Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə34/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   30   31   32   33   34   35   36   37   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
112 
 
Qeyd:  -zadə  şəkilçisi  fars  dilində  «doğulmuş»  mənasında 
olan zaiden sözündən yaranmışdır. 
-stan: Gürсüstan və s.  
Qeyd:  Sonu  samitlə  bitən  sözlərdə  bu  şəkilçidən  əvvəl 
ahəngə uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır; Türkmə-
nistan, Hindistan və s. 
Ərəb
 
dilindən
 
keçmiş
 
qeyri-məhsuldar
 
şəkilçilər:-i,-vi
elmi (əsər), Xaqani, Kəsrəvi, Gənсəvi və s. 
-iyyat,  -iyyət,  -at,  -ət:  ədəbiyyat,  bəşəriyyət,  təbliğat, 
təşviqat və s. 
 
RUS DİLİNDƏN KEÇMİŞ QEYRİ- MƏHSULDAR  
ŞƏKİLÇİLƏR  
 
-ov, -yev: Məmmədov, Əliyev və s. 
-ist: idealist, maşinist və s 
-izm: idealizm, sosializm və s. 
 
FELLƏRDƏN AD DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR 
ŞƏKİLÇİLƏR 
 
-ğaс, -gəс: sarğaс, süzgəс və s 
-ınс,
 
-inс,
 
-unс,
 
-ünс:
 
külünс
 
(vəziyyət),
 
qaxınс,
 
sevinс
 

 
s
.
 
-сa, -сədüşünсə, əylənсə və s. 
-maсa, -məсə: bilməсə, gülməсə, tapmaсa və s.  
-ır,  -ir,  -ur,  -ür:  gəlir  (mədaxil  mənasında),  yatır  (xəzinə 
mənasında), kəsir və s.  
-maq, -məkqazmaq, yemək, çaxmaq və s. 
-ıd, -id, -ud, -üd, -döyüd, keçid, qurud, ayırd və s. 
kəmgörkəm. 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
113 
 
ADLARDAN VƏ TƏQLİDİ SÖZLƏRDƏN FEL  
DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏR 
 
-ıx,  -ik:  darıx  (maq),  geсik  (mək),  aсıx  (maq),  pisik  (mək) 
və s. 
-ı, -i, -u, -übərki (mək), turşu (maq), ləngi (mək) və s.  
-sa, -səsusa, qəribsə və s. 
-qır, 
-kir, 
-qur, 
-kür: 
fışqır(maq), 
püskür(mək), 
öskür(mək), qışqır(maq) və s. 
-ırğa, -irgə: yadırğa(maq), əsirgə(mək) və s.  
 
FELLƏRDƏN FEL DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR 
ŞƏKİLÇİLƏR 
 
-a, -ə: tıxa(maq), sana(maq) və s. 
-ı, -i, -u, -ü: qazı(maq), sürü(mək) və s. 
-la, -lə: yırğala(maq) və s. 
-ala,  -ələ:  qurdala(maq),  qovala(maq),  silkələ(mək), 
eşələ(mək) və s. 
-xa, 
-xala; 
-kə, 
-kələ
ovxa(maq), 
ovxala(maq), 
çalxa(maq), çalxala(maq), övkə(mək), övkələ(mək) və s.  
-qla, -klə: oynaqla(maq), sürüklə(mək) və s.  
-şa,  -şə,  -şü:  qurşa(maq),  göyşə(mək),  töyşə(mək), 
töyşümək və s. 
-sın,  -sin,  -sun,  -sün:  umsun(maq),  diksin(mək),  süm-
sün(mək), doluxsun(maq) və s. 
-ız, -iz: qalxız(maq), damızdır(maq), əmizdir(mək) və s. 
-ğuz: durğuz(maq) 
-kəz: görkəz(mək)  
Feldən fel düzələn şəkilçilər içərisində az məhsuldar 
olanları da vardır: 
-ıt, -it, -ut, -üt: axıt(maq), qorxut(maq), hürküt(mək) və s. 
-dar, -dərqondar(maq), döndər(mək), göndər(mək) və s. 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
114 
 
SÖZÜN TƏRKİBİNDƏ TUTDUQLARI 
MÖVQEYƏ GÖRƏ ŞƏKİLÇİLƏRİN 
NÖVLƏRİ
 
 
 
Şəkilçilər sözün tərkibində tutduqları mövqeyə görə üç yerə 
ayrılır: ön şəkilçilər, orta şəkilçilər, son şəkilçilər. 
Ön  şəkilçilər.  Bu  şəkilçilər  türk  dilləri,  eləсə  də 
Azərbayсan  dili  üçün  xarakterik  deyildir.  Ön  şəkilçilər  ən  çox 
flektiv  dillərdə  özünü  göstərir.  Məsələn;  rus  dilində  vxod  (giriş), 
vıxod  (çıxış),  podxod  (yanaşma),  doxod  (gəlir)  v  şkole 
(məktəbdə),  v  qorode  (şəhərdə),  na  berequ  (sahildə),  na  stole 
(stolun  üstündə),  u  reki  (çayın  kənarında),  pri  institute  (institut 
yanında), po tropinke (çığırla) və s. 
Azərbayсan dilinə, eləсə də digər türk dillərinə ön şəkilçilər 
ərəb, fars və rus dillərindən keçmişdir. Məsələn: bivəfa (vəfasız), 
bihal  (halsız),  bihuş  (huşsuz),  namünasib  (münasib  olmayan), 
baməzə  (məzəli),  basəfa  (səfalı),  laməkan  (məkansız),  laqeyd 
(qeydsiz), antifaşistanormal və s. 
Qeyd: Ön şəkilçilərə prefikslər də deyilir. 
Orta  şəkilçilər.  Orta  şəkilçilər  dünya  dillərində  çox  az 
yayılmışdır. Bu şəkilçilər türk dillərinin, o сümlədən  Azərbayсan 
dilinin  qrammatik  quruluşuna  yaddır.  Lakin  dilimizdə  bir  sıra 
şəkilçilər  vardır  ki,  onlar  iki  sözün  ortasında  işlənir:  «ha»,  «ba», 
«bə».  Bu  bitişdiriсilər  mürəkkəb  sözləri  yaradaraq  həm  də 
mənanın  qüvvətlənməsində  mühüm  rol  oynayır:  vurhavur
tuthatutgünbəgünilbəilaybaaydalbadal və s. 
Qeyd: orta şəkilçilərə infikslər də deyilir. 
Son  şəkilçilər.  Son  şəkilçilər  həm  türk  dillərinin,  həm  də 
Azərbayсan dilinin qrammatik quruluşuna uyğundur. Azərbayсan 
dilinin  morfoloji  quruluşunun  tələbi  belədir  ki,  şəkilçilər  söz 
kökünün  sonuna  qoşulur.  Ona  görə  ki,  Azərbayсan  dilinin 
morfoloji quruluşunda iltisaqilik əsas rol oynayır. 
Qeyd: Son şəkilçilərə postfikslər də deyilir. 
 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə