5
atomlar), digəri isə “korpuskullardır” (yəni molekullar). Lomonosov hesab edirdi ki,
“elementlər cisimləri təşkil edən hissəcikdir, korpuskullar isə elementlər yığımıdır”.
İstilik haqqında təsəvvürlər 18-ci əsrdə Leonard Eyler tərəfindən daha da
genişləndirilir. O, 1752-ci ildə istiliyin ötürülməsi üçün müəyyən mühitin olmasının
vacibliyini söyləyir və öz nəzəriyyəsində “istilik kəmiyyəti” terminindən istifadə edir.
Lakin müasir terminologiya baxımından bilirik ki, istilik “ətraf mühitlə istilik kontaktı
nəticəsində cismə ötürülən enerjidir”.
Cisimlərin istilik dərəcəsini xarakterizə etmək üçün fizikaya daha bir termin –
“temperatur” termini daxil edilir və bunun ardınca da ilk termometrlər yaranmağa başlayır.
İlk termometr 1724-cü ildə amsterdam komersantı Farengeyt tərəfindən yaradılir.
Bu termometrdə göstəriciləri qeyd etmək üçün o, buz, xörək duzu və naşatır qarışığının
temperaturundan istifadə edir və bu rəqəmi 32 ilə göstərir. İkinci göstərici kimi Farengey
insan bədənin temperaturunu götürür və bunu 98 rəqəmi ilə qeyd edir. Lakin müəyyən
vaxtdan sonra o, ikinci göstəricini dəyişərək suyun qaynama temperaturundan istifadə edir
və bunu termometrdə 212 rəqəmi ilə işarə edir. Bu, Farengeyt şkalası adlanır.
1730-cu ildə fransız mühəndisi Römer (1683-1757) digər temperatur şkalasını irəli
sürür. Bunun üçün o, şkalada buzun ərimə temperaturu üçün “0”, suyun qaynama
temperaturu üçün isə “80” rəqəmindən istifadə edir. Römer termometri əvvəlcə spirt
vasitəsilə işləyir, lakin sonra spirt civə ilə əvəz olunur.
1742-ci ildə isveş astronomu və fiziki Selsi (!701-1744) öz şkalasını yaradır;
əvvəlcə buzun əriməsini 100°, suyun qaynamasını isə 0° ilə göstərən alim, bir müddətdən
sonra bu şkalanı tərsinə çevirir və hal-hazırda bizlər tərəfindən geniş istifadə olunan
vəziyyətə gətirir.
Daha sonra 1848-ci ildə lord Kelvin mütləq termodinamik temperatur şkalasını irəli
sürür. Bu şkala sonradan Kelvin şkalası kimi tarixə düşür. Bu şkala isə Selsi şkalası
arasında T(K)
=t°C+273,15 kimi asılılıq mövcuddur.
1968-ci ildə Beynəlxalq Praktik Temperatur Şkalası (qısa şəkildə BPTŞ-68)
yaradılır; bu şkala 11 göstəricidən ibarətdir və bu şkaladan hal-hazırda bütün təcrübələrdə
geniş istifadə olunur.
Materiyanın istilik nəzəriyyəsi daha sonra 18-ci əsrdə şotland fiziki və kimyaçısı
Cozef Blek (1728-1799) tərəfindən inkişaf etdirilir. 1762-ci ildə o görür ki, buzu asta-asta
qızdırdıqda temperatur artımında gecikmə müşahidə olunur. Bu hadisəni Blek belə izah
edir: “cisimlə birlikdə ölçülən istiliyi termometr hiss edə bilmir. Bu cür istilik “gizli
istilik” adlanır, termometrə təsir edən istilik isə - “sərbəst istilikdir”. O həmçinin, “gizli
buxar əmələ gəlmə istiliyini” də kəşf edir və istilik prosesini aşağıdakı kimi göstərir:
Buz+ istilik
=su; su+istilik=buxar.
Blek fizikaya “istilik tutumu” anlayışını gətirir və ilk dəfə olaraq istilik kəmiyyəti
ilə temperaturun fərqli anlayışlar olduğunu göstərir.
Daha sonra 1824-cü ildə görkəmli alim Sadi Nikola Leonard Karnonun (1796 –
1832) «odun qüvvəsi haqqında fikirlər» adlı şah əsəri çapdan çıxır. Karnonun qəfil
ölümündən sonra, onun qardaşı tərəfindən çap etdirilən gündəliyindən məlum olur ki, o,
istiliyin mexaniki ekvivalentini təxmini müəyyən etmiş və ümumi şəkildə enerjinin
saxlanma qanununu söyləmişdir: «istilik heç nə olmayıb hərəkət edən qüvvədir, daha
düzgün, öz şəklini dəyişmiş hərəkətdir – hissəciklərin hərəkətidir; harada ki, hərəkət edən
6
qüvvə məhv edilir, orada həmin an həmin hərəkət edən qüvvəyə bərabər miqdarda istilik
yaranır. Tərsinə: həmişə istilik itdikdə hərəkət edən qüvvə meydana çıxır». Beləliklə, əgər
Karnonun söylədiklərində «hərəkət edən qüvvə» kəlməsi «enerji» termini ilə əvəz
edilsəydi, enerjinin saxlanma qanunu üçün tamamlanmış fikir alınardı.
Ümumbəşər qanun olan
ENERJİNİN SAXLANMA VƏ ÇEVRİLMƏ QANUNUNUN KƏŞFİ
Enerjinin saxlanma və çevrilmə qanunlarının kəşfinə görə tarix peşəkar fiziklərə
deyil, həkim Mayerə, pivəçəkən Coula və həkim Helmholsta borcludur
.
Alman həkimi və fiziki
Yulius Robert Mayer (1814 – 1878) 1840-41-ci illərdə
Bataviyaya (Yava adasına) gedən Holland gəmisində həkim işlədiyi zaman görür ki, tropik
ölkələrdə xəstə insanın venoz qanının rəngi daha tünd olur, yəni dəyişir. Bu müşahidələr
əsasında Mayer, canlı orqanizmdə qidalanma ilə istilik arasında bağlılıq olduğunu kəşf
edir və «Qüvvənin kəmiyyət və keyfiyyətcə təyini» məqaləsini yazır. Bu məqaləni o,
1841-ci ildə çap etdirmək üçün Poqqendorfa göndərir. Poqqendorf bu məqaləni çap etmir
və onu müəllifə qaytarmır. Yalnız Poqqendorfun ölümündən sonra, yəni 36 ildən sonra bu
məqalə onun yazı masasından tapılır.
Mayer, 1845-ci ildə maddələr mübadiləsi ilə bağlı digər əsərini yazır. Burada o,
enerjinin saxlanması qanununun dəqiq tərifini verməklə yanaşı, istiliyin mexaniki
ekvivalentini də nəzəri hesablayır. 1874-cü ildə onun «İstilik mexanikası» elmi əsərlər
toplusu, 1876-cı ildə isə «Torriçelli boşluğu» əsəri çapdan çıxır.
Mayerə görə hərəkət, istilik, elektrik və s. bir-birindən keyfiyyətcə fərqlənən
«qüvvələr» (Mayer enerjini belə adlandırırdı) olub, ekvivalent miqdarda bir-birinə çevrilir.
Mayer bu qanunu canlı orqanizmlərdə gedən proseslərə də tətbiq etmişdir. Mayerin
ideyaları öz dövründə başa düşülməmişdir. Onun işlərini ilk dəfə H.Helmholts (1821 –
1894) düzgün qiymətləndirmişdir.
Enerjinin saxlanma qanununun fiziklər tərəfindən birmənalı qəbul olunmasında
ingilis fiziki
Ceyms Preskott Coulun (1818 – 1889) təcrübələri mühüm rol oynamışdır.
Onun tədqiqatlarının əsasən, elektromaqnetizmə aid olmasına baxmayaraq, onun istilik
hadisələrinə, aşağı temperaturlar fizikasına aid elmi işləri də çox dəyərlidir. Coul metal
naqildən cərəyan keçərkən ayrılan istilik miqdarı haqqında qanunu müəyyən etmiş (Coul-
Lents qanunu), istiliyin mexaniki işin hesabına alınmasını təcrübədə göstərmiş, istiliyin
mexaniki ekvivalentini, qazların istilik tutumunu təyin etmiş, qazın məsaməli arakəsmədən
stasionar adiabatik axması zamanı onun temperaturunun dəyişməsini aşkar etmişdir (Coul-
Tomson effekti).
Alman fizioloq və psixoloqu, fizik və riyaziyyatçısı Herman Lüdviq Ferdinand
Helmholts «Qüvvənin saxlanması haqqında» əsərində ilk dəfə enerjinin saxlanması
qanununun riyazi əsaslarını vermiş, bu qanunun canlı orqanizmlərdə gedən proseslərdə də
doğru olduğunu göstərmişdir. O, «sərbəst enerji» (Helmholts enerjisi) və «bağlı enerji»
anlayışlarını elmə daxil etmişdir. Bundan başqa o, mayenin burulğanlı hərəkət
nəzəriyyəsinin əsasını qoymuşdur.