180
Şəriətin davamlılığı yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmək
və (ilahi) hüququndan gözləməklədir.
Şəkk və istəklərin üstün gəlməsi yəqinliyi zay edər.
Şücaətin zəkatı Allah yolunda cihaddır.
Şükür etmək dövlətliyə zinətdir.
Şəhərlər vətənpərvərliklə abadlaşar.
Şücaət, zillətdən utanmağın qədərincədir.
Şücaətin bəlası uzaqgörənliyi tərk etməkdir.
Şükr var dövlətin zinəti, səbr çətinliyin zinətidir.
– T–
Tövbə etmək ruzini artırar.
Tövbə edin ki, ruzi verilsin.
Təğvadan yüksək heç bir başıucalığ yoxdur.
Təqva kimi alicənablıq və kəramət yoxdur.
Tündməzaclığı kənara qoy, səbəbini fikirləş, özünü boş və
mənasız sözlərdən saxla ki, xətalardan amanda qalasan.
Təqvalılar dünyada fəzilət sahibləridir. Onların danışıqları
doğru, geyimləri orta səviyyəlidir.
Tovhid (tək Allahlıq) cana həyat bəxş edəndir.
Tezliklə Müaviyə sizə hakim olacaq deyə, Mövla Əli buyurdu.
Dedilər: Bəs onda onunla nə üçün vuruşuruq? Buyurdu:
Camaata bir hakim lazımdır, istər yaxşı əməl sahibi olsun,
istərsə də pis!
181
Təvazökarlıq dua üçün necə də gözəl köməkçidir.
Tənhalıq ibadət əhlinin asayişidir.
Təqdir hesab-kitabımıza o qədər üstün gələr ki, uzaqgörənlik və
çətinliyə səbəb olar.
Tez qaçacağına görə qorxağın müharibəyə getməsi rəva deyil.
Əksinə, nə ilə vuruşmaq istəməsinə baxmalı və onu başqasının
ixtiyarına verməlidir. Belə olan halda həmin döyüşcünün əcr və
savabı qədər savab qazanar və onun (döyüşcünün) əcrindən də
heç nə azalmaz.
Təzə ən böyük imkan ağıldır, ən böyük kasıblıq isə ağılsızlıqdır.
Tərifləyəndə müxtəsər, pisləyədə də qısa et
Tamahkarlıq əbədi köləlikdir.
Tamahkar xarlığa düçar olandır.
Tamahkardan zəlil adam yoxdur.
Təqva və tamahkarlıq bir yerə sığmaz.
Tanımaq qəlbin işığıdır.
Tanımanın son həddi qorxudur.
Tovhid ruha həyat bəxş edəndir.
Tovhid elə bir şeydir ki, onu təsəvvürə (qavrayışa)
gətirməyəsən.
Təcrübələr qazanılan elmlərdir.
Təkəbbürlü insan bəhrəsiz dostlardandır.
Təqva əxlaq və xislətlərin başcısıdır.
Təqva Allahın öz bəndələrindən razılığının son həddi və
yaratdıqlarından olan istəyidir.
Təqvadan əziz lütf yoxdur.
182
Təqvanın dünyaya vurğun qəlbdən yerləşməsi haramdır.
Təqva insanın onu günaha sürükləyən hər bir şeydən
çəkinməsidir.
Tələskənlik büdrəməyə səbəb olar.
Tələskənlikdə büdrəyişlər çox olar.
Təmiz paltar qəm-kədəri aradan aparır və namazın
paklıqlarındandır.
Tənbəllikdən uzaq duran həmişə canlı və çalışqandır.
Tənbəllik axirəti puç edər.
Tənbəllik süstlükdən törəyər.
Tərslik düşüncəni kəsər.
Tərs adamın fikri və düşüncəsi yoxdur.
Tərs adamın uzaqgörənliyi olmaz.
Tərslik müharibələr törədər və qəlbləri kinli edər.
Tərslikdən çəkin ki, üzü üstə düşməkdən xilas olasan.
Tərslik edən və bu tərslikdə israrlı olan, Allahın qəlbinə
(qəflətdən) pərdə çəkdiyi, başının üstünü ağır hadisələrin
haqladığı bəxtidönmüşdür.
Ticarət işləri ilə məşğul olun ki, ticarət sizi başqalarının
malından ehtiyacsız edər. Allah-Təala işində doğru olan peşə
sahibini sevər.
Təvazökarlıq kimi şərəf yoxdur.
Təvazökarlıq fəzilətlərin (camaat arasında) yayılmasına səbəb
olur.
Təvazökar ol! Çünki o ibadətlərin ən böyüklərindəndir.
183
Təvazökarlığın səmərəsi məhəbbət, təkəbbürlüyün səmərəsi isə
söyüş eşitməkdir.
Təvazökarlıq sənə vüqar və əzəmət paltarı geyindirər.
Təvazökarlıqla işlər qaydasına düşər. Təvazökarlıq fəziləti
yayar, təkəbbür isə alçaqlığı üzə çıxarar.
Təvazökarlığa yalnız sinənin salamat olması (və pak qəlbi) ilə
çatmaq olar.
Təvazökarlıq elmin səmərəsidir.
Təvəkkül hikmətin qalasıdır.
Tövbə günahları təmizləyər və qəlbi yuyar.
Tövbə (etmək uğuru) verilmiş şəxs onu qəbul edilməsindən
məhrum edilməz və istiğfar (etmək uğuru) verilmiş şəxs isə
bağışlanmaqdan məhrum qalmaz!
Tövbə dörd sütun – qəlbdə peşmançılıq (keçirmək), dil ilə
bağışlanma istəmək, bədən üzvləri ilə əməl etmək və (günaha)
qayıtmamaq qərarı üzərində dayanmışdır.
Tövbə işini sabaha saxlayan kəs ölümün hücumu ilə çox böyük
təhlükə qarşısındadır.
Töhmətə səbəb olan və barəsində pis günahlar edilən məclislərə
getməkdən çəkin. Çünki pis dost öz yoldaşını aldadar.
Töhmətə səbəb olan yerlərdə dayanan kəs onun barəsində pis
gümana düşən şəxsi məzəmmət etməməli, qınamamalıdır.
Təcrübənin qorunması müvəffəqiyyətdəndir (amillərindəndir).
Toxluq pəhrizkarlığı kor edər.
Toxluq günahlar üçün necə də yaxşı yoldaşdır.
Təvəkkül etmək yəqinliyin qüvvətindəndir.
Tamahkar xar və zəlildir.
184
Tamahkar əbədi quldur. (tamahın quludur)
Təəccüb edirəm o adama ki, başqalarının ölümünü görə-görə
öz ölümünü yada salmaz.
Təəccüb edirəm o adama ki, danışığı nə dünyada faydalı olar,
nə də axirəti üçün savab yazılar.
Tez-tez görüşməklik inciklik gətirər.
Tamahkarlığı şüar edən özünü kiçildər.
Tünd xasiyyət dəliliyin əlamətidir, ona görə tünd xasiyyət adam
peşman olar. Əgər peşman olmasa, onda dəliliyi yerindədir
(dəlidir).
Tikdiyi əzəmətli bina ilə dövlətlilər pullarının başlarını
ucaltdılar (aşkar etdilər).
Ta yəqin etməsən başqa adamdan eşitdiyini söyləmə, yalançı
olarsan.
Təkəbbürlü adamı, heç kəs tərif etməz.
Tamahkar adam, haramdan əl çəkməz.
Tövbədən yaxşı şəfaətedici yoxdur.
Tamahkar adam yaramaz olar.
Tamahkar adamın həyası olmaz.
Tamah olan başda, ağıl olmaz.
– U–
Uca olan Allahla görüşü sevən dünyanı yadından çıxarar.
Dostları ilə paylaş: |