Mirzə İbrahimov və xalq yaradıcılığı
1
FAZİL ƏLİYEV
MÈRZß ÈBRAHÈMOV
Vß
XALQ YARADICILIÝI
Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutu Elmi Şurasının 28 noyabr
2013-cü il tarixli 7 saylı iclas protokoluna
əsasən çap olunur.
“Elm və təhsil”
Bakı-2013
Fazil Əliyev
2
Elmi redaktor:
Paşa Əfəndiyev
filologiya elmləri doktoru,
professor, əməkdar elm xadimi
Rəyçilər: Mahmud Allahmanlı
filologiya elmləri doktoru, professor
Oruc Əliyev
filologiya üzrə fəlsəfə doktoru, dosent
Əliyev Fazil Bəhmən oğlu.
Mirzə İbrahimov və xalq yaradıcılığı.
Bakı, “Elm və təhsil” 2013, 160 sящ.
Monoqrafiya XX əsrdə Azərbaycan xalqının milli mənlik şüurunun
inkişafında böyük xidmət göstərmiş yazıçı, publisist və dövlət xadimi
Mirzə İbrahimovun əsərlərində xalq yaradıcılığının tədqiqinə həsr
edilmişdir. M.İbrahimovun xalq yaradıcılığına dair elmi-nəzəri və ədəbi-
tənqidi görüşləri, hekayə və povestlərində xəlqilik, romanlarında,
dramaturgiyasında folklordan istifadə məsələləri kitabda əksini tapmışdır.
2013
098
4603000000
N
грифли няшр
© «Åëì âÿ òÿùñèë», 2013
Mirzə İbrahimov və xalq yaradıcılığı
3
ÖN SÖZ
“Mirzə İbrahimov təvazökar, mehriban,
həssas bir insandır. Bütün Azərbaycan
xalqının sevilmlisidir, xalq yazıçısı kimi
yüksək ada tam layiqdir. Eyni zamanda
onun yaradıcılığı ölkəmizdə layiqincə qiy-
mətləndirilmişdir. Yazıçının kitabları hər
yerdə geniş şöhrət və rəğbət qazanmışdır”.
Heydər Əliyev
“Bədii yaradıcılığı tam mənasında bir çinar ağacına
oxşatmaq olar. Bu ağac torpağa nə qədər köklü şirə atmış olsa,
o qədər qollu-budaqlı yaşıl yarpaqlı olar, göylərə ucalar.
Həyatla bağlı olmayan, ondan şirələnməyən sənət yaşaya
bilməz”. Zənnimizcə, xalq yazıçısı, akademik, görkəmli ictimai
xadim Mirzə İbrahimova məxsus bu sözlər, böyük sənətkar və
şəxsiyyət kimi onun özünə daha çox uyğun gəlir. Ədəbi-
estetik düşüncə tariximizdə və ictimai-siyasi həyatda XX əsrin
50-60-cı illərində Azərbaycan türklərinin milli anlayışının
vicdani səlahiyyətini üzərinə götürən Mirzə Əjdər oğlu
İbrahimovun “sənət ağacın torpağı da həqiqi mənada xalq
həyatından şirələnmiş və yaşamaq haqqı qazanmışdır”.
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci ildə Cənubi
Azərbaycanın Sərab əyalətinin Evə kəndində anadan olmuşdur.
Uşaqlıq çağlarında həyatın sərt üzünü görmüş, ağır, iztirablı
günlər keçirmişdir. Anası, iki körpə bacısı və qardaşı Rza
aclığın qurbanı olmuşdur. Bu faciə altı-yeddi yaşlı Mirzənin
gözləri qarşısında baş vermişdir. Zəmanənin dərdi-aləmi
uşaqlıq qəlbinin dərinliyində iz qoymuş Mirzə atası və böyük
Fazil Əliyev
4
qardaşı ilə birlikdə doğma yurdu tərk etmiş, Bakıya gəlmişdir.
Vətən övladları üçün məbədgah, isti ana qoynu qədər hərarətli
olan Bakıda da Mirzənin həyatı ağır keçmişdir. Uşaqlıq
taleyinə yazılmış növbəti faciə onu daha ağır imtahana çəkmiş,
atası və böyük qardaşı vəfat etmişdir. Kimsəsiz qalmış uşaq,
dayı mərhəmətinə sığınmış, bibi münasibətinin soyuqluğunu
duymuşdur. Ağır həyat şəraitinə baxmayaraq on yaşlı Mirzənin
təbiətində sabaha ümidlə baxmaq, işləmək yaşamaq istəyi güclü
olmuşdur. O, ağır həyat sürsə də, daim oxumaq həvəsində
olmuş, təhsilə, elm öyrənməyə can atmışdır.
Mirzə İbrahimovun keçdiyi həyat yolu, onun xalqımızın
mənəvi aləminə daha dərindən nüfuz etməsinə zəmin
yaratmışdır. Xalqa məhəbbət, sədaqət Mirzə İbrahimovun
şəxsiyyət bütövlüyündə həlledici rol oynamışdır. Belinskinin
“Əgər şair olmaq üçün şair doğulmaq lazım isə, öz şəxsiyyəti
ilə öz vətəndaşlarının səciyyəvi cəhətlərini ifadə edə bilmək
üçün, xəlqi olmaq, doğulmaq lazımdır” (15, 69) sözləri Mirzə
İbrahimovun şəxsiyyətinə daha çox uyğun gəlir. Öz şəxsiyyəti
ilə vətəndaşlarının səciyyəvi cəhətlərini ifadə etmək səlahiyyə-
tinə yüksəlmək, nadir sənətkarlara, ictimai xadimlərə qismət
olan ucalıqdır. Bu ucalıqda dayanmağa M.İbrahimovun haqqı
vardır. O, xalqımızın fikir tarixində, özünüdərketmənin təşək-
kül tapmasında xüsusi xidmətləri olan sənətkar-şəxsiyyətdir.
Mirzə İbrahimovun xalqa qırılmaz tellərlə bağlı olduğunu
o dövrün görkəmli nümayəndələri də hörmət və ehtiramla təs-
diq etmişlər. Konstanten Fedin yazırdı: “Dostum, Mirzə!
Xalqın həyat və mübarizə təcrübəsini yaşadan əsərləriniz əlvan
rənglərinin təravəti, idrak dərinliyi və coşqun vətəndaşlıq hiss-
ləri ilə bizi həmişə sevindirir” (16).
Ulu öndərimiz Heydər Əliyev Mirzə İbrahimov şəxsiyyə-
tinə yüksək qiymət vermişdir. Nizami adına Ədəbiyyat İnstitu-
tunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi 1977-ci ildə Hey-
dər Əliyevin təşəbbüsü ilə yaradılmış və şöbənin ilk rəhbəri
Mirzə İbrahimov olmuşdur (121). Mirzə İbrahimovun 1981-ci