirməyim-deyir. 

Nəriman Nərimanovun  dili ilə despotizmi ifşa edən ədib 

proloqda taclı  və tacsız despotların “xalqa yaman tov” 

tutmalarından söhbət açır. Nəriman tacsız despotlardan birini – 

Mazar bəyi tanıdığını dilə  gətirərək deyir. “Bakıda yaşayır. 

Onun etdiklərini yadıma salanda başımda tüklərim biz-biz olur” 

(99,83). Şərq qadınlarının dözümlü və  vəfalı olması qənaəti ilə 

çıxış edən Nərimanov Mazar bəyin arvadı Maral verdiyi zülm 

və işkəncəni nəzərdə tutaraq onu lənətləyir. Beləliklə, proloqda 

əsərin rəvayət üstündə qurulduğu aşkarlanır,  əsər boyu bu 

rəvayət canlanır, səhnədə pulun iblis sifəti, insan qəlbində 

törətdiyi dəhşətlər üzə çıxır. 

Pyesdə atalar sözü, zərbi-məsəllər, hikmətli ifadələr bir 

silsilə təşkil edir. bu silsiləni iki qrupa bölmək olar. 

1.

  Namərdliyə, alçaqlığa nifrət ifadə edən atalar 

sözləri, zərbi-məsəllər 

a)

  Obrazın daxili aləmini açmaq məqsədilə  işlədilən 

folklor örnəkləri 

Fazil Əliyev 

 

 142


b)

  Təfəkkürdə cilalanmış ifadə  tərzi, hikmətli 

duyumlar. 

Birinci qrupa daxil olanlar bunlardır: “Neyləyirəm qızıl 

teşti içinə qan qusam”, “Ayı ilə həmsayə olmaq bədbəxtlikdir”, 

“Kim deyə bilər ki, tülkü ilə yoldaşlıqdan xeyir görüb”,  “Ot öz 

kökü üstə bitər”, “Gədədən gədə törəyər”, “Vəzifə qulu 

olduğunuzu bilirəm”, “Külünüz göyə sovrulsun”, “Cahil 

adamlar çox qansız və amansız olurlar”, “Yaralı canavar 

qorxulu olur”, “İnsafı, mürvəti itirəndə insan necə bir yırtıcıya 

çevrilir”. 

Maral xanımın işlətdiyi bu sözlər, onun dözümlü, 

namuslu bir qadın olduğunu göstərir. Mazar bəyin zülmünə 

dözmüş  oğlu Nazimi tərbiyə etmişdir. Müsbət surətlərin 

söylədiyi atalar sözləri və  məsəllər  əsərdə folklor deyim 

tərzindən bəhrələnməsinin uğurlu nümunələridir. “Bu dünyada 

əlacsız dərd yoxdu, yıxılmayan ev, basılmayan igid”, “Lopa 

bığda qeyrət olmaz”, “Ağzından od tökülür”, “Dilindən danıb 

gönü verərsən suya”, “Yersiz mərhəmətdən qorxmaq lazımdır”, 

“İşləyən başın dərdi çox olur”, “Qızla oğlan qovla çaxmaq 

kimidir” sözlərindən ifşa tərzindən istifadə edir. 

“Öz  əməlimlə öz evimi yıxmışam!”, “Allah mənə ayı 

bədəni verib, sinəmə öküz ürəyi  qoyub”, “Palçığa batmış 

eşşəyin günündəyəm”. Qumarda uduzan qardaşının 

milyonlarını  ələ keçirən Hacı Mazar isə  mənimlə ehtiyatlı 

dolan, “Yurdunu kor qoyaram!” “Ocağını dağıdaram, külünü 

göyə sovuraram” deyərək təbiətdəki quduzluğu nümayiş etdirir. 

Folklordan bəhrələnən sənətkar dastan və nağıllarda 

rəvayətlərdə yaşayan qaniçən  şahların eyni olan “tacsız 

despotun” daxili aləmini üzə çıxartmışdır. 

Mazar bəy evindən qaçarkən oğlu Nazimə  də güllə atır. 

Güllə ona dəymir.  İnsanlıq hissini itirmiş qardaş qatili, oğul 

qatili olmaqdan da çəkinmir. Tükəzin bir replikasından görünür 

ki, Mazar bəy arvadını  İçərişəhərdəki “Mülkün zirzəmisinə” 

salıbmış. Mazar bəydən intiqam alan Kərim bəy deyir: “Sən öz 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 143 


əlinlə bu evdə öz məzarını qazmısan!” “Mən sənin taleyindən... 

Səninlə haqq-hesabı çürütməyə  gəlmişəm”. Qardaşı Tacir 

Əlinin son nəfəsində dediyi: “Mənə bir içim su verin, alışıb 

yanıram!” sözlərini Kərim bəyin xəncərinə tuş olan Mazar bəy 

də  təkrar edir. Ataların dediyi: “Tutma tutarlar” sözü özünü 

doğruldur. “Əməllərinin axır nəticəsindən  qorx” deyimi öz 

təsdiqini tapır.  

Əsərdəki Tükəz də folklor obrazını xatırladır. Maral 

xanıma falçılıq edən Tükəz həm də tərkəçarəliklə məşğul olur.  

Yenə cin şeytan-dolub uşağın ürəyinə.  Şişləri qızdır, çildağ 

eliyəcəyəm (99,92). 

Falçılıq, türkəçarəlik xalq kimi xalq ənənəsinin bədii 

ədəbiyyata gətirilməsi M.İbrahimovun dırnaqarası milli adətə 

mənfi münasibətini göstərir. Eyni zamanda falçılığın  aşağılıq, 

nadanlıq, fırıldaqçılıq vasitəsi olduğunu obrazlı bir dillə 

qamçılayır. 

“Közərən ocaq” dramında xalq yazıçısı, söz xəzinəmizin 

qızıl fonduna daxil ola biləcək deyimlər, hikmətli söyləmələr 

yaratmış: “Taclı  və tacsız despotlar”a nifrətini bildirmişdir. 

“Başı girləmək lazım deyil, işlətmək lazımdır”, “Güc və zor 

işlənən yerdə  nə azadlıq olar, nə birlik”, “Nakam məhəbbət 

sağalmaz yaradır”, “Sağlam ruhlu cəmiyyətlərdə tənqid vətən-

pərvərlik sayılır” (99,140). 

Mirzə  İbrahimovun elmi-nəzəri, ictimai-fəlsəfi düşüncə-

nin məhsulu olan əsərində olduğu kimi, bədii əsərlərində, nəsr 

və dramlarında da sənətkar şıxsiyyəti önçül yer tutmuşdur. 

Milli-əxlaqi tərbiyə  məsələləri, atalar sözləri, hikmətli 

ifadələr, ayrı-ayrı personajların daxilində kök salmış  mənfi 

virusların daşıyıcısı olan “mazarbəylərin”, “məmişovların”, 

“alışovların” ifşası M.İbrahimov dramaturgiyasının ana xəttini 

təşkil edir. 

 

 



 

Fazil Əliyev 

 

 144


 

N Ə T İ C Ə 

 

Böyük rus tənqidçisi B.Q.Belinski demişdir: “İnsanı xəlqi 



edən onun təbiətidir”. Xalq yazıçısı M.İbrahimovun təbiətində, 

ömür kitabında xalq həyatının öyrənilməsinə ən ülvi, ən parlaq 

səhifələr ayrılmışdır. O, folklorumuzun dərin qatlarını üzə 

çıxarmaq, onun ədəbi prosesə  təsirini aşkarlamaq sahəsində 

ədəbi-elmi qüvvələrin yolunu işıqlandırmışdır. Həm də  dərin 

məzmunlu, elmi-fəlsəfi fikirlərlə Azərbaycan folklorşünaslığı-

nın  inkişafına çox güclü təsir göstərmişdir. 

Mirzə İbrahimovun elmi-nəzəri və bədii irsi ənənəyə mü-

nasibətdə yaradıcı sənətkar olduğunu əks etdirir. Təkcə Nizami 

Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli 

Axundov, Mirzə  Ələkbər Sabir və  Cəlil Məmmədquluzadə  və 

başqa görkəmli şair və yazışılara əllidən çox məqalə həsr edən 

xalq yazıçısı milli folklordan bəhrələnmək sahəsində möhkəm 

zəminə  əsaslanmışdır. Klassik poeziyada yaşayan folklor mo-

tivləri, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, 

Yusif Vəzir Çəmənzəminli nəsrindəki şifahi xalq ədəbiyyatına 

vətəndaşlıq məhəbbəti Mirzə  İbrahimov üçün ədəbi-təcrübə 

mənbəyi rolunu oynamışdır. 

Xalqın düşüncəsini, onun təfəkkür fərdiliyini özündə əks 

etdirən sənətkarlar dünya ədəbiyyatında təqdir olunan fəlsəfi-

estetik ideallara biganə qala bilməzlər. Mirzə  İbrahimov 

yaradıcılığında bu həqiqət öz ifadəsini tapmışdır. Qədim yunan 

və dünya mifik təfəkkürünün “İliada” və “Odisseya” kimi 

nümunələrinə  bələdlik Uilyam Şekspir, Bernard Şou, Con 

Bayrondan tərcümələr onun milli folklordan yaradıcılıqla 

bəhrələnməsinə müsbət təsir göstərmişdir. 

Yazıçı-alim  ənənədən istifadə  məsələsində orijinal yol 

tutmuşdur. O göstərir ki, ənənənin qeydinə  nəzəriyyəçilərdən 

daha çox yaradıcılar qalmalıdırlar. “Çünki qüdrətli yaradıcılıq 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə