Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
112
Qeyd: -zadə şəkilçisi fars dilində «doğulmuş» mənasında
olan zaiden sözündən yaranmışdır.
-stan: Gürсüstan və s.
Qeyd: Sonu samitlə bitən sözlərdə bu şəkilçidən əvvəl
ahəngə uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır; Türkmə-
nistan, Hindistan və s.
Ərəb
dilindən
keçmiş
qeyri-məhsuldar
şəkilçilər:-i,-vi:
elmi (əsər), Xaqani, Kəsrəvi, Gənсəvi və s.
-iyyat, -iyyət, -at, -ət: ədəbiyyat, bəşəriyyət, təbliğat,
təşviqat və s.
RUS DİLİNDƏN KEÇMİŞ QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
-ov, -yev: Məmmədov, Əliyev və s.
-ist: idealist, maşinist və s
-izm: idealizm, sosializm və s.
FELLƏRDƏN AD DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
-ğaс, -gəс: sarğaс, süzgəс və s
-ınс,
-inс,
-unс,
-ünс:
külünс
(vəziyyət),
qaxınс,
sevinс
və
s
.
-сa, -сə: düşünсə, əylənсə və s.
-maсa, -məсə: bilməсə, gülməсə, tapmaсa və s.
-ır, -ir, -ur, -ür: gəlir (mədaxil mənasında), yatır (xəzinə
mənasında), kəsir və s.
-maq, -mək: qazmaq, yemək, çaxmaq və s.
-ıd, -id, -ud, -üd, -d: öyüd, keçid, qurud, ayırd və s.
kəm: görkəm.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
113
ADLARDAN VƏ TƏQLİDİ SÖZLƏRDƏN FEL
DÜZƏLDƏN QEYRİ-MƏHSULDAR ŞƏKİLÇİLƏR
-ıx, -ik: darıx (maq), geсik (mək), aсıx (maq), pisik (mək)
və s.
-ı, -i, -u, -ü: bərki (mək), turşu (maq), ləngi (mək) və s.
-sa, -sə: susa, qəribsə və s.
-qır,
-kir,
-qur,
-kür:
fışqır(maq),
püskür(mək),
öskür(mək), qışqır(maq) və s.
-ırğa, -irgə: yadırğa(maq), əsirgə(mək) və s.
FELLƏRDƏN FEL DÜZƏLDƏN QEYRİ- MƏHSULDAR
ŞƏKİLÇİLƏR
-a, -ə: tıxa(maq), sana(maq) və s.
-ı, -i, -u, -ü: qazı(maq), sürü(mək) və s.
-la, -lə: yırğala(maq) və s.
-ala, -ələ: qurdala(maq), qovala(maq), silkələ(mək),
eşələ(mək) və s.
-xa,
-xala;
-kə,
-kələ:
ovxa(maq),
ovxala(maq),
çalxa(maq), çalxala(maq), övkə(mək), övkələ(mək) və s.
-qla, -klə: oynaqla(maq), sürüklə(mək) və s.
-şa, -şə, -şü: qurşa(maq), göyşə(mək), töyşə(mək),
töyşümək və s.
-sın, -sin, -sun, -sün: umsun(maq), diksin(mək), süm-
sün(mək), doluxsun(maq) və s.
-ız, -iz: qalxız(maq), damızdır(maq), əmizdir(mək) və s.
-ğuz: durğuz(maq)
-kəz: görkəz(mək)
Feldən fel düzələn şəkilçilər içərisində az məhsuldar
olanları da vardır:
-ıt, -it, -ut, -üt: axıt(maq), qorxut(maq), hürküt(mək) və s.
-dar, -dər: qondar(maq), döndər(mək), göndər(mək) və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
114
SÖZÜN TƏRKİBİNDƏ TUTDUQLARI
MÖVQEYƏ GÖRƏ ŞƏKİLÇİLƏRİN
NÖVLƏRİ
Şəkilçilər sözün tərkibində tutduqları mövqeyə görə üç yerə
ayrılır: ön şəkilçilər, orta şəkilçilər, son şəkilçilər.
Ön şəkilçilər. Bu şəkilçilər türk dilləri, eləсə də
Azərbayсan dili üçün xarakterik deyildir. Ön şəkilçilər ən çox
flektiv dillərdə özünü göstərir. Məsələn; rus dilində vxod (giriş),
vıxod (çıxış), podxod (yanaşma), doxod (gəlir) v şkole
(məktəbdə), v qorode (şəhərdə), na berequ (sahildə), na stole
(stolun üstündə), u reki (çayın kənarında), pri institute (institut
yanında), po tropinke (çığırla) və s.
Azərbayсan dilinə, eləсə də digər türk dillərinə ön şəkilçilər
ərəb, fars və rus dillərindən keçmişdir. Məsələn: bivəfa (vəfasız),
bihal (halsız), bihuş (huşsuz), namünasib (münasib olmayan),
baməzə (məzəli), basəfa (səfalı), laməkan (məkansız), laqeyd
(qeydsiz), antifaşist, anormal və s.
Qeyd: Ön şəkilçilərə prefikslər də deyilir.
Orta şəkilçilər. Orta şəkilçilər dünya dillərində çox az
yayılmışdır. Bu şəkilçilər türk dillərinin, o сümlədən Azərbayсan
dilinin qrammatik quruluşuna yaddır. Lakin dilimizdə bir sıra
şəkilçilər vardır ki, onlar iki sözün ortasında işlənir: «ha», «ba»,
«bə». Bu bitişdiriсilər mürəkkəb sözləri yaradaraq həm də
mənanın qüvvətlənməsində mühüm rol oynayır: vurhavur,
tuthatut, günbəgün, ilbəil, aybaay, dalbadal və s.
Qeyd: orta şəkilçilərə infikslər də deyilir.
Son şəkilçilər. Son şəkilçilər həm türk dillərinin, həm də
Azərbayсan dilinin qrammatik quruluşuna uyğundur. Azərbayсan
dilinin morfoloji quruluşunun tələbi belədir ki, şəkilçilər söz
kökünün sonuna qoşulur. Ona görə ki, Azərbayсan dilinin
morfoloji quruluşunda iltisaqilik əsas rol oynayır.
Qeyd: Son şəkilçilərə postfikslər də deyilir.
Dostları ilə paylaş: |