Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   2   3   4   5   6   7   8   9   ...   23

 

Tədqiqat  işi  müvafiq  statistik,  iqtisadi-riyazi  modellərdən  və  üsullardan 



istifadə edilməklə təhlil, araşdırma metodları əsasında yerinə yetirilmişdir.  

Dissertasiya  işinin  informasiya  bazasını  statistik  göstəricilər,  Neft  Emalı 

Zavodu  (NEZ),  "Azərneftyanacaq"  Neft  Emalı  Zavodunun  statistik  göstəriciləri, 

müvafiq ədəbiyyatlar təşkil etmişdir. 

Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir: 

 -  Neft  məhsullarının  emalı  zamanı  ətraf  mühitə  dəyən  iqtisadi  zərərin 

hesablanmasında yeni metodlardan istifadə edilmişdir; 

 -  Neft  və  neft  məhsullarının  ətraf  mühitə  etdikləri  neqativ  təsirlər 

araşdırılmışdır; 

- Neft karbohidrogenləri ilə çirklənmiş ətraf mühitin müasir ekoloji vəziyyəti 

araşdırılmışdır; 

- Tullantı qazların buxar şəklində olan toksiki maddələrdən təmizlənməsində 

fiziki və hemosorbsiyalı absorbsiya üsulları tədqiq edilmişdir;  

- Pirolyuzit üsulu ilə tullantı qazlarının SO

2

-dən ekoloji təmizlənməsi prosesi 



tədqiq edilmişdir; 

- Su hövzələrinin çirkab sularla çirklənməsinin qarşısını əsaslı şəkildə almaq 

üçün  tullantı  suları  alınmayan  müəssisələrin  yaradılmasının  zəruriliyi 

ə

saslandırılmışdır; 



-  Neft  məhsulları  ilə  çirklənmiş  səth  və  qrunt  sularının  çirkləndiricilərdən 

təmizlənməsi  üçün  tətbiq  olunan  müxtəlif  üsullar  müqayisəli  şəkildə 

araşdırılmışdır. 

Tədqiqat  işinin  praktiki  əhəmiyyəti.Respublikamızda  ekoloji  problemlərin 

həlli, onun ümumi nəzəri metodoloji əsaslarının və istiqamətlərinin öyrənilməsində 

yaranan 

problemin 

səbəbləri, 

aradan 


qaldırılmasının 

istiqamətlərinin 

müəyyənləşdirilməsi,  bu  istiqamətdə  konkret  tədbirlərin  işlənib  hazırlanması  və 

həyata keçirilməsi böyük praktiki əhəmiyyət kəsb edir.  



Magistr dissertasiya işinin quruluşu: Giriş, üç fəsil, doqquz yarımfəsildən, 

nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

 



 

I FƏS L. ƏTRAF MÜH T N NEFT KARBOH DROGENLƏR  



LƏ Ç RKLƏNMƏS  PROBLEM N N MÜAS R VƏZ YYƏT  

1.1. Ətraf mühiti daha çox çirkləndirən neftin fiziki və kimyəvi 

xassələri 

 

Neft üzvi və qeyri-üzvi kimyəvi maddələrdən ibarət olan mürəkkəb quruluşlu 

özlü mayedir. O spesifik iyə malikdir, rəngi isə açıq-kəhrəba rəngindən tünd qara 

rəngə  qədər  dəyişir.  Neftin  elementar  tərkibi  nisbətən  sabit  olub,  onu  təşkil  edən 

hər bir komponent quruluşda 3-4% təşkil edir. Maye neftin əsas tərkib hissəsini isə 

karbon  (83-87%)  və  hidrogen  (12-14%)  təşkil  edir.  Kükürd  isə  neftin  tərkibində 

6%-ə  qədər  ola  bilir.  Azot  və  oksigenin  özlü  mayedə  miqdarı  0,1%-i  təşkil  edir, 

bəzən  isə  bu  miqdar  2,0%-ə  qədər  ola  bilir.  Neftin  tərkibinin  0,1%-dən  0,01%-ə 

qədərini  mikroelementlər  –  metalların  duzları  və  üzvi  turşular  təşkil  edir. 

Tərkibindəki  60  mikroelementlərin  yarıdan  çoxunu  metallar  təşkil  edir.  Bu 

metalların maye neftin tərkibində ümumi miqdarı kütləyə görə orta hesabla 0,01%-

dən  0,04%-ə  qədər  təşkil  edir.  Bu  metallardan  vanadium  və  nikel  –  10

-3

-10


-2

%; 


dəmir – 10

-4

-10



-3

; sink 10

-5

-10


-3

%; civə - 10

-5

%; natrium, kalium, kalsium, manqan 



– 10

-4

-10



3

 təşkil edir[ 1]. 

Metal  tərkibli  birləşmələrin  əsas  kütləsi  neftin  qətran  və  alfaten  hissəsində 

toplanmış karbohidrogen fraksiyasında isə onların miqdarı çox cüzidir. 

Element  tərkibindən  fərqli  olaraq,  xam  neftin  karbohidrogen  tərkibi  böyük 

intervalda  dəyişir.  Karbohidrogen  tərkibdə  sadə  metandan  (CH

4

)  çox  mürəkkəb 



quruluş  olan  porfinlərə  (C

90

H



23

N

4



)  qədər  1000  yaxın  individual  üzvi  maddələr 

vardır. 


Neftin əsas komponentləri karbohidrogen (CH) birləşmələridir. Müxtəlif növ 

neftlərin  tərkibində  onun  miqdarı  90%dən  95%-ə  qədərdir.  Nəftin  tərkibi  metan, 

paften və aromatik karbohidrogenlərdən, həmçinin onların oksigenli, kükürdlü və 

azotlu törəmələrindən ibarətdir. 




 

Naften  sırası  karbohidrogenlər  (CH)  doymuş  tsiklik  karbohidrogen  olub 



siklopentan  və  sikloheksan  sıralıdır.  XIX  əsrin  70-ci  illərində  Moskovnikov  və 

Oqloblik Bakı neftinin tərkibində tsiklik quruluşlu C

2n

H

2n



 sıralı karbohidrogenlərin 

olmasını  göstərmişlər.  Bundan  əlavə  alimlər  tsiklopentan,  tsikloheksan, 

metiltsiklopentan və başqa birləşmələri də aşkar etmişlər. 

Naften  karbohidrogenlərin  tərkibi  alkanlara  nisbətən  daha  stabildir  və  onlar 

ilkin ana məhsulun genetik xüsusiyyətlərini özündə saxlayır. 

Neftin  aromatik  karbohidrogenləri  müxtəlif  neftlərdə  15%-dən  50%-ə  qədər 

dəyişir. Onların orta miqdarı müxtəlif parafinli neftlərdə aşağıdakı kimi dəyişir: az 

parafinlərdə - 37,4%; orta parafinlərdə - 30,6%; yüksək parafinlərdə - 20,8%. 

Tərkibində  bərk  karbohidrogenlərin  miqdarı  1%-dən  az  olan  neftlər  –  az 

parafinli;  1-7%-ə  qədər  olan  neftlər  –  orta  parafinli;  7%-dən  çox  olan  neftlər  isə 

yüksək parafinli neftlərə aid edilir. 

Neftin  tərkibində  olan  parafin  karbohidrogenlərinin  ümumi  miqdarı  əsasən 

25-30% təşkil edir. Bu faiz neftin tərkibində həll olunmuş qazların miqdarı nəzərə 

alınmayan haldakı miqdarını göstərir. 

Neftdə həll olan qazların miqdarı nəzərə alındıqda isə parafinlərin miqdarı 40-

50%-ə, bəzi neftlərdə isə 50-70%-ə çatır. Bunula yanaşı, tərkibində cəmi 10-15% 

parafin olan neftlər də vardır. 

Neftin  tərkibində  çox  az  miqdarda  etil  qrupundan  daha  böyük  alkil  qrupu 

saxlayan şaxəli quruluşlu parafinlərin olması da müəyyən edilmişdir. 

Qaz  karbohidrogenlər  xalis  qaz,  qaz  kondensat  və  neftlə  birlikdə  neft 

yataqlarından çıxarılır. 

Qaz  parafin  karbohidrogenlərin  müxtəlif  qaz  kondensantı  yataqlarından 

çıxarılan stabil miqdarı 5-10 sm

3

/m



3

-dan 300-500sm

3

/m

3



-a qədər dəyişir. 

  Qaz kondensat yataqlarındakı qazların tərkibində metanın, elecə də benzin, 

kerosin  və  dizel  fraksiyalarının  tərkibini  təşkil  edən  yüksək  molekullu 

karbohidrogenlərin miqdarı çox olur [ 2]. 

Cədvəl 1.1-də neftlə birlikdə müxtəlif yataqlardan çıxarılan qazların kimyəvi 

tərkibi göstərilmişdir. 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə