Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə33/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   29   30   31   32   33   34   35   36   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 129 


   

 

 

 

Yağış yağar yer doymaz 

   

 

 

 

Mən səndən necə doyum (68,80). 

 Bu  bayatının ikinci variantı yoxdu. “Bayatılar” 

kitabında olduğu kimi verilmişdir. 

 Namərd gülləsinə tuş olan Abbasın ölümündən bir az 

əvvəl söylədiyi bu bayatı isə  əsərdə faciəvilik və  kədər hissi 

oyadır. Tamaşaçı-oxucu onun ölümünü dərin təəssüf hissi ilə 

qarşılayır. Abbasın sevgisi də öz ağır dərdini qabaqcadan 

duymuş kimi dastan, nağıl qəhrəmanlarına xas olan bir hala 

düşür: “Ana, ana yadındadırmı, mənə nağıl danışardın, oğlan 

səfərə gedib, qız da onun yolunu gözləyir...” (68,82). 

“Kitabi-Dədə Qorqud” dastanında Beyrəyin nişanlısı 

onun gəlib çıxmadığını eşitdikdə ağlayır: “Beyrəyin yavuqlusu-

na xəbər oldu. Banuçiçək qaralar geydi, ağ ağ  qaftanına çıxdı. 

Güz olması kimi al yanağını dartdı, yırtdı”. 

Atlasın oxuduğu: 

 

 



 

 

Yolunu gözlərəm könlüm yaralı, ay aman, 



 

 

 

 

Kəməndə salmısan ovçu maralı, 

 

   Ruh 

necə yaşasın candan aralı... 

 

 

 

 

Can sənə qurban, 

 

   Sevgili 

oğlan 

 

 

 

 

Məni ağır 

 

 

 

 

Dərdə saldın, 

 

   Harda 

qaldın, yar, gəl, 

 

 

 

 

Ay aman, ay aman gəl!.. (68, 84). 

Nəqarətli sərbəst qoşma təsiri bağışlayan şer parçası ilə - 

sənətkar intizar içində  yol gözləyən aşiqin dərdini bədii dilə 

çevirib oxucuya təqdim etmişdir. 

Mirzə  İbrahimov folklorla yaşayan sənətkardır. Onun 

səhnə  əsərində folklor motivi əsasən atalar sözləri, məsəllər

bayatılar, xalq deyim tərzi ilə özünə yer tapmışdır. Bayatılardan 

geniş istifadə olunması M.İbrahimovun folklorla bağlı sənətkar 

olduğunu göstərir.  Bir dram əsərində lirik növə aid yeddi 

Fazil Əliyev 

 

 130


nümunədən bəhrələnən  əsərdə folklor duyumunun samballı 

olduğunu göstərir. 

“Həyat” pyesində  olduğu kimi, 1941-ci ildə yazdığı 

“Məhəbbət” pyesində də folklor sənətkarın ideyanı aydınlaşdır-

maq, fikrin konkret şəkildə ifadə etmək imkanını artırmışdır. 

Şifahi xalq yaradıcılığından bəhrələnmə, incə  mətləbləri sənət 

dili ilə vermək  əsərin bədiilik meyarına müsbət təsir göstər-

mişdir. 


Yazıçı  əsərdə  bəzi atalar sözlərini təfəkkür süzgəcindən 

keçirərək işlətmişdir: “İyirmisindən yel çəkən altmışında sızlar” 

(68,180), “Sevilən layiq olar”, “Yaxşı ürək pis yerə meyl 

etməz”, “Hər cəsarət hələ istəyin dərinliyini bildirmir”, “Sevgi 

olan yerdə mühakimə susur”, “Kim çox dərd çəksə, onun dərdi 

də çox olar”, “Namussuz övladın olmağından, olmamağı 

yaxşıdır”, “Ayıq vaxtında  əclaf, sərxoş vaxtında səmimi 

adamlarla badə qaldırmaq haramdır”. 

El arasında bunların müxtəlif variantları işlədilir. “Altmı-

şında öyrənən, gorunda çalar”, “Sevilmək xoşbəxtlikdir”, 

“Yaxşı  oğulun anası  ağlamaz”, “Məhəbbətin dili laldır”, “Za-

man  ən böyük həkimdir”, “Dəm-dəm gətirər, qəm də  qəm”, 

“Bəd övladdan Allah da bezər”, “Sərxoşla oturub-duran xeyir 

tapmaz”. 

“Məhəbbət” pyesində atalar sözləri və  zərbi-məsəllər 

dialoqların daha canlı və məzmunlu olmasına xidmət edir. İstər 

müsbət, istərsə  də  mənfi obrazların dilində bu nümunələrin 

işlədilməsi əsərin bədii cəhətdən daha səviyyəli olmasına səbəb 

olmuşdur. Müsbət obrazların işlətdiyi atalar sözlərinə diqqət 

yetirək: Zəhra: “Düzlükdən böyük dövlət yoxdur”, Məhəbbət: “ 

Dünyada namus və düzlük ən böyük dövlətdir”, Məşədi Qulam 

Hüseyn: “Qızı özbaşına qoysan, ya halvaçıya gedər, ya 

zurnaçıya”, “Əlli illik dəyirmanın yolunu öyrətmə!”, “Utan-

utanmazdan, qorx qorxmazdan”, “Ulu sözünə baxmayan ulaya-

ulaya qalar”, “Sövdanı pul kəsər, divanı  qılınc”, “Düzə düz 

deyərəm,  əyriyə-əyri”, “Aşıq gördüyünü çağırır”, “Yüksək 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 131 


əməllər təmiz məhəbbətdən doğar”, “Namussuz övladın 

olmağından, olmamağı yaxşıdır”, “Ər bir, arvad bir” (98,185). 

Əsərdə təsvir edilən hadisələr Vətən müharibəsi illərində 

cərəyan edir. Lakin folklor  materiallarının təhlili göstərir ki

əsərdə  tərbiyə, xalqın  əxlaqi görüşlərinə münasibət də ön 

planda verilmişdir.  İki ailənin, zavod direktoru Məmişovun 

qızları    Hürü  və  Zəhranın, Məşədi Qulam Hüseynin və 

Fatmanisənin qızı  Məhəbbətlə  oğlu Mayilin tərbiyəsi məsələsi 

süjet xəttinin aparıcı rolunu təşkil edir. 

“Dünyada namus və düzlük ən böyük dövlətdir” - deyən 

Məhəbbət, eyni əqidə ilə yaşayan Zəhra xalqımızın  əxlaqi 

görüşlərinin daşıyıcısı kimi çıxış edirlər. 

Məşədi Qulam Hüseynin işlətdiyi atalar sözləri, məsəllər, 

namus,  əxlaq haqqında onun düşüncəsini, sağlam ruhlu ailə 

başçısı olduğunu göstərir. 

Qəşəm Həşimov “Qayışımın altını bərkitdim” deyə-deyə 

gün keçirən bir adamdır, laqeyddir, qızı Hürünün pozğun 

həyata yuvarlanması belə onu maraqlandırmır. Maraqlıdır ki, 

Məmişov “Məntiq Həsənoviç” hekayəsinin qəhrəmanı  Məntiq 

Həsəni xatırladır, “yüz ölç, bir biç” məsəlini öz bildiyi kimi 

nadancasına dərk edir. 

Zəhra: -Ata can, nə “Hə deyirsən, nə yox” axı belə olmaz. 

Məmişov: Sən hələ  uşaqsan, qızım, get əlif-beynini de, buna 

bax, bu ilki sərçə, bildirkinə cip-cip öyrədir. Məmişovun 

qənaəti belədir: “Sağ-salavat eləyib sanksiya almamış iş görən 

başını bəlaya salar”. 

 Belə fikirlə yaşayan Məmişov Məhəbbətin yeni silah 

ixtirasına  maneçilik törədir. Məmişovun qızı Hüri və  Məşədi 

Qulam Hüseynin oğlu Mayil əxlaqca düşkünləşir, Manaf, 

“Kəntərov kimi cəsusların  əlində oyuncağa çevrilirlər”. Xalq 

yazıçısı  Məmişov kimi mənfi qütbdə  dayanan obrazları ifşa 

etmək məqsədilə folklordan bəhrələnmişdir. Əsərdəki Əhmədi-

biqəm  dəlixanada yatmışdır. Sadə bir bağ xidmətçisidir. Lakin 

hikmətli ifadələr işlədir, nifrət etdiyi adamların üzünə istədiyi 



Fazil Əliyev 

 

 132


sözü deyir.   Əhmədi-biqəm  Şərqdə    məşhur olan Bəhlul 

Danəndəni xatırladan obrazdır. Bağdad xəlifəsi Harun-ər-

Rəşidin qardaşı, divanə, danəndə təxəllüslərini daşıyan Bəhlula 

vəzir deyir: 

- “Ey Bəhlul, muştuluğumu ver. Əmirəl-möminin səni 

öküzlərə, eşşəklərə baş sərkərdə təyin eləyib. 

Bəhlul halını pozmadan deyir: 

-  İndi ki elədir, onda mənə qulaq as, əmrimi yerinə yetir, çünki 

sən də mənim əsgərlərimdənsən” (44,186). 

Əhmədi-biqəm “Mən ölülər padşahıyam, özüm də 

qəbristandan gəlmişəm” (98,194) deyir,  özünü dəli qələminə 

verir.  Məmişov onu tanımır. 

-Sən ... üçüncü istirahət evinin bağbanı deyildin? 

Əhmədi-biqəm ona belə cavab verir: 

“Bəli, sən ticarət komissarlığında oğruları  ətəyinin altında 

gizlədəndə, mən orada işləyirdim” (98,195). 

Yazıçı folklordan bəhrələnərək yaratdığı obraz vasitəsilə 

məqsədinə nail olur. Əhmədi-biqəmin dili ilə  Məmişovu 

oxucuya tanıdır. Əhmədi-biqəmin işlətdiyi “Adamdan nə desən 

çıxar” ifadəsi  əsərin məzmunu ilə  sıx bağlıdır və Mail, 

Kəntərov kimi cəsus-xainlərin ifşa olunması, həmin ifadənin 

əsər boyu nə üçün işləndiyini aydınlaşdırır.  Əhmədi-biqəm 

Bəhlul Danəndə kimi müdrikləşir: 

“Yazılı  ədəbiyyatda  şifahi xalq ədəbiyyatı növlərindən, 

eləcə  dələtifələrdən istifadə etmək  məsələsi təsadüfi deyil, 

həyatın zəruri tələbindən ayrı- ayrı söz ustalarının  ədəbi 

fəaliyyətindən  irəli  gələn, xüsusilə qabaqcıl ədəbiyyatın xalq 

həyatı ilə olan yaxın  əlaqəsindən doğan qanuni bir 

keyfiyyətdir” (69, 34). 

“Məhəbbət” dramında “Erkək balıqdır, naməhrəmdir” 

lətifəsində bunun ifadəsini görürük. Əhmədi-biqəmin söylədiyi 

bir lətifə  əsərin məzmunu ilə bağlı ideyadan  doğmuşdur. 

Mühəndis Manafın “Nə bir quşa güllə ata bilmərəm, nə  də 

sudan çıxan balığa baxa bilmərəm”  sözlərinə cavab olan lətifə 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə