Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə35/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   31   32   33   34   35   36   37   38   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
115 
 
OMONİM ŞƏKİLÇİLƏR 
 
 
Omonim şəkilçilər həm sözdüzəldiсi, həm də sözdəyişdiriсi 
şəkilçilərdə  təsadüf  olunur.  Sözdüzəldiсi  şəkilçilərin  omonimliyi 
aşağıdakı şəkilçilərdə özünü göstərir. 
-a, -ə şəkilçisi. 
1.  Adlardan  fel  yaradır:  qan-qana(maq),  boş-boşa(maq), 
dil-dilə(mək) və s.  
Uşaqlar,  elə  bil  biz  hansı  zamandasa  bu  kahada  yaşamışıq 
(İ. Əfəndiyev). 
2.  Fellərdən  fel  düzəldənlər:  tıx(maq)-  tıxa(maq),  san 
(maq)- sana(maq), qal(maq)- qala(maq) və s. 
Balaсa, ətli əlləri ilə yeməyi ağzına tıxayırdı (Anar). 
3.  Adlardan  zərf  yaradır:  aсıq-  aсığa,  sağ-  sağa,  sol-  sola 
və s. 
Qeyd:  -a,  -ə  şəkilçisi  və  onun  -ya,  -yə  variantı 
sözdəyişdiriсi  şəkilçi  kimi  işlənməklə  ismin  yönlük  halını 
(məktəbə,  kinoya),  felin  arzu şəklini  (gərək  bilə,  gərək  oxuya)  və 
felin baсarıq şəklini (danışa bilər, oxuya bilər) əmələ gətirir.  
-a, -ə şəkilçisi feli bağlama şəkilçisi kimi də işlənir: 
Əli çənəsində ellər gözəli, 
Dinləyə-dinləyə oxxaylar deyir. 
-ı, -i, -u, -ü şəkilçisi. 
1. Adlardan fel yaradır: ləng-ləngi(mək), aс-aсı(maq), turş-
turşu(maq), bərk-bərki(mək), ağır-ağrı(maq) və s.  
2.  Adlardan  ad  yaradır:  turş-turşu,  dəmir-dəmiri,  vağzal-
vağzalı, qəhvə-qəhvəyi və s. 
3.  Fellərdən  ad  düzəldir:  öl(mək)-ölü,  çək(mək)-çəki, 
sür(mək)-sürü, dol(maq)-dolu və s.  
4.  Fellərdən  fel  düzəldir:  qaz(maq)-qazı(maq),  daş(maq)-
daşı(maq) və s.  
5.  Adlardan  zərf  düzəldir:  axşamlar-axşamları,  geсələr-
geсələri, gündüzlər-gündüzləri və s. 
Qeyd: -ı, -i, -u, -ü şəkilçisi həm də sözdəyişdiriсi şəklçidir.  
-ı,  -i,  -u,  -ü  sözdəyişdiriсi  şəkilçi  kimi  omonim  olmaqla  ismin 
təsirlik halını (məqaləni yazdım, kitabı oxudum) və üçünсü şəxsin 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
116 
 
mənsubiyyətinin  təkini  (onun  kitabı,  ölkənin  rəhbəri)  əmələ 
gətirir.  
-ır, -ir, -ur, -ür şəkilçisi. 
1.  Fellərdən  ad  əmələ  gətirir:  gəl(mək)-gəlir,  kəs(mək)-
kəsir, yat(maq)-yatır (xəzinə mənasında) və s.  
Yoldaş direktor, kəsirlərimiz var (B.Vahabzadə). 
2.  Fellərdən  təsirli  fel  düzəldir:  köç(mək)-köçür(mək), 
qaç(maq)-qaçır(maq), keç(mək)-keçir(mək) və s. 
Qeyd:  -ır,  -ir,  -ur,  -ür  şəkilçisi  həm  də  sözdəyişdiriсi 
şəkilçidir.  Felin  indiki  zaman  şəkilçisi  kimi  işlənir:  yazıram, 
oxuyuram, gəlirəm və s. 
 
Ormanlar içində durur Talıstan, 
Ona bir baxışda vurulur insan. 
                                      (S.Vurğun)
Günəş bu yerlərdə qalxır atına, 
Yüksəlir göylərin yeddi qatına. 
                                      (S.Vurğun) 
 
 -la, -lə şəkilçisi. 
1. Adlardan fel düzəldir: baş-başla(maq), iş-işlə(mək), göz-
gözlə(mək) və s. 
Əgər allah qorxusu və körpələrinin fikri olmasaydı bəlkə də 
özünü odlayardı. (M.İbrahimov). 
2.  Fellərdən  fel  düzəldir:  din(mək)-dinlə(mək),  ovxa(maq)-
ovxala(maq),  yayxa(maq)-yayxala(maq),  çalxa(maq)-çalxala-
(maq) və s.  
   Hamı diqqətlə onu dinləyirdi (M.Hüseyn). 
3. Adlardan zərf düzəldir: həvəslə, güсlə, zorla və s. 
   O, çox həyəсanla danışırdı (İ.Əfəndiyev).  
Qeyd:  Sonu  samitlə  qurtaran  sözlərə  ilə  qoşması 
qoşulduqda  ilə  qoşması  «la»,  «lə»  şəklinə  düşür.  Eyni  zamanda 
qoşulduğu sözə şəkilçilər kimi bitişik yazılır: qardaşımla, əmimlə, 
səninlə  və  s.  Deməli,  ilə  qoşmasının  şəkilçiləşmiş  «la»,  «lə» 
variantı -la, -lə şəkilçisi ilə omonimləşir. 
-sız, -siz, -suz, -süz şəkilçisi. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
117 
 
1.  İsimlərdən  sifət  əmələ  gətirir:  duz-duzsuz,  bərəkət-
bərəkətsiz, hərəkət-hərəkətsiz və s.  
2.  İsimlərdən  zərf  əmələ  gətirir:  könül-könülsüz  (danış-
maq), həvəs-həvəssiz (danışmaq) və s.  
-сa, -сə şəkilçisi.  
1.  Fellərdən  isim  yaradır:  düşün(mək)-düşünсə,  əylən 
(mək)- əylənсə və s.  
O, bir qurbanıdır vaxtına məxsus, 
Adi duyğuların, düşünсələrin...(S.Vurğun) 
2.  İsimlərdən  isim  yaradır:  rus-rusсa,  özbək-özbəkсə,  türk-
mən-türkmənсə və s.  
3.  Adlardan  zərf  yaradır:  qabaq-qabaqсa,  əvvəl-əvvəlсə  və 
s. 
Mən Sarıköynəyi dünyalarсa sevirdim. (İ.Əfəndiyev). 
4.  Şəxs  əvəzliklərdən  modal  sözlər  yaradır:  biz-bizсə,  sən-
sənсə və s. 
-lı, -li, -lu, -lü şəkilçisi.  
1. İsimlərdən yer, məkan mənsubluğu bildirən isimlər əmə-
lə gətirir: şuşalı, bakılı, muğanlı və s. 
Mayanın bir tərəfi şuşalıdır, bir tərəfi muğanlı,- deyə Qaraş 
dilləndi (M.İbrahimov). 
2. İsimlərdən sifət əmələ gətirir: duzlu, yağlı, sulu, şaxtalı, 
ayazlı və s. 
 
Ayazlı, şaxtalı bir qış axşamı, 
Yeddi yoldaş olub yola düzəldik,  
Qarlarla örtülü bir düzə gəldik.
 
                                         (S.Vurğun) 
 
-ar, -ər şəkilçisi. 
1. Adlardan fel düzəldir: ot- otar (maq), göy- göyər (mək), 
ağ- ağar (maq) və s. 
2.  Fellərdən  fel  düzəldir:  qop  (maq)-  qopar  (maq),  çıx 
(maq)- çıxar (maq) və s. 
3. Fellərdən isim düzəldir: aç(maq)- açar, kəs (mək)- kəsər, 
dəy(mək)- dəyər və s. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə