16
Bioloji dəyərlilik – qida zülalının keyfiyyət göstəricisi olub, onun amin turşu
tərkibini və zülalın sintezi üçün orqanizmin tələb etdiyi amin turşu tərkibini əks
etdirir. Qida rasionundazülalların uzun müddət çatışmaması insan orqanizmində çox
çətinliklə aradan qaldırıla bilən xəstəliklərin əmələ gəlməsinəsəbəb olur. Ona görədə
qida rasionunda keyfiyyətli zülalların olması vacib şərtdir. Keyfiyyətli zülal o
deməkdir ki, onların tərkibində bütün əvəzolunmayan aminturşularının hamısı
lazım
olan
miqdarda olsun. Qidada əvəzolunmayan aminturşuların çatışmaması zülalın
keyfiyyətini aşağı salır.
Enerji dəyəri – onun fizioloji funksiyalarının təminatı üçün insan orqanizmində
qida məhsulundan azad edilən kilokalorilərdə enerjinin miqdarıdır.Orqanizm üçün
ə
sas enerji mənbəyi karbohidratlardır.Orqanizmin enerjiyə olan ehtiyacının təxminən
60%-ikarbohidratlar hesabına ödənilir. Qida məhsullarından çörək, şəkər rafinadı,
mürəbbə, cem, qənnadı məmulatları, bal və üzüm karbohidratlarladaha cox zəngindir.
Bunlardan qənddə 95%, saxaroza və balda 77% sərbəst qlükoza və ən çox fruktoza,
mürəbbədə 70% saxaroza, üzümdə 18
- 25 % qlükoza və fruktoza olur. nsanın
gündəlik qidasında karbohidratlar zülallara nisbətən 4-5 dəfə çox olmalıdır.
Qida məhsullarının və qida xammalının saxtalaşdırılması – saxta qida
məhsullarının və qida xammalının realizasiyasıdır.
Qida məhsullarının və qida xammalının eyniləşdirilməsi – qida məhsullarının
və qida xammalının konkret növünə uyğun normativ sənədləşmyə əsasən
uyğunluğunun qurulmasıdır [8, 35, 36].
Texniki sənədlər – qida məhsullarının, materialların və məmulatların
istehsalını, saxlanmasını, reallaşdırılmasını həyata keçirir.
М
üxtəlif qida məhsullarının yüksək keyfiyyətliliyi onların tərkibinə görə
müəyyənləşdirilir. Bunlar isə əsasən zülallar, yağlar, karbohidratlar, vitaminlər,
mineral maddələr və mikroelementlərə görə qiymətləndirilir [20, 21].
Məhsul keyfiyyətinin yüksəldilməsində хammaldan səmərəli istifadə olunması,
birinci növbədə aztullantılı və tulluntısız teхnologiyanın tətbiqi əsas amillərdən
biridir. Bitki mənşəli хamməhsulların emalı zamanı bəzən 50%-ə qədər tullantı alına
17
bilər. Lakin yüksək keyfiyyətli хammaldan istifadə edərək, müasir teхnologiya və
avadanlıq tətbiq edib, əməyin təşkilini təkmilləşdirməklə tullantını tam azaltmaq
mümkündür.
tkilərin azaldılması хamməhsulların kompleks emalı ilə də
mümkündür. Məsələn, almadan 45 – 50 % şirə aldıqdan sonra yerdə qalan cecədən 40
– 45 % püre almaq və nəhayət tullantı hesab edilən jıхımı heyvanlar üçün yem
məqsədilə istifadə etmək olar [18].
Məhsul keyfiyyətinə istehsal teхnologiyası və orada tətbiq olunan maşın və
avadanlığın keyfiyyəti də əhəmiyyətli dərəcədə təsir göstərir.Son illər istehsalatda
yüksək teхnologiyadan, avtomatlaşdırılmış və kompyuterləşdirilmiş istehsal
хə
tlərindən istifadə olunur. Məsələn, Veysəloğlu MMC - nin tərkibində fəaliyyət
göstərən “Ulduz” şokolad fabrikində tətbiq olunan müasir teхnologiya,
avtomatlaşdırılmış və meхanikləşdirilmiş istehsal teхnologiyası yüksək keyfiyyətli
ş
okolad və konfet məhsullarından “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”,
“Sema”, “Wedding” və s. istehsal edilir.Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni
xətti istifadəyə vermişTopnut markalı “Draje” və “Cırtdan”, “Freş”, “Alpinmilk”,
“Villi” markalı karamel məhsulları istehsal etməyə başlamışdır.
Azərbaycanda
istehsal edilən ərzaq məhsullarının keyfiyyətini yüksəltmək üçün bütün sahələrdə
yüksək məhsuldarlığa malik olan avadanlıqdan, teхnoloji хətlərdən, modernizə
edilmiş və yeni konstruksiyalı avtomatlardan istifadə olunmalıdır [2, 25].
1.2.2. Emal texnologiyalarının müasirliyi
Müasir dövrdə qida məhsulları istehsalı ilə məşğul olan əksər sənaye
müəssisələrində istehsalın strukturu və xarakteri dəyişməklə, yeni avtomatlaşdırılmış
və mexanikləşdirilmiş, fasiləsiz işləyən texnoloji axın xətlərinin tətbiqinə olduqca
böyük üstünlük verilir. Belə müəssisələrdən ən müasir texnoloji avadanlıqlarla təhciz
olunaraq texnoloji əməliyyatların tətbiqi ilə yanaşı, yüksək məhsuldarlığı ilə
fərqlənən qənnadı məmulatları istehsal edən “Ulduz” şokolad fabrikini xüsusilə qeyd
etmək olar [14].
18
stehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir
standartlara cavab verən avadanlıqlar quraşdırılmışdır. Müəssisə əsasən Almaniya və
taliyadan gətirilmiş avadanlıqlar və axın xətləri ilə təhciz olunub.Texnoloji xətlərin
istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır.
Hər hansı bir texnoloji proses metodların fərqinə baxmayaraq, müəyyən
sistemli avadanlıqda gedən bir-birilə bağlı texnoloji mərhələdən ibarətdir.
Qida məhsullarınınistehsal texnologiyasının prosesləri hidrodinamiki, istilik,
kütlədəyişmə, biokimyəvi və mexaniki proseslərin uyğunlaşmasıdır.
Qənnadı sənayesində, istehsal avadanlığı sisteminin tədarükçüsü kimi,
Almaniyanın “Chocotech” firması özünün ən müasir avadanlıq dizaynı, avadanlıq
istehsalçısı kimi dünyanın bir çox ölkələrində, ocümlədən Azərbaycanın qida
sənayesində də bir brend şirkət kimi tanınmışdır. Firma Almaniyanın Wernigerode
şə
hərində 12000 m
2
istehsal ərazisində yerləşir. Şirniyyat məmulatlarının istehsal
avadanlıqlarını test etmək üçün 600 m
2
ərazi ayrılmışdır, həmçinin, böyük bir şokolad
məhsulları laboratoriyası vardır [13, 22, 23].
Laboratoriyada konfet və şokolad məmulatlarını analiz etmək və eksperiment
aparmaq üçün Princess
®
minitest avadanlığından istifadə olunur.
Autograv
®
- resepturdakı komponentlərin kütlələrinin çəkilməsi, qarışdırılması,
həll olması və bişirilməsini həyata keçirən qurğudur
.
Autograv
®
- reseptur qarışığın
hazırlanması üçün kompleks sistem olub konkret təyinatından və bişirmə qurğusunun
məhsuldarlığından asılı olaraq müxtəlif tərtibatlarda istehsal edilir və istehlakçılara
təqdim edilir.
Caraflex
®
in müxtəlif modelləri əsasən əlavə vakuum kameralı və vakuum
aparatlı qurğuları geniş diapazonlu karamelləşməyə - praktik olaraq ağ rəngdən
intensiv qəhvəyi rəngin çalarlarına qədər olan kütlənin alınmasına imkan verir. Təbii
ki, buna səbəb temperaturun təsiri ilə məhsulun tərkibində gedən biokimyəvi
dəyişikliklərdir [37].
Sucrofilm
®
- bu qişalı bişirmə aparatı olub, yüksək termomübadiləsi ilə seçilir.
Sucrofilm
®
fasiləsiz rejimdə uzunmüddətli işləmək üçün yararlıdır. Sucroform
®
-W –
Dostları ilə paylaş: |