Microsoft Word neft mehsul emali docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix25.05.2018
ölçüsü0,58 Mb.
#45767
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

28 

 

neftlərdə isə həmin qazların miqdarı 2-3% olur. Neftdə həll olmuş qazların miqdarı 



hazırda qaz-maye xromotoqrafiya vasitəsilə təyin olunur. 

Su neftin tərkibində sərbəst, həll olmuş və emulsiya şəklində olur. Sərbəst su 

ə

vvəldə qeyd olunduğu kimi neft mədənlərində çökdürücülərdə ayrılır. Həll olmuş 



suyun  miqdarı  neftin  kimyəvi  tərkibindən  və  temperaturundan  asılıdır.  Aromatik 

ə

saslı neftlərin tərkibində həll olmuş suyun miqdarı daha çox olur, çünki aromatik 



karbohidrogenlər 

başqa 


sinif 

karbohidrogenlərə 

nisbətən 

daha 


çox 

hidroskopikdirlər.  Lakin  temperaturun  artması  ilə  suyun  bütün  sinif 

karbohidrogenlərində  həll  olması  artır.  Temperaturun  azalması  ilə  neftdə  həll 

olmuş  su  ola  bilər  ki,  dispers  (kiçik  hissəciklər)  şəklində  ayrılaraq  neft-su 

emulsiyasını  əmələ  gətirsin.  Belə  emulsiyalar  adətən  çox  davamlı  olur  və  uzun 

müddət,  hətta  bir  neçə  ay  dağılmır.  Neft-su  emulsiyasının  davamlığına  bir  neçə 

amillərin,  o  cümlədən  neftin  tərkibində  olan  bəzi  maddələrin,  məsələn 

emulqatorların  təsiri  böyük  olur.  Neftin  tərkibində  olan  paften  turşuları,  onların 

duzları, qətranlı birləşmələr səthi-aktiv maddələr sinfinə aid edilir. 

Neftin  tərkibində  olan  və  emulsiya  əmələ  gətirə  bilən  maddə  molekulları  su 

hissəciklərinin  üzərində  toplanır  və  neft-su  emulsiyası  stabilləşməyə  başlayır. 

Prosesin  ilk  mərhələsi  çox  sürətlə  gedir.  Belə  ki  emulsiyanı  yaradan  maddələrin 

molekulları  əvvəlcə  su  hissəciklərinin  səthində  asanlıqla  arientasiya  olunurlar, 

lakin  səth  tutuiduqca  molekulların  səthə  yaxınlaşması  çətinləşir  və  proses  sona 

çatır. Bu müddət ərzində su hissəciklərinin səthində əmələ gələn təbəqənin tərkibi 

və quruluşu stabilləşir. Belə proses iki-üç saatdan on saata qədər davam edə bilir. 

Neft  emulsiyasının  əmələ  gəlməsində  və  onun  stabilləşməsində  səthi  aktiv 

maddələrlə  yanaşı,  neftdə  kolloud  hissəciklər  şəklində  həll  olmayan  çox  dispers 

halında olan bərk maddələrin də yüksək dərəcədə təsiri vardır. Belə maddələrə sülb 

parafinlərinin  mikrokristallarını,  dəmir-sulfid  və  başqa  mexaniki  qarışıqları  misal 

göstərmək  olar.  Göstərilən  bu  maddələr  neft  fazasında  paylanmış  kiçik  su 

damlaları  üzərində  möhkəm  mexaniki  pərdə  əmələ  gətirir  ki,  bu  da  suyun 

ayrılmasına imkan vermir. 



29 

 

Neft  emulsiyasının  davamlığına  onun  fraksiya  tərkibinin,  suyun  tərkibində 



olan duzların qatılığının da təsiri vardır. Neftin tərkibində açıq rəngli fraksiyaların 

miqdarı nə qədər çox olarsa, neft-su emulsiyasının davamlılığı bir o qədər az olar. 

Bu  həmin  fraksiya  ilə  suyun  xüsusi  kütləsi  arasındakı  fərqin  çox  olması  ilə  izah 

olunur.  Özlülüyü  yüksək  olan  neftlərdə  əmələ  gələn  neft-su  emulsiyaları  isə  çox 

davamlı  olur.  Buna  səbəb  yüksək  özlülüyə  malik  olan  sistemlərdə  su 

hissəciklərinin bir-biriləri ilə görüşərək iri su damlaları əmələ gətirmə imkanın az 

olmasıdır. 

Xam  əmtəə  neftindən  fərqli  olaraq  neft  məhsullarının  tərkibində  istər  həll 

olmuş, istərsə də emulsiya şəklində olan suyun miqdarı çox az olur. Neft və neft 

məhsullarının  tərkibində  olan  suyun  miqdarı  Dövlət  Standartından  (0,3%)  artıq 

olduqda,  neft  emal  qurğularında  yaranmış  təzyiq  hesabına  partlayış,  metal 

səthlərinin korroziyası, boru və aparatların daxili səthlərində ərpin əmələ gəlməsi 

nəticədə  istiliyin  keçirilməsinin  pisləşməsi  və  başqa  xoşagəlməz  hallar  baş  verə 

bilər.  Ona  görə  də  neft  və  neft  məhsullarının  emaldan  əvvəl  tərkibindəki  suyun 

miqdarı təyin olunmalıdır. Bu isə müxtəlif analiz üsulları ilə müəyyən edilir. 

Müxtəlif  neftlərin  və  onlardan  alınan  məhsulların  kimyəvi  tərkibi  və  fiziki-

kimyəvi  xassələri  müxtəlif  olur.  Bəzi  neftlərin  tərkibində  aromatik 

karbohidrogenlərin  miqdarı  çox  olduqda  ondan  alınan  benzinin  oktan  ədədi  də 

yüksək olur. Əksinə başqa bir neftin tərkibində normal parafinlərin miqdarının çox 

olması ondan alınan benzinin oktan ədədinin kiçik olmasına və keyfiyyətinin aşağı 

olmasına səbəb olur. 

Digər  tərəfdən  elə  neftlər  də  vardır  ki,  onlarda  qotren  –  asfalt  maddələrinin 

miqdarı çox yüksək olur. Belə neftlərdən yüksək keyfiyyətli tikinti və yol bitumları 

istehsal  olunur.  Bu  səbəblərə  görə  neftləri  emala  göndərməzdən  əvvəl  onları 

çeşidləmək lazım gəlir. 

Bu  zaman  fiziki-kimyəvi  xassələri  yaxşı  və  bir-birinə  uyğun  olan  neftlər 

qarışdırılır.  Misal  olaraq  Tatarıstan  neftlərini  və  eləcə  də  Respublikamızdakı 

Balaxanı-Sabunçu-Ramana neftlərinin qarışığını göstərmək olar. 

Ümumiyyətlə neftin çeşidlənməsi zamanı aşağıdakı şərtlərə əməl olunmalıdır: 



30 

 

1.  Çeşidləmədən  əvvəl  neft  və  ondan  alınan  əmtəə  məhsullarının  fiziki  və 



kimyəvi xassələri hər tərəfli tədqiq olunmalıdır; 

2. Fiziki-kimyəvi xassələri daha yaxın olan neftləri qarışdırmaq olar; 

3.  ki növ neft qarışdırıldıqda keyfiyyəti yüksək olan məhsulun göstəriciləri, 

keyfiyyəti  aşağı  olan  məhsulun  hesabına  pisləşirsə,  belə  halda  qarışdırmaya 

qətiyyən  yol  vermək  olmaz,  əksinə  keyfiyyət  göstəriciləri  yüksək  olan  məhsul 

keyfiyyətsiz məhsulun keyfiyyətini yüksəltməlidir. 

 

 

 



 

 

 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə