44
sivil
hüquq
normaları
ilə
tənzimlənən
siyasi-ictimai
münasibətlər sistemi (bu sistemin əsas mahiyyəti hakimiyyətin
qollarının mövcudluğunda özünü göstərir, rasional idraka və
sistemli təfəkkürə əsaslanaraq, realizmi əsas götürür.
İnsanların bioloji-sosial varlıq kimi maraqlarının əlaqəli
şəkildə, rasional qaydada təmin olunmasına əsaslanır), eləcə
də milli özünüdərk fəlsəfi düşüncələri Şərq aləminə qədəm
qoyub. XIX əsrdən etibarən Avropa ilə sərhəd məkanlarda
daha tez qovuşma prosesləri yaşanıb. Azərbaycanda 1918-ci
ildə ilk demokratik respublika (parlamentli respublika) təşkil
edilib. XX əsrin əvvəllərində Rusiyada, Rusiya içərisində
yaşayan türkdilli xalqlarda, Cənubi Qafqazda milli oyanış
prosesləri baş verdi və millətlərin təşəkkül tapması prosesləri
genişləndi.
Türkiyə də xüsusi olaraq XIX əsrdə Avropanın ictimai-
siyasi sistemini özünə cəlb edib. Milli özünüdərk proseslərini
yaşayıb. Qərbin islahatçılığa əsaslanan və obyektiv realizmi
təbliğ edən fəlsəfəsi Avropanın Asiya ilə sərhədlərində özünə
yer tapıb və bu məkanlarda maarifçilik hərəkatlarını
gücləndirib.
1
Qədim Yunanıstandan başlayan demokratiya
anlayışı Roma imperiyasından tutmuş Avropanın şimalına
1
Qeyd: Orta əsrlərdə Avropada məşhur olan barokko stili Osmanlı imperiyasının
memarlığında-saraylarda və məscidlərdə, geniş istifadə edilib və bu obyektlərdə
Şərq-Qərb memarlığı qovuşub. XIX əsrin 40-cı illərində Osmanlı imperiyasında
tənzimat dövrü-Qərbləşmə, müasirləşmə dövrü başladı. Avropada çoxdan başlamış
sənayeləşmə prosesləri Osmanlı imperiyasına də gəlib çatdı. Lakin bu dövrdə
imperiya əvvəlki nüfuzunu itirmiş, Avropadakı torpaqları əlindən buraxmalı
olmuşdur, Aralıq dənizində, Afrikanın şimalında təsirləri zəifləmiş, iqtisadiyyat öz
gücünü itirmişdi. Nəzərə almaq lazımdır ki, XIX əsrin 50-ci illərinə qədər imperiya
dünyada xarici borcu olmayan yeganə dövlət olub. Lakin bu dövrlərdən etibarən
zəifləmiş imperiya Qərb kapitalından asılı vəziyyətə düşüb. Türkiyədə sənayeləşmə
prosesi, tənzimat dövrü axırıncı sultan II Əbdül Həmidin dövrünə təsadüf edir. Onun
rəhbərliyi altında inanclı insanların rahat şəkildə müqəddəs yerlərə ziyarət
etmələrini təmin etmək üçün İstambuldan Mədinəyə qədər “Həcc” layihəsi
adlandırılan dəmiryolu çəkilir və bu layihədə çoxlu sayda digər müsəlmanlar da
iştirak edirlər. Lakin I Dünya müharibəsi zamanı həmin layihə tamamilə dağıdılır.
XIX əsrdə Şərqin ədəbiyyatı da, məsələn, Ömər Xəyyamın rübailəri, “Min bir gecə”
nağılı Qərb ədəbi düşüncələrində özünə yer tapır.
45
qədər geniş bir məkana yayılmış, Avropadan da Rusiyaya daxil
olmuş, Cənubi Qafqazı və Mərkəzi Asiyanı əhatə etmişdir.
Türkiyə də Avropanın mərkəzi hissələrindən (məsələn,
Fransadan) maarifçilik ideyalarını qəbul etmiş, liberal, azad və
plüral düşüncələr ədəbiyyata daxil olmuş və türk cəmiyyəti
Qərbdə təşəkkül tapan sosial-siyasi sistemlərin məzmun və
formalarını özünə qəbul etmişdir. Beləliklə, Şərq-Qərb arasında
mədəniyyətin, elmin qarşılıqlı olaraq keçidini “Ölən Ayın”
vəziyyətinə (prosesin dövrlənməsinə) bənzəməsi faktı barədə
müvafiq qənaətə gəlmiş oluruq.
Müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk
Türkiyə
dövlətinin
inkişafını
dünyəviləşmədə,
Qərbə
yanaşmada, Qərb təcrübəsini ölkəsinə gətirməkdə görürdü.
Atatürk milli inkişafı Qərb düşüncələri ilə sintez edərək yeni bir,
həm də çağdaş türkün formalaşmasını istəyirdi. Həmçinin Qərb
mədəniyyətinin Türkiyə vasitəsilə Şərqə transfer etdirən bir
siyasətçi idi. Eləcə də Türkiyəni Avropaya bağlamaq və bununla
da Şərq-Qərb mədəniyyət nümunəsini yaratmaq onun başlıca
siyasətinə aid idi. Bu baxımdan o qeyd edirdi: “Ölkəmizi
çağdalaşdırmaq istəyirik. Bütün səyimiz Türkiyədə çağdaş,
Qərb nümunəsi ilə bir hökümət qurmaqdır. Sivilizasiyaya daxil
olub, lakin Qərbə yönəlməyən millət hansıdır? Bir istiqamətdə
yürümək qərarında olan, lakin hərəkətinin ayağına bağlı
zəncirlərlə çətinləşdiyini görən insan nə etməlidir? O, zəncirləri
qırar yürüyər”. Digər bir fikrində isə göstərirdi: “Biz Qərb
sivilizasiyasını bir təqlidçilik naminə qəbul etmirik. Onda yaxşı
hesab etdiyimiz, öz aləmimizə uyğun zənn etdiyimiz dünya
sivilizasiyası səviyyəsi içində mənimsəyirik”.
1
Atatürk Qərbin
mədəni
millətləri
ilə
ayaqlaşmaq,
cəmiyyətləri
ilə
uyğunlaşmağın vacib olması fikrini bildirirdi. Bu baxımdan
qeyd edirdi: “Sosial və iqtisadi həyatımız mədəni millətlərin
1
Utkan Qocatürk. Atatürk.-Bakı:Elm, 1991.-212 s. Tərcümə və qeydlər Dünyamalı
Vəliyevindir. Kitabda Atatürkün ölməz sözləri bölməsi. səh.134-135.