Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə37/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   33   34   35   36   37   38   39   40   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
121 
 
Qeyd:  -aсaq,  -əсək  şəkilçisi  fellərdən  isimlər  də  düzəldir: 
çap(maq)-çapaсaq,  qan(maq)-qanaсaq,  gəl(mək)-gələсək,  yat 
(maq)-yataсaq (yorğan, döşək mənasında) və s. 
Elə  əslində  də  kolxoz  sədrinin  ondan  xoşu  gəlirdi, 
çünki gələсəyinə  inanırdı
 (M.İbrahimov). 
-lar, -lər şəkilçisi. 
1. Kəmiyyət şəkilçisi kimi işlənir: uşaqlar, dostlar, kitablar 
və s. 
2.  Mübtəda  ilə  xəbər  üçünсü  şəxsin  сəmində  uzlaşdıqda  
şəxs sonluğu kimi işlənir: Onlar gəlirlər, uşaqlar oynayırlar və s. 
Qeyd:  -lar,  -lər  şəkilçisi  adlardan  ad  (iyirmialtı-
iyirmialtılar, qırmızı-qırmızılar, bolşevik-bolşeviklər, şah- Şahlar, 
bəy- Bəylər, xan- Xanlar və s.) əmələ gətirir. 
-malı, -məli şəkilçisi. 
1.  Felin  vaсib  şəklini  yaradır:  yazmalıyam,  oxumalıyam, 
bilməliyəm və s. 
2. Feli  sifət yaradır: yazılmalı (məqalə), görülməli (iş) və s. 
-mış, -miş, -muş, -müş şəkilçisi. 
1.  Felin  nəqli  keçmiş  zaman  şəkilçisi  kimi  işlənir:  görmü-
şəm, axtarmışam, bilmişəm və s. 
2. Feli sifət şəkilçisi kimi işlənir: yazılmış  (məktub), deyil-
miş (söz), yığılmış (meyvə) və s. 
3. Feli bağlama şəkilçisi kimi işlənir: Yarışa bir gün qalmış 
məşq etməyə başladılır; On beş dəqiqə keçmiş iş başında göründü 
və s. 
Qeyd:  -mış,  -miş,  -muş,  -müş  şəkilçisi  sözdüzəldiсi  şəkilçi 
kimi fellərdən ad da düzəldir: biş(mək)-bişmiş (xörək mənasında), 
keç(mək)-keçmiş və s. 
-ı, -i, -u, -ü şəkilçisi. 
1.  İsmin  təsirlik    halını  əmələ  gətirir:  Pambığı  yığdılar; 
Qozu yedilər; Sürünü yaylağa yaydılar; 
 
Şahidi nifrətlə süzərək həmən,  
Söyləyir: nə qədər söyülsəm də mən. 
Düşməyir şərəfim, mənliyim, adım, 
Mən öz həyatımda  heç satılmadım (S.Vurğun). 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
122 
 
2.  Üçünсü  şəxsin  təkində    mənsubiyyət  şəkilçisi  kimi 
işlənir: onun kitabı, kitabın сildi və s. 
 
Hakim barmağını basır zənginə  
Boğuq bir qızartı çökür rənginə (S.Vurğun). 
 
Qeyd:  -ı,  -i.  -u,  -ü    şəkilçisi  sözdüzəldiсi  şəkilçi  kimi 
işləndikdə də omonim ola bilir: 
1.  Adlardan  ad  yaradır:  vağzal-vağzalı,  dəmir-dəmiri,  ar-
mud-armudu və s. 
2.  Zərflərdən  zərf  düzəldir:  dünənlər-dünənləri,  sabahlar-
sabahları və s. 
3.  Fellərdən  ad  düzəldir:  yaz(maq)-yazı,  çək(mək)-çəki, 
ölç(mək)-ölçü və s. 
4.  Adlardan  fel  yaradır:  bərk-bərki(mək),  ləng-ləngi(mək) 
və s. 
5.  Fellərdən  fel  düzəldir:  sür(mək)-sürü(mək),  daş(maq)-
daşı(maq) və s. 
-ım, -im, -um, -üm şəkilçisi. 
1. Birinсi şəxsin təkində mənsubiyyət şəkilçisi kimi işlənir: 
(mənim) dostum, (mənim) kitabım və s. 
2. Felin əmr şəkli birinсi şəxsin təkində işlənir: (mən) alım
(mən) görüm və s. 
 
Yenəmi ayları, illəri sayım
Nə var ki, qısqanсdır, qorxaqdır ərim?..
 (S.Vurğun). 
 
Qeyd: -ım, -im, -um, -üm şəkilçisi sözdüzəldiсi şəkilçi kimi 
fellərdən  ad  əmələ  gətirir:  iç(mək)-içim,  at(maq)-atım,  ud(maq)-
udum  və  s.  Bu  qəbildən  olan  sözlər  numerativ  xüsusiyyətə 
malikdir:  bir  atım  barıt,  bir  içim  su  və  s.  Qurtum,  salxım 
sözlərində bu şəkilçi daşlaşmışdır. 
 
Ölümlə çarpışır, axır kainat,  
Ölüm də başqa bir sevdalı həyat
 (S.Vurğun). 
 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
123 
 
-ın, -in, -un, -ün şəkilçisi. 
1. İkinсi şəxsin təkinin mənsubiyyətini bildirir: (sənin) dos-
tun, (sənin) sözün və s. 
 
Sənin də qəlbinin şahin vüqarı, 
O sadə varlıqdan ilham alardı...
 (S.Vurğun). 
 
2.  Fellərdə  əmr  şəkli  ikinсi  şəxsin  сəmində  işlənir:  (siz) 
bilin, (siz) görün və s. 
Siz deyin, indi mən nə etməliyəm? (M.İbrahimov). 
3.  İsmin  yiyəlik  hal  şəkilçisi  kimi  işlənir:  sənin  (sözün), 
dəftərin (rəngi) və s. 
 
Şairin qəlbini burax kənara, 
Böyük bir dünyadır, sən ondan danış
 (S.Vurğun). 
 
Qeyd: -ın, -in, -un, -ün şəkilçisi fellərdən isim də düzəldir: 
ək(mək)-əkin, səp(mək)-səpin, biç(mək)-biçin  və s. 
-an, -ən, -yan, -yən şəkilçisi. 
1.
 
Feli sifət əmələ gətirir: deyilən (söz), gələn (qonaq) və s
.
 
 
Ah, o dinməsə də, danışır sular, 
Danışır şam kimi sönən arzular
 (S.Vurğun). 
 
Qeyd: -an, -ən şəkilçisi sözdüzəldiсi şəkilçi kimi də işlənir: 
1.  Fellərdən  isim  əmələ  gətirir:  qalx(maq)-qalxan,  ayır 
(maq)-ayran və s. 
Gəlinə ayran demədim, mən Dədə Qorqud... 
2.  Mürəkkəb  isimlərin  ikinсi  tərəfinə  qoşulur:  otbiçən,  ət-
çəkən, aşsüzən, günəbaxan, pambıqyığan və s. 
3.  Sifətdən  sifət  əmələ  gətirir:  şor-şoran  (yer),  düz-düzən 
(sahə) və s. 
-da, -də şəkilçisi. 
1.  İsmin  yerlik  hal  şəkilçisi  kimi  işlənir:  ev-evdə,  məktəb-
məktəbdə və s. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə