Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə19/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   15   16   17   18   19   20   21   22   ...   119

 

61

Hamımız elliklə tökülüb kömək eliyirdik. Tumanımın da bir yerində 



bir zolaq cırığı vardı. Axşam evə gələndə Balaxanım paşa əlin uzatdı 

ki, Mülayim, tumanın  yoxdu geyinməyə? Əynində on dənə tumanı 

vardı.  Birinin  qatmasın  aşdı,  saldı  yerə  ki,  bunu  geyin  get.  Bir  iri 

dəstərxan da yuxadan, ətdən yığdı, faytonçuya dedi ki, apar Mülayim 

arvadı qoy evə, gəl.   

 

79. GÖVHƏR AĞA 

 

Rəhmətdik  Ağa  kişi  vardı,  o  danışırdı  ki,  Qaradağlı  kəndi 



Gövhər ağanın mülküdü. Bir ucu gedif çıxır Ağdərəyə. Gövhər ağa 

özü  qalalı  oluf,  bu  ərazini  də  kimsə  Gövhər  ağaya  bağışlayıf.  Özü 

də sonsuz oluf. Ona görə bizə deyirlər ki, bura sonsuzun yurdudur.  

Gövhər ağanın Yevlaxnan əlaqəsi varmış, atasının dostu orda 

yaşıyırmış. Axır son məqamlarda çox acınacaqlı vəziyyətə düşəndə 

dilənçi libasında gedir Yevlaxa. Maraxlanır, atasının dostunun evini 

tapır.  Deyir  ki,  bir  loxma  çörəyə  məni  qəbul  eliyərsiz  nökər  kimi 

qalam  işləyəm? Bunlar da deyif ki,  yemək  verin, çıxıf getsin. Hiss 

eliyir  ki,  bunu  qəbul  eləmək  istəmirlər.  Deyir  ki,  sən  filankəsin 

oğlusan? Deyir, hə. Sən məni hardan tanıyırsan? Deyir, sən o kişi-

nin  oğlusan,  sənə  yaraşmazdı  məni  bu  qapıdan  qovasan.  Mən  bu 

evdə  qalmalıyam.  O  vaxtı  Gövhər  ağa  hər  şeydən  yüz  dənə  saxla-

yırmış.  Deyir  ki,  mən  həmən  Gövhər  ağayam  ki,  atannan  bir  evli 

olmuşux.  Onnan  sonra  onlar  Gövhər  ağanı  qəbul  eliyirlər,  öz  ev-

lərində saxlıyırlar. Son məqamatan orda yaşıyır, orda dəfn olunur.  

 

80. SƏFQULU 

 

O  vaxtı  bəylər  yığışırmış  bir  yerə,  qumar  oynuyurmuşdar. 



Ağdam rayonunun Tağıbəyli  kəndində Tağı bəy  varmış. Səfquluy-

nan Tağı bəy qumar oyuyurlar. Səfqulunun şeş xanasında dörd dənə 

daşı  qalır,  şeş  qoşa  versə,  oyunu  aparmalıdı.  Elə  helə  də  olur. 

Səfqulu şeş qoşa atır Tağı bəyin nə qədər sürüsü, qoyunu var, yataq 

yerinnən  bir  yerdə  udur.  Dəmiryolundan  o  tərəfdə  Tağıbəyli  adla-



 

62

nan yeri Səfqulu həmin qumarda uduf. Arvad-uşağı qaytarıf, amma 



çobanı, iti, naxırı, bir də yeri saxlıyıf özünə.  

Bir  dəfə  bəylər  deyiflər,  nədi  bu,  Səfqulu  gələndə  biz  hamı-

mız  ayağa  qalxırıx.  Onlar  sözü  bir  yerə  qoyullar,  deyillər  ki,  Səf-

qulu  gələndə  ayağa  qalmıyajağıx.  Yenə  bunlar  oturub  yeyib-içdiyi 

yerdə Səfqulu gəlir. Bunlar hamısı özünnən asılı olmayaraq qalxıf-

lar  ayağa.  O  tərəf,  bu  tərəfə  devikiflər.  Səfqulu  çəkilir  küncə,  beş-

atılanı  alıf  əlinə.  Bunların  bu  hərəkətindən  şübhələnib,  elə  bilib 

bunlar  bunu  öldürmək  istiyirlər.  Bunlara  deyif  ki,  deyin  görüm  bu 

nə hak-hesabdı? Deyiflər ki, bəs biz söz  vermişdik ki,  sən gələndə 

ayağa  qalxmıyajağıx.  Amma  istər-istəməz  sən  gələndə  biz  ayağa 

qalxdıx. Bu nə hak-hesabdı? Deyir, sizi ananız sizi nökərdən tutuf, 

amma mənim anam rəiyyət qızı olsa da, məni bəydən tutuf. Əsl bəy 

oğlu mənəm, ona görə mənim ayağıma qalxıfsız.  

 

81. BİC MİRZALI 

 

Aşıqlı obasında Mirzalı adında bir kişi varmış. Mirzalı kişi də 



başqa  tərəkəmələr  kimi  qoyunçuluqla  məşğulmuş.  Mehdiqulu  xan 

Cavanşirin darğası nə qədər əlləşirsə, yenə də Mirzalı kişini biyara, 

əkin əkməyə apara bilmirmiş. Heç tutluq vermirmiş.  

Günlərin bir günü Mirzalı kişi çöldə qoyun otararkən baxır ki, 

bir  fayton  gəlir.  Qəflətən  qoyun  itləri  cumuxur  faytona.  At  ürkür, 

fayton  aşır.  Demə,  faytondakı  xanın  qızı  Xurşudbanu  bəyim  imiş. 

Yeniyetmə  xanım  faytondan  yıxılıb  haça-paça  düşür.  Qol-qıç,  üz 

qalır çöldə. Qızı qaldırıb üst-başını düzəldirlər. Elə bu zaman çoban 

hövlanak özünü yetirir. Baxırlar ki, neçə vaxtdı axtardıqları Mirzalı 

kişidir. Deyirlər: 

–  Ayə,  qaçıb  gizlənməyin  bəs  deyil,  hələ  bir  xanzadəni  də 

faytondan  yıxırsan?! Düş qabağımıza gedək Qalaya. Orda səni xan 

şaqqaladar, sən də işinə baxarsan!  

Mirzalı  kişi  deyir  ki,  baş  üstə,  gedərəm.  Amma  xan  sizi  də 

şaqqaladacaq. Qayıdırlar ki, bəs bizi niyə? Cavabında deyir ki, bəs 



 

63

qızı  infallı  qoruya  bilməmisiz.  Xanzadənin  haça-paça  düşdüyünü 



gözümlə görmüşəm. Orda beləcə də xana söyləyərəm.  

Xanzadənin məiyyəti baxır ki, çoban düz buyurur. Bu əhvalatı 

ağzından qaçırsa, xan heç kimi bağışlamayacaq. Ona görə də şirindil 

ilə çobanın gönlünü alıb sürünün yanına göndərillər. Həmin əhvalat-

dan sonra bütün tərəkəmələr bu çobanı “Bic Mirzalı” adlandırırlar.  

 

82-83. SARI AŞIQ 



 

Sarı  Aşıx  sazı  qoltuğunda  Cermuxa  tərəf  gederdi.  Axı,  Cer-

muxdan  da  bəri  ermənilər  qızdı-oğlannı  yeyif-içib  kef  çəkerdilər. 

Aşığ geder, görör ki, sən öl, cavan qıznan oğlan sarmaşıx kimi qan-

təpərin içində dolanıb bir-birinə. Deyir: 

– Dadi-bidad, mənim də cavannığım vardı.  

Mənim  kimi  dişi-başı  tökülüfmüş  dana.  Bir  az  kövrəler.  Bu 

tərəfə  yenişə  baxır  ki,  mənnən  də  çox  dişi-başı  tökülmüş  bir  yaşdı 

adamdı, qanqal yeyir. Deyir: 

– Ay çarxı-fələk, dünyaya bax ey sən.  

Sazı sinəsinə endirif, zilin zil eliyir, bəmin bəm. Deyir:  

Əziziyəm nərgizdər, 

Bənövşələr, nərgizdər. 

Burda bir maya gördüm, 

Qoltuğunda nər gizdər.  

Belə baxır, kişi də qanqal yeyir axı mənim kimi. Deyir: 

Əzizim, bu damaxda, 

Bu kefdə, bu damaxda. 

Maya nər sevdasında 

Balxı


9

 da qanqal budamaxda. 

 

83. 

Sarı Aşığın bir bayatısı var.  

                                                

9

 Balxı – dəvənin bir növü, dodağı sallaq olur. 



 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə