Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   2   3   4   5   6   7   8   9   10   ...   23

20 

 

torpaq  örtüyü,  atmosfer  havası,  səth  və  qrunt  suları  çox  böyük  çirklənmələrə 



tədricən məruz qalırlar. 

Planetimizdə  eləcə  də  respublikamızda  ekoloji  problemləri  neftqazçıxarma 

kompleksləri  yaradır.  Bu  komplekslərdən  ətraf  mühitə  atılan  tullantıların 

azaldılması üçün görülən tədbirlər haqqında III fəsildə geniş məlumat veriləcək. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




21 

 

1.3. Neft karbohidrogenləri ilə ətraf mühitin komponentləri 



arasında baş verən kimyəvi və biokimyəvi proseslər və onların ekoloji 

nəticələri 

 

Ə



traf mühitə daxil olan neft məhsulları aşağıda göstərilən vəziyyətlərdə ətraf 

mühitin komponentləri ilə qarşılıqlı təsirlərdə olurlar [ 3]: 

- sərbəst – açıq su hövzələrində neft məhsulları suyun səthində üzməsi, yaxud 

suxurlardan süzülərək yeraltı lay sularının səthində “linzalar” yaranması; 

- həll olmuş – neft məhsulları səth yaxud yeraltı suların səthində həll olur; 

-  adsorbsiya  olunmuş  – neft  məhsulları  suyun  səthində  asılı vəziyyətdə olan 

hissəciklər yaxud da suxurlar tərəfindən adsorbsiya olunur; 

- buxar vəziyyətində - suyun səthindən, torpaqdan buxarlanan neft məhsulları 

atmosferdə  toplanır.  Yeraltı  suların  səthindən  buxarlanan  neft  məhsullarının 

buxarları isə suxurlar arasındakı boşluqlarda toplanır. 

Təbii  suların  səthində  və  laylarda  olan  neft  məhsullarının  yerdəyişməsi 

onların  sıxlığından,  özlüyündən,  qaynama  temperaturundan,  suda  həll  olma 

qabiliyyətindən, sorbsiya xüsusiyyətlərindən asılı olur. 

Bəzi  sürtkü  yağlardan  və  ağır  mazutdan  fərqli  olaraq  neft  və  əmtəə  neft 

məhsullarının  sıxlığı  suyun  sıxlığından  azdır.  Benzin  istisna  olmaqla  neft 

məhsullarının  özlülüyü  ilə  suyun  özlülüyündən  böyükdür.  Özlülüyün  az  olması 

benzinin suyun səthində və layların arasındakı boşluqlarda sürətlə yerdəyişməsinə 

zəmin yaradır. 

Neftin su mühitindəki hərəkətləri: Su mühitinə daxil olan neft məhsulları ilk 

növbədə  onun səthində  yayılaraq  nazik  neft  pərdəsi  əmələ  gətirir.  Ketça sxeminə 

uyğun  olaraq  suyun  səthində  yerini  dəyişən  neft  komponentləri  müxtəlif  fiziki, 

kimyəvi  və  bioloji  çevrilmələrə  məruz  qalırlar.  Neftin  suyun  səthində  yayılması 

onun tərkibindən, suyun temperaturundan və axma surətindən, küləyin gücündən, 

günəş radiasiyasından, suda həll olunmuş oksigenin miqdarından və onun mineral 

tərkibindən  asılıdır.  Suyun  səthindəki  karbohidrogen  çirkləndiricilərinin 



22 

 

miqdarının  azaldılmasında  əsas  rolu  suyun  özünütəmizləmə  xüsusiyyətinə  malik 



olmasıdır. 

“Özünütəmizləmə”  təbii  proseslər  nəticəsində  tullantıların  parçalanması, 

tərkibinin dəyişməsi və utilizasiyası nəticəsində suyun öz əvvəlki xüsusiyyətlərinin 

və tərkibinin bərpa edilməsidir. 

Alifatik  və  aroçatik  karbohidrigenlər  ətraf  mühitdə  daha  tez  çevrilmələrə 

məruz qalır, tsiklik və yüksək molekullu birləşmələr isə nisbətən yavaş. Suda olan 

üzvi  maddələrin  bioorqanizmlərin  köməyi  ilə  parçalanması,  başqa  sözlə  suyun 

özünütənzimləməsi  prosesi  0

0

C  temperaturda  yaz-yay  aylarında  nisbətən  2-3% 



təşkil edir. 

Neft  və  neft  məhsullarının  quruluşunun  parçalanması  və  təkrar  emalında 

oksidləşmə-bərpaolunma,  fotokimyəvi,  hidrolitik  reaksiyalara  əsaslanan  kimyəvi 

və  mikrobioloji  (biokimyəvi)  proseslər  mühüm  rol  oynayır.  Üzvi  maddələrin 

biokimyəvi emalında kimyəvi oksidləşmə 10-15%, mikrobioloji emal isə 60-80% 

çox olur. 

Su  mühitində  neftin  günəş  şüalarının  və  havanın  oksigeninin  təsirindən 

kimyəvi  oksidləşmə  prosesi  biokimyəvi  oksidləşmə  prosesi  sürətinin  10-15%-ni 

təşkil edib, neft məhsullarının tərkibindən və onun sudakı fiziki vəziyyətindən asılı 

olur.  Məsələn,  tsiklik  karbohidrogenlər  normal  karbohidrogenlərə  nisbətən  daha 

sürətlə, suyun səthində pərdə əmələ gətirən neft emulsiya şəklində olan neftdən tez 

oksidləşir [ 25].  

Efirlər,  amid  karbonatları  və  müxtəlif  fosfor  tərkibli  turşular  hidroliz 

proseslərinə cəlb olunurlar. 

Müəyyən  olunmuşdur  ki,  böyük  su  səthində  yayılan  nefti  biokimyəvi 

parçalanma  üçün  çox  vaxt  tələb  olunur,  çünki  təbiətdə  neftin  çox  komponentli 

karbohidrogeni  parçalayan  mikroorqanizmlər  yoxdur.  Ona  görə  də  su  səthindəki 

neftin  tam  parçalanması  üçün  müxtəlif  növ  bakteriyalardan  istifadə  olunmalıdır. 

Tsikloparafinlər  və  aromatik  karbohidrogenlər  suda  daha  uzun  müddət  qaldıqları 

üçün mikrobioloji parçalanmaya qarşı dayanıklı olurlar.  




23 

 

Neftin  karbohidrogenlərinin  mikrobioloji  parçalanmasına  suyun  təbii 



faktorları – onun aerasiyası, tərkibində olan qida maddələri (azot, fosfor, kalium) 

temperaturu, pH-ı və duzların miqdarı təsir göstərir. 

Sudakı üzvi birləşmələrdə oksidləşmə reaksiyalarının baş verməsi şərtlərindən 

biri və ən əsası suda oksigenin konsentrasiyasının karbohidrogenlərə nisbətən 7-9 

dəfə  çox  olmasıdır.  Başqa  sözlə  hər  1  mq  müxtəlif  karbohidrogenlərə  3-4  mq 

oksigen düşməlidir. 18

0

C temperaturda adətən su axınlarında 5-6 mq/dm



oksigen 


həll  olur,  oksigenin  2  mq/dm

3

  qiymətindən  kçik  qiymətlərində  onun  biokimyəvi 



aktivliyi azalır. 

Dəniz  suyunda həll olmuş oksigen ilə neft pərdəsinin qalınlığı,  temperaturu, 

onun  karbohidrogen  tərkibi,  yerdəyişmə  sürəti  arasındakı  əlaqələr  müəyyən 

olunmuşdur. Belə ki, 30

0

C temperaturda qaz mübadiləsi 20



0

C temperaturdakından 

1,2  dəfə  çox  olmuşdur.  Neft  pərdəsinin  özlülüyü  artdıqca  qaz  mübadiləsi  azalır, 

suya oksigenin daxil olması çətinləşir. Suyun turbulent yerdəyişməsi hiss olunacaq 

dərəcədə  sudakı  oksigenin  miqdarını  azaldır,  bu  isə  neftin  geniş  dispersiyasına 

səbəb  olaraq,  neft  yayılan  sahəni  genişləndirir  və  su  ilə  qarşılıqlı  təsir  sahələri 

genişlənir. Bunun nəticəsi olaraq biodeqradasına sürətlənir. 

Neft  karbohidrogenlərinin  biokimyəvi  parçalanmasının  sürətinə  suyun 

temperaturu  hiss  olunacaq  dərəcədə  təsir  göstərir.  Suyun  20-28

0

C  temperaturun 



karbohidrogenlərin  parçalanması  üçün  optimal  temperatur  hesab  olunur;  6-15

0



temperaturda  neftin  deqradasiyası  2,5-4  dəfə  azalır;  37

0

C  temperaturdan  yüksək 



temperaturlar  da  neft  oksidləşdirici  mikroorqanizmlər  sürətlə  azalır  və  45

0



temperaturda onların fəaliyyəti tamamilə kəsilir. 

Dəniz  sularında  yaşayan  neftoksidləşdirici  bakteriyalar  0

0

-dən  40


0

temperatur  intervalında  karbohidrogenlərin  utilizasiyasını  hər  10



0

  temperaturda  3 

dəfə artırır. 

Neft  karbohidrogenlərinin  torpaqdakı  vəziyyəti.  Torpağın  neft  və  neft 

məhsulları  ilə  çirklənməsi  ən  təhlükəli  çirklənmələrə  aid  edilir.  Çirkləndiricilər 

torpağın  fiziki  xassələrini  təbii  morfoloji  quruluşunu  dəyişməklə  yanaşı, 

məhsuldarlığın  və  ekoloji  funksiyasının  pozulmasına  səbəb  olur.  Torpağın 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə