4
Giriş
Tarixən zamandan və məkandan, ictmai-siyasi quruluşundan və idarəetmə
sistemindən asılı olmayaraq hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən
biri əhalinin təhlükəsiz qida məhsulları ilə etibarlı təminatı olmuşdur. Bu məsələ
müasir dövr üçün də öz aktuallığını itirməmiş, əksinə, daha da ciddiləşmişdir.
nsan orqanizminin keyfiyyətli qida məhsulları ilətəmin olunması çox vacib
məsələdir. Belə ki, düzgün qidalanma zamanı insanlarda gedən maddələr mübadiləsi
prosesi tənzimlənir, onların işgörmə qabiliyyəti yüksəlir, tez yorulma, tez-tez
xəstələnmə halları müşahidə olunmur. Bir sözlə, insanlar keyfiyyətli qida məhsulları
ilə qidalandıqda daha çox ömür sürürlər. Qida məhsullarının tərkibində insan
orqanizminin normal həyat fəaliyyəti üçün lazım olan karbohidratlar, zülallar, yağlar,
vitaminlər və başqa maddələrmühüm rol oynayır.
Qida əlavələrindən, əvəzedicilərdən, gen mühəndisliyindən və genləri
modifikasiya olunmuş qida mənbələrindən, müxtəlif kimyəvi preparatlardan və s.
istifadə hazırda geniş yayılmışdır. Təbii ki, bu vasitələr və elmi-texniki nailiyyətlər
istehsal həcminin artırılmasında mühüm rol oynamaqla yanaşı, bəzən düzgün istifadə
edilmədikdə insan sağlamlığı üçün müəyyən təhlükələr yaradır. Keyfiyyətin və qida
təhlükəsizliyinin idarəedilməsi sistemlərinin mövcud çağırışlara qeyri-adekvatlığı,
qida təhlükəsizliyi sahəsində əhalidə bilik və informasiyaların yetərincə olmaması
aqrarsiyasətin bütün qida istehsal sahələri ilə yanaşı şəkər, qənnadı məmulatları
istehsalına da diqqətin artırılmasını zəruri edir.
Qida qəbulu, yəni səhər, nahar və şam yeməyi şirin təamla qurtarmalıdır.
.P.Pavlov demişdir: “Qidaya tələb nəticəsində məmnuniyyətlə başlanmış yemək,
məmnuniyyətlə də qurtarmalıdır, tələbin ödənilməsinə baxmayaraq bu tələbin son
obyekti özünə qətiyyən həzm işi tələb etməyən şəkər olmalıdır”.
Azərbaycanda qida məhsullarının keyfiyyəti və qida təhlükəsizliyinin
idarəedilməsi sistemlərinin müasirləşdirilməsiqənnadı sənayesində olduqca aktual bir
məsələdir. Çünki qənnadı məmulatları
insanların qidalanmasında mühüm əhəmiyyət
5
kəsb edir. Bütün yaş qrupunda olan istehlakçıların qənnadı məmulatlarına olan
tələbatını nəzərə alaraq, şokolad və konfet məhsullarının təhlükəsizliyinin təmini
daha aktualdır. Məhz bu da dissertasiya mövzusunun aktuallığından xəbər verir.
Ə
halinin sağlam və təhlükəsiz qənnadı məhsulları ilə təmin edilməsi,
Azərbaycanın istehlak bazarına zərərli və keyfiyyətsiz qənnadı məhsullarının daxil
olmasının qarşısının alınması məqsədilə təhlükəsizliyin idarəedilməsi və nəzarət
sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması həm dövlət orqanlarının, həm
müasir sənaye sahələrinin əsas vəzifələrdən biridir. Müasir qənnadı sənaye sahələri
arasında keyfiyyətli məhsul istehsalına görə ölkənin qabaqcıl şirkətlərindən olan
“Veysəloğlu” MMC-nin “Ulduz” şokolad fabrikini xüsusilə qeyd etmək olar.
Hər hansı bir qida məhsulunda təhlükəli faktorların yaranması ehtimalı
məhsulun istehlakçıya çatanadək keçdiyi istənilən mərhələdə baş verə bilər. Məhsul
xammalının tədarükü, daşınması, saxlanması, emalı və qablaşdırılması, hazır
məhsulun saxlanması mərhələlərinin istənilən birində onun təhlükəli faktorlarla
təmasda olmaq və bu faktorların məhsulun tərkibinə düşmək ehtimalı istisna deyildir.
Ona görə də qida təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi üçün elə
idarəetmə sistemi seçilməlidir ki, bu, məhsulun keçdiyi bütün mərhələləri əhatə etmiş
olsun. Yəni qida təhlükəsizliyinin idarəetmə sistemi, qidanın istehsalından başlayaraq
istehlakçıya çatdırılana qədər keçdiyi bütün mərhələləri əhatə etməli və vahid sistem
halında fəaliyyət göstərməlidir. Göstərilən mərhələlərdən hər hansı birində -istər
müəssisədaxili, istərsə də, müəssisəxarici müvafiq monitorinq sistemi yetərincə
həyata keçirilməzsə, ümumi sistemin effektivliyini təmin etmək mümkün
olmayacaqdır.
Dissertasiya işinin elmi yeniliyini şəkərli qənnadı məmulatlarından olan
müxtəlif çeşidli konfet məmulatlarının texnoloji emal mərhələlərində əmələ gələn
keyfiyyət dəyişkənliklərinin araşdırılması, ən müasir avadanlıqlardan və təhlükəsiz
qida xamməhsullarından uzun müddət xarab olmadan saxlanmaya malik ağarma
ə
leyhinə struktur yaradan yağlardan istifadə edərək yüksək keyfiyyətli konfet
məmulatları istehsal etmək təşkil edir.
6
I FƏS L. ƏDƏB YYAT CMALI.
1.1.
Azə rbaycan Respublikasında qida sə nayesinin müasir və ziyyə ti
Qida – insanın fiziki, bioloji, əqli inkişafını şərtləndirən birinci amildir. Qida
xammalının və qidaməhsullarının təhlükəsizliyinin təminatı, insanların sağlamlığını
müəyyən edən və onun genofondunun saxlanılmasını təmin edən əsas istiqamətlərdən
biridir. Qidanın keyfiyyəti, onun vaxtında və müntəzəm qəbul edilməsi insanın həyat
fəaliyyətinə həlledici təsir edir [12].
1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması,
kənd təsərrüfatında aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və
kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kənd
ə
məkçilərinə paylanması, məhsulun alış qiymətlərinin sərbəstləşdirilməsi, qida
məhsulları emal edən sənaye müəssisələrinin özəlləşdirilməsi və s. bu kimi tədbirlər
dövlət mülkiyyətində olan və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan
sənaye müəssisələrini də əhatə etmiş və nəticədə qida sənayesi sahəsində də yeni
iqtisadi münasibətlərin formalaşmasına səbəb olmuşdur.
Son illərdə qida emal sənayesi sahəsində islahatların aparılması üçün hüquqi
baza yaradılmış, bir sıra yeni qanunlar (“Yeyinti məhsulları haqqında”, “Taxıl
haqqında”, “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının
Qanunları) qəbul edilmişdir [3].
Qida sənayesinin güclü inkişafı üçün ilk növbədə xammal ehtiyatları nəzərə
alınır. Qida sənayesini özündə birləşdirən sahələrin inkşaf mənbəyini təşkil edən kənd
təsərrüfatı məhsulları əsas xammal mənbəyidir. Qida sənayesinin inkişaf etdirilməsi
daim respublika rəhbərliyinin diqqət mərkəzində olmuş, bu sahədə ciddi uğurlar əldə
edilmişdir.Belə ki, 2009-cu ildəqida məhsullarından şəkər istehsalı 16.5 % artaraq
314.9 min ton, çay 8.3 % artaraq 7.7 min ton, ət 2.8 % artaraq 159.5 min ton, süd 3.0
faiz artaraq 61.7 milyon ton, kərə yağı 0.9 % artaraq 14.2 min ton, şampan şərabı
17.7 % artaraq 42.2 min ton, pivə 9.5 % artaraq 3.5 milyon ton, araq 15.6 % artaraq
Dostları ilə paylaş: |