Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 73 


1. Romanda istifadə olunan bayatılar, sayaçı söz və 

məişət nəğməsi folklorumuzun çox çeşidliyində lirik növün 

yerini aydınlaşdırır. 

2. Bu nümunələr vasitəsilə  əsərdə “nəsrin poeziyası” da 

lirik məzmun, həzinlik, nikbin emosiyalılıq yaratmaq mümkün 

olmuşdur. 

3. Lirik folklor çeşidləri təfəkkür tərzinin kəsərli və iti 

olmasına, az sözlə  dərin mənanı  əhatə etmək imkanının 

yaranmasına imkan vermişdir. 

4. Lirik folklor nümunələrinin varlığı əsərin daha dolğun 

və məntiqli cəhətdən tutarlı bir dillə yazılmasını təmin etmişdir. 

Romanda folklorun daha çox aşağıdakı janrından istifadə 

olunmuşdur. Qara Kərəm oğlunun söylədiyi “Muğam əfsanəsi” 

əsərin süjet xətti ilə bağlı bir əfsanə kimi diqqəti cəlb edir.  

Xoşxasiyyət, düzlüyü sevən, qeybətə nifrət bəsləyən Ağvanlar 

elinin kiçik qızı Muğam dildən-dilə, oba-oba gəzir. Yüz min 

igidin ürəyini fəth edən Muğamı Ağvanlar heç kəsə verməməyi 

qərara alırlar. Lakin taleyin hökmü elə  gətirir ki, Ağvan qızı 

Muğam qonşu olan Mulas adlı bir oğlana rast gəlir. Onlar od 

yağı, torpaq suyu, şimşək səmanı sevən kimi bir-birlərini 

sevirlər.  Hər iki elin arasında düşmənçilik düşməsin deyə  nə 

Muğamın, nə  də Mulasın ata yurduna getmirlər. Onlar hər iki 

eldən uzaqda olan, insanların ayağı düşməyən yerə gəlirlər. Bir 

neçə gün səhralarda gəzirlər. Bu gün Mulas sevgilisinin  

susuzluqdan  əziyyət çəkdiyini görür. Muğamın susuzluqdan 

dodaqları quruyur. Bu vəziyyətə dözməyən Mulas su axtarmağa 

gedir. Aylar, illər ötür. Lakin Muğamın sevgilisi gəlib çıxmır. 

Onun göz yaşları  səhraları isladır, torpaqları duzla doldurur, 

yarğanlar əmələ gətirir. Kür, Araz kimi çaylara çevrilib Mulası 

axtara-axtara Xəzərə tökülər. Dəvə karvanları ağ qadın saçlarını 

gördükdə sarvanlar karvanı geri qaytarır. Nəhayət, səhraya 

gələn aşıq nakam gözəlin atəş olmuş ürəyini görəndə ürəkdən 

coşur, oxuduğu nəğmə çöllərə yayılır. “O, nəğməni yüz min 

qız, yüz min oğlan oxuyub getmiş,  yüz mini də  gəlib 



Fazil Əliyev 

 

 74


oxuyacaqdır. O, nəğmənin adı “muğamdır” (97, 544-546). 

Müəllif bu əfsanəni yazarkən xalqın musiqimizin ünvanı kökü 

sayılan Muğama bəslədiyi sonsuz məhəbbəti  əsas tutmuşdur. 

Muğamatın varlığı xalqımızın mənəvi dünyasında  ədəbi 

yanaşmaq haqqı qazanmışdır. Orada milyonların kədəri, inamı 

ürəyində  bəslədiyi sevinc hissi yaşayır, düşmənə nifrəti, dosta 

məhəbbəti nəğməyə çevrilib elləri gəzir. Bu əfsanədə 

torpağımızın böyük bir hissəsini təşkil edən Muğam düzü 

haqqında danışılır. Onun duzlu, şoranlı, yüz nemət yetirən 

bərəkətli torpağına bəslənən  xalq məhəbbətindən doğan 

əfsanədən söhbət açılır. 

Pərşanın söylədiyi kiçik nağıl (əfsanə) də  əsərin  

məzmunu ilə bağlıdır: “Kür oğlandır, Araz- qız, bir- birinə 

qovuşmaq üçün dağlardan, dərələrdən aşıb gəlirlər. Muğanda 

bizim  Azərbaycan torpağında bir-birinə qovuşurlar. Muğan 

belə Muğandır” (97,61). Bu əfsanə  də doğma torpağa xalq 

məhəbbətini göstərir. 

Folklorun müxtəlif janrlarına münasibət romanda geniş 

şəkildə öz əksini tapmışdır.  Lirik, epik növlərlə yanaşı, xalq 

oyunlarından, teatr ünsürlərindən də  bəhrələnmə diqqəti cəlb 

edir. Əsərdə oxuyuruq: “Telli arvadla Şirzad”, “Dəyirmançı və 

gəlin” havasını ifa edəndə böyük-kiçik, bütün zal qəh-qəhə 

içində boğuldu.  Əslində “Dəyirmançı  və  gəlin “ hava deyil, 

xalq oyunudur, kiçik tamaşadır. Gəlin dəyirmançını insafa 

gətirmək üçün nəğmə oxuya-oxuya deyir: 

                      Aman dəyirmançı aman, 



        

                       Ürəyimi eləmə qan. 

                      Növbəm çatıb burax məni, 

                      İnsafa gəl üyüt dəni. 

  Dəyirmançı isə  gəlinin yalvarışına məhəl qoymur, onu 

gecikdirməyə çalışır. 

                        Olmaz  xanım , olmaz 



                        Su gəlib nova dolmaz. 

                       


Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 75 


 Hamıya növbə olsa, 

                          Gəlinə növbə olmaz 

 deyərək qaş-gözünü oynadır (97,590-591). Telli arvadla 

Şirzadın-kolxozçu qadınla cavan briqadirin oynadığı bu tamaşa, 

xalq oyunu əsərə sanki xüsusi bir təravət gətirir. “Azərbaycan 

folklorunun hər bir janrında mühakimələr, dram ünsürlərinə 

rast gələ bilərik” (44,85). 

Romanda lirik növə aid belə    bir  parçanın verilməsi 

həmin fikrin düzgünlüyünü təsdiq edir. Məişət dramını 

xatırladan bu kiçik tamaşada məhkəmə-oyun ünsürləri, 

jestlərdən istifadə diqqəti cəlb edir. Belə tamaşa oyunlar 

aşağıda göstərilən cəhətlərə görə əhəmiyyətli hesab oluna bilər. 

1. Belə oyunlar, əsərdə ahəgdarlığı, nəsrin emosional 

təsirini təmin edir. Oxucu kitabdan aralanmağa qoymur, onun 

yorğunluğunu aradan qaldırır. 

2. Dram səpkili səhifələr  əsərdəki hadisələrin, məzmu-

nunun daha yaxşı yadda qalmasını asanlaşdırır. 

3.  Əsərdə folklor tərzinin, folklor üslubunun sambalını, 

məntiqi tutumunu və məna dərinliyini təmin edir. 

“Böyük dayaq” romanında xalq yazıçısı tamamilə özünə 

sadiq qalmışdır. O, xalqın mənəvi söz xəzinəsindən 

bəhrələnmək, bu söz xəzinəsinin ən yaxşı incilərini bədii sənət 

dili ilə yenidən xalqa qaytarmaq sahəsində  nəhəng yaradıcılıq 

işi aparmışdır.    Bu  sahədə özünün də  tərtib etdiyi əfsanə  və 

rəvayətlərlə folklorumuzu zənginləşdirmişdir. 

“Telli arvadın Mayaya danışdığı  rəvayət məna cəhətdən 

çox tutarlı, ibrətamizdir. Öz yolundan azmağa başlayan, Maya 

kimi gözəl gəlini incidən Qaraşın haqqında söylənən bu 

rəvayətin qısa məzmunu aşağıdakı kimidir”. 

Telli arvad Qaraşa “Mirvari və balıqqulağı” adlı bir 

rəvayət danışır. Mirvari tapmaq arzusu ilə yaşayan dəniz 

sahilindən bir mirvari tapır. Ancaq tezliklə tapdığı mirvarini 

qumun üstünə atıb balıqqulağı  yığır. Evə  gələndən sonra isə 



Fazil Əliyev 

 

 76


tutduğu işdən peşman olur. Məsələni öyrənən ana oğluna deyir 

: “-Qayıt, bala  mirvarini tap.  

      Oğlan dedi:  

-  Haradan tapım, birdəki camaat mənə gülər, axtar-

mağın əziyyəti, əzabı da çoxdur. 

Anası dedi:  

-  Mirvarini qumun içinə atanda utanmadın, indi uta-

nırsan? Təzədən tapmaq üçün gərək hər əzaba, əziyyətə dözə-

sən, qumun içində diz-diz sürünməkdən utanıb çəkinməyəsən. 

Get!” (97,558).  

Qaraş bu rəvayətin dərin mənasını dərk edir. Mayanı yola 

gətirmək, peşiman olduğunu ona bildirmək fikrinə düşür. 

“Utanıram Telli xala, necə onun üzünə çıxım?” – deyir.  Əsərdə 

deyildiyi kimi  “Telli arvadın sadə sözləri Qaraşın fikrini 

işıqlandırırdı” (97,559). Folklora yaradıcılıqla yanaşmaq bu 

rəvayətdə daha çox nəzərə çarpır. Ciddi sənətlə müqayisədə bu 

yol folklordan bəhrələnməyin  ən münasib və  sərfəli yoludur. 

Aydın olur ki, yazılı  ədəbiyyatda folklor fikrin işıqlanmasına, 

yığcam və tutarlı deyiminə, əsərə canlılıq və təbiilik gətirməyə 

daha çox xidmət edir. 

Heyvanlar və quşlarla bağlı müxtəlif çeşidli folklor 

nümunələri  şifahi xalq yaradıcılığında mühüm yer tutur. 

Obrazların xarakterini yaratmaqda və aydınlaşdırmaqda belə 

nümunələrin işlədilməsinə əsərdə xeyli yer verilmişdir. Rüstəm 

kişi Yarməmmədlə Salman haqqında deyir: “Traktorlar 

dayanmış olsa, ikisini də qatacağam bir-birinə. Deyəcəyəm, 

beli götür, kətmən götür, get çölə  kəpəkoğlu! Stol dalında 

havayı yeyib dönmüsən xan evinin pişiyinə,  kürsü qırağında 

küftə yeyib porsuq olub, elə  təmbəlləşib, siçan görəndə  də 

gözünü açmır”. “Hara gedirəm, bu kərtənkələ qabağıma çıxır. 

Şeytan kimi hər yerdə hazırdır”. 

Vəzifəyə can atan Salman  haqqında deyilir: “Yağlı ət tül-

künü  cəlb edən kimi, vəzifə də onu tələyə çəkirdi”. Xüsusilə,  

hiyləgər, yaltaq, əliəyri surətlərə aid olan atalar sözlərində




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə