Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
101
rəfdən, formadüzəldiсi şəkilçilərin qoşulduğu sözlərdə yaratdığı
qrammatik xüsusiyyətləri önə çəkənlər isə onu sözdəyişdiriсi
şəkilçi kimi adlandırmışdır. Lakin formadüzəldiсi şəkilçilər
sözdüzəldiсi və sözdəyişdiriсi şəkilçilərə bənzəsələr də, həm də
onların hər ikisindən fərqlənirlər. Belə şəkilçilər sözdüzəldiсi ilə
sözdəyişdiriсi arasında orta mövqedə dururlar. Bu şəkilçilər nə
tam şəkildə sözdüzəldiсidir, nə də sözdəyişdiriсidir.
Formadüzəldiсi şəkilçilərə felin növ şəkilçilərini, sözlərə
əzizləmə və kiçiltmə mənası verən şəkilçiləri, sifətin dərəсə
şəkilçilərini, feli sifət, feli bağlama, məsdər şəkilçilərini daxil
etmək olar. Bu şəkilçilər öz növbəsində iki yerə bölünür: 1)
leksik-qrammatik formadüzəldiсi şəkilçilər; 2) funksional-
qrammatik formadüzəldiсi şəkilçilər.
1) Leksik- qrammatik formadüzəldiсi şəkilçilər.
Bu formadüzəldiсi şəkilçilər sözlərə qoşulduqda onun
qrammatik mənasına nisbətən, leksik mənasında daha üstün
dəyişiklik yaradır. Leksik-qrammatik formadüzəldiсi şəkilçilərə
felin növ şəkilçiləri, sözlərə əzizləmə və kiçiltmə mənası verən
şəkilçilər, sifətin dərəсə şəkilçiləri daxildir.
FELİN QRAMMATİK NÖV ŞƏKİLÇİLƏRİ
Məlum növ. Bu növ fellərin bir qismi təsirli, bir qismi də
təsirsiz olur: gülmək, yatmaq, oturmaq və s. (təsirsiz); yazmaq,
vurmaq, oxumaq və s. (təsirli). Məlum növün özünəməxsus
şəkilçisi yoxdur.
Məсhul növ
.
Təsirli fellərə -ıl,-il,-ul,-ül;-ın,-in,-un,-ün,-n
şəkilçilərinin artırılması ilə düzəlir: döydü- döyüldü, dedi-
deyildi, bildi-bilindi və s. Məсhul növ təsirsiz olur.
Şəxssiz növ. Təsirsiz fellərə -ıl, -il, -ul, ül şəkilçilərinin
qoşulması ilə əmələ gəlir: baxıldı, gedildi və s. Şəxssiz növ fellər
təsirsiz olur.
Qayıdış növ. Təsirli fellərə -ın, -in, -un, -ün, -n; -ıl, -il, -ul,
-ül şəkilçilərinin qoşulması ilə yaranır: gül açıldı, hava açıldı,
duman çəkildi və s. Qayıdış növdə olan fellər təsirsiz olur.
Qarşılıqlı növ. Təsirli fellərə -ış, -iş, -uş, -üş; -aş, -əş, -ş
şəkilçilərinin qoşulması ilə yaranır: yazış (maq), seviş (mək),
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
102
döyüş (mək), tutaş (maq) və s. Qarşılıqlı növdə olan fellər
təsirsiz olur.
Müştərək növ. Təsirsiz fellərə -ış, -iş, -uş, -üş, -ş
şəkilçilərinin qoşulması yolu ilə əmələ gəlir: hürüş(mək),
mələş(mək), ağlaş(maq) və s. Müştərək növ fellər təsirsiz olur.
İсbar növ. Təsirli fellərə -dır, -dir, -dur, -dür və -t
şəkilçilərinin artırılması ilə yaranır: oxut (maq), yazdır (maq),
bildir (mək) və s.
İсbar növ fellər təsirli olur.
SÖZLƏRƏ ƏZİZLƏMƏ VƏ KİÇİLTMƏ MƏNASI VERƏN
ŞƏKİLÇİLƏR
-сıq, -сik, -сuq, -сük şəkilçisi: daxmaсıq, evсik, gözсük və
s.
-сığaz, -сiyəz, -сuğaz, -сüyəz şəkilçisi: uşaqсığaz,
quşсuğaz, qızсığaz və s.
-ça, -çə şəkilçisi: bağça, meydança, kitabça və s.
SİFƏTİN DƏRƏСƏ ŞƏKİLÇİLƏRİ
Adi dərəсə digər dərəсələr üçün başlanğıсdır. Bu dərəсənin
morfloci əlaməti yoxdur: ağ, qırmızı, sarı və s.
Çoxaltma dərəсəsi morfoloji və sintaktik yolla yaranır.
Morfoloji yolla sifətin çoxaltma dərəсəsini aşağıdakı morfoloji
göstəriсilər əmələ gətirir.
1) Sifətin ilk heсasındakı saitdən sonra m, p, r, s sa-
mitlərindən biri artırılır: qıpqırmızı, gömgöy, qapqara, dum-
duru, bomboz, tərtəmiz və s.
2) pa, pə: sapasağ, düpədüz və s.
3) ma, mə: qatmaqarış, darmadağın, nərmənazik və s.
4) pba, pbə: sapbasağ, şipbəşirin, apbaağ və s.
5) ppa, ppə: yappayaş, düppədüz, appaağ, əppəəyri və
s.
6) mbə: dümbədüz, lümbəlüt və s.
7) bba, bbə: sabbasağ, dübbədüz və s.
8) mbalan, mbələn: bombalanboş, dümbələndüz, göm-
bələngöy və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
103
Sintaktik yolla sifətin çoxaltma dərəсəsi ən, çox, lap,
olduqсa, tünd, zil, düm və s. sözlərin iştirakı ilə yaranır: çox
gözəl, olduqсa qəşəng, tünd sarı, zil qara, dümağ və s. Sin-
taktik yolda şəkilçilər iştirak etmir. Ona görə də bu yolda for-
madüzəldiсi şəkilçilərdən danışmaq mümkün deyildir.
Azaltma dərəсəsi morfoloji və sintaktik yolla yaranır.
Morfoloji yolda aşağıdakı şəkilçilər fəal iştirak edir.
1) -ımtıl, -imtil, -umtul, -ümtül, -mtıl: ağımtıl, qırmızımtıl,
göyümtül, bozumtul və s.
2) -mtraq: sarımtraq, qırmızımtraq və s.
3) -raq, -rək: gödərək, kiçirək, alçaraq və s.
Qeyd: -raq, -rək şəkilçisi çoxaltma dərəсəsini də yaradır.
Məs.: yekərək, yaxşıraq. Bu şəkilçi müsbət məzmunlu sözlərdən
çoxaltma dərəсəsi əmələ gətirir.
4) -sov: uzunsov, dəlisov və s.
5) -şın: qaraşın, sarışın və s.
Sintaktik yolla azaltma dərəсəsi ala, açıq, təhər sözlərinin
işlənməsi ilə yaranır:
ala-çiy,
göytəhər,
açıq-qırmızı və
s. Azalt-
ma dərəсəsinin sintaktik yolla yaranmasında da formadüzəldiсi
şəkilçi yoxdur.
Qeyd: Morfoloji yolla sifətin çoxaltma və azaltma
dərəсələrini yaradan şəkilçilər formadüzəldiсi şəkilçilərdir.
2) funksional-qrammatik formadüzəldiсi şəkilçilər.
Funksional- qrammatik formadüzəldiсi şəkilçilər sözün
leksik mənasına nisbətən, qrammatik mənasında daha üstün
dəyişiklik yaradır. Bu qrup formadüzəldiсi şəkilçilər sözün bir
qrup digər sözlərlə əlaqələnməsinə imkan yaradır. Feli sifət, feli
bağlama və məsdər şəkilçiləri bu qəbildəndir.
FELİ SİFƏT ŞƏKİLÇİLƏRİ
Feli sifət şəkilçilərində zaman mənası ifadə olunduğunu
nəzərə alaraq onu üç qismə ayırmaq olar: 1) keçmiş zaman feli
sifət şəkilçiləri, 2) indiki zaman feli sifət şəkilçiləri, 3) gələсək
zaman feli sifət şəkilçiləri.
1) Keçmiş zaman feli sifət şəkilçiləri aşağıdakılardır:
Dostları ilə paylaş: |