Mirzə İbrahimov və xalq yaradıcılığı
53
məqsədi xidmət edir. Müəllif əsərdə atalar sözlərini və
məsəlləri işlətməyə daha çox diqqət yetirir: “Atı atın yanına
bağlarsan, həmrəng olmasa da həmxasiyyət olar” (96, 38).
“Mal dərdi can çıxardar” (96,79). “Ev sözsüz, gor əzabsız
olmaz”, “Saqqalım yoxdur, sözüm ötmür”, “Hər şeyin təzəsi,
dostun köhnəsi”, “İgidin adını eşit, üzünü görmə”, “Acın imanı
olmaz”, “Başına gələn başmaqçı olar”, “Yalnış da bir naxışdı”,
“Şor su sabun götürməz”, “İgidin igiddən ehtiyatı artıq
olar”,“Acığı dövlətə zərəri var”, “Gözəl ağa çox gözəldi, vurdu
çiçək də çıxartdı”, “Bağa qınından çıxdı, qınını bəyənmədi”,
“Axmaq it aya hürər”, “Çolaq atın kor da nalbəndi olar”, “Sən
ağa mən ağa, bəs inəkləri kim sağa”, “Ağ gün adamı ağardar”,
“Atın dəlisi, igidin ağıllısı”, “Arxdan atıl sonra bərəkallah de”.
Romanda işlədilən xalq deyimləri və ifadələr əsərin bədii
dəyərini artırır. Dil baxımından daha axıcı və emosional
olmasını təmin edir: “Başqasına əl açmamışdı”, “Motal kimi
yerində qalmışdı”, “Şələ-küləni yığışdır, izini-tozunu
görməyim”, “Qüssə onun için yeyirdi”, “Şam kimi arvad
sönüb getti”, “Əl boş üz qaradı”, “Xalq istəyini zaman
doğurur”, “İlan ağzından qurbağa qurtarar?”, “Sudan quru
çıxmağı öyrənmisən”, “Quyruğu qapı arasından çıxan” kimi və
s. deyimlər əsərdə təbiilik, məntiqi tutum yaratmaq məqsədilə
işlədilmişdir.
Bədii lövhə yaratmaqda bu xalq deyimləri sənətkar daha
çox imkan verir: “Kənd səssiz bir halda məzar sükutu içində
yatırdı. Göylər qalın buludlarla örtülmüşdü. Hava sakit və
şaxtalı idi”. Ərdəbil kəndinin ağır vəziyyətini əks etdirən bu
kiçik parçada “məzar sükutu içində yatırdı” ifadəsi öz
məqamında işlənmişdir.
“Gələcək gün” romanında söyüşlər və qarğışlar, yanımlar
da müəyyən yer tutur: “Qurumsaq kişi”, “Allah hamısını qır-
sın”, “Fağır çörəyini yemə, Allahdan qorx”, “Əbləh köpək oğ-
lu”, “Çörək səni tutsun”, “Yaxşı, Musa kişi qalsın qulluğunda”,
“Bu köpəkoğlu Mübaşirin kələyidir”, “Səni yetimlərin ah və
Fazil Əliyev
54
naləsinə, qocalar və qarıların fəryadına tapşırıram”,
“Yurdumuzu dağıdanın yurdun da bayquş ulasın”, “Şarlatan
köpək oğlu!... İngilis köpək oğlu”, “Həzrət Abbas sənə qənim
olsun”, “Yaxşı Mustafa bəy, bir qoyununa on qoyun
gətirməsən, anamın südü mənə haram olsun” və s. söyüşlər,
qarğışlar və yanımalar Azərbaycan folklorunda özünə yer
tapmış nümunələrdir. Sənətkar onlardan yan keçmir, nifrət və
qəzəbin ifadəsi kimi əsərdə öz məqamında işlədilir. “Kitabi-
Dədə Qorqud” dastanında qarğışların işlənməsinə diqqət
yetirək.
Uruz anasına “Ağzın qurusun, ana! Dilin çürüsün, ana!”
(96,36) qarğışını qeyrətinə sığışdırmadığı təklifə görə söyləyir.
“Uşun qoca oğlu Səkrəyin boyunu bəyan edir” boyunda isə
qardaşını düşmənin əlindən qurtarmayınca nişanlısı ilə gərdəyə
girməyəcəyini söyləyir və özünə qarğayır: “Mərə, qavat qızı!
Mən qılıncıma doğrayanım! Oxuma sancılayım! Oğlum doğ-
masın! Doğarsa, on yaşına varmasın! Ağamın üzün görməyin-
cə, ölmüş isə qanın almayınca, bu gərdəyə girərsəm”(46,134).
“Qarğışlar ünvanlaşırkən rəqib, düşmən yadelli talançılar üçün
o kəsərli silahdan da iti olur. Necə deyərlər, “Yaman olmaz
qılınc yarası, yaman olar söz yarası” hikmətini təsdiqə yetirir
(68, 115).
Ailəsini itirən, ərbabların zülmündən dəli-divanə
vəziyyətinə düşən Musa kişi Rza şahın qabağını kəsərək deyir:
“Əmniyyə və mübaşirlərin başıma gətirdiyi müsibətdən
utanmadın, haqdan qorxmadın, eyib etməz, buna da qoca dünya
deyərlər. Çox sənin kimi zalımların taxt və tacını uçurub!...
Səni də belə qoymaz. Get mən səni yetimlərin ah və naləsinə,
qocalar və qarıların fəryadına tapşırıram, get” (96, 247).
Milyonlarla Musa kişilərin məhvinə səbəb olan şahlıq
üsul idarəsinin devrilməsi, Rza şahın şərəfsiz ölümü, oğlu
Məhəmmədəli şahın həyatının sonundakı fəlakətləri, nə qədər
ibratamiz hadisələrdir. Bunu Mirzə İbrahimovun “zülm yerdə
qalmaz” kimi xalq hikmətindən doğan qənaəti, sənətkar uzaq-
Mirzə İbrahimov və xalq yaradıcılığı
55
görənliyi hesab etmək olar. Həyatı qəbahətlərlə keçmiş, insan-
lara dəhşətli pisliklər etmiş insanların ölümü də dəhşətli olur.
“Sanki qarışqanın hayfını fildə qoymayan təbiət belə insanlar-
dan qisas alır” (45, 246).
Xalqın sınaqdan çıxartdığı folklor nümunələri dərin icti-
mai məzmun daşıdığını nəzərə alan sənətkar romanda alqışlar-
dan da istifadə etmişdir. Alqışlar qanı duruldan, əhvalı yaxşılaş-
dıran nümunələrdir. Lakin “Gələcək gün” romanında alqışların
işlənmə məqamı olduqca məhduddur. Çünki əsərin mövzusu
Cənubi Azərbaycanın acınacaqlı həyatını əks etdirir. Orada
alqış-sevinc, şadlıq deyil, yalvarma ah-nalə, qəzəb, nifrət səsi
daha çox eşidilir. Musa kişinin yalvarmaları: “Ağa canım sənə
qurban olsun”, “Atam-anam sənin qədəmlərinə qurban olsun”,
“Sənə qurban olum, mənə çarə qıl”.
Səriyyənin gecə qaranlığında balalarını başına yığıb,
Musa kişini və Firudunu tapmaq ümidi ilə Tehrana gedərkən
Niyaz və Alması şala büküb daşın daladasına qoyması, qarlı-
soyuqlu gecələrin təsviri. Səriyyə əllərini göyə qaldırıb: “İlahi
balalarımı sənə tapşırıram, özün bunları saxla!” – deyərək ah-
nalə qoparması nağıl və dastanlarımızda təsvir edilən bir çox
epizodlar yaxından səsləşir.
Tehran həbsxanasında Musa kişinin Firudunla rastlaş-
ması, dəli-divanə olmuş Musa kişinin sözləri ürək göynədir:
“Qoymaram, qoymaram bu bir gözümü çıxarasınız. Qoyun heç
olmasa bir gözüm qalsın... Buğdanı aparıb tökdülər eşşəyin qa-
bağına. Yaş yoncanı verdilər uşağa, arvad, arvad evin yıxılma-
sın, gəl uşağı al, yonca qarnını açıb, uşaq öləcək” (96,478).
Zülmkar şahların, qaniçənlərin göz çıxarmaşı, insanları
şikəşt etməsi kimi bir hala dastan və nağıllarda, rəvayətlərdə
rast gəlirik. Hasan paşanın Koroğlunun atası Alı kişinin
gözlərini çıxartdırması hadisəsi dastanda belə təsvir edilir:
- Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi:
- Həsən xan, insan üçün dünyada hər naz- nemətdən şirin
şey gözdür. Sən məni ondan binəsib elədin (45, 6).
Fazil Əliyev
56
Firudunla Musa kişinin həbsxanadakı görüşü, Musa
kişinin sayıqlama- söyləmələr acı həqiqətləri üzə çıxarır. Bu
sayıqlama - söyləmələr də folklordan bəhrələnmə, xalq
deyimləri təsiri bağışlayır.
“Vurmayın, vurmayın! Allahdan qorxun! Axı mənim
günahım nədir” (96, 478). Yaxud, “Qoyma Firudun, uşaqların
diri-diri qanını soran kaftar budur, qoyma”, “Ay it! Ay it, get
burdan” (96, 482).
Xalqın taleyinə acıyan, mütərəqqi fikirlər Sərtib Səlimi
ilə Rza xanın qarşılaşdığı səhnədə o, “Dəvə və kəndli” rəva-
yətini danışır.
- Son gününü yaşayan kəndli dəvədən halallıq istəyir.
Dəvə kəndlinin bir işində güzəştə getmir. “...Köç dağa gedəndə
ovsarımı eşşəyin quyruğuna bağladın. Qiyamətə qədər onu sənə
bağışlaya bilməyəcəyəm”-deyir.
Sərtib də Rza şaha deyir: “Məmləkətin siyasətini eşşək-
lərə tapşırdınız. Nə indiki nə də gələcək nəsillər bunu sizə ba-
ğışlamayacaqdır!” (96, 462-463).
Folklordan bəhrələnmə əsərə yığcamlıq, fikrin tutumlu
olması kimi keyfiyyətlər gətirmişdir. Şahlıq quruluşunun
səciyyəsi xalq təfəkküründə cilalanmış rəvayət vasitəsilə
açıqlanmışdır, folklor üslubu, xalq duyumu əsərin təbiliyinə
müsbət təsir göstərmişdir. “Yazıçıların xalq ədəbiyyatı ilə bağlı
olmasının müsbət cəhətlərindən biri də odur ki, onlar heç vaxt
xalqı dalda qoyub özləri çox irəli getmirlər” (54, 211).
“Gələcək gün” romanında folklordan istifadə edərkən
müəllif seçdiyi nümunələri surətin, əsərdəki təsvir obyektinin
vəziyyəti ilə əlaqələndirir. Əgər sevinc, xoşbəxtlik haqqında
söhbət gedirsə, həmin təsvirə uyğun folklor əsərlərinə müraciət
olunur. Kədər, həsrət, ayrılıqdan söhbət getdikdə isə qəm, kədər
doğuran folklor incilərindən istifadə olunur.
Xırman üstündə Gülnazın baxışları ilə qarşılaşan
Firuduna uzaqdan gələn bayatı səsi “Ana laylası kimi xoş
gəlirdi” (96, 21).