Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə17/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   13   14   15   16   17   18   19   20   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 65 


- “Mən bir şeyin həqiqət olduğuna inanandan sonra atam 

qəbirdən çıxıb gəlsə də onu deyəcəyəm. 

- Son illər Rüstəm kişi öyrənmişdir ki, hamı ona 

peyğəmbər kimi baxsın, hər sözünü bir hökm kimi qəbul etsin” 

(97,167). 

Birinci sözlərində Rüstəm kişi haqlıdır. Axı xalq da 

sözünün üstündə möhkəm duran, güzəştə getməyən adamları 

bəyənir. “Kişi kimi möhkəm adamdır” deyir. Odur ki, “atam 

qəbirdən çıxıb gəlsə  də” ifadəsi yerində  işlənmişdir. Rüstəm 

kişi kimi adamların belə sözləri işlətməyə haqları vardır.  

Belələri ağa qara deməyi bacarmır, kişilik, mərdlik adını 

hünərlə doğruldurlar. 

İkinci söyləmədə isə Rüstəm kişi haqsızdır. Çünki, 

hamının ona peygəmbər kimi baxmağını  tələb edən Rüstəm 

kişini lovğalığı özünü göstərir. Xalq dilindən gəlmə hikmətli 

sözlər surətin mənəvi düşüncə  tərzindəki psixoloji vəziyyəti 

aydınlaşdırır. 

Sənətkar obrazın səciyyəsini yaradarkən folklordan, 

xalqın  əsrlər boyu mənəvi dünyasında qərar tutmuş  əxlaqi 

görüşlərindən bəhrələnmişdir. 

O, Kələntərin qabağında  əyilən Yarməmməd haqqında 

belə deyir: “Yaltaq köpək oğlu, böyüyə quyruq bulamağı 

öyrənib!”. “-Sən də gah nala, gah da mıxa döyürsən!” deyə 

Rüstəm kişi Salmanı  qızardıb çuğundura döndərdi” Salmanın 

bacısı Naznazın Rüstəm kişiyə yaxınlıq etmək səyini duyarkən 

deyir: “Dədələr yaxşı deyib ki, özünü cavan yerinə qoyan 

qocada abır qalmaz.  Deyəsən, bu sığallanmış xanıma baxıb 

ağzımın suyunu axıtmağa başlamışam, axı.  Yerə girəsən ay 

Rüstəm. Bu sözlər obrazın daxili təbiətini, öz hərəkətlərinə 

xalqın gözü ilə baxmaq kimi müsbət keyfiyyətini aydınlaşdırır. 

Atalar sözü   “özünü cavan yerinə qoyan qocada abır qalmaz” 

vasitəsilə obraz haqqında heç bir təsvir vermədən onun 

xarakterindəki mühüm keyfiyyətlərindən biri haqqında oxucuda 

Fazil Əliyev 

 

 66


təsəvvür yaradır. Bizdə belə qənaət hasil olur ki,  Rüstəm kişi 

namuslu  adamdır. 

Kolxoz haqqında imzasız  məktub yazılanda gecələr 

Rüstəm kişinin gözünə  yuxu getmir: “Yerinə  qor dolmuş kimi 

o tərəf bu tərəfə çevrildi”, öz- özünə düşünür ki, haram tikə 

yeməmişəm, ancaq bəd niyyətli adamlar “ Məni kal meyvə 

kimi zorla qoparıb  özləri böyümək istəyirlər” “yerinə qor 

dolmuş”, “kal meyvə” kimi məcazi mənada işlənmiş deyim 

tərzindən  çixan nəticəyə diqqət yetirdikdə Rüstəm kişinin 

vəzifəpərəst olduğu məlum olur. O, səxsiyyətini tutduğu məlum 

olur. O, səxsiyyətini tutduğu vəzifə ilə ölçən, insanlığa, xalqa 

xidmət etməkdən daha çox öz şəxsiyyətini, vəzifəsinin 

qorunmasına xidmət edən adam təsiri bağlayr. 

El ədəbiyyatının  bütün  çeşidlərindən bəhrələnmək yolu 

ilə M. İbrahimov Rüstəm  kişi obrazının bütöv səciyyəsini 

yaratmışdır.  İnsana məxsus xüsusiyyətləri, obrazın daxili 

aləmini davramaq baxımından bunun xüsusi əhəmiyyəti vardır. 

Eyhamlar, atmacalar vasitəsilə Rüstəm kisinin təbiətindəki 

sözünü nifrətini bildirmək  tərzini aşağıdakı misallarda görmək 

olar: "Baş aparma, Telli arvad, baş aparma!”, “Mollalıq eləmə, 

sən Allah!”, “Mollanın dediyini elə, elədiyini eləmə!”, “Ay 

Nəcəf komsomol, qanacaq, varlı-kasıblıqnan olmur ha, südnən 

ana döşündən  əmirlər!”,  "Dilə  nə var, ətdəndir, o tərəfə  də 

hərlənir, bu tərəfə  də”, “Üzün ağ olsun, yaxşı dirək oldun 

dədənə”, “Sən də  mənə ilan dili çıxartma”, “Hər it öz 

çanağından yesə yaxşıdır” 

Rüstəm kişi obrazında millilik əlamətini varlığını  dərk 

etmək üçün onun mərdlik, kişilik  haqqında söylədiyi fikirlərə 

diqqət yetirək: “Kişinin sözü olanda adamın üzünə deyər, arvad 

kimi dalda qeybəd etməz”, “Arvadın qabağında nökər kimi  

duran kişidən kişi olmaz”, “Dosta əziyyət verən heç adam 

deyil, dostu ehtiyac zamanı  və pis gündə yadına salan 

nakişidir”. 



Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 67 


Folklorda sənətkarın yaratdığı obrazların varlığını 

dərindən  duymaq imkanını  qat-qat artırır.  

Rüstəm bəy Yarməmmədin, Salmanın toruna düşdüyünü 

dərk etdikcə odlanır, namərdlərə nifrətini xalq deyimləri, atalar 

sözləri ilə kəsərli, öldürücü ifadələrlə aşağıdakı şəkildə bildirir: 

“Ə,  ə, gəl də, nə toyuq güdən tülkü kimi orada pusursan”,  

“Belə qurumsağı, belə çörək itirəni,  haq-sayı ayaq altına atanı 

çörək tutsun, haq-say öldürsün”. 

Yarməmmədin  əsər boyu Rüstəm kişiyə “Möhtərəm 

sədr” – deyə müraciət etməsinin ona yaranmaq üçün bir siyasət 

olduğunu  əsərin sonlarında başa düşən Rüstəm kişi qəzəblə 

deyir: “Möhtərəm sədr! Tfu, hara, fermaya? Onu qəbirdə 

görərsən”. 

Salmana Pərşan üçün elçilik etmək üçün Rüstəm kişinin 

həyətinə gələn Kələntərə isə: “Dəli şeytan deyir, götür kösöyü 

sümsük it kimi qat qabağına qov rədd olsun, həyətdən” – deyir: 

Namərdlik, alçaqlıq xalq arasında həmişə muradlıq 

əlaməti kimi pislənmiş, nifrətlə yad edilmişdir. Yaltaqlığı, “yala 

hürəni” hörmətsiz adam saymışlar, onlarə  təhqir etməkdən 

çəkinməmişlər. 

Rüstəm kişi, onun kölgəsində yatan, yaltaqlıq, riyakarlıq 

yolu ilə qıllığına girən salmanı da “Ə, ə, a Salman, nə yalını da-

ğıtmış köpək kimi  mısmırığını sallamısan”, “Ə, ə, ay binamus, 

oturduğun budağı niyə doğrayırsan” sözləri ilə təhqir edir.  

Rüstəm kişi obrazının səciyyəsi onun dilində  işlədilən 

atalar sözləri, zərb-məsəllər, xalq deyim tərzi, eyhamlar, 

atmacalar vasitəsilə aşkarlanır. 

Beləliklə, M.İbrahimov- 

1.Obrazın milli simasını yaratmaqda folklordan 

yaradıcılıqla bəhrələnmişdir. 

2.Obrazın mənəvi düşüncə tərzini, onun bütöv xarakterini 

folklor vasitəsilə daha mükəmməl surətdə təsvir etmişdir. 

Rüstəm kişi obrazında süni, qondarma görünən əlamətlər 

yoxdur. Bu obrazın yaranmasında həlledici yer tutan sənətkar 



Fazil Əliyev 

 

 68


duyumu göz önündə canlanır. Rüstəm kişinin müsbət və mənfi 

xüsusiyyətlərini aşkara çıxardır. Bu baxımdan Azərbaycan 

folklor inciləri əvəzsiz rol oynayır. 

Şifahi xalq ədəbiyyatı nümunələri əsərdəki mənfi surətlə-

rin xarakterini, düşüncə tərzini, alçaqlığı və xəyanətkarlığı gös-

tərməkdə  də xalq  yazıçısının dilində  ədəbi vasitəyə çevril-

mişdir. Salmanın yaltaq, həm də namussuz  adam olduğunu 

Mayaya münasibətdə aydın görürük. O, toy şənliyində dediyi 

sözlərlə: “Armudun yaxşısını meşədə çaqqal yeyər” deməklə 

özünü oxucu qarşısında gözdən salır. Çörək kəsdiyi adamın 

gəlininə pis gözlə baxmaq namərdlik və namussuzluq əlaməti 

kimi oxucunu düşündürür. Yarməmmədin Salman haqqında 

dediyi “Pambıqla baş  kəsən adamdır” sözləri də yerində 

işlədilmiş xalq deyiminin təsir gücünü göstərir. 

Müəllif xalq duyumuna, müqayisə  tərzinə uyğun təsvir 

vasitələrindən istifadə etməklə  əsərdə fikrin yığcam ifadə 

olunması, təbii və inandırıcı olması kimi bədii həllinə nail olur. 

Xəlvətə düşdükcə Rüstəm kişiyə  xəbərçilik edən Salmanı 

nəzərdə tutaraq yazır: “Bayquş xaraba, gecəquşu qaranlıq sevən 

kimi xain adamlar da xəlvəti xoşlarlar. Sözü açıq deməz,  

camaat arasında bağlı sandıq kimi susub durar, xəlvətə düşən 

kimi çömçələrini bulayıb suyu bulandırırlar” (97,213). 

“Atalar sözü və məsəllər həmişə qısa olurlar. Lakin onlar 

da tam bir kitab qədər ağıl və hiss vardır. Yazıçı üçün bu 

material ilə tanış olmaq tamamilə zəruridir. Bu ona barmaqları 

yumruq  şəklində düymək kimi sözləri düyməyi, başqaları 

tərəfindən deyilmiş sözləri açmağı,  bu sözlərdə gizlənmiş 

mənanı meydana çıxartmağı öyrədir” (32,109). 

Bu cəhətdən yanaşdıqda “Böyük dayaq” romanında 

M.İbrahimovun sənətkarlığı qabarıq  şəkildə özünü göstərir. 

Xalq yazıçısı  folkloru yamsılamır,  onun nəsrdə  paralellərini 

yaratmağa cəhd göstərmir, daha dərin qatlardan xəbər verir. 

Qaraş qadınla kişinin bir məclisdə  əyləşməsi üstündə 

atası ilə mübahisə edir. Rüstəm kişi oğluna belə cavab verir. 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə