Microsoft Word Qarabag-folklor-da-tarixdir-9



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə20/119
tarix21.06.2018
ölçüsü2,72 Mb.
#50582
1   ...   16   17   18   19   20   21   22   23   ...   119

 

64

Əzizim, Eyvazalı, 



Köç gəler, Eyvazalı. 

Çor yerinə can desən 

Canın çıxar, Eyvazalı? 

Eyvazallıya  bir  söz  deyəndə  deyir  çor.  Sarı  Aşıq  da  demək 

isdiyir ki, çor yerinə can de da.  

 

84. AŞIQ ƏLƏSGƏRİN ERMƏNİLƏRƏ XİTABI 

 

1905-ci il ərəfəsi oluf. Ələsgəri o vaxtı ermənilər də çox toya 



çağırırmış.  İndiki  Kamo,  köhnə  Bayazit  Kəvər  deyirdilər,  Ələsgəri 

bura  toya  çağırır  Avanes  kişi.  Bu  söhbəti  mana  Kəlbəcərin  Aşağı 

İstisuyunda  Ələsgərə  balamançılıx  eləmiş  bir  nəfər  söhbət  eliyif. 

Deyir, Ələsgəri toya çağırmışdılar, mən də ona balamançılıx eliyir-

dim. Toyun birinci gününü keçirdik, ikinci günü erməni Avanes bizi 

tezdənnən çağırdı. Dedi ki, dünən nə qədər qazanmısan? Rəhmətdik 

Ələsgər baba dedi  ki, bir belə. Çıxartdı o  məbləğdə də pulu  stolun 

üstünə qoydu ki, bu da bugünkü günün hesabı, ara qarışıfdı, erməni-

müsəlman  davası  gedir.  Sizin  kimi  böyük  sənətkara  burda  xata 

çatsa, ömrü-billah mana lənət oxuyajaxlar. Bugünkü günün də hesa-

bını  götür,  gör  özünü  el-obana  nətər  çatdırırsan.  Rəhmətdiy  Aşığ 

Ələsgər üzü Göyçə gölünə – güney kəntdərinə doğru yol aldı. Təhlü-

kədən  xeylax  uzaxlaşmışdıx  birdən  ayaxlarını  saxladı.  Ayaxlarını 

saxlıyanda  elə  bildim  ki,  yorulufdu,  oturmağ  istiyir.  Dedi  ki,  yox 

ey,  mən  sazı  çıxardıram.  Baxdım  ki,  sazı  köynəyinnən  çıxardır. 

Dedim,  Ələsgər  əmi,  qadan  alım,  nə  saz,  nə  balaman?  Dedi  ki,  ə, 

balamanı çıxart.  İki aşığ ölməynən dünya qara  geyinmiyəjəh. Ürə-

yimə  bir  neçə  xanə  söz  gəlib,  onnarı  deməliyəm.  –  “A  kişi,  etmə, 

eləmə”. Dedi, balamanı çıxart. 

Bud davası düşdü, dağıldı Göyçə, 

Yühlə qəflə-qatır, burdan qaçaqaç. 

Əcəl yeli əsdi, qəhrin ellərə, 

Zimistanda boran-qardan qaçaqaç. 

 



 

65

Nərədüzdən qoşun gəldi birbaşa



İgidlər səf çəkib girdi savaşa

Cığalı kəkliklər doldular daşa, 

Sağım tərlan, bel at ordan qaçaqaç 

 

Ələsgərin qəddin əymiş ............,  



Çarxı fələk, nə sitəmdi bu gərdiş? 

Zamananın qulağını bur, dəyiş, 

Bizi qurtar ahu-zardan qaçaqaç. 

 

Tez  deyir  balamanı  ağzımnan  çıxartdım  ki,  cibimə  qoyam. 



Deyir dedi ki, a bala, cibinə qoyma ey, havanı dəyiş. 

 

Görmüşük zamanın etibarını, 



Mənəm deyənnəri ağlar qoyufdu. 

 

Dağıdıv ellərin külli-varını, 



Neçə qapıları bağlar qoyufdu. 

 

Şəriyətə ziddi, meydən qorxurux, 



Qurannan, əlifdən, beydən qorxurux, 

Adi bir nökərih, bəydən qorxurux, 

Sinəmdə çal-çarpaz dağlar qoyufdu. 

 

Ələsgər, mərdlərə sən eylə minnət



Namərddən cavabın çox oldu töhmət. 

Yoxsula zindandı, varlıya cənnət, 

Sürməyə səfalı çağlar qoyufdu. 

 

85. VERGİLİ İNSANLAR 

 

Kəndimizdə Seyid Qağa var idi. Gejə yatıf vəəğamda görmü-



şəm  ki,  aşağıdan  –  bulaq  tərəfdən  əlində  çəlik  Seyid  Qağa  gəlir. 

Üzdən  iraq,  çoxlu  itimiz  var.  Mən  də  ağacımı  aldım,  bunun  qaba-

ğına getdim. Dedim: 

– Ay seyid, başına dönüm, gəl gedək öydə mana qulfallah örgət.  




 

66

Dedi ki, yox, öyə getmiyəjəm, amma bura sana bir şey tapşır-



mağa gəlmişəm. Dedim:  

– Nədi? 


Dedi:  

–  Sənin  on  dokquz  yaşın  var.  Sən  sınığa-çıxığa  baxajaxsan. 

Birinin  qolu  qırılanda  onu  sarıyajaxsan,  qılçı  qırılanda  onu  sarıya-

jaxsan.  Savırğa  götürəjəhsən,  kürək  götürəjəhsən.  Mal  azarrıyanda 

onun dilin üstün artdıyajaxsan. 

Buna dedim:  

– Ay başına dönüm, bir belə adam var, niyə gedif ona demer-

sən, gəlif maa deyirsən?   

Maa dedi ki,  sabahdan bu elatı  gəzerəm, sənnən sümüyü pak 

adam tapmamışam. Səni tapmışam, sana da verəjəm. 

Dedim:  

– Seyid, başına dönüm, axı mən onu başarmaram.  

Dedi: 

– Yox, başarajaxsan.  



Belə qolun qaldırdı. Dedi:  

–  Bax,  görürsənmi  bu  qanadı?  –  Kürəyində  qanadı  varıdı.  – 

Sən hara əlii vuranda mən bu qanadımnan uçuf gəlif sənin  yanında 

olajam. Qorxmaginan, sən əlii vur.  

Sabahları  durdux,  burdan  köçüf  ayrı  yerə  gedirdik.  Öz  qoyu-

numuzun biri sürünün  içinnən  teyləndi, qaşdı çınqıla düşdü, qoyu-

nun ayağı qırıldı. Qoyunun ayağı qırılanda uşaxların atası dedi ki, – 

yanımızda  da  çoxlu  kurotlar  var,  –  aparım  bunu  kəsim,  kurotlara 

paylıyım. Dedim: 

–  Yox,  mana  tapşırıx  verilif.  Görüm  onu  başarajam,  yoxsa 

yox. 

Mana  tapşırmışdı  ki,  yumurttoynan  elə.  Mən  də  bir  azcana 



unnan,  balnan  düzəltdim,  yaxdım  bu  qoyunun  ayağına.  Qoyun  üç-

dört  günə  ayağın  yerə  qoydu.  İndi  əlli  üç  ildi  mən  bu  sınığa  baxe-

ram, başına hərrənim. Heç peşman olmamışam.  

 

 




 

67

86-87. XAN QIZI ARXI 



 

Xan qızı Kirsin suyunu Şuşaya çəkdirəndə müsürmannar deyir 

ki, su bura gəlməz. Deyif,  mən çəkdirəjəm. Ermənidən  fəhlə  tutuf. 

Deyif ki, bu su qalxmalıdı Şuşaya. Ermənilər də deyif ki, Xan qızı, 

olmaz. Hər addıma bir qızıl ata-ata gedif. Deyif, bax buroynan, bax 

buroynan  çəkərsiz.  Ermənilər  qızılı  dənniyif,  Kirsin  suyunu  çəkif 

gətirillər  Şuşaya.  Kirsin  suyunu  Şuşaya  çəkdirənnən  soora  Xurşid-

banu  Natavan  deyif  Haramıya  su  çəkdirəjəm.  Gəlif  Əmir  Zeyiddi-

nin  yanında  çadırı  qurduruf,  fəhləni  töküf.  Arxı  başdıyıf  qazmağa. 

Burdakı bazaya qədər arxı gətirif. Arxı orayatan gətirif, suyu burax-

dırıf. Soora hansısa səbəbdən bu arx qalıf yarımçıx. Sovet dövründə 

həmin arxı davam etdirdilər, apardılar Ağcabədi rayonunda Qarqara 

birrəşdirdilər.  Bu  gün  də  ona  Xan  qızı  arxı  deyillər.  Arazdan  suyu 

götürür, düz Ağcabədiyə qədər uzanır.  

 

87. 

Peyğəmbərin  yerləşdiyi  əraziyə  Kalbay  Bayram  kalafalığı 

deyilib.  Natavan  Xan  qızı  arxını  çəkəndə  Kalbay  Bayramın  oğlu 

Salmanın qoyununun kəhlimi

10

 varmış. Babam deyirdi ki, Xan qızı 



təkatlı  faytonnan  gəlirdi.  Xan  qızı  Natavan  arxı  çəkdirəndə  körpü 

salmaq məsələsi gələndə Salman kişi deyib ki, mənim kəhlimimdən 

qoy  körpünü.  Çünki  mən  qoyunu  yerin  başına  banlıynan

11

 aparı-



ram. Aşağıdan qoysan körpü çalada qalar, su gələndə yuyub aparar. 

Amma bu banlıdan qoy ki, su yuxarıdan nə sürətnən gəlsə həmən o 

qəlbidən axıb getsin.  

 

88. TƏRTƏR 

 

Makedoniyalı İsgəndər Nüşabəynən görüşə gələndə qoşunuy-



nan  Tərtər  çayının  qırağında  gejəliyir.  Tərtər  çayı  da  ildə  bir  neçə 

                                                

10

 Qoyunun vanasından çıxıb örüşə qədər getdiyi yola kəhlim deyilir. 



11

 Banlı – hündür yer 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə