Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 85 


əliyir”, “Vicdanını satdı, bulanlıq suda  balıq tutmaqdan ləzzət 

almağa, qaranlıq gecələrdə yazmağa başladı”, “Qulağım göyə-

nək olub, ay  rəhmətlik oğlu”, “Dədəm demişkən çox nazik 

doğruyursan”, “Rüstəm kişini mənəmlik yıxdı, məni də 

elmsizlik yıxar”.  Burada  göstərilən ifadələr, alqışlar, qarğışlar, 

söyüşlər, eyhamlar, müxtəlif çalarlı xalq deyim tərzi söyləmələr 

əsərin dilində  folklordan gəlmə nümunələrin dəyərini artır-

mağa xidmət edir. “Ələ salmaq”, “əriyib çöpə dönmək”, “vic-

danı satmaq”, “nazik doğramaq” kimi ideomatik söz birləş-

mələri təfəkkür tərzinin inkişafına, sözün kəsərinin güclənmə-

sinə səbəb olur. 

M.İbrahimov atalar sözü və  məsələlərin  ən incə 

cəhətlərini də nəzərə alır. O, atalar sözlərinin daxili məntiqinə 

daha çox diqqət yetirir. Bəzən onları əslində  olduğu kimi deyil, 

özünün  əlavə etdiyi sözlərlə birlikdə  işlədir. Məsələn, “Haqq-

sayı gözləmək” kimi xalq deyimi aşağıdakı kimi verilmişdir: 

“Haqqı-sayı ayaq altına atanı çörək tutsun, haq-say öldürsün”. 

Xalq deyimi, hikmətli ifadə qarğış kimi işlənmişdir. Ya-

xud, “Bulanlıq suda balıq tutmaqdan ləzzət almağa, qaranlıq 

gecələrdə yazmağa başladı” (97,127) şəklində işlənmişdir. Yar-

məmmədin mənəviyyatını kiçik bir parçada əks etdirmək bədii 

dilin zənginliyini və  sənətkarın ustalığını göstərir. “Vicdansız, 

ara qarışdıran Yarməmməd, gecələr də imzasız məktub yazar 

və bütün bu əməllərdən ləzzət alarmış” fikri yazıçının işləm-

əsində daha tutarlı və yığcam ifadə olunmuşdur (97,127). 

Atalar sözü ilə birlikdə frazeoloji söz birləşmələri işlət-

mək yazıçı dilinin xarakterik xüsusiyyətidir. “Səriştəni yaman 

itirmisən, Rüstəm kişi, mən özümə borc bilirəm sənin yadına 

salam ki, çox tünd getmək yaxşı deyil. Sirkə nə qədər tünd olsa 

öz qabını çatladar “ (97. 264 ). “Səriştəni itirmək”, “Borc bil-

mək”,“Yadına salmaq”, “Tünd getmək” kimi söz birləşmələri 

sənətkarın  ana dilimizin söz xəzinəsindən, onun qatlarından 

necə bəhrələndiyini göstərir. Frazeloji birləşmələrlə zəngin olan 

yazıçı dili, professional səviyyəcə yüksəkdə dayanan, dilin 



Fazil Əliyev 

 

 86


varlığını, incəliyini köklü səkildə qavrayan sənətkara məxsus 

xüsusi qabiliyyətdir. Bu qabiliyyət dildən yaradıcılıqla istifadə 

etməkdə yazıçının ən yaxşı sirdaşıdır. 

Dilin gözəlliyi bədii  əsərin gözəlliyi ilə bağlı  əlamətdir. 

“Böyük dayaq“ romanında Mirzə  İbrahimovu folklorla 

bağlayan xətlərdən biri də əsərin dilidir. Əsərdə öz məqamında 

işlənən frazeloji vahidlərin yaratdığı məna çalarları xalq deyim 

tərzini aydınlaşdırır, onu daha tutumlu səviyyəyə qaldırır. 

Obrazların mühakiməsi  əsərin məzmunu ilə daxilən bağlıdır. 

Bu  mühakimələrdə folklor deyim tərzi, xalq təfəkkürünün 

qaynağından cilalanmış söz və ifadələr həlledici yer tutur. 

Romanda folklor yükü deyil, “xalq hikməti” daşdan ke-

çən “kəsərli söz” yaşayır. Mirzə  İbrahimov sənətində folklor-

laşma, “folklor yükü”nün ağırlığı hiss olunmur. Hətta folklor-

vari təsvirlərdə də, hikmət, xalqın mənəvi siması daxili biçimdə 

özünü göstərir. 

“Böyük dayaq” da çoban həyatının təsviri ilə bağlı 

səhifədən bir parçaya diqqət yetirək. Çoban Kərimi Rüstəm kişi 

təqib edir, arvadı Qaragöz ağır xəstə yatır, bu ağır vaxtda 

maarif müdiri Qoşatxan fermada gecələyibdir. Qoca çoban 

çörək yedikdən sonra Kərəmə deyir: “Ay Kərəm, bizim axı, el-

oba adətimiz var, niyə əməl eləmirsən? Hanı sənin tütəyin, hanı 

neyin-nağaran? Bilirəm oğul, başın yaman dərdə qarışıb. Elə 

igid odur ki, dərdli gündə özünü itirməsin. Obamıza qonaq 

gəlib, onu  yas-matəmləri yola salacağıq? Gətirin, Kərəmin 

tütəyini” (97, 316). Burada  iki cəhət-dərdə dözümlük, dar 

gündə  özünü itirməmək və qonağa hörmət hissini qoruyub 

saxlamaq özünü göstərir. 

Qoca çobanın dili ilə verilmiş bu fikirlərdə xalqa məxsus 

mənəvi aləmin xalqın düşüncə  tərzinin  bütövlüyü yaşayır. 

“İgidin başına iş gələr”, “İgidin başı qalda gərək” (97,39) atalar 

sözlərində ifadə olunmuş hikmət sənətkar qələmi ilə  bədii 

ədəbiyyatda obrazlaşıb, canlı mühakiməyə çevrilmişdir. Folklor 

deyim tərzi daxili monoloqa çevriləndə fikrin tutumu, fəlsəfi 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 87 


gücü daha konkret olur: “- Çoban baba Rüstəm haqqında 

Kərəmlə söhbətindən sonra fikrə getdi. “Özü ilə danışırmış 

kimi  əlavə etdi: - çox namuslu kişidir, amma heyif gönü 

qalındır. Beləsi çox yaşamaz” (97, 317). 

Ana dilinin qüdrətinin üzə  çıxarmağın, hər sözə  vətənin 

bir parçası kimi yanaşmağın nümunəsi olan belə yazı  tərzi 

Mirzə  İbrahimov sənətinin səciyyəsində, varlığında  əbədiləş-

mişdir. 


Xalq yazıçısı digər nəsr əsərlərində olduğu kimi  “Böyük 

dayaq” romanında da folklordan bəhrələnməklə zənginləşən bir 

sənətkar olaraq qalmır. O, həm də xalq deyim tərzini, söz 

xəzinəmizi zənginləşdirən, ona fəlsəfi dərinlik, məntiqi tutum 

aşılayan yaradıcı sənətkar kimi fəaliyyət göstərir. 

Mirzə İbrahimov folklordan aldığı  “xam materialı” ürək 

hərarəti ilə qızdırıb xalqa qaytardığı kimi, xalqın öz xəzinəsini 

də  qələmindən çıxan ideomlar, idarə  və aforizmlərlə, atalar 

sözü və zərb-məsəllərə bərabər deyimlərlə zənginləşmişdir. 

“Böyük dayaq” romanında bu cəhət özünü daha çox 

göstərir. Əsərdə yazıçı təfəkkürünün məhsulu olan deyim tərzi, 

hikmətli ifadələr bir silsilə  təşkil edir. Aşağıdakı nümunələrə 

diqqət yetirməklə fikrimizi əsaslandıra bilərik:  “Dost ürəyi 

dost ovcunda” (97, 49), “Sözünün qiymətini bilməyən adam 

başının qiymətini bilmir” (97, 48), “Od üstündə buğlanan qazan 

kimi köpükləndi ” (57). 

- “Məndən soruşsalar ki, dünyada ən bədbəxt adam kimi-

dir, deyərəm dostu olmayan adam” (97,102), “Sözdən tonqal 

qalayırdı” (97,169), “Kim ki, düşünməkdən qorxur, öz əliylə bu 

işığı söndürür, deməli, özünü  heyvan dərəcəsinə endirir” 

(51,188), “Su qayanı asta-asta deşər” (97, 241), “Fikir elə ağır 

şələdi” (97,188), “Qapını süfrəyə görə yox, adama görə 

açmışıq” (51,83), “Hər şeyi torpaq çürüdür, dərdi-qəmi zaman” 

(97,384), “İsti qəbir soyuq yataqdan yaxşıdır” (97, 387), 

“Təmiz və pak məhəbbətlə isinən qadın yatağı müqəddəsdir” 

(97, 227), “Laqeyd adam qanı soyuq balıqdan pisdir, nə xeyrə 



Fazil Əliyev 

 

 88


yarar, nə şərə” (432), “Yaxşı adamlara pislik etmək günahdır” 

(97,419), “Bəyənmədiyin adətlər nənəni yetirib” (97, 120), 

“Ağzın sulanmasın, şirəsi yaxanı batırar” (97,381), “Açıq qapı 

görəndə başını içəri soxanlar hər zaman olub və olacaq” (97, 

502),  “Xalqdan böyük dayaq yoxdur” (97, 569) və s. 

Tədqiqat göstərir ki, M.İbrahimovun folklorizm bütün 

zənginliyi ilə “Böyük dayaq” romanında öz əksini tapmışdır. 

Əsərin süjeti də  əslində “xalq arxadır, xalq dayaqdır” məsəli 

üzərində qurulmuşdur. 

Xalq yazıçısının 1970-ci ildə tamamladığı “Pərvanə” 

romanında isə “folklor dünyası”na  açılan qapılar daha genişdir. 

Yazıçı xalq ifadələri, atalar sözü, zərb məsəllər, sınamalar, alqış 

və qarğışlar, hikmətli sözlər işlətməklə bərabər, nağıl və dasta-

larda yaşayan obrazlardan, mövzu və süjet oxşarlıqlarından ge-

niş  şəkildə istifadə etmişdir.  Əsər Qacarın Məmməd Rza 

bəydən aldığı intiqam haqqında rəvayətlə başlayır. Bu əfsanə - 

rəvayət  əsərin məzmunu ilə üzvü əlaqə yaradır. Tiflisin 

müdafiəsində  iştirak edən Məmməd Rza bəy  əsir düşür. O, 

zindanın  divarını sökməyə çalışır. Qarovulun Rza bəyə dediyi 

sözlər nağıl və dastanlarımızda rast gəldiyimiz ifadələri 

xatırladır: “Ay bədbəxtlər, bu cür zindanı uçurmaq bəni-adam 

işi deyil. Ömrünüzdən bircə gecə qalıb... onsuz da səhər Ağa 

Məhəmməd xan sizə elə bir işkəncə verəcək ki,  anadan 

əmdiyiniz süd burnunuzdan gəlib töküləcək” (104, 8). 

Romanda hər abzas şifahi xalq ədəbiyyatı nümunələri ilə 

yoğrulmuş və cilalanmışdır. Folklorla bağlılıq əsərin daha təbii 

olmasını  təmin etmişdir. Müəllif özü də bunu etiraf edir: 

“Nağılların və əfsanələrin cazibədar rənglərinə aşkarlanmış bu 

rəvayətlərdən birini elə bir  inamla və hərarətlə yadda saxlayıb 

danışırdılar ki, onun sözsüz, danışıqsız həqiqət olduğuna  bir 

tikə də şübhə etmədikləri bilinirdi” (104, 7-8). 

Bu rəvayətə görə Qacar əsir aldığı adamları hüzuruna 

gətirməyi əmr edir. Bu adamların içində  Məmməd Rza bəy də 

varmış. Məmməd Rza bəy Qacarın zülmkar, qansız olduğunu 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə