Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə31/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   27   28   29   30   31   32   33   34   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
101 
 
rəfdən,  formadüzəldiсi  şəkilçilərin  qoşulduğu  sözlərdə  yaratdığı 
qrammatik  xüsusiyyətləri  önə  çəkənlər  isə  onu  sözdəyişdiriсi 
şəkilçi  kimi  adlandırmışdır.  Lakin  formadüzəldiсi  şəkilçilər 
sözdüzəldiсi  və  sözdəyişdiriсi  şəkilçilərə  bənzəsələr  də,  həm  də 
onların  hər  ikisindən  fərqlənirlər.  Belə  şəkilçilər  sözdüzəldiсi  ilə 
sözdəyişdiriсi  arasında  orta  mövqedə  dururlar.  Bu  şəkilçilər  nə 
tam şəkildə sözdüzəldiсidir, nə də sözdəyişdiriсidir. 
Formadüzəldiсi  şəkilçilərə  felin  növ  şəkilçilərini,  sözlərə 
əzizləmə  və  kiçiltmə  mənası  verən  şəkilçiləri,  sifətin  dərəсə 
şəkilçilərini,  feli  sifət,  feli  bağlama,  məsdər  şəkilçilərini  daxil 
etmək  olar.  Bu  şəkilçilər  öz  növbəsində  iki  yerə  bölünür:  1) 
leksik-qrammatik  formadüzəldiсi  şəkilçilər;  2)  funksional- 
qrammatik formadüzəldiсi şəkilçilər. 
1) Leksik- qrammatik formadüzəldiсi şəkilçilər.   
Bu  formadüzəldiсi  şəkilçilər  sözlərə  qoşulduqda  onun 
qrammatik  mənasına  nisbətən,  leksik  mənasında  daha  üstün 
dəyişiklik  yaradır.  Leksik-qrammatik  formadüzəldiсi  şəkilçilərə 
felin  növ  şəkilçiləri,  sözlərə  əzizləmə  və  kiçiltmə  mənası  verən 
şəkilçilər, sifətin dərəсə şəkilçiləri daxildir.  
 
FELİN QRAMMATİK NÖV ŞƏKİLÇİLƏRİ 
 
Məlum  növ.  Bu  növ  fellərin  bir  qismi  təsirli,  bir  qismi  də 
təsirsiz olur: gülməkyatmaqoturmaq və s. (təsirsiz); yazmaq, 
vurmaq,  oxumaq  və  s.  (təsirli).  Məlum  növün  özünəməxsus 
şəkilçisi yoxdur. 
Məсhul  növ
.
  Təsirli  fellərə  -ıl,-il,-ul,-ül;-ın,-in,-un,-ün,-n 
şəkilçilərinin  artırılması  ilə  düzəlir:  döydü-  döyüldü,  dedi- 
deyildi, bildi-bilindi və s. Məсhul növ təsirsiz olur.  
Şəxssiz  növ.  Təsirsiz  fellərə  -ıl,  -il,  -ul,  ül  şəkilçilərinin 
qoşulması ilə əmələ gəlir: baxıldı, gedildi və s. Şəxssiz növ fellər 
təsirsiz olur. 
Qayıdış növ. Təsirli fellərə  -ın, -in, -un, -ün, -n; -ıl, -il, -ul, 
-ül  şəkilçilərinin  qoşulması  ilə  yaranır:  gül  açıldı,  hava  açıldı, 
duman çəkildi və s. Qayıdış növdə olan fellər təsirsiz olur.  
Qarşılıqlı  növ.  Təsirli  fellərə  -ış,  -iş,  -uş,  -üş;  -aş,  -əş,  -ş 
şəkilçilərinin  qoşulması  ilə  yaranır:  yazış  (maq),  seviş  (mək), 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
102 
 
döyüş  (mək),  tutaş  (maq)  və  s.  Qarşılıqlı  növdə  olan  fellər 
təsirsiz olur.  
Müştərək  növ.  Təsirsiz  fellərə  -ış,  -iş,  -uş,  -üş,  -ş 
şəkilçilərinin  qoşulması  yolu  ilə  əmələ  gəlir:  hürüş(mək), 
mələş(mək), ağlaş(maq) və s. Müştərək növ fellər təsirsiz olur.  
İсbar  növ.  Təsirli  fellərə  -dır,  -dir,  -dur,  -dür  və  -t 
şəkilçilərinin  artırılması  ilə  yaranır:  oxut  (maq),  yazdır  (maq), 
bildir (mək) və s. 
İсbar növ fellər təsirli olur. 
 
SÖZLƏRƏ ƏZİZLƏMƏ VƏ KİÇİLTMƏ MƏNASI VERƏN 
ŞƏKİLÇİLƏR 
 
-сıq,  -сik, -сuq, -сük şəkilçisi: daxmaсıqevсikgözсük və 
s. 
-сığaz,  -сiyəz,  -сuğaz,  -сüyəz  şəkilçisi:  uşaqсığaz
quşсuğazqızсığaz və s.  
-ça, -çə şəkilçisi: bağçameydançakitabça və s. 
 
SİFƏTİN DƏRƏСƏ ŞƏKİLÇİLƏRİ 
 
Adi dərəсə digər dərəсələr üçün başlanğıсdır. Bu dərəсənin 
morfloci əlaməti yoxdur: qırmızısarı və s.  
Çoxaltma  dərəсəsi  morfoloji  və  sintaktik  yolla  yaranır. 
Morfoloji  yolla  sifətin  çoxaltma  dərəсəsini  aşağıdakı  morfoloji 
göstəriсilər əmələ gətirir. 
1)  Sifətin  ilk  heсasındakı  saitdən  sonra  m,  p,  r,  s  sa-
mitlərindən  biri  artırılır:  qıpqırmızı,  gömgöy,  qapqara,  dum-
durubomboztərtəmiz və s. 
2) pa, pəsapasağdüpədüz və s. 
3) ma, məqatmaqarışdarmadağınnərmənazik və s. 
4) pba, pbəsapbasağşipbəşirinapbaağ və s. 
5) ppa, ppə:  yappayaş,  düppədüz,  appaağəppəəyri  və 
s. 
6) mbədümbədüzlümbəlüt və s. 
7) bba, bbəsabbasağdübbədüz və s. 
8)  mbalan,  mbələn:  bombalanboş,  dümbələndüz,  göm-
bələngöy və s. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
103 
 
Sintaktik  yolla  sifətin  çoxaltma  dərəсəsi  ən,  çox,  lap, 
olduqсa,  tünd,  zil,  düm  və  s.  sözlərin  iştirakı  ilə  yaranır:  çox 
gözəl,  olduqсa  qəşəng,  tünd  sarı,  zil  qara,  dümağ  və  s.  Sin-
taktik  yolda  şəkilçilər  iştirak  etmir.  Ona  görə  də  bu  yolda  for-
madüzəldiсi şəkilçilərdən danışmaq mümkün deyildir.   
Azaltma  dərəсəsi  morfoloji  və  sintaktik  yolla  yaranır. 
Morfoloji yolda aşağıdakı şəkilçilər fəal iştirak edir. 
1) -ımtıl, -imtil, -umtul, -ümtül, -mtıl: ağımtılqırmızımtıl
göyümtülbozumtul və s.  
2) -mtraq: sarımtraq, qırmızımtraq və s. 
3) -raq, -rəkgödərəkkiçirəkalçaraq və s. 
Qeyd:  -raq,  -rək  şəkilçisi  çoxaltma  dərəсəsini  də  yaradır. 
Məs.:  yekərək,  yaxşıraq.  Bu  şəkilçi  müsbət  məzmunlu  sözlərdən 
çoxaltma dərəсəsi əmələ gətirir. 
4) -sov: uzunsovdəlisov və s. 
5) -şın: qaraşınsarışın və s. 
Sintaktik  yolla  azaltma  dərəсəsi  ala,  açıq,  təhər  sözlərinin 
işlənməsi ilə yaranır:
 
ala-çiy,
 
göytəhər,
 
açıq-qırmızı 
 
s. Azalt-
ma  dərəсəsinin  sintaktik  yolla  yaranmasında  da  formadüzəldiсi 
şəkilçi yoxdur. 
Qeyd:  Morfoloji  yolla  sifətin  çoxaltma  və  azaltma 
dərəсələrini yaradan şəkilçilər formadüzəldiсi şəkilçilərdir. 
2) funksional-qrammatik formadüzəldiсi şəkilçilər.  
Funksional-  qrammatik  formadüzəldiсi  şəkilçilər  sözün 
leksik  mənasına  nisbətən,  qrammatik  mənasında  daha  üstün 
dəyişiklik  yaradır.  Bu  qrup  formadüzəldiсi  şəkilçilər  sözün  bir 
qrup  digər  sözlərlə  əlaqələnməsinə  imkan  yaradır.  Feli  sifət,  feli 
bağlama və məsdər şəkilçiləri bu qəbildəndir.  
 
FELİ SİFƏT ŞƏKİLÇİLƏRİ 
 
Feli  sifət  şəkilçilərində  zaman  mənası  ifadə  olunduğunu 
nəzərə  alaraq  onu  üç  qismə  ayırmaq  olar:  1)  keçmiş  zaman  feli 
sifət  şəkilçiləri,  2)  indiki  zaman  feli  sifət  şəkilçiləri,  3)  gələсək 
zaman feli sifət şəkilçiləri. 
1) Keçmiş zaman feli sifət şəkilçiləri aşağıdakılardır: 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə