Microsoft Word muasir idar?Etm? N?Z?Riyy?L?Ri magistr Dissertasiyas? docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#8830
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

55 
 
§
2.3.  Müasir korporativ idarəetmə modelləri nəzəriyyəsi 
Müasir  iqtisadiyyatda  korporasiyaların  və  korporativ  münasibətlərin  inkişafı 
korporativ  idarəetmənin  də  inkişafını  və  təkmilləşdirilməsini  tələb  edir.  Korporativ 
idarəetmənin  inkişafı  müasir  korporativ  idarəetmə  modellərinin  meydana  gəlməsinə 
səbəb  olmuşdur.  Müasir  korporativ  idarəetmə  modellərini  izah  etməzdən  əvvəl 
korporativ idarəetmə anlayışının qısa izahını verməyi məqsədəuyğun hesab edirik. 
Müasir  şəraitdə  şirkətin  muzdlu  menecerlərlə  səhmdarlar  və  digər  maraqlı 
tərəflər  arasında  qarşılıqlı  münasibətlər  sistemi  məhz  korporativ  idarəetmə  sistemi 
kimi  çıxış  edir.  Korporativ  idarəetmə  biznesin  təşkilati-hüquqi  formasının  idarə 
olunması,  təşkilati  srukturların  optimallaşdırılması,  qəbul  olunmuş  məqsədlərə 
müvafiq  olaraq  kompaniyanın  firmalararası  və  firmadaxili  münasibətlərinin 
qurulmasıdır  (yaradılmasıdır).  Dar  mənada  korporativ  idarəetmə  dedikdə  şirkətin 
menecmentini səhmdarın  maraqlarına  əsasən  fəaliyyət  göstərməyə  istiqamətləndirən 
qayda  və  stimullar  sistemi  nəzərdə  tutulur.  Geniş  mənada  korporativ  idarəetmə 
dedikdə  şirkətin  fəaliyyəti  ilə  bağlı  olan  iqtisadi  subyektlər  arasında  sosial-iqtisadi, 
təşkilati-hüquqi  və  idarəedici  münasibətlər  sistemi  nəzərdə  tutulur.  Korporativ 
idarəetmənin  başlıca  funksiyası  -  mülkiyyətçilərin,  başqa  sözlə,  korporasiya  təşkil 
edən  maliyyə  resurslarının  maraqları  çərçivəsində  korporasiyanın  işinin  təmin 
olunmasıdır. 
Beynəlxalq  səviyyədə  müasir  korporativ  idarəetmənin  ingilis-amerikan,  alman 
və  yapon  modelləri  fərqləndirilir.  Bu  modellərin  hər  biri  özünəməxsus  formada 
müəssisələrin  idarə  edilməsini  və  səhmdarlarla  (mülkiyyətçilərlə)  idarəedicilər 
arasındakı münasibətlərin tənzimlənməsini həyata keçirir. 
Anqlo - Amerikan modeli. Bu model ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya 
və Yeni Zenlandiya korporasiyalarında geniş yayılmışdır. 


56 
 
Anqlo-Amerikan  modelinin  hakim  iştirakçıları  kimi  direktorlar,  səhmdarlar 
(başlıca  olaraq  institutsional  investorlar),  hakimiyyət  strukturları,  birjalar, 
özünütənzimləmə  təşkilatları,  korporativ  idarəetmə  və  vəkalət  üzrə  səsvermə 
məsələləri  üzrə  korporasiya  və  səhmdarlara  məsləhət  xidmətləri  (konsultasiya) 
təqdim  edən  konsaltinq  firmaları  çıxış  edirlər.  Bu  modelin  üç  əsas  iştirakçıları 
mövcuddur: menecerlər (idarəedənlər), direktorlar  (direktorlar soveti və ya şurası) və 
səhmdarlar. 
Müharibədən sonrakı mərhələdə Böyük Britaniya və ABŞ-da indivudual (şəxsi) 
investorlarla  müqayisədə  institutsional  investorların  sayının  artımı  müşahidə 
olunmağa    başlanmışdır.  Bu  artım  onların  nüfuzunun  güclənməsinə  gətirib  çıxardı. 
Öz  növbəsində  hüquqi  dəyişikliklərə  səbəb  oldu,  bu  isə  onları  korporativ 
münasibətlərin iştirakçılarına çevirdi. 
 
Böyük  Britaniya  və  ABŞ  korporasiyalarının  Direktorlar  Şurasının  tərkibinə  
“daxili”  (“insayderlər”)  və  “xarici”  (“autsayderlər”)  üzvlər    daxildir.  nsayder    ya 
korporasiyada işləyən (fəaliyyət göstərən) şəxsdir (menecer, icraçı və ya işçi), ya da 
ki,  korporasiyanın idarəolunması ilə sıx əlaqədar olan şəxsdir. Autsayder isə  birbaşa 
olaraq  korporasiya  və  onun  idarəolunması  ilə  əlaqəli  olmayan  şəxsdir.  “ nsayder” 
sözünün sinonimi isə “icraçı  olmayan direktor” və ya “müstəqil direktor” ola bilər. 
Adətən,  Direktorlar  Şurasının  sədri  və  Baş  icraçı  direktor  kimi  eyni  şəxs  çıxış 
edir. Bu isə  tez - tez müxtəlif sui - istifadə  hallarına, hakimiyyətin bir şəxsin əlində 
(məsələn,  Direktorlar  Şurası  eyni  zamanda  sədr  və  baş  icraçı  direktor  vəzifəsini 
yerinə  yetirən  bir  şəxs  tərəfindən  nəzarət  olunur)  və  ya  bir  qrup  şəxslərin  əlində 
cəmləşməsinə (məsələn, Direktorlar Şurası yalnız “insayder”-lərdən  ibarətdir) gətirib 
çıxarır. 
Direktorlar Şurası və idarəedici digər səhmdarların maraqlarını nəzərə almadan 
uzun  müddət  ərzində  hakimiyyəti  əldə  saxlamağa  çalışırlar.  Hal  -  hazırda  həm 


57 
 
amerikan, həm də inglis korporasiyaları Direktorlar Şurasına daha çox sayda müstəqil 
direktorlarını daxil etməyə çalışırlar. 
 
 
 
 
Seçirlər 
 
                                            
Sahibdirlər 
                                           
                                    
                                 Girov saxlayır 
 
 
Struktur çərçivə 
 
Şə
k. 2.3.1   Korporativ idarəetmənin ingilis-amerikan modeli 
5
 
Anqlo  -  amerikan    modelini  reallaşdıran    bütün  ölkələrdən  daha  çox    ABŞ  -  da 
informasiyanın  açıqlanmasının  ən  sərt  normaları  tətbiq  edilir.  Ən  müxtəlif  
informasiyaları  nəşr  etməli  olan  ABŞ  korporasiyaları  ilə  müqayisədə    anqlo  - 
amerikan  idarəetmə  modelindən  istifadə  edən  digər  ölkələrdə  informasiyanın  nəşr 
olunmasına  tələblər  bir  qədər  mülayimdir.  Səhmdarların  illik  ümumi  iclasının 
gündəliyinə və ya illik hesabatına aşağıdakı məlumatlar daxil edilməlidir: 
-
  hər rüb üzrə maliyyə məlumatları; 
-
  kapitalın strukturu haqqında göstəricilər; 
                                                            
5
 İstinad olunan mənbə: Həsənov H.S. “İri sahibkarlıq strukturları”. Bakı, 2007, səh. 63. 
 
 
 
Təyin və nəzarət edir 
 
 
 
darə edir 
Direktorlar şurası 
(müşahidəçilər) 
Vəzifəli şəxslər 
(menecerlər) 
Ş
irkət 
Səhmdarlar 
Kreditorlar 
Hüquqi sistem 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə