Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə25/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   21   22   23   24   25   26   27   28   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 97 


məhəbbət Mirzə  İbrahimov xəlqiliyinin dərin qatlarına 

işlənmişdir: 

- “Yum verəyin xanım! Qarlı qara dağların yıxılmasın! 

Gölgəlincə qaba ağacın kəsilməsin! Qağdan axan görklü suyun 

qurumasın!” (46,41) – söyləyən oğuz babalarımızın yurdsevər-

liyini qəlbində yaşadan xalq yazıçısı “Çörək andı”, “çörək 

basmaq” haqqında dildən-dilə, nəsildən-nəslə ötürülən 

deyimlərlə  bədii  əsərdə sanki yeni həyat vermiş, sənətkarlıqla 

yaşatmışdır. 

- “Təknədəki çörəyə and olsun”, “Torpağın bin-bərəkəti 

haqqı”, “Unun-urvan haqqı” kimi andlar xalqın çörəyə 

ehtiramından doğmuşdur (68,161). 

Alçaq, namərd adamlara qarğış edərkən: “Çörək tapma-

yasan”, “Çörəyin kəsilsin”, “Çörək gözünü tutsun” kimi 

ifadələr də çörəyə bəslənən sonsuz məhəbbəti bildirir (68,189). 

“Pərvanə” romanında Vəfadarın çörək haqqındakı fikri 

ata-babalarımızın çörəyə  bəslədikləri ehtiram hissindən 

doğmuşdur: “Çörək Quran kimi müqəddəsdir. Çörəyə içilən 

andı pozmaq olmaz. Çörəyi yerə salan və  əyilib qaldırmayan 

dilənçi kökünə düşər. Çörəyi tapdalayıb keçənin gözü kor olar” 

(104,243). Burada xalq sınaması  dərin məna daşıyır.  Çörəyə 

məhəbbət hissi aşılamaq gənc nəsli bu ruhda böyütmək 

xalqımızın arzu və istəyindən doğmuşdur. 

“Pərvanə” romanının birinci hissəsi dastan süjetlərinin 

çoxşaxəli olması ilə daha zəngindir. Bu süjetlərin folkloru-

muzda oxşar nümunələri vardır. Dastanda Vəfadarla bağlı süjet 

xətti, İlyas bəylə əlaqədar süjet xətləri əsas yer tutur.  

Dastanlarda olduğu kimi romanda da mübarizə əsasən iki 

qütbdə duran adamlar arasında gedir. Xeyirxah, insanpərvər 

qütbdə duran insanlar və  şər qüvvələri təşkil edən qütbdə 

duranlar mübarizə aparırlar. 

Vəfadarın  şəxsində xalqımızın mərdlik, namus, 

insanpərvərlik, yurdsevərlik, xeyirxahlıq sifətləri öz əksini 

tapdığı kimi, İlyas bəyin, onun tayfasının əməllərində də şərin, 



Fazil Əliyev 

 

 98


xəyanətin, alçaqlığın, qana susamağın qara izləri ilə 

qarşılaşırıq.  İlyas bəyin təbiətində nağıl və dastanlarda rast 

gəldiyimiz qorxunc divlərin, zülmkar hökmdarların varlığı kök 

salmışdır. Onun qəlbində  Aşıq Abbası  zəhər quyusuna atdıran 

Şah Abbasın qəddarlığı, Alı kişinin gözlərini ovduran Həsən 

paşanın zülmkarlığı yaşayır. Günü Afəridənin əmisi oğlu Səfeh 

Şortana vermək xəyalına düşən Cahan xanım Səlim Ağaya 

deyir. “Qağamnan danışmışam, razı olmasa, bir gecə  ağzına 

dəsmal basıb apararsınız, atarsınız dədəmin həyətindəki 

quyuya, ağzını örtəsiniz” (104, 280). 

Cahan xanım atasının quyusundan vicdan əzabı 

çəkmədən danışır Səlim ağa kimi qaniçəni də tükü bu sözlərdən 

biz-biz olur. Quyu ortaya çıxanda  İlyas bəy tayfasını 

folklordakı  şər qüvvələrin, yazılı  ədəbiyyatda canlanan, 

yenidən oxuculara təqdim edilən törəməsi kimi qəbul edirik. Bu 

quyu İlyas bəyə də öz dədəsindən qalmışdı. “Guya o rəhmətlik 

bir zaman acığı tutan nökərləri və əlinə keçən düşmənlərini ora 

atıb diri-diri çürüdərmiş” (104,280). 

Mirzə İbrahimov dastan süjetlərindən istifadə etdiyi quyu 

əhvalatlarından digər bir nəticəni də diqqətə çatdırmışdır.  

Cahan xanım qəddarlıqda atasından geri qalan deyil, İlyas bəy 

də ata-babasının yolu ilə gedir, dəhşətli quyu bu tayfanın pis 

işləri üçün yarandığından xəbər verir. 

“Əksliklərin əbədi olması haqqında əski bir əfsanəni yad 

edək. Yaxşılıq başlanğıcı Ülgen, pislik başlanğıcı Erliklə 

qardaşdır.  Onlar insan yaradırlar” (57,174). 

Təbiətdə  işıqla qaranlıq, “yaxşı” ilə “pis”in mübarizəsi 

qədim dövrlərdən insanların təfəkküründə inama çevrilmişdir. 

Bu inam nağıl və dastanlarda, folklor xəzinəsində öz əksini 

tapdığı kimi, bədii  əsərlərin də özülünü təşkil edir. yazılı 

ədəbiyyatın, xüsusilə romanların kökü folklor qaynağından 

qida aldığına görə orada bu cəhət daha aydın şəkildə üzə çıxır. 

Nağıl və dastanlardan bəhrələnməni ilk baxışda  əks etdirən 

səhifələrdən biri quyunun, “ölüm quyusu”nun təsviridir. 




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 99 


Qəhrəmanları, düşmənləri quyuya salmaq, çürütmək, 

rəvayətlərdən, nağıl və dastanlarda çox işlənmiş bədii gedişdir. 

“Hatəmin nağılı”nda deyilir : 

“Padşah dedi: 



-  İbrahimi filan yerdə, bir quyu var, salmışıq ora. Tay 

ölüb qaldığını bilmirik” (14,273). 

Yaxud: “Kiçik qız quyudan çıxanda qardaşların ağılları 

başlarından çıxdı, dedilər: 



-  Bəs Məlikməmməd kiçik qardaş olduğu üçün gözəl 

qızı özünə götürəcək. 

Bunların paxıllığı tutdu, yarı yolda Məlikməmmədin 

kəndirini kəsdilər. O, şappıltı ilə quyunun təkinə düşdü” 

(14,53). 

Quyu ilə bağlı  əhvalatlar dastanlarda da geniş 

yayılmışdır: “Bolu bəy Koroğlunu bir baş  gətirdi  Ərzincana

zindana, zirzəmiyə etibar etməyib öz həyətində dərin bir quyu 

var idi, saldı o quyuya!” (45,223). 

Romanda yazıçı  İlyas bəyi rəzil, dəhşətli bir surət kimi 

yaratmışdır. Folklorumuzun qəddar obrazlar sırasında  İlyas 

bəylərə çox rast gələn müəllif onun simasında XIX əsr 

Azərbaycanda zülmkar bəylərin tipik nümunəsini yaratmışdır. 

N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsindəki Rüstəm bəy  

sanki  İlyas bəylə ekiz qardaşdır. 

Cəfəri şişlə doğratdırıb quyuya atdıran, çoban Vəlini qu-

yuda çürüdən, dəyirmançı Turan babanı  zəncirləyib zirzəmidə 

saxlayan İlyas bəy qorxunc hökmdarlardan geri qalan deyildir. 

“İlyas bəyin doğulduğu gündən düşünmək nə olduğunu 

bilməyən iki küt və kobud nökəri vardır.  Qarınlarının tox, 

yerlərinin isti olmağı onların  ən böyük arzusu idi. Bu 

vəziyyətdə onlar ağalarına itdən sədaqətli olurlar” (104,332). 

Bu bədheybət nökərlər “şahın fərraşları kimi bir şeydirlər” 

(104, 333). İlyas bəy qəzəbləndiyi adamaların dalınca onları 

göndərirdi, o adamalara onların vasitəsilə divan tuturdu. 

Fazil Əliyev 

 

 100


Romanda  İlyas bəyin faciəli  əməllərindən bəhs edən səhifələr 

tamamilə, “folklorlaşır” desək, səhv etmərik. 

Nökər Keçəldən sirr almaq, Səlim ağanın Səfiqulu ilə 

bağlı  xəyanətini öyrənmək məqsədilə  təşkil edilmiş 

“mühakimə” səhnəsi əsl dastan təsiri bağışlayır. Hətta təhkiyə, 

deyim tərzi deyil, bədii quruluş da dastanlarda, nağıllarda 

olduğu kimidir. Keçəli ölümcül hala saldıran “İlyas bəy  əlini 

əlinə vurdu, nökərlər içəri girəndə dedi: 

- Aparın, bunun ayaqlarına məlhəm qoyun, yaralarını 

bağlayın, ötürün getsin!” (104,336) 

Ədibin folkloru dərindən öyrənməsi, ondan özünəməxsus 

yaradıcılıqla bəhrələnməsi  İlyas bəy kimi mükəmməl bir 

obrazın yaranmasına səbəb olmuşdur. Bu mənfi surətin 

psixologiyası, düşüncə tərzi, şər qüvvələrə məxsus hiyləgərliyi 

sənətkar qələminin sehrində böyük ustalıqla təsvir edilmişdir. 

İlyas bəy surəti çox dolğun  şəkildə  işlənmiş  mənfi səciyyəli 

bədii obraz hesab oluna bilər. Onun varlığında qəddarlıq, 

hiyləgərlik “güclüsən-qüvvətlisən” fikrini özü üçün yol seçən 

qeyri-insani, qeyri-milli bir  namərdlik kök salıbdır. İlyas bəyin 

mövqeyi xalqın kişilik və mərdlik haqqındakı qənaətləri ilə bir 

araya sığmırdı.  İlyas bəyə görə  “İndi kişi odur ki, basılmır, 

basır!  Nə yolunan basır, nə cür qalib gəlir, heç bir əhəmiyyəti 

yoxdur”.  İlyas bəyə nağıl və  rəvayətlərdən məlumdur ki,  

böyük dövlət və  mənsəb sahibləri düşmənlərini onların yaxın 

adamlarının  əli ilə  məhv ediblər, xəyanət yolu ilə  sıradan 

çıxarıblar. Müəllif  əsərdə  İlyas bəy obrazına münasibətdə 

bəylik həyatını deyil, əslində bəzi insanların təbiətində yaşayan 

qəddarlığı açıb göstərmişdir.  Əsərdəki nökərlər bəyin qoyun 

sürülərini otaran baş çoban Səfi surətləri də  İlyas bəy təbiətli 

insanlardır.  İlyas bəy nəslinin Məmməd Rza bəy kimi mərd, 

namuslu,  əyilməz, xeyirxah nümayəndəsi də  əsərin süjet 

xəttində başlıca yer tutur. Buradan aydın olur ki, M.İbrahimov 

yaratdığı surətlərdə “sinfilik” kimi sovet ideologiyası  tələbinə 



Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə