Microsoft Word mirze ibrahimov ve xalq yara01-12-2013ciligi doc


Mirzə İbrahimov  və  xalq yaradıcılığı



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə20/39
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52605
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 77 


məsəllərdə, müqayisələrdə heyvanlarla əlaqədar cəhətlər daha 

çoxdur... 

“Atana lənət, ay Salman, bir tülkü sənə tay ola bilməz, 

gör sözü nə yerinə saldı!”, “Dil deyil tülkü quyruğundan 

uzundur”, “İti görüm, qurdu görüm, bunu görməyim”, “... qotur 

keçi bulağın gözündən su içən kimi”, “Öküzün qanı qalar, 

igidin adı”, “Düzdə tək qalan dananı qurd aparar”, “Qaşqa kəl 

özünə yer əkəndə yuxusu gələr”, “Eşşək saxlayan gərək şıllağa 

dözsün”, “İti məsciddən qovan kimi qovacağam”, “Allah 

dəvəyə qanad versə, uçurmamış bir dam qoymaz”, “İti görüm, 

qurdu görüm, bunu görməyim”, “Keçi can hayında, qəssab piy 

axtarır”, “Armudun yaxşısını meşədə ayı yeyər”, “Bulanlıq 

suda balıq tutmaq”, “O sözləri ki, siz ona dediniz, birini bir 

çullu eşşək götürməzdi”, “Yatma tülkü kölgəsində, qoy yesin 

aslan səni”, “Keçmə namərd körpüsündən, qoy aparsın sel 

səni”, “Sən qurd ürəyi yemisən”, “O da ki, dəvə kimi kinli bir 

şeydir”, “Dərə  xəlvət, tülkü bəy”, “Allah dəvəyə qanad versə, 

uçurmamış bir dam qoymaz”, “Kişinin dalda da gözü var, 

qazdan ayıqdır”, “İki qoçun başı bir qazanda qaynamaz”, 

“Balığı haçan tutsan təzədir”, “İtin də quyruq bulayanı qurda 

getməz”, “Mənə ilan dili çıxartma”, “Qurbağanı qur-qurundan 

tanı”, “Elə bil ki, Allah bunu yaradıb güvə kimi gözəl 

xalçaların naxışını gəmirsən, ipini çeynəyib töksün, siçan kimi 

taxıl çuvallarını yırtıb dağıtsın” (97,203). 

Pis  əməllərin heyvanların hərəkətləri ilə müqayisə 

olunması, heyvanlarla bağlı atmacalar, xalq deyim tərzi, atalar 

sözləri və  məsəllər  əsərdə aforistik, eyhamlı  təsvirlər, 

oxşatmalar yaradılması müəllifin xalq təfəkkürünün genişliyini 

dərindən öyrəndiyini göstərir. Xalqın söz xəzinəsinin uyarlı 

nümunələrindən yaradıcılıqla istifadə olunmasında “Böyük 

dayaq” başlıca yer tutur. Əsərdə xalq arasında özünə    yer 

tapmış  sınamalara uğur haqqında duyumlara da rast gəlinir: 

“Bu gün səhərdən Rüstəm kişinin işi düz gətirmirdi, sanki 

yolunun üstündən qara pişik adlamış, yada qabağına dovşan 



Fazil Əliyev 

 

 78


çıxmışdı” (97,19). “Yoluna ağbəniz,  şümşadboy gəlin çıxsa, 

qorxma, get işin avand olar, qarayanız, arıq  əlangə qarı çıxsa, 

vay halına, getmə qayıt geri” (97,242).  “Sağ göz səyriyəndə 

adam sevinər” (97,572). 

V.Q.Belinski demişdir: “Hər bir xalqın iki fəlsəfəsi vardı: 

biri elm, kitab, təntənə  və bayram fəlsəfəsidir, digəri isə 

gündəlik, məişət və yaşayış  fəlsəfəsidir. Çox zaman bu 

fəlsəfələrin hər bir-birinə az-çox yaxın münasibətdə olur. 

Cəmiyyəti təsvir etmək istəyənlər bunların hər ikisilə tanış 

olmalı, sonuncu fəlsəfəni isə xüsusilə öyrənmişdir”(23,138) 

Mirzə  İbrahimovun bir xalq yazıçısı kimi ürəklərə yol 

tapması, onu doğma xalqın “hər iki fəlsəfəsini” dərindən 

bilməsi ilə bağlıdır. Bu iki fəlsəfənin kökləri hər bir xalqın 

mənəvi dünyasını  təşkil edən söz sənətində, folklorunda 

yaşayır. Azərbaycan türklərinin də  təfəkkür aydınlığı, milli 

siması  hər  şeydən  əvvəl onun folklorunda, min illər boyu 

yaratdığı söz xəzinəsində  əbədiləşmiş, təfəkkür süzdəcindən 

keçmiş  və yaşamaq haqqı qazanmışdır. Xalq deyim tərzi 

”Böyük dayaq” romanında  ədibin sənətkarlıq intuisiyası ilə 

birləşərək  əsərin dilinə,  təsvirin  ədəbiliyinə müsbət təsir 

göstərmişdir. Əsərdə dastan sujetlərindən, obrazın xarakterində, 

psixologiyasında dastan qəhrəmanlarına məxsus keyfiyyətlər-

dən bəhrələnmə qabarıq şəkildə özünü göstərir. 

Mirzə  İbrahimovun  əsərdə dastan süjetindən istifadə 

etməsi təsadüfi deyildir. O hələ  1941- ci ildə yazdığı “Azər-

baycan xalqının qəhramanlıq dastanları” (102,206-212) əsə-

rində dar gündə xalqımızın məyusluq və ümidsizliyə düşmən 

olduğunu göstərirdi.  

Dastan qəhrəmanlarına məxsus milli ənənə düşmənlə 

mərdi-mərdanə vuruşmaq, ölumdən qorxmamaq romanın 

başlıca qayəsini təşkil edir. “Koroğlu” dastanından seçilmiş 

aşağıdakı parça da  bunu göstərir.“Nigar deyir:  




Mirzə İbrahimov  və  xalq yaradıcılığı 

 

 79 


-Koroğlu,  əzəl məni götürüb qaçmayaydın.  İndi ki, 

aparırsan, qayıtma,  sür apar get!  Atamın qoşunu çoxdur, sən 

təksən, olarnan bacarmazsan, dava eləmə! 

 Koroğlu Nigar xanıma belə cavab verir: 

-Mən səni Çənlibelə bu cür apara bilmərəm. Dəlilər 

deyərlər: Koroğlu getdi xotkarın qızını qaçırıb gətirdi. Gərək 

dava eləyəm, qoşun qıram, qan tökəm, paşa öldürəm, səni elə 

aparam... Oğul odur ki, düşmənlə üz-üzə gəlsın”(102,18) 

“Kitabi- Dədə Qorqud” dastanında anasını, arvadını, var-

dövlətini xilas etmək üçün Qazan xan düşmən üstünə  tək 

getməyi qərara alır. Qaraca Çobanı özü ilə aparmaq istəmir. 

“Əgər çobanla varacaq olursam, Qalın oğuz bəyləri 

mənim başıma qaxınc çıxararlar (46,34). 

Rüstəm kişi obrazı  şəxsiyyəti  ılə, görkəmi ilə  də dastan 

qəhrəmanlarını xatırladır. Pərşan atası haqqında deyir: “Vallah, 

dədəm at üstündə oturanda elə bil Koroğludur, nənəmin  ağlı 

başından  çıxır”. Bu bənzətmə surətin xarakterinə  də uyğun 

gəlir. Rüstəm kişi meşədə kolxoz əmlakına xəyanət etmiş 

Salman, Yarməmməd və Lal Hüseynlə vuruşmaqdan çəkinmir. 

Əvvəlcədən onların  əlli erkəyi də götürür aradan çıxdıqlarını 

bilir. Qoca çobanın  açdığı bu sirri heç kəsə demir, təkbaşına atı 

meşəyə sürür. Onun meşədə üç nəfərlə vuruşmamaqdan 

qorxmaması, ölümcül yaralanması  və Kürə atılması  səhnəsi 

düşmənlə  təkbaşına döyüşə    atılmaqdan çəkinməyən Qazan 

xan, Koroğlu, Qaçaq Kərəm  kimi dastan qəhrəmanlarının 

təpərini xatırla.  

Rüstəm kişi aradan çıxmağa çalışan bu adamları tutdura 

bilərdi, özü ilə köməkçilər götürərdi. Yaxud onların müqavimət 

göstərdiklərini görüb mülayim rəftar edərdi. Lakin , o bu 

yolların heç birinə əl atmır. Hətta Lal Hüseyin  Rüstəm kişini 

atdan yerə salır. Salman ona tapılmış    sənədləri ləğv etmək 

üçün birlikdə fikirləşməyi təklif edir: 

“Ancaq Rüstəm kişi onun gözünün içinə tüpürdü 

Fazil Əliyev 

 

 80


-Ə,  ə  səndə adam üzü qalmayıb! Dağılışın cəhənnəmə! 

Məhkəmədə cavab verəsiniz-deyib ayağa duranda Salman 

çiynindən basdı. 

-Yox heç tələsmə. Axırıncı  məhkəmə buradır ki, 

oturmuşuq. Ya razı olacaqsan, ya da... 

-Ə, ə mənə  hədə qorxu gəlirsən ? Deyib Rüstəm kişi sağ 

əlini havada yellədi. Salmanın qulağının dibindən bir yumruq 

vurdu” (97, 579). 

Rüstəm kişinin bu hərəkəti təbii və inandırıcıdır. Ona 

görə ki, əsərin ilk səhifələrindən öz təbiətinə, mənəviyyatına 

uyğun şəkildə işlətdiyi atalar sözlərindən, ideomatik ifadələrdə, 

məsələlərdə kişilik haqqında söhbətlərində bütövlük

dediyindən dönməmək kimi əxlaqi sifətlər öz əksini tapmışdır. 

Rüstəm kişinin folklor qəhrəmanlarına məxsus obrazı,  əsər 

boyu canlanmıs, formalaşmış  və  əsərin sonunda özünü təsdiq 

etmişdir fikrini söyləsək zənnimcə səhv etmərik. 

“Böyük dayaq” romanının qəhrəmanı Rüstəm kişi 

ədəbiyyatımızda yaranmış  ən milli surətlərdəndir. Onun 

təsəvvürləri, mühakimələri milli psixologiyanın təsviri altında 

formalaşmışdır (72,162). 

Xalqın düşüncə  tərzi,  əxlaqi görüşləri, dünya düyümü 

aşınmaya məruz qalmadan daha çox folklorda yaşadığı üçün 

Mirzə  İbrahimov öz qəhrəmanını folklor mühitinin qoynunda 

yaratmış  və  ərsəyə çatdırmışdır. Xalq yazıçısı Rüstəm kişi 

obrazını folklor işığında yaratdığı kimi, onun arvadı    Səkinə 

obrazını  da milli ruhlu, duyumlu bütöv şəxsiyyət kimi 

yaratmışdır.  Əsərdə    Səkinə obrazı özünün fərdi  cizgiləri ilə, 

oxucu yaddaşına köçür, unudulmur. 

Rüstəm kişi obrazında Qazan xanların mərdliyi, qürüru 

özünə yer tapdığı kimi, Səkinənin simasında Nigar kimi 

qeyrətli, təmkinli və  ağıllı qadınlarımızın mənəvi ucalığı 

yaşayır. Rüstəm kişi qəzəblənəndə, mənəm- mənəmlik havası 

cilov gəmirəndə onu təmkinə, xalqla düzgün davranmağa 

səsləyir. Həmzə  Qıratı aparır, dəlilər Koroğludan incik 




Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə