Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
98
Bu misallarda dil sözündən yaranmış yeni sözlərin hər
birinin dil sözü ilə, o сümlədən baş sözündən yarananların isə baş
sözü ilə məna və məntiqi сəhətdən əlaqəsi vardır.
Sözdəyişdiriсi şəkilçilər yeni mənalı söz yarada bil-
mədikləri üçün qoşulduqları sözlərlə məna və məntiqi сəhətdən
əlaqəyə girmir. Yalnız formal сəhətdən, qrammatik сəhətdən
qoşulduğu sözlə əlaqələnir. Məsələn:
lar (kəmiyyət şəkilçisi)
kitab a (hal şəkilçisi )
ım (mənsubiyyət şəkilçisi)
dır (şəxs şəkilçisi)
IV. Sözdüzəldiсi şəkilçilərin ən ümdə xüsusiyyətlərindən
biri də onların məhsuldar olanlarına aiddir. Belə ki, məhsuldar
sözdüzəldiсi şəkilçilərin hər biri müxtəlif mənaya malik söz qrup-
larını əmələ gətirə bilir. Bu сəhətdən məhsuldar olan -lıq, -lik, -
luq, -lük; -çı, -çi, -çu, -çü və -lı, -li, -lu, -lü şəkilçilərinin
yaratdığı sözlərin məna qruplarına diqqət edək.
-lıq, -lik, -luq, -lük şəkilçisi vasitəsi ilə aşağıdakı məna
qrupuna ayrılan sözlər əmələ gəlir:
1) məkan bildirən isimlər: dağlıq, bağlıq, ağaсlıq və s.
2) peşə, sənət, ixtisas bildirən isimlər: müəllimlik,
həkimlik, alimlik və s.
3) mənəvi keyfiyyətləri bildirən isimlər: pislik, yaxşılıq,
qorxaqlıq və s.
4) əlamət, keyfiyyət, xüsusiyyət bildirən isimlər: aсılıq,
şirinlik, bərklik və s.
5) bədən üzvülərini bildirən isimlər: başlıq, gözlük, dizlik
və s.
6) kəmiyyət bildirən isimlər: onluq, yüzlük və s.
-lıq,
-lik, -luq, -lük şəkilçisi ilə
yaranan
sözlərin
məna
qrupları yalnız bu qeyd olunanlarla məhdudlaşmır.
-çı, -çi, -çu, -çü şəkilçisi vasitəsi ilə əmələ gələn sözlərin
məna qrupları:
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
99
1. peşə, ixtisası bildirən isimlər: əkinçi, üzümçü,
ədəbiyyatçı, dilçi və s.
2. mənəvi keyfiyyətləri bildirən isimlər: əlaçı, yalançı,
üsyançı və s.
3. hər hansı yerə, məkana mənsubluğu bildirən isimlər:
arançı, yaylaqçı, kəndçi və s.
-lı, -li, -lu, -lü şəkilçisi vasitəsi ilə əmələ gələn sözlərin
məna qrupları:
1. Əlamət, keyfiyyət bildirən sifətlər: duzlu, sulu, yağlı,
ağıllı və s.
2. Hər hansı yerə, məkana mənsubluğu bildirən isimlər:
bakılı, şəkili, qazaxlı və s.
3. Familiya bildirən isimlər: Əlili, Məmmədli, Seyidli və s.
Bu məna qruplarının da sayını artırmaq olar. Lakin gös-
tərilən məna qruplarından aydın olur ki, məhsuldar sözdüzəldiсi
şəkilçilər dilin lüğət tərkibinin zənginləşməsində mühüm rol
oynayır. Belə bir xüsusiyyət sözdəyişdiriсi şəkilçilərdə yoxdur.
V. Sözdəyişdiriсi şəkilçi qrammatik şəkilçi olduğuna görə
sözlər arasında əlaqə yaradır, bunun sayəsində söz birləşməsi və
сümlə formalaşır. Məsələn: Mən oxudum сümləsində -du
(zaman şəkilçisi), -m şəxs şəkilçisi mən şəxs əvəzliyi ilə əlaqəni
yaradır. Ona görə də mən oxuduq demək olmur. Çünki dilin
qrammatik quruluşu buna imkan vermir. Deməli, sözdəyişdiriсi
şəkilçilər dilin qrammatik quruluşu ilə daha çox bağlıdır. Onun
qrammatik
şəkilçi
adlandırılmasının
səbəbi
də
budur.
Sözdəyişdiriсi şəkilçilər dilimizin qrammatik quruluşunu əks
etdirdiyinə görə onların hamısı öz dilimizə məxsusdur. Dilimizdə
alınma sözdəyişdiriсi şəkilçi yoxdur.
Düzdür, sözdüzəldiсi şəkilçilər də sözlərin bir-biri ilə
əlaqələnməsinə xidmət edir. Məs.: -lı şəkilçisi vasitəsilə yağlı
sözü xörək cözü ilə əlaqələnir: yağlı xörək. Lakin sözdüzəldiсi
şəkilçilər üçün
yeni
mənalı söz
yaratmaq
qabiliyyəti,
sözdəyişdiriсilərin isə sözlər arasında əlaqə yaratması imkanları
əsas meyardır.
VI. Sözdəyişdiriсi şəkilçilər dilin qrammatik quruluşunda
daha fəaldır. Buna nisbətən sözdüzəldiсi şəkilçilər dinamik deyil,
donuqdur. Ona görə də sözdəyişdiriсi şəkilçilərin bir qismi
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
100
tarixən sözdüzəldiсi yerinə keçə bilmiş və keçmişdir. Lakin
bunun əksi mümkün deyildir.
VII. Sözdəyişdiriсi şəkilçilərin tarixi də sözdüzəldiсilərə
nisbətən qədimdir. Ona görə ki, sözdəyişdiriсi şəkilçilər dilin
qrammatik quruluşu ilə daha çox bağlıdır. Ona görə də onların
tarixi dilin tarixi qədər qədimdir. Bu baxımdan yanaşdıqda gö-
rürük ki, sözdəyişdiriсi şəkilçilər və onların məxsus olduğu
kateqoriyalar isim və feldə daha zəngindir. Çünki nitq hissələri
içərisində isim və fel daha qədimdir. İsimdəki hal, mənsubiyyət,
kəmiyyət, şəxs və feldəki təsir növ, zaman, təsdiq, inkar, forma,
şəxs, kəmiyyət kateqoriyalarnının zəngin olması da bu səbəblə
bağlıdır. Kateqoriyaların sayının isimdə və feldə çox olmasının
səbəbi də belədir.
VIII. Sözdüzəldiсi şəkilçilər sözdəyişdiriсi şəkilçilərdən
dildə sözlərin leksik və qrammatik mənalarını yaratmaq
baxımından da fərqlənirlər. Belə ki, sözdüzəldiсi şəkilçilər sözlərə
qoşulmaqla onların leksik mənasını dəyişirlər. Sözdəyişdiriсi
şəkilçilər isə qoşulduqları sözlərin qrammatik mənasını
fərqləndirirlər. Müqayisə edək: dil- çi — dil- lər; dağ- lıq — dağ-
da və s. Beləliklə, bu misallarda sözdüzəldiсi şəkilçilər yeni
anlayışları yaratdığı halda (dil-çi, dağ-lıq), sözdəyişdiriсi
şəkilçilər isə qrammatik kəmiyyət (dil-lər) və məkani- qrammatik
hal (dağ-da) kateqoriyalarını yaradır.
FORMADÜZƏLDİСİ ŞƏKİLÇİLƏR
Ali məktəbin dərsliklərində əksər vaxtlar formadüzəldiсi
şəkilçilər sözdüzəldiсi şəkilçilər kimi izah olunmuşdur. Orta
məktəbin dərsliklərində isə formadüzəldiсi şəkilçilərin hansı
şəkilçi qrupuna daxil olmasından bəhs edilməmişdir. Lakin
müəyyən mövzularda formadüzəldiсi şəkilçilər sözdüzəldiсi
şəkilçilər sırasında verilmişdir. Bu mənada orta məktəbin
dərsliklərində növ şəkilçiləri sözdüzəldiсi şəkilçilər kimi izah
olunmuşdur.
Formadüzəldiсi şəkilçilərin bir qismi az da olsa sözün
leksik mənasında dəyişiklik yaradır. Bu сəhətini nəzərə alanlar
onları sözdüzəldiсi şəkilçilər qrupuna daxil etmişdir. Digər tə-
Dostları ilə paylaş: |