_______________ Milli Kitabxana______________
26
yaratdı. Müasir dövrdə kotan əkinçiliyi mədəni-təsərrüfat tipinə
yer kürəsinin əksər xalqları daxildir.
Bu əsas qruplar çərçivəsi daxilində müxtəlif xalqlarda
müşahidə olunan bir neçə konkret mədəni-təsərrüfat tipləri
vardır. I qrupun tipləri belədir: Əsas məşğuliyyəti ovçuluq və
yığıcılıq olan tropik və subtropik zonada yaşayan geridə qalmış
xalqların təsərrüfatında indiyədək arxaik xüsusiyyətlər
qalmaqdadır. Bu xalqların bir qismi səhra və yarımsəhra
vilayətlərdə yaşayır. Bunlara Avstraliyanın avtoxton tayfaları
və Cənubi Afrikanın buşmenləri aiddir. Digər qismi isə tropik
meşələrdə yaşayanlardır. Bunlar əsasən Cənub-Şərqi və Cənubi
Asiyanın geridə qalmış ovçu tayfaları, Mərkəzi Afrikanın
piqmeyləri, cənubi Afrikanın ovçu tayfalarından olan
batakudlar və quayaklardır. Təsərrüfatın və mədəniyyətin bu
tipi yuxarı paleolitdə meydana gəlmişdir.
Şimal meşə zonası ovçularının təsərrüfat-mədəni tipi
inkişafın nisbətən yüksək mərhələsində durur. Bu tip neolitdə,
insanın keçilməz Şimali Asiya və Şimali Amerika tayfasını fəth
etdiyi bir dövrdə meydana gəlmişdir. Təsərrüfat və
mədəniyyətin bu tipi hələ bu yaxın dövrlərdə Sibirin meşə
hissəsində yaşayan xalqlarda (evenklər, ketlər, yukagirlər)
hakim rol oynayırdı və indiyədək Şimali Kanadanın
hindularında (atapask və alqonkinlər) qalmaqdadır. Başqa bir
tip şimal zonasında böyük çayın vadilərində, balıqla zəngin
olan okean sahillərində meydana gəlmişdir. Bu oturaq
balıqçıların mədəni-təsərrüfat tipidir. Bu tip kilyaklarda,
ulçlarda, nanaylarda, itelmenlərdə, Kamçatka koryaklarında və
hindularda hakim rol oynayır.
Sonrakı, nisbətən ixtisaslaşdırılmış mədəni-təsərrüfat tipi
Şimali Asiya və Şimali Arktika sahillərində meydana
çıxmışdır. Bu dəniz ovçularının təsərrüfatı idi. Bu tip
Qrenlandiyadan Berinq boğazınadək ərazidə yayılmış
eskimoslarda, sahil boyu çukça və koryaklarda indiyədək
qalmaqdadır.
_______________ Milli Kitabxana______________
27
II qrupa aşağıdakı tiplər daxildir:
Öz mənşəyi ilə əvvəlkilərdən sonra gələn ikinci qrupun
tipləri maralçılığın meydana gəlməsi ilə bağlıdır. Maral isə
eradan əvvəlki son əsrlərdə Mərkəzi Asiya və Cənubi Sibirdə
yayılmışdır. Başqalarından fərqli olaraq bu tip, Qərb
yarımkürəsinə keçməmiş, ancaq Şimali Asiyada yayılmışdır.
Maralçılıq mədəni-təsərrüfat tipinə oxşayan, lakin
özünün yüksək inkişaf səviyyəsi ilə ondan fərqlənən səhra
köçəri maldar təsərrüfatı təqribən neolitin axırlarında (e.ə. II
min.) yaranmışdır. Köçəri maldar tip köhnəliyin qalığı kimi
müasir dövrdə Mərkəzi Asiya xalqlarında (Monqol, Tibet)
qalmaqdadır. Keçmişdə isə Cənubi Sibir və Orta Asiya (qazax,
qırğız və türkmən), İranın səhra və dağlıq rayonları xalqlarında
(kürdlər, lurlar), Ərəbistanda (bədəvilər), Şimali Afrikada
(qalla, tuareq) mövcud olmuşdur. Amerikada əhliləşdirilmiş ev
heyvanları olmadığına görə bu cür mədəni-təsərrüfat tipi də
olmamışdır.
Primitiv yığıcılıqdan yeni mədəni-təsərrüfat tipinə, yəni
toxa əkinçiliyinə keçid böyük bir addım sayılırdı. Əkinçiliyə
keçid yer kürəsinin müxtəlif hissələrində − Afrikada,
Amerikada və Avropada müstəqil yolla baş vermişdir. Bu
həmin ərazilərdə yetişdirilən mədəni bitkilərin müxtəlifliyilə
izah olunur. Amerika və Okeaniyanın tropik ölkələrində
becərilən bitki növləri əsasən giləli bitkilər (yams, taro, batat,
manioka, kartof), Cənubi-Qərbi Asiyada – buğda, arpa, darı,
Cənubi Asiyada isə çəltik, Afrikada – darı, Amerikada isə
qarğıdalı olmuşdur.
Əkinçilikdən fərqli olaraq maldarlıq köçəri “Həyat tələb
edir”. III qrup mədəni-təsərrüfat tipinə kotan əkinçiliyi
daxildir. Ev heyvanlarının kücündən dartı qüvvəsi kimi istifadə
olunması bu tipin xarakterik xüsusiyyətidir. Kotan əkinçiliyi əl
əməyinə əsaslanan əkinçiliklə maldarlığın sintezindən
yaranmışdır. Kotan əkinçiliyinə keçidlə əlaqədar olaraq əmək
məhsuldarlığı son dərəcə yüksəlir. İlkin kapital yığımı və
_______________ Milli Kitabxana______________
28
istismar üçün yeni-yeni imkanlar açılır. Sənətkarlıq
əkinçilikdən ayrılır. Tədriclə, əvvəlcə manufaktura sonra isə
fabrik sənayesi meydana çıxır. Asiya, Afrika və Avropadakı
sinfi cəmiyyətlərin əksəriyyətinin əsas iqtisadi bazası
kapitalizmə qədərki kotan əkinçiliyi olmuşdur.
v) Dil təsnifatı.
Dil xalqların və ya etnik birliklərin ən mühüm
əlamətlərindən biridir. Hazırda yer kürəsində dialektlər nəzərə
alınmazsa iki mindən artıq dil mövcuddur. Dillərin bir neçə
təsnifat növü vardır. Bunların içərisində ən qiymətlisi geneoloji
və morfoloji təsnifatlardır. Geneoloji təsnifat dilləri maddi
qohumluq prinsipi üzrə qruplaşdırır. Bu təsnifata görə qonum
dillər elmi cəhətdən yüksək qiymətləndirilən tarixi-müqayisə
metodu vasiyəsilə öyrənilir. Dillər arsındakı qohumluq, həmin
dillərin qrammatik və fonetik quruluşlarının yaxın olmasında
özünü göstərir. Dil ailəsinin bütün dilləri əsas dil adlanan dilin
dialektlərindən yaranmışdır. Qohum dillərin məcmusu dil
ailəsini əmələ gətirir. Bəzən müxtəlif tarixi şəraitə düşdükdə
əsas dilin dialektləri bir-birilə öz əlaqəsini itirir və inkişaf
prosesi zamanı müstəqil, lakin öz aralarında qohum dillərə
çevrilirlər. Əsas dilin dialektlərindən əmələ gələn dillər öz
növbəsində inkişafın sonrakı mərhələsində müstəqil dillərə
çevrilə bilən dialektlərə bölünürlər. Dilin inkişafındakı
diferensasiya prosesi ilə, yəni dilin gələcəkdə yeni dillər əmələ
gətirən dillərə parçalanması ilə yanaşı əks proses, inteqrasiya
və ya birləşməsi prosesi də, yəni qohum dillərin vahid bir dil
əmələ gətirməsi prosesi də mövcud ola bilər. İnteqrasiya
prosesi, yəni dillərin vahid bir dildə birləşməsi millətlərin
formalaşması dövrü üçün xarakterikdir.
Bir ailəyə daxil olan dillər öz aralarındakı müxtəlif
dərəcəli qohumluqlarını saxlayırlar. Bununla əlaqədar olaraq
dil ailələri budaqlara, onlar da öz növbəsində qrup və
yarımqruplara ayrılırlar. Dünyanın bir çox dillərinin hələ lazımi
səviyyədə öyrənilməməsi göstərir ki, hələ indiyə kimi
Dostları ilə paylaş: |