Microsoft Word Q12. 14Torpaqlarin mehsuldarliqinin ekspert sistemle teyin edilmesinew docx



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix08.10.2017
ölçüsü0,65 Mb.
#3940
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

Qovuşma  mərhələsində  ekspert  sistemin  onunla  birlikdə  işləyəcək  başqa 

proqramlarla  qovuşması  və  onun  xidmət  edəcəyi  şəxslərin  öyrədilməsi  üzrə  işlər 

həyata  keçirilir.  Bəzən  bu  prosesdə  əhəmiyyətli  dəyişikliklər  edilir.  Belə 

dəyişikliklər  biliklər  üzrə  mühəndisin  və  başqa  xüsusi  mütəxəsislərin  işə 

qarışmasını  tələb  edir.  Qovuşma  dedikdə  habelə  ekspert  sistemlə  onu  əhatə  edən 

mühit arasında əlaqələr də nəzərdə tutulur. 

Sistemin əhəmiyyətinin təsdiq edilməsi üçün istifadəçilərdən hər birinə ekspert 

sistemlə məsələni həlletmək imkanı vermək və icra prosesini izləmək lazımdır. 

Sistemin  alqışlanması    üçün  onu  əvəzedici  kimi  deyil,  istifadəçiləri  yorucu 

işdən azad edən köməkçi kimi təqdim etmək lazımdır. 

Sistemin saxlanması üçün onun başqa, məsələn Si dilinə çevrilməsi iş sürətini 

artırır, lakin elastikliyi azalır. Buna görə də bu, sistem problem sahəsinə aid olan 

bütün  biliklərə  malik  olduqda  və  bu  biliklərin  yaxın  vaxtlarda  dəyişməyəcəyi 

hallarda  məqsədəuyğundur.  Əgər  ekspert  sistemin  tətbiqi  problem  sahəsinin 

dəyişkənliyi  ilə  əlaqədardırsa  onda  sistem  onun  hazırlandığı  alətlər  mühitində 

saxlamaq əlverişlidir.  

 

 

1.5.Konkret istifadə üçün ekspert sistemlərin xarakteristikaları. 



 

Ekspert  sistemlərin  cəmiyyətin  ən  müxtəlif  sahələrində  tutduğu  yeri,  onların 

praktiki  tətbiq  nümunələri  əsasında  müəyyən  etmək  məqsədəuyğundur.  Bu 

nümunələr  [1]  ekspert  sistemlərin  inkişaf  səviyyəsini,  tətbiq  sahələrini  və  başqa 

xarakteristikalarını əyani nümayiş etdirir. 

Hal-hazırda  150-dən  artıq  müxtəlif  sahələrdə  espert  sistemlər  müvəffəqiyyətlə 

istifadə edilir. Bu sahələrin təqribən 20 % - də ekspert sistemlərin tətbiqi olduqca 

müvəffəqiyyətli  olub,  bəzi  hallarda  bu  sistemlərdən  istifadə  etmədən  problemin 

həlli qeyri-mümkündür.  



Tanınmış  ekspert  sistemlərə  tibbi,  texniki,  bioloji  və  kimyəvi  diaqnostika 

məsələlərinin  həlli  üçün  sistemlər  aiddir.  Ikinci  yerdə  elektron  mexaniki  və 

kimyəvi  konstruksiyaların  layihələşdirilməsinin  avtomatlaşdırıması  və  texniki 

nəzarət sistemləri üçün ekspert sistemələr yerləşir. Geologiyada, hərbi kəşfiyyatda 

və başqa hərbi məqsədlər üçün, robototexnikada obyektlərin tanınması üçün, nitqin 

və  şəkillərin  tananması  üçün  ekspert  sistemlər  nisbətən  mürəkkəbdir.  Gələcəkdə 

ekspert sistemlərin tətbiqinin nisbətən maraqlı sahəsinə, müxtəlif çətin dərk edilən 

daxili və xarici qarşılıqlı  təsir  və  asılılıqları  nəzərə almaqla,  kompleks  ssenariləri 

təhlil  etməklə  plan  oyunları  aid  edilir.  Riyaziyyatda  ekspert  sistemlər  formul 

çevrilmələri  üçün,  teoremlərin  isbatı  və  mürəkkb  hesablamalar  zamanı  həll 

alqoritminin tapılması üçün istifadə edilir. Çox böyük və daim genişlənən strateji 

oyunlar sahəsini, şahmat oyunlarını və  s. yada salmamaq olmaz.  

Ekspert  sistemlərin  vacib  tətbiq  sahələrindən  biri  öyrənmə  prosesinin 

avtomatlaşdırılmasıdır.  

Müxtəlif  sahələrdə  problemlərin  həlli  uyğunluğu  ekspert  sistemlərin  tətəbiqi 

imkanlarını  genişləndirir.  Belə  ki,  onların  konkret  tətbiq  sahələrinə 

uyğunlaşdırılması  kifayət  qədər  tez  və  sadədir.  Hal-hazırda  əsas  maneə  ondan 

ibarətdir ki, belə tətbiq sahələrinin özü müəyyənləşdirilməlidir. Bir tərəfdən obyekt 

və proseslərdə biliklərin mümkün qədər tam və yaxşı yoxlanılmış fakt və qaydalar 

çoxluğu  ilə  formalaşdırılması,  digər  tərəfdən  problemin  həllinin  effektiv 

strategiyası, bu gün də, gələcəkdə də ekspert sistemlərin tətəbiqinin effektivliyini 

təyin edəcək.  

Ekspert  sistemlərin  layihələşdirilməsi  üzrə  mütəxəssislərin,  uyğun  predmet 

sahəsi  üzrə  yüksək  səviyyəli  ekspertlər  kollektivi  olmadan,  yeni  güclü  ekspert 

sistem  hazırlaması  qeyri  mümkündür.  Bu,  təbii  olaraq  ekspert  sistem  anlayışının 

özü  tərəfindən  diqtə  edilir.  Konkret  layihələrin  hazırlanması,  seçilmiş  tətəbiq 

sahəsi  üzrə  biliklərin  əldə  edilməsi,  təsviri  və  işlənməsi  üzrə  mütəxəssislərin  sıx 

ə

məkdaşlığını tələb edir. 




Aşağıda  baxılan  məsləhətçi  və  ekspert  sistemlər  reallaşdırılmış  sistemlərin 

böyük çoxluğundan kiçik bir hissədir. Lakin onlar «nümunə» rolunu oynayır.  

Ekspert sistem istifadəçinin probleminin həlli üzrə suallara maksimum nüfuzlu 

cavablar  verməlidir.  Əgər  cavab  başa  düşülürsə,  onda  sistem  həll  prosesini 

istifadəçiyə başa düşülən şəkildə izah etmək imkanına malik olmalıdır. Bu zaman 

başa düşülməyən həll alınmasına səbəb olan ilkin mühakimələrin yalan olması halı 

da  mümkündür  ki,  belə  olduqda  onlar  əlavə  yeni  tədqiqatlar  əsasında 

dəyişdirilməlidir.  Buradan  görünür  ki,  ekspert  sistemlərlə  işləyərkən  həll,  fakt  və 

qaydaların  izahı  və  təzələnəməsi  prosesləri  sıx  əlaqəlidir.  Bu  vəziyyət  ekspert 

sistemlərin fəaliyyəti üçün olduqca vacibdir. 

Ekspert  sistemlərin  daha  bir  təyinatının  qeyd  edilməsi  olduqca  vacibdir.  Bu 

ekspert sistem istifadə etmədən, insanın özü tərəfindən sərbəst düşünmə (intuitiv, 

evristik,  məntiqi)  əsasında  alınmış  nəticələrin  yoxlanmasından  ibarətdir.  Bunun 

nəticəsində alnmış həllin (qərarın) əsaslandırılma dərəcəsi yüksəlmiş olur. 

Qeyd  etmək  lazımdır  ki,  ekspert  sistemlərin    tətbiqi  istifadəçi  mütəxəssislər 

tərəfindən  maneələrlə  də  qarşılaşır.  Bunlardan  ən  əhəmiyyətlisi  istifadəçi-

mütəxəssislərin,    onların  biliyinin  qiymətdən  düşməsi  və  ya  tamam  lazım 

olmaması  qorxusudur.  Öz  qiymətinə  görə  ikinci  maneə  isə  EHM  və 

proqramlaşdırmanın mürəkkbliyi ilə bağlı olan «maşın qorxusudur». Əgər ekspert 

sistemlər,  birincisi,  təbii  mütəxəssis  dilində  dialoqu  və  ikincisi,  informasiyaların 

insan üçün əlverişli formada təqdim edilməsini təmin edərsə, onda hər iki maneə 

zəiflədilə və ya aradan qaldrıla bilər. Bu funksiyaların reallaşıdırılması uzun vaxt 

tələb  edir.  Lakin,    ancaq  bu  yolla  EHM-in  gələcək  nəsilləri,  insanın  «humanist 

silahdaşı» ola bilər. 

Insanın  tələbatı  nə  qədər  differensialdırsa,  ekspert  sistem  kimi  istifadə  edilən 

EHM-in  qabiliyyəti  də  bir  o  qədər  rəngarəng  və  differensial  olmalıdır.  Yüksək 

məhsuldarlıqlı  EHM-lər  üçün  böyük  proqramlar  şəklində  reallaşdırılan  vahid 

universal  problem  həlledicisinin  yaradılması  cəhdləri  boşa  çıxdı.  Daha  məhdud 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə