___________________________________________________
113
529.
Həsən Seyidov, Həsən Nemət oğlu Seyidov (1932-
2005 ) - dövlət xadimi. Azərbaycan Respublikasının Əməkdar
mühəndisi. Müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1971-1981-
ci illərdə Azərbaycan KP MK katibi, 1981-1987-ci illərdə
Azərbaycan Respublikası Nazirlər Sovetinin Sədri olmuşdur.
C.20- 341, 343.
530.
Həsənağa Salayev, Həsənağa Dərya oğlu Salayev
(1921-1981) - aktyor, Azərbaycan Respublikasının Xalq artisti.
Səhnə fəaliyyətinə 1938-ci ildən Azərbaycan Dövlət Milli
Dram Teatrında başlamışdır. Romantik məktəbə mənsub olan
Salayev, əsasən güclü xarakterli obrazların ifaçısı kimi tanın-
mışdır. C.17- 190.
531.
Həsənağa Turabov, Həsənağa Səttar oğlu Turabov
(1938-2003) - görkəmli Azərbaycan aktyoru. Azərbaycan Res-
publikasının Xalq artisti. 1960-cı ildən Azərbaycan Milli Dram
Teatrında çalışmışdır. H.Turabov milli, rus və dünya drama-
turqların əsərlərinin tamaşalarında dolğun və yadda qalan
obrazlar yaratmışdır. 1987-ci ildən ömrünün axırına kimi Milli
Dram Teatrın bədii rəhbəri, direktoru və 1991-
:
ci ildən Azər-
baycan Teatr Xadimləri İttifaqının prezidenti olmuşdur. İki
dəfə Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. C.15-
96; C.17- 160; C.27- 96.
532.
Həsənbəy Zərdabi, Məlikov Həsənbəy Səlimbəy
oğ1u (1842-1907) - Azərbaycan maarifçi-demokrat, təbiətşünas
alim, publisist və pedaqoq. H.Zərdabi Azərbaycan professional
teatrının yaradıcılarındandır. O, Həcəfbəy Vəzirov və Əsgər
ağa Gorani ilə birlikdə 1873-cü ildə M.F.Axundovun “Hacı
Qara” pyesini tamaşaya qoymuşdur.
Azərbaycan demokratik mətbuatının banisi olan Zərdabi
“Əkinçi” qəzetini nəşr etdirmişdir (1875-1877). “Əkinçi” qəze-
tini nəşr etməsi ilə Zərdabi Azərbaycan xalqının maariflənmə-
sinə çox böyük xidmət göstərmişdir. C.17- 188, 344; C.26- 87,
91; C.27- 107, 108, 214.
533.
Həsrət körpüsü, Ümid körpüsü - Araz çayı üzərin-
də körpü (uz. 286 metr). Türkiyə ilə Azərbaycan arasında sər-
___________________________________________________
114
həddə (Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgəsi)
iki qardaş dövlət və ölkəni birləşdirir. 90-cı illərin əvvəllərində
Naxçıvan MR-nin keçirdiyi iqtisadi çətinliklərin, xüsusilə nəq-
liyyat blokadasının ləğvində körpünün müstəsna rolu olmuş-
dur. C.19- 41; C.22- 208, 244, 325, 437, 438; C.23- 403, 409.
534.
Həzi Aslanov, Həzi Əhəd oğlu Aslanov (1910-
1945) - tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı. Böyük Vətən müharibəsinin ilk günlərin-
dən döyüşlərdə iştirak edən H.Aslanov Stalinqrad vuruşmasın-
da, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordu-
sunun darmadağın edilməsində xüsusi məharət göstərmişdir.
1944-cü ildə Aslanovun 35-ci qvardiya tank briqadası Beloru-
siyanı, Pribaltika Respublikalarını azad etmək uğrundakı
vuruşmalarda xüsusilə fərqlənmişdi. H.Aslanov Mitağa şəhəri
yaxınlığındakı vuruşmada qəhrəmancasrna həlak olmuşdur.
C.15- 272, 321; С.16- 86; C.21- 103; C.27- 99-111; C.28- 324.
535.
Həzrəti Hökumə, Həkimə - VII əsrdə yaşamışdır.
Təxminən 1257-ci ildə Şirvanşah Fərrux Zal tərəfindən Bibi-
heybətdə onun şərəfinə birinci türbə tikilmişdir. С.16- 229,
230, 231; C.17- 394; C.19- 369; C.21- 131.
536.
Həzrəti Məhəmməd (əleyhüssəlam), Məhəmməd
ibn Abdullah. (570/571-632) - İslamın banisi, siyasi və dövlət
xadimi. İslama görə “Məhəmməd əleyhüssəlam” böyük
peyğəmbər və “Allahın elçisi” sayılmış, “Qurani-Kərimi” xalqa
çatdırmışdır. C.15- 170; С.16- 229, 230; C.18- 15; C.19- 326,
364; C.22- 172; C.23- 125.
537.
Həzrəti Zəhra məscidi - Naxçıvan şəhərinin Sar-
vanlar məhəlləsində ibadətgah və memarlıq abidəsi. Xalq ara-
sında “Heydər məscidi” kimi tanınır. Məscid Ayətullah Xam-
neinin və Heydər Əliyevin himayəsi ilə tikilmişdir. Ümumi
sahəsi 6 min km
2
-dir. Məscidin böyük ibadət salonu (3300 m
2
)
günbəzlə örtülmüşdür. Bu möhtəşəm abidənin layihəsində Şərq
memarlıq ənənələrindən istifadə edilmişdir. C.22- 160-172.
538.
Hikmət Çetin (d.1937) - Türkiyənin siyasi və döv-
lət xadimi. Ayrı-ayrı illərdə Türkiyə Respublikasının Xarici İş-
___________________________________________________
115
lər naziri, Baş nazirin müavini vəzifələrində çalışmışdır. 1997-
1999-cu illərdə Türkiyə Böyük Millət Məclisinin sədri olmuş-
dur. C.12- 362; C.18- 102-103; C.19- 38-39, 47, 52, 62, 69-70,
77, 78.
539.
Hillari Klinton Potxem (d.1947) - hüquqşünas,
siyasi xadim. Prezident Klintonun həyat yoldaşı. 2001-ci ildən
Nyu-York ştatından Amerika Senatına üzv seçilmişdir.Hazırda
ABŞ-ın Dövlət katibi. C.17- 309.
540.
Hindistan, Hindistan Respublikası - Cənubi Asiya-
da dövlət. Sahəsi 3,3 milyon km
2
, əhalisi 953 milyon nəfərdir.
Hindistan Millətlər Birliyi tərkibində Federativ Respublikadır.
Dövlət başçısı Prezident, qanunverici hakimiyyət iki palatadan
(Ştatlar Şurası və Xalq palatası) ibarət parlamentə məxsusdur.
Hindistan inzibati cəhətlən 22 ştata və 9 müttəfiq əraziyə bölü-
nür. Paytaxtı Dehli şəhəridir. C.23- 22; C.24- 302. 303.
541.
“Holokost”(yəhudilərin İkinci Dünya müharibəsin-
də kütləvi surətdə soyqırımı) - xatirə muzeyi - bax: Xolokost
542.
Homer - əfsanəvi qədim yunan şairi. Şəxsiyyəti
haqqında məlumat azdır. E.ə.XII-VII əsrlərdə yaşadığı ehtimal
edilir. Antik mənbələrdə gəzərgi kor müğənni Homerin real
obrazı fantastik uydurmalarla çulğaşır ki, bu da onun haqqında
dürüst məlumatın olmadığını göstərir. Sonralar “İliada” və
“Odisseya” epik poemalarının, habelə “Homer himnləri”nin
müəllifliyi ona isnad edilmişdir. Homerin şəxsiyyəti və yaradı-
cılığı ilə bağlı geniş yayılmış və indiyədək həll olunmamış
mübahisələr ədəbiyyatşünaslıqda “Homer” məsələsi adı almış-
dır. C.26- 314.
543.
Horadiz - Azərbaycan Respublikası Füzuli rayon-
unda qəsəbə. Əhalisi 2877 nəfərdir. 1993-cü ildə erməni işğal-
çıları tərəfindən işğal edilmiş Horadiz altı ay sonra Azərbaycan
ordusu tərəfindən azad edilmişdir. C.27- 237.
544.
Hökumə Billuri, Hökumə İbrahim qızı Billuri (d.
1926) - Azərbaycanın Xalq şairi. İran Azərbaycanındakı milli
azadlıq mübarizəsinin, vətənpərvərlik və beynəlmiləlçiliyin
Dostları ilə paylaş: |