Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə18/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   14   15   16   17   18   19   20   21   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 69 


“Pendiri dəri saxlar, arvadı    əri”. Bu atalar sözündə Rüstəm 

kişinin qadın məsələsində mühafizəkar mövqe tutduğu 

gizlənmişdir. Çünki müəllif onun haqqında başqa bir sərhdən, 

təsvirdən istifadə etmir. Yaxud, Rüstəm kişinin pambıqyığan 

maşına xor baxdığını bildirmək üçün Nəcəfin dili ilə deyilir: 

“Rüstəm dayı bu pambıqyığan maşına dəvə nalbəndə baxan 

kimi baxır”. Burada  mətləb aydındır. Rüstəm kişi hədəfə 

dəymiş sözün cavabını qaytara bilməz. 

Romanda diqqəti cəlb edən cəhətlərdən biri budur ki, 

folklora, aşıq yaradıcılığına dərin məhəbbət bəsləyən Mirzə 

İbrahimov Pərşan,  Şirzad, Telli surətləri kimi folklor ilə, aşıq 

poeziyası ilə bağlı surətlər yaratmışdır. Pərşanın Aşıq  Ələsgər 

şerinin vurğunu olması,  Şirzadın  əsl aşıq kimi  oxuduğu 

qoşmalar, Telli arvadın söylədiyi  bayatılar  əsərə    bədii  

görkəm verir. Həvəskar aşıq  Şirzad dastanlarımızda rast  

gəldiyimiz aşıqları xatırladır; “Şirzad ayağa durub sazı sinəsinə  

sıxdı, sağ üzünü saza söykəyib, xumarlanan qara gözlərini  

yumdu və mizarabı simlərdə oynatmağa başladı”. Bu təsvir 

Şirzadın aşıq sənətinin vurğunu olduğunu göstərir.“Doğrudan 

da təzə, uzunboğaz çəkmələrdə, qalife şalvarda və iki döş cibi 

olan beli kəmərli yaxalıqlı köynəkdə  Şirzad yaraşıqlı idi. O, 

ayaqlarını cütləyərək xalçanın üstündə süzür, gözəlləmənin  ən 

canlı yerində sazın bütün simlərini dindirir və birdən 

yavaşıdaraq ortalıqda durub sözləri aydın söyləyirdi. 



Dərdim çoxdur, dindirməyin həzərat, 

Məni bir alagöz ceyran öldürür. 

Qılıncsız, tüfəngsiz alır canımı 

Kimsə bilmir, pünhan –pünhan öldürür (97,96). 

Aşıq məclisi cox təbii və inandırıcı təsvir edilmişdir. Xalq 

yazıçısı folklor deyim tərzinə söykənərək  əslində “nəsrin 

poeziyasını” yaratmışdır. Rəssam fırçası ilə çəkilmiş gözəl bir 

mənzərəni xatırladan bu parçanı oxuyarkən sanki sətirlərin 

arasında telli sazın ürək tellərini oynadan ecazkar səsinə qulaq 

asırıq, qəlblərdə yaşayan yüksək mənalar və duyğular 

Fazil Əliyev 

 

 70


dünyasının sazla açılan qarışısından geri dönmək, ayrılmaq 

istəmirik. 

Xalq yazıçısı  aşığın geyimi, məclısdə  hərəkətləri, özünü 

necə aparması haqqında mükəmməl məlumat verir. Xalq 

yaradıcılığında, aşıq poeziyasına bəslənən dərin məhəbbətdən 

doğan bu təsvir, bədii işləmə Mirzə yaradıcılığında folklor 

üslubunun necə ifadə olunduğunu göstərir. 

“Böyük dayaq” romanında bayatı janrından da istifadə 

edilmişdir. “Bayatıların qısa yığcam olması, oynaq bir vəzn və 

ən sadə, səmimi sözlərlə ifadə olunması onu  şifahi  ədəbiyyatın 

başqa  janrlardan daha çox kütləvi edir: Böyük və dərin bir fikri 

az sözlə və çox sənətkaranə ifadə etməkdə bayatı janrının əvəzi 

yoxdur. 

Romanda bayatının bu xüsusiyyətlərindən istifadə 

olunduğuna diqqət yetirdikdə aydınlaşır ki, müəllif bədii dildə 

deyəcəyi fikri bayatılarda yaşayan dərin məna  və  məntiqi 

tutumdan bəhrələnməklə daha tutarlı  şəkildə ifadə etmişdir. 

Rüstəm kişinin qılığına girən Salmanın kolxozun hesabına 

varlanmaq, vəzifə ələ keçirmək istəyini yaxşı bilən manqabaş-

çısı Telli arvad söylədiyi bayatı ilə ifadə edir. 

 

                                                       Quzular mələr gələr, 



 

                                                       Dağlardan enər gələr.  

 

                                                       Namərdə tuş olanın, 

 

                                                       Başına nələr gələr. 

 Salmanın namərdliyini həm də Rüstəm kişinin gəlini  

Mayanı at belində  tərkinə alması ilə  əlaqələndirir.  Əsərin so-

nunda onun necə iyrənc simalı bir adam olduğu üzə çıxır. De-

məli, Telli arvad vasitəsilə namərdliyin hədəfini düzgün seç-

mişdir. 


“Ay qızlar, nə olaydı, bir də sizin kimi gülə biləydim. 

Baxıram bu sədr qızının gözlərinə, elə bilırəm  igidləri tilsimə 

salan sehr cadudur. Baxıram yanaqlarına, elə bilirəm dağ 

laləsidir. Ürəyim olur bir tikə “Sehr cadu”, “bir tikə ürək” kimi  




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 71 


bədii təsvir vasitələri telli obrazının  dili ilə  nəşrin poetik 

nümunəsini yaratmışdır. 

 Folklorvari deyim tərzi  ilə danışan Telli arvad bu cür 

təsvirdən sonra aşağıdakı bayatını oxuyur: 

                                                          Bağda can alması var. 

                                                          Kəsir can alması var. 

                                                          Gözlərin nə oynayır. 

                                                          Yoxsa can alması var? 

 Bayatı tarlada işləyən qızların, gəlinlərin ürəyindən 

xəbər verir, qəlblərə sərin meh, sevinc hissi bağışlayır. 

  Şirzadla Pərşanın qarşı-qarşıya durduğu vaxt Pərşanın  

“Göz dolusu” onun üzünə gülməsi  Şirzadın utancaqlığını 

duman kimi dağıdır. O, aşağıdakı bayatını oxuyur: 

                              Əzizim gül  üşüdü, 

                              Şeh düşdü, gül üşüdü 

                             Güldüm ağlım apardın 

                             Bu necə gülüş idi? 

  Əsərin təsvir obyekti ilə həmahəng səslənməsi bayatının 

təsirini artırır. Folklorun yazılı  ədəbiyata canlılıq, təbiilik 

gətirməsi, yazılı  ədəbiyyatın isə folklorun ən gözəl nümunələ-

rini yaşatması  burada tam aydınlığı ilə özünü göstərir. 

  Şirzad taxıl zəmisində Pərşanla qarşılaşdıqda 

   

 

   Əzizim kəs aranı, 



Doldur ver kəs aranı.  

Olursan yaxşı dost ol, 

Olmursan kəs aranı. 

 Bayatısını  kəsmə  şikəstə havası üstündə oxumaqla 

sevgilisinə ürək sözlərini çatdırır. Folklorun lirik növündən 

bəhrələnmək  baxımından Tellinin qaynana haqqında söylədiyi 

atmaca oxucuda xoş əhval-ruhiyyə oyatmaq, şifahi xalq ədəbiy-

yatına məhəbbət hissi aşılamaq məqsədi ilə  işlənən maraqlı 

bədii tapıntıdır. 

   


 

 

Fazil Əliyev 

 

 72


                           Damda dirək qaynana, 

   

 

Şana, kürək qaynana! 

   

 

Oğlu evə gələndə, 

  

 

Hamıdan zirək qaynana (97,461). 

 Xalq  arasında geniş yayılmış qaynana - gəlin 

münasibətini  əks etdirən bu atmaca əsərin məzmununa bir 

canlılıq, emosiya gətirməkdə də öz rolunu oynayır. 

Əsərdə sayaçı sözlərdən də    istifadə olunmuşdur. Qoca 

çobanın maarif müdiri Qoşatxanla söhbət etdiyi zaman 

oxuduğu sayaçı sözə diqqət yetirək : 

   


 

Nənəm, a nazlı qoyun, 

                         Qırqovul gözlü qoyun. 

   

    

Pendiri dilim-dilim, 

  

 

Qatığı üzlü qoyun” (97, 314) 

Qoşatxan... cibindən balaca dəftər və qələm çıxartdı: 

- “Onu bura,  yazacağam, -dedi, qızıl kimi sözlərdir. 

- Yazmaqla qurtaran deyil ha. Elə sözləri yığsan kitab 

dəftərə sığmaz. Ay oğul, xalqın sinəsi-söz xəzinəsi” (97, 315).    

Bu parçalardan çıxarılan nəticələr folklorumuzun 

nüfuzunu, onun əhəmiyyətinin başa düşmək üçün çox lazımdır;  

yazıçı sanki burada üç məsələni ön plana çəkmişdir. 

1.

  Sayaçı sözlər haqqında oxuculara məlumat vermək. 

2.

  Folklor nümunələrinin toplanmasını, yazıya 

alınmasını təbliğ etmək. 

3.

  Xalqın sinəsindən qopan söz xəzinəsinin qiymətini 

başa salmaq.   

Ucalıq-təmizlik simvolu olan folklorumuzun söz 

xəzinəsində yeri əbədidir. Söz sənətinin ikiliyi, ululuğu xalq 

ruhunun  ifadəsi olan sənət incilərində yaşayır. Odur ki, Mirzə 

İbrahimov  şifahi xalq yaradıcılığının lirik növündən 

yaradıcılıqla bəhrələnmişdir. 

Bu bəhrələnmədən  əsər nə qazanmışdır? Həmin sual 

ətrafında düşünərkən aşağıdakı qənaətə gələ bilərik. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə