Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə33/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   29   30   31   32   33   34   35   36   ...   50

Эюйярчин 
 
 
154
Hərəyə bir mız qoyur, heç kimi bəyənmirdi. 
Özü öz əməlinə haqq versə də dolayı, 
Sözünü heç bir kəsin üzünə deyəmmirdi.  
Bir-birindən asılı yaşayırdı qardaşlar,  
Bu mənada ikisi eyni hədəf seçirdi. 
Əgər böyük qardaşın kiməsə iradı var, 
Kiçik həmin dəqiqə ona tərəf keçirdi. 
Balacada böyüyə nisbətən qeyrət vardı, 
Amma gözdən salırdı onu “mənəmlik” hissi. 
Tərbiyəsi zahiri, dünyagörüşü dardı, 
Əsəbləşsə, heç kimi tanımazdı, ən pisi. 
Ortancıl bacı ilə kiçik qardaş natamam 
Orta təhsil almşdı, xaric olunmuşdular. 
Vallah, indi onların günahına batamam, 
Anaları deyərdi, dərsdən uzaq düşdülər. 
Kirayədə qalmırdı ananın uşaqları, 
Hər birinin özünə məxsus mənzili vardı. 
Onlardan da ömrünü bəzi etmişdi yarı, 
Anaya yaxşı övlad həmişə iftixardı. 
Ayrı-ayrı hamısı mehriban, nəvazişli, 
Bir yerə yığışanda tanınmaz olurdular. 
Elə bil heç birinin ayrı dərdi yox idi, 
Bir-birini incidib ananı yorurdular. 
Hamını sevirdilər, bir-birini sevməyə, 
Amma ürəklərində məhəbbət tapılmırdı. 
“Məndən yaxşısı yoxdur”– özünü öyə-öyə 
Fərhada dönürdülər, fəqət dağ çapılmırdı. 
Anlaşılan günahı ana olmaq ananın, 
İdarə eləyəcək yaşda deyildi çünki. 
Oğlu onun yanına hər gələndə, inanın, 
Ürəyini ağrıtmaq üçün gəlirdi, sanki. 
Qızlarını ittiham eləyirdi üzünə, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
155
Qızlar azyaşlı deyil, çoxdan ana idilər. 
Pis olsaydılar belə, onlardan anaya nə? 
Tufan qoparardılar, bəlkə, eşitsəydilər. 
Qızlarının hərəsi bir cür əzabkeş idi, 
Əslində, deyilənlər yaraşmırdı onlara. 
Bacıya belə nifrət bilmirdim nə iş idi, 
Amma övlad tənəsi ağırdır analara. 
Tutarlı irad üçün deyildi bu hərcmərclik,  
İlk sevgi, filan deyə keçmiş vurğulanırdı. 
Kim bilmir ki, həyatın sevgi dövrüdür gənclik
Keçmişin səhvi üçün indi sorğulanırmı? 
– İnsana necə irad tutmaq olar keçmişi? 
Reqina biixtiyar sual etdi qarıya. 
– Mən də onu deyirəm, oğlunun hər gəlişi, 
Anaya dərd verirdi, yoluxmaq idi guya. 
– Nəyi bölə bilmirdi onlar aralarında, 
Nədən qaynaqlanırdı bu tənələr, görəsən? 
– Əslində, ürəyində sevirdi o da, bu da... 
Belə hadisələri, gərək, özün görəsən. 
Dözməyib bu söhbətə Anselim də qarışdı: 
– Sübut, filan yoxdursa, bu, sadəcə kin imiş. 
İnsanın haqq dünyada yeri bircə qarışdı, 
Qardaşların, görünür, məsləki çirkin imiş.  
– Anselim, böyük bacı həyatla barışmırdı,  
O biri dünyasına çəkilmişdi özünün.  
Dindirməsən, heç kimin işinə qarışmırdı, 
Çoxuna yaxşı olan pis idi onun üçün. 
“Hər kəs xoşbəxt olacaq qədər azad olmalı”, 
Cümləsi şüar kimi səslənərdi dilində. 
 “Bu azadlıq heç kəsdə hüzuru pozmamalı, 
Fəlsəfi tələb budur, hökmü budur, dinin də”. 
O,  kişidə namusu qadına bağlamırdı, 


Эюйярчин 
 
 
156
Deyirdi: “ Namus dərya, qadınlıq bir qətrədir”. 
Ən böyük faciəyə üzülüb ağlamırdı, 
Sanırdı kor coşqudur, Yeri, Göyü titrədir. 
Şopenhaueri o, oxuyurdu son vaxtlar, 
“İradə fəlsəfəsi” dirçəldirdi ruhunu. 
Bir sevginin xətrinə açılırdı sabahlar, 
Bir axşamın xətrinə gəlirdi günün sonu. 
Evdə tək darıxmazdı, bayıra çıxsa bir gün, 
Həyəcanlı qayıdar, pozulardı əhvalı. 
Sosial bəlalardan fikrən qurtulmaq üçün 
Kitaba bağlanardı məktəblilər misalı. 
Olmağı çox sevərdi təbiətlə baş-başa, 
Gəzməyi çox sevərdi yağışlı havalarda. 
Günəşin doğmasına eləyərdi tamaşa, 
Uşaqlara qoşulub oynayardı topla da. 
Bacı-qardaşlarına ikinci ana kimi 
Böyüklük eləmişdi onlar gücsüz olanda. 
Əhdə sadiq qalardı, söz versə sona kimi, 
Uşaqdan seçilməzdi gözü yaşla dolanda. 
Heç kimin şəxsi işi ona aid deyildi
Fikrini gizlədərdi, yüz ölçüb bir biçməsə. 
Ədası gənclər kimi, amma yaşı əlliydi, 
Sakitliyi sevərdi, həssas idi gur səsə. 
Gülümsəyəndə belə gözlərinin kədəri 
İzini itirməzdi, ələ verərdi onu. 
Hər gün səhərdən çıxar, axşam dönərdi əri, 
Evdə yalqız olardı, əsasən, bütün günü. 
Zövq ilə geyinərdi – qara köynək, ağ yaxa, 
Hədiyyələr içində ən çox gülü sevərdi. 
Paltarının döşünə rəngbərəng sancaq taxar, 
Saçlarını yığmaqdan çox tökülü sevərdi.   
Günəş kimi mehriban, ulduz kimi sayrışan, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
157
Yağış kimi deyingən, qar kimi düşüncəli
Şimşək kimi hay-küylü, bulud kimi pərişan, 
Dolu kimi sərt idi, rüzgarlar kimi dəli... 
Hər nə şıltaqlıq etsə, ərinə xoş gələrdi, 
Yalan deyə bilməzdi əgər dünya dağıla. 
Doğma ola, yad ola, küsmək üçün ölərdi, 
Öz fikrindən dönməzdi aləm belə yığıla. 
Daha çox ana qızı can atırdı görməyə, 
Qız az-az görünərdi xəstə olduğu üçün. 
Anadan zəif idi ev işini görməyə
Nə iş görsə, altını çəkərdi bir neçə gün. 
“Haqqımız uşaqların üstə yarıbayarı, 
Böyük qızın zəhməti çoxdur, necə itirim? 
Onun mənim yanımda övlad kimi dəyəri, 
Hər kəsdən qiymətlidir, qoy unutmasın, heç kim. 
Ana unudulursa, bacı unudulmazmı?” 
Anası təəssüflə söyləyərdi bunları.  
Çox sıxsan, həya hissi köynəyini yırtmazmı? 
Əllərini yelləyib davam elədi qarı: 
– Böyük qızın böyüklük elədiyi illərdə
Mehriban imiş onlar, böyüyə hörmət varmış. 
Nümunəvi ailə kimi sözü dillərdə 
Gəzərmiş, nəsihətə, öyüdə qiymət varmış. 
Qatil olacaq qədər insanı dəyişdirir, 
Pul nəfsinə qul edir zəif xüsusiyyəti. 
Çoxaldıqca doğmanı yada çevirir bir-bir,  
Mənəvi borc barədə öldürür hissiyyatı. 
Ana güman edirdi, pul korlayıb oğlanı, 
Kasıb olduğu vaxtlar belə ötkəm deyilmiş. 
Kiçik qardaş, deyirlər, anadan doğulanı, 
Zəif olduğu üçün ailədə sevilmiş. 
Ana bir az da özü əzazil böyütmüşdü, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə