Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə32/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   28   29   30   31   32   33   34   35   ...   134

Azərbaycan Tarixi 
 
 
125 
Xəlifə Harun ər-Rəşidin dövründə əl-Vəcnə Marağanı da 
Rəvvadilərin mülkünə qatmışdı. Sonra Rəvvadilər Xilafətdən 
ayrılmağa cəhd etsələr də,  canişin bunun qarşısını ala bilmişdi. 
Əl-Vəcnədən sonra Təbriz  şəhərinin hakimi onun qardaşı 
Məhəmməd olmuşdur. Əl-Yaqubi 813-cü ilə aid bir məlumatda 
xürrəmilər hərəkatının təsiri altında separatçılıq hərəkatından 
bəhs edərkən, Xilafətdən, demək olar ki, ayrılmış  və nisbi 
müstəqillik  əldə etmiş hakimlər sırasında Məhəmməd ibn 
Rəvvadın da adını  çəkir. Xürrəmilər hərəkatı genişləndikcə 
yerli feodalların, hakimlərin və  sərkərdələrin müstəqilliyə can 
atmaq meylləri də güclənirdi. Lakin xürrəmilər hərəkatının 
güclənməsi və nəticədə qələbə çalmaq imkanları onları təşvişə 
salır. Onlar bu hərəkatın qarşısını alacaq qüvvəni xəlifənin si-
masında görürlər. Beləki, 820-ci ildə xəlifənin yeni canişini İsa 
ibn Məhəmməd Azərbaycana gəldikdə bütün yerli hakimlər, o 
cümlədən Məhəmməd ibn Rəvvad onun iqamətgahına gəlirlər. 
Məhəmməddən sonra Təbrizin hakimi onun qardaşı 
Yəhya olur. 850-ci ildə yerli hakimlərin separatçılıq meyli ilə 
bağlı olaraq Bağdada aparılanlar arasında Yəhya ibn Rəvvad da 
olmuşdu. Lakin xəlifə onu zindana saldırmamış, sərbəst 
buraxmışdı. O vaxtdan sonra uzun müddət Rəvvadilər bölgənin 
siyasi həyatından kənar edilmişdilər. Buna baxmayaraq, onlar 
öz mülklərini  əldə saxlaya bilmişdilər və başqa vilayətlərin 
hakimləri kimi Sacilərə, sonralar isə Salarilərə vergi verirdilər. 
Qaynaqlarda  Əhər və Varzanın sahibi Əbdülheycə ibn 
Rəvvadın Salari hökmdarı İbrahimə 50 min dinar vergi ödəməsi 
haqqında məlumat vardır. Salari hökmdarı  Mərzbanın  əsir 
alındığı vaxtlar, Salarilərin hakimiyyətinin zəifləməsindən 
istifadə edən Hüseyn ibn Məhəmməd 957-ci ildə  Təbrizi və 
onun ətrafını geri qaytara bildi. X əsrin 70-ci illərinin sonlarına 
yaxın Hüseynin oğlu  Əbdülheycə Salari hökmdarı  İbrahim ilə 
müharibədə qalib gəldi və İbrahimi zindana saldırdı. O, Aranın 
cənub torpaqlarını da öz mülklərinə qatdı.  
 
Qəzənfər Rəcəbli 
 
 
126
981-ci ildə Əbdülheycə ibn Məhəmməd Ərdəbili tutur və 
Rəvvadilər dövlətinin  əsasını qoyur. Onun hakimiyyət illəri 
Rəvvadilər dövlətinin yüksəlişi və ərazilərinin genişləşdirilməsi 
dövrü kimi səciyyələnir. 988-ci ildə  Əbdülheycə ibn 
Məhəmməd vəfat edir. Onu əvəz edən oğlu Məmlan atasının 
xarici siyasətini müvəffəqiyyətlə davam etdirir. Məmlan 30 ilə 
yaxın Rəvvadilər dövlətinin başında durmuşdur.  
Məmlandan sonra Rəvvadilər dövlətinin hökmdarı onun 
oğlu Bəhsudan olur. Bəhsudanın hökmdarlığı haqqında təkcə 
tarixi qaynaqlarda deyil, dövrün tanınmış  şairi Qətran 
Təbrizinin qəsidələrində də maraqlı məlumat vardır.  
XI əsrin 20-ci illərində Azərbaycana oğuz türklərinin yeni 
axını olmuşdur. Tarixçi Rəşidəddinin “Oğuznamə” kitabında 
deyilir ki, oğuz türklərinin bu dövrdə Azərbaycana axını təkcə 
cənub və şərqdən İran vasitəsilə deyil, şimaldan Dərbənd keçidi 
vasitəsilə də güclənmişdi. 1028-ci ildə Sultan Mahmud Qəznə-
viyə qarşı çıxmış oğuz türklərindən 2 min ailə məğlubiyyətdən 
sonra qərbə doğru hərəkət etmişdilər. Rəvvadi hökmdarı  Vəh-
sudan onları dostcasına qarşılamış, onlara sığınacaq vermişdi. 
Vəhsudan onlara torpaq da paylamışdı. Vəhsudan oğuz suvari-
lərindən Bizansa qarşı müharibələrdə və feodalların özbaşınalı-
ğının qarşısını almaqda istifadə etmək niyyətində idi. Vəhsudan 
ilk dəfə XI əsrin 30-cu illərində Azərbaycanda görünən Səlcuq 
oğuz türklərindən də bu məqsədlə istifadə edirdi. 
XI əsrin 40-cı illərində Rəvvadilər dövlətinin ərazisi təq-
ribən bütün Cənubi Azərbaycanı əhatə edirdi. Xarici siyasi və-
ziyyətin bu dövrdə  gərginləşməsi hökmdar Vəhsudanı qonşu 
dövlətlərlə dostluq münasibətləri yaratmağa sövq edirdi. Vəh-
sudanın Gəncəyə səfəri də bu niyyətlə bağlı idi. Rəvvadilər və 
Şəddadilər dövlətlərinin hökmdarları arasında bağlanan müqa-
vilə Şəddadilər dövləti tərəfindən şimaldan olan təhlükəni ara-
dan qaldırmışdı. Qətran Təbrizinin qəsidələrində bu görüş şərh 
edilir və hər iki hökmdarın sülhməramlı sazişi mədh edilir. 


Azərbaycan Tarixi 
 
 
127 
Əlbəttə, Vəhsudan yalnız güclü dövlətlərlə münasibətdə 
sülhpərvər siyasət yeridirdi. Zəif hakimlər və hökmdarlara mü-
banasibətdə, lazım gəldikdə güc də  tətbiq edirdi. Beləki, Rəv-
vadilərin ali hakimiyyətini tanımaqdan boyun qaçıran Muğan 
əmirinin üstünə  oğlu Məmlan Rəvvadinin başçılığı ilə qoşun 
göndərdi və Muğan əmiri Rəvvadilər sülaləsinin hakimiyyətini 
tanımalı oldu. Bu döyüşdə iştirak etmiş şair, Qətran Təbrizi ona 
xüsusi qəsidə həsr etmişdir. 
1054-cü ildə Sultan Toğrulun başçılığı altında səlcuq 
oğuz türkləri qərbə doğru yürüşləri zamanı  Təbrizə yaxınlaş-
dıqda, onların qarşısında gücsüzlüyünü dərk edən hökmdar 
Vəhsudan Səlcuq Türk sultanlığının hakimmiyyətini tanıdı. 
Sultan Toğrul Rəvvadi hökmdarı  Vəhsudanın taxt- tacına 
toxunmadı. Rəvvadilər dövləti vassal dövlətə çevrildi və sulta-
na qiymətli hədiyyələr verdi, vergi ödəməli oldu. 
1058-ci ildə hökmdar Vəhsudan vəfat etdikdən sonra da 
Sultan Toğrul Rəvvadilər sülaləsinin hakimiyyətinə toxunmadı, 
onun oğlu II Məmlanı onun yerinə  təyin etdi. 1060-cı ildə II 
Məmlan görünür müstəqil olmaq fikrinə düşüb vergi verməyi 
dayandırdı. Sultan Toğrul ikinci dəfə  Təbrizi mühasirəyə aldı 
və onu 4 ay mühasirədə saxladı. II Məmlan Sultan Toğrulun 
adına yenidən xütbə oxunmasına sərəncam verdi və vergi 
ödəməkdə davam etdi. 
1065-ci ildə Azərbaycanın Xoy və Salmas şəhərlərində 
səlcuq oğuz türklərinin hakimiyyətinə qarşı üsyan qaldırılır. 
Səlcuq Türk Sultanı Alp Arslan üsyanı yatırır. II Məmlan 
hakimiyyətdən kənar edilir, Rəvvadilər dövləti ləğv edilib 
sultanlığın bir vilayətinə çevrilir. Təbriz  şəhərinə  səlcuq 
əmirlərindən biri hakim təyin edilir. Beləliklə, təqribən bir əsr 
davam edən Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyulur. 
9.5.  Şəddadilər dövləti.  X  əsrin ortalarından XII əsrin 
sonlarınadək Cənubi Qafqazın Gəncə, Aran, Naxçıvan, Dvin və 
Ani  əmirliklərində hakimiyyət başında  Şəddadilər sülaləsi 
durmuşdur. Sülalənin banisi kürd mənşəli Məhəmməd ibn 
Qəzənfər Rəcəbli 
 
 
128
Şaddad, Salari hökmdarı Mərzban ibn Məhəmmədin 951-ci ildə 
həbs olunmasından sonra yaranmış siyasi durumdan istifadə 
edərək, Mərzbanın tabeliyində olan Dvini ələ keçirir. 954-cü 
ildə Mərzban həbsxanadan qaçır və dəyləmli süvarilərdən ibarət 
qoşunla Dvin üzərinə yeriyir. Məhəmməd ibn Şəddadın 
qoşununda olan dəyləmlilər Mərzbanın tərəfinə keçirlər. 
Nəticədə  Məhəmməd məğlub olur və  Mərzban Salari öz 
şəhərini geri ala bilir. 955-ci ildə  Məhəmməd  Şəddadi vəfat 
edir. 
Məhəmmədin kiçik oğlu Fəzl böyüdükdən sonra 
Salarilərə xidmət etməyə başlayır və Salari hakimi Əli  əl-
Fazinin idarə etdiyi Gəncəyə  gəlir. Bu zaman Gəncə tez-tez 
müxtəlif soyların basqınlarına məruz qalırdı. Fəzl  Əli  əl-
Fazinin tapşırığı ilə basqınçıları  Gəncədən qovub çıxarır. Bu 
Fəzlə olan inamı artırır. Fəzl 969-cu ildən Gəncədə yaşamağa 
başlayır. Fəzl  şəhər rəisinin məsləhəti ilə böyük qardaşı 
Ləşkəriyə  xəbər göndərib onu da Gəncəyə  dəvət edir. Ləşkəri 
qardaşının, gəlib Gəncənin hakimi olmaq haqqında, təklifinə 
razılıq verir. Öncədən Fəzl ilə razılaşmış şəhər rəisi Yusif Gən-
cənin Salari hakimini həbs edərək,  şəhərin darvazalarını  Ləş-
kərinin üzünə açdırır. 
Beləliklə, 971-ci ildə  Ləşkəri ibn Məhəmməd  Şəddadi 
Gəncənin hakimi olaraq, sülalənin hakimiyyətinin  əsasını qo-
yur,  Şəddadilər dövləti yaranır. Dövlətin paytaxtı Gəncə şəhəri 
olur. Nəslin böyüyü kimi Ləşkəri Gəncənin ilk Şəddadi hakimi 
olsa da, hakimiyyətdə həlledici rolu Fəzl oynamışdır.  
Salari hökmdarı  İbrahim Gəncədə  Şəddadilərin mərkəzi 
hakimiyyətdən ayrılaraq müstəqil olmaları haqqında xəbəri alan 
kimi, Gəncə üzərinə qoşun çəkir və şəhəri mühasirəyə alır. La-
kin Ləşkəriyə  qalib gələ bilmir və onunla müqavilə bağlayaraq 
Şəddadilər sülaləsinin Gəncədə hakimiyyətini tanımalı olur. 
Bundan sonra Naxçıvan, Dvin, Bərdə,  Şəki və b. şəhərlər də 
tutulub Şəddadilər sülaləsinin hakimiyyətinə tabe edilir. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə