19
qrilyaj, yarımbərk və bərk karamel üçün vallı ştamplayıcı ştamlamadan sonra təbəqə
soyudulur və ayrı – ayrı məmulatlara sındırılır. Bundan sonra isə cilalayıcı barabanda
qraqları düzəldilir.
Sucromaster
®
ştamlanmış bərk karamel kütlələrin hazırlanması üçün nəzərdə
tutulub və texnoloji prosesdə aşağıdakı əməliyyatlar həyata keçirilir: bişirilmə,
buxarlandırma, vakuumlaşdırma, nəqledici şnek vasitəsilə kütlənin vakuum
kamerasından çıxarılması, rəngləyicilərin, aromatizatorların və kristallik turşuların
dozalaşdırılması, dinamik qarışdırıcıda inqrediyentlərin baza kütləsi ilə homogen
halına qədər qarışdırılması, aerasiya və ştamplamadan əvvəl kütlənin
Carastar
®
- bişirmə aparatı müxtəlif kütlələrin porsiyalı hazırlanması üçün
nəzərdə tutulmuşdur. Fabrikin istehsal proqramına Carastar
®
ın bir neçə ölçüdə
olanları, müxtəlif parametrliləri məsələn, resepturdakı komponentlərin avtomatik
çəkilməsi üçün kütlə detektoru; vakuumlu qurğu; kütlənin homogenləşdirilməsi və
parçaların xırdalanması üçün böyük kəsici qüvvəli qarışdırıcılar; əlavə nasoslar və
xüsusi klapanlar daxildir. Carastar
®
da qaynama prossesi atmosfer təzyiqində, təzyiq
altında, vakuumda həyata keçirilə bilir. Prossesdən sonra vakuumlaşdırma və
soyudulma aparılır [37].
Ecograv
®
- porsiyaların çəkilməsi və həll olunması üçün qravimetrik enerji
qənaəti sistemidir. Bu sistem şəkər və şəkərəvəzedici resepturalar üçün nəzərdə
tutulmuşdur. stehsal prosesi üçün enerjiyə qənaət etmək qənnadı məhsullarının
istehsal problemlərinin həllinə olan tələblərin aktuallığını nəzərə alan “Chocotech”
firması yeni patentləşdirilmiş texnologiyanı işləyib hazırlayıb, sınayıb və daxil edib.
Bu texnologiya istehsalçılara bərk karamelin, pomadkanın, nuqanın və bir çox digər
bişirilmiş şəkər – patka şərbətlərinin istehsalında 50 % buxara qənaət etməsinə imkan
verir [37].
Jellymaster
®
- istənilən həlməşik əmələgətiricilər üçün fasiləsiz təsirli işləyən
jeleli kütlələrin hazırlanmasını həyata keçirən qurğudur. Jellymaster
®
qurğusu istilik
mübadilə edicisi Sucrotwist
®
, vakuum kamerası və vakuum qurğusundan ibarətdir.
Unikal konstruksiyası sayəsində minikompakt Sucrotwist
®
öz istilik mübadilə
20
göstəriciləri ilə seçilir və istənilən növ jeleli kütlələrlə yaxşı işləyir. Qurğunun
dizaynı gigiyenanın yüksək tələblərinə cavab verir və təmizlənməsi asandır.
Sucrotwist
®
- bu fasiləsiz təsirli universal yüksək məhsuldarlıqlı bişirici aparat
olub, demek olar ki, zülalsız bütün karamel kütlələrinin bişirilməsi üçün işlənib
hazırlanmışdır. Sucrotwist
®
- qıfşəkilli kompakt varonkadır. Yüksək istilik
mübadiləsi göstəricilərinə malikdir. Sucrotwist
®
bişirmə qurğusu geniş spektrdə
kütlələri emal edə və fasiləsiz olaraq uzunmüddətli işləyə bilir. C P – Çokotek
kompleks birləşmiş axın xəttində yuyucu kimi təqdim olunan qurğudur. Çokotek
bişirmə qurğusu öz gigiyenik dizaynı ilə seçilir və C P yuyucu sisteminə asanlıqla
qoşula bilir. Həcmin konstruksiyası tamamilə aşağıdakı tələblərə cavab verir.
Fırlanaraq çiləyən yuyucu qıflar, gigiyenik icralı qarışdırıcılar və yuyucu nasoslar
C P qurğusu üçün istifadə olunan həcmlər paslanmayan poladdan hazırlanıb ki,
bunlar da müxtəlif növ yuyucu vasitələr və məhsullara qarşı davamlı olsun [37].
Turbowhip
TM
– porsiyalaşdırılmış bişirmə, vakuumlama və aerasiyalama üçün
universal qurğudur. Turbowhip
TM
– porsional təsirli bişirici aparatdan (şəkər-patka
şə
rbətlərinin bişirilməsi üçün) və kütlələrin aerasiyası üçün ona bitişik olan çalma
sistemindən ibarətdir. stənilən köpük əmələgətiricilərdən istifadə oluna bilər.
Jellymix
TM
– bu rəngləyicilərin, aromatizatorların və turşuların həmçinin digər
ə
lavələrin şirə kimi və. s avtomatik dozalaşdırılması və jeleli kütlələrlə qarışdırılması
üçün qravimetrik sistemli avadanlıqdır.
Jellymix
TM
– sistemi tamamilə idarəetmə
sisteminin reseptur yaddaşı ilə inteqrasiya olunub və yüksəkdəqiqliklə
dozalaşdırmanı təmin edir
.
Pralimat
®
- universal çökdürücü maşındır. Bu müxtəlif qənnadı kütlələrinin,
həmçinin, çalınmış kütlələrin çökdürülməsi üçün aparatdır.
Yağ tərkibli içliklərin – nuqa, krem, marsipan kimi kütlələrin də çökdürülməsi
mümkündür. Pralimat
®
çökdürücü maşını, özünü içliklərin formalara tökülməsi üçün
maşın kimi yaxşı tanıtmışdır [37].
Krokantkocher-RK-50 - qrilyaj kütlələrin bişirilməsi üçün porsional təsirli
qrilyaj hazırlayan aparatdır. Qızdırılma müasir qazlı qızdırıcının köməyi ilə həyata