Mirzə İbrahimov və xalq yaradıcılığı
13
çıxışlarında da xalqın milli-mənəvi
dəyərlərindən əxlaqi görüş-
lərinin zəngin çalarlarından istifadə etməyə önəm vermişdir.
Onun şəxsiyyəti, xalqın təfəkkür gücünün, təmkin və səbrinin,
inam və mənliyinin axarında yetişmişdir.
Mirzə İbrahimov daha sonra Azərbaycan Yazıçılar İttifaqı
İdarə heyətinin sədri (1946-1954), birinci katibi (1957-1965),
SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi (1957-1965),
Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini
(1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin sədri (1954-1958) vəzifələrində işləmişdir. Ömrünün
axırınadək isə Azərbaycan Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyat şöbəsi-
nin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin
redaksiya heyətinin üzvü olmuşdur. Ədibin ictimai-siyasi, elmi
fəaliyyəti ilə ədəbi yaradıcılığı bir-birini tamamlamışdır.
Xəlqilik – həyata xalqın düşüncə zirvəsinin təmiz, aydın
simasından baxmaq yazıçının şəxsiyyətində olduğu kimi, elmi-
nəzəri görüşlərində, bədii yaradıcılığında da həlledici meyar ol-
muşdur. Qısası, sənətkar şəxsiyyəti, sənətkar üslubunun
tamamlamasında həlledici mövqedə dayanmışdır. Həqiqətdir
ki, bədii söz ustası sənət əsərində əslində özünü təsdiq edir.
yaratdığı obrazlar yazıçı şəxsiyyətinin dayandığı zirvəyə
mənəvi cəhətdən yüksələ bilirlər.
Mirzə İbrahimov kimi şəxsiyyətlər isə həyatda, xalqın
mənən oyanmasında mühüm mərhələ təşkil edən dahi şəxsiy-
yətlərdəndir. Birincisi, onlar xalqın dərin qatlarından süzülüb
gələn milli mənliyini, humanist görüşlərini, xalq ruhunu daha
böyük ustalıqla duya bilir və üzə çıxarırlar. İkincisi isə, öz
şəxsiyyətləri ilə “xalqın şəxsiyyəti”nin inkişafına təkan verirlər.
Akademik Mirzə İbrahimovu XX əsrin sovet dövrü
onilliklərinin yetirdiyi şəxsiyyət kimi öyrənmək, tədqiq etmək
və onun xalqın milli varlığında yeni mərhələ təşkil edən
şəxsiyyət olmasından irəli gəlmişdir.
Fazil Əliyev
14
M.İbrahimov şəxsiyyətində insanın ehtiras, həmrəylik
duyğusu, xalqımızın keçmiş olduğu yetmiş illik yolun ağrı və
çətinlikləri, Cənubi Azərbaycan türklərinə bəslənən doğmalıq,
vüsal gününün həsrəti, sənətkar kamilliyi yaşayır. M.İbrahimo-
vun ictimai-siyasi, elmi-nəzəri görüşlərində, bədii əsərlərində
xalqın istək və arzularını tam şəkildə ifadə etmək səyi güclüdür
və olduqca təbii görünür. Bu təbiilik və xalqı duymağın sirri
sənətkarların, folklora münasibətindən doğmuşdur. “Xüsusən
xalq-folklor ruhu və ənənəsi M.İbrahimovun yazıçı üslubunda
əsasən və aparıcı rol oynayır” (19, 148).
M.İbrahimovun şifahi xalq ədəbiyyatına dair elmi-nəzəri
görüşlərini tədqiq edərkən üç cəhəti nəzərə almaq lazım
gəlmişdir. Birincisi, klassik irsimizə, müasir ədəbi gedişata,
ayrı-ayrı sənətkarlara həsr olunmuş əsərlərə dair ədəbi-tənqidi
görüşləri; İkincisi, yazıçının şifahi xalq ədəbiyyatının müxtəlif
məsələlərinə aid əsərlərində elmi-nəzəri fikirləri; Üçüncüsü,
M.İbrahimovun aşıq poeziyasının, tədqiqi və folklorşünaslığın
bir elm kimi formalaşmasındakı xidmətləri.
Mirzə İbrahimov və xalq yaradıcılığı
15
XALQ YARADICILIĞINA DAİR
MİRZƏ İBRAHİMOVUN
ELMİ-NƏZƏRİ VƏ ƏDƏBİ-TƏNQİDİ GÖRÜŞLƏRİ
“Əsl sənət əsərləri insanın ruhunu qaldırır,
ürəyini sevinclə, yüksək duyğular və ehtiraslarla
doldurur, yəni insanı mənən, fikrən ucaldır,
mübarizə qabiliyyətini, həyat eşqini artırır”
Mirzə İbrahimov
Mirzə İbrahimovun elmi-nəzəri və ədəbi tənqidi görüşləri
əsasən 1937-1938-ci illərdə yazdığı “Böyük demokrat”
əsərindən başlanır. Monoqrafiq səciyyəli ciddi tədqiqat
əsərində sənətkara məxsus olan alim-nəzəriyyəçi düşüncə tərzi
ortaya çıxır. Cəlil Məmmədquluzadə irsinin öyrənilməsində ilk
başlıca mənbə hesab edilən bu əsərdə Mirzə Cəlilin milli şüur
tariximizdə yeri dəqiq şəkildə ifadə olunmuşdur.
Alim-tədqiqatçı M.Cəlil irsinin köklərini araşdırarkən
M.P.Vaqif yaradıcılığının üzərində dayanaraq yazır: “Vaqif,
yazılı ədəbiyyatdan daha dərin tarixə malik olan və geniş xalq
kütləsinin həyatını arzu və istəklərini ifadə edən canlı, zəngin
Azərbaycan folklorunu yaradıcılığının əsasına qoyur” (25, 14).
M.İbrahimov Vaqif realizminin köklərinin folklordan
qidalandığını söyləməklə, yazılı ədəbiyyata folklora təsirini
təsdiq edir. O, əsərdə C.Məmmədquluzadənin tənqidi
realizminin xəlqiliklə bağlı cəhətlərini əsas tutaraq yazır:
“Bizcə sənətdə xəlqilik, həyatı xalq kimi idrak etmək, xalqın
bədii zövqünə ictimai və estetik tələblərilə həyata yaxınlaşmaq
və əks etdirməkdən ibarətdir”. Yazıçı-alim Mirzə Cəlil
xəlqiliyinin köklərini şifahi xalq ədəbiyyatında axtarır: “Xalq
həyatı, xalq şüuru, nəcib xalq ədalətləri, xalq təsəvvürləri, yas
Fazil Əliyev
16
və qüssələrlə, toy və oyunlarla onun xəyalına ürəyinə daxil
olmuşdur” (25, 183).
1945-ci ildə yazdığı “Azərbaycan ədəbiyyatı xalqın tərəq-
qisi yolunda” məqaləsində Nizamidən üzü bəri ədəbiyyatımızın
inkişafına nəzər yetirir. Ədəbiyyatın əhəmiyyətindən danışar-
kən yunan folklorunun və mifologiyasının şah əsəri olan “İl-
liada”dan, Homerdən bəhs edilir. Mürtəcelərin xalqın savadlan-
masını istəmədiklərini, onu cəhalətdə saxlamaq istəklərini
əsaslandırır. “Cahil adam kordur” atalar sözünü öz məqamında
irəli sürdüyü mülahizələrlə bağlı şəkildə işlədilir.
“Mütəfəkkir tənqidçi” əsərində B.Q.Belinskinin ədəbiy-
yatşünaslığa xidmətlərinin köklərini onun qəlbində xəlqilik
hissinin güclü olması ilə bağlı şəkildə şərh edir: “Belinski rus
ədəbiyyatı və rus nağıllarında da xalqın ölməz qəhrəmanlığını
görürdü. Bu nağıllarda rus təbiətinin genişliyini, rus xalqının
əzəmətli və qüdrətli mənəvi aləminin tərənnümünü tapırdı” (2,
249) deyirdi.
Ədib əsrinə ən böyük xiridarı hesab etdiyi xalqa
B.Q.Belinskinin dərin məhəbbəti və inamı M.İbrahimovun
sənətə baxışı ilə bir səsləndiyi üçün onun qəlbində sevinc hissi
doğurur: “Belinski rus ədəbiyyatı və rus nağıllarında da xalqın
ölməz qəhrəmanlığını görürdü. Bu nağıllarda rus təbiətinin
genişliyini, rus xalqının əzəmətli və qüdrətli mənəvi aləminin
tərənnümünü tapırdı” (25, 249). M.İbrahimov xalqın qəlbində
isinmiş, həqiqi qiymətini almış folklor materiallarına məhz
V.Q.Belinski kimi “Xalq əsərə qiymət verməkdə heç bir zaman
səhv etmir” (25, 253) fikri ilə səsləşən müddəanı əsas
tuturdu.“Əsər və sənətkar haqqında tənqidçi səhv edə bilər,
ancaq xalqın əsərə və sənətkara verdiyi qiymət ədəbi olaraq öz
qiymətini itirmir”.
M.İbrahimov 1947-ci ildə yazdığı “Leyli və Məcnun”
əsərinə dair məqaləsində bildirir: “Nizami “Leyli və Məcnun”u
yazarkən nəinki bu barədə ərəb mənbələrindən istifadə etmiş,
həm də Azərbaycan xalqı arasında yayılmış lətifə, hekayə və