Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə21/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   17   18   19   20   21   22   23   24   ...   90

 
83 
“istehsan”a sarıldılar. Çünki “qiyas”ın tətbiqi avtomatik olaraq şə-
riətin məqsədlərini heç edirdi... 
Qəzali
: “İstehsan” – hənəfilərin də dediyi kimi – nəfsi istə-
yin arxasınca qaçmaq deyildir. “İstehsan” – hökmü bir görüşdən 
digərinə keçirməkdir. 
Bütün bunlar islam mədəniyyətinin ən yaxşı, dəqiq desək, 
ən geniş sahəli tərəfi hesab etdiyimiz fiqhlə bağlı məsələlərdir... 
Problem Quran qissələrinə baxışımızdadır; quran qissələri mədə-
niyyətlərin intibahı və yıxılmasını bizə başa salan tarixi salnamə 
olmaq məziyyətini itirmiş, yaradılış qanunauyğunluqlarından bir 
kəlmə də kəsməyən hekayələr halına gəlmişdir. Odur ki, qissəçi-
lər bol-bol əfsanələr, yəhudi qissələri (israiliyyat) danışmağa 
başladılar. Əli ibn əbu Talib (Allah ondan razı qalsın!), əvvəlcə, 
qissəçilərin nə danışdıqlarına baxar, sonra da onları məscidlərdən 
qovardı. O, yalnız Həsən əl-Bəsriyə (Allah rəhmət etsin!) qissə 
nağıl etmək icazə vermişdi.  
Xurafat xarakterli qissələr müsəlmanlar arasında geniş ya-
yıldı, Sünnəyə də böyük zərər vurdu. Özü də bu qissələri özlərin-
dən çox şey uydurmuş kəslər avam insanları, uşaq ağlında olanları 
məmnun etmək üçün istifadə edirdilər.  
Təfsir də Quranın ruhundan, qayəsindən uzaqlaşdı. Qu-
randa toxunulan mövzuları, ümumiyyətlə özünə “yol yoldaşı” se-
çib həyata keçirən oğullar yetişmədi. Fiqhi üslub digər sahələrdə 
aparılacaq araşdırmalara mane oldu.  
Həkimin ehtiyac duyduğu şey kimyaçınınkından fərqlidir. 
Əkin-biçin mühəndisi bir şeyə, əkinçi də başqa bir şeyə ehtiyac 
hiss edər. Hər bir şeyin öz metodu, öz üsulu vardır. Mədəniy-
yətimizdə bu metodların tətbiqi və verdiyi səmərə, demək olar ki, 
sıfırdır.   


 
84 
 
 
MƏDƏNİYYƏT FİQHİ 
 
 
əsənə
: Fiqh sözü, Quranda göstərildiyi kimi, fəqihlə-
rin “fiqh” anlayışından daha geniş mənaya malikdir. 
Məlumdur ki, fəqihlərə görə, fiqh – təfsilatlı dini də-
lillər əsasında dini hökm çıxarmaqdır. Bu sözün geniş mənalı ol-
mağının göstəricisidir ki, Quranda Allah təala Bədr döyüşündə 
məğlub olmuş müşriklərə xitabən buyurur: 
“...Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz 
(lə yəfqəhunə) bir qövm olduqlarına görədir” (əl-Həşr, 13).    
Quranda fel olaraq işlədilən “fiqh” sözü fəqihlərin termin-
oloji “fiqh” məfhumundan daha geniş semantik çalarlığa ma-
likdir. Qurana görə, fiqh – mədəniyyət sözünün geniş mənasını 
özündə birləşdirən mədəniyyət fiqhidir.  
Qəzali
: Fəqihlərə görə, “fiqh” sözünün lüğəvi mənası iba-
dət və sosial münasibətlər haqqında bilikdir. Bu sözün Quranda 
göstərilmiş geniş mənasına gəlincə, bu haqda o qədər də danışıl-
mayıb. Çünki hökmdarlar şura haqda, nəyi edib-etməyəcəkləri 
barədə danışılmasını istəmirdilər.  
Onlar Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı ol-
sun!) “Allah bir kəsə xeyir vermək istəyərsə, onu dində fəhm sahi-
bi – fəqih edər” hədisindəki
1
 “fəqih” sözünün mənasını məhdud-
laşdırmış, “dini hökm çıxaran şəxs” kimi izah etmişlər.   
                                                 
1
 Hədisi Müaviyə ibn əbu Süfyana (Allah ondan razı qalsın!) istinadən 
İmam Buxari rəvayət etmişdir. Bax: Buxari. Came əs-Səhih, “Elm” fəsli, “Al-
lah bir kəsə xeyir vermək istəyərsə, onu dində fəhm sahibi – fəqih edər” bö-



 
85 
“Fiqh” sözünün geniş lüğəvi mənası (başa düşmə, fəhm, 
dərk etmə, dərindən düşünmə, ətraflı bilik və s.) unuduldu, de-
mək olar ki, terminoloji mənada işlədildi. Bununla da bu sözün 
həqiqi lüğəvi mənası “arxaikləşdi”. Yadıma gəlir, “Fiqh əs-Sirət” 
(Peyğəmbərin həyatını necə başa düşək?) kitabını yazdığım za-
man bəzi qardaşlar elə güman etdilər ki, o, bir fiqh kitabıdır. An-
caq mən bu kitabda tamamilə fərqli mövzuları işlədim. Məsələn, 
kitabın məzmunu bu qəbil suallarda öz əksini tapmışdı: həmin 
dövrdə dəvət necə aparılırdı; filan məqamda nə üçün müharibə 
elan edildi; müharibə və sülh münasibətləri hansı səviyyədə idi... 
Bütün bu mövzuları insanlara şüurlu surətdə başa salmaq istəyir-
dim. Çünki insanlar elə bilirdilər ki, Peyğəmbər (Ona Allahın xe-
yir-duası və salamı olsun!) yalnız və yalnız qeyb aləmindən ona 
gələn əmrləri çatdırır. Yazdığım bu kitabla insanlara başa saldım 
ki, Həzrəti Məhəmməd (Ona Allahın xeyir-duası və salamı ol-
sun!) başa verənlərə Quranın formalaşdırdığı zehniyyətlə (dü-
şüncə, ağıl) münasibət bildirən kamil insan olub. Bildirdim ki, in-
san ağlı Allaha kömək etmək, İlahi Kəlamın ülviliyini qorumaq 
üçün fitrətlə bağlı olub, onunla birlikdə “hərəkət” edir.  
Bir sözlə, “fiqh” sözü insanlara məlum ənənəvi anlayışdan 
daha geniş məna daşıyır. Geniş mənası səbəbindən fiqh (fəhm, 
başa düşmə mənasında) daha çox sahəni əhatə edir. Məsələn, 
astronomiya fiqhi, psixika fiqhi, əxlaq fiqhi, mədəniyyət fiqhi və 
sair. Bütün bunları aşağıdakı ayələrdə görə bilərik:  
- “(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir 
istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də 
                                                                                                                   
lümü. Həmçinin, hədisi İmam Müslim, Əbu Davud, Tirmizi və İbn Macə rə-
vayət etmişlər.  


 
86 
Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən 
Allahın təqdiridir (əzəli hökmüdür)” (əl-Ənam, 96); 
- “Sizi tək bir nəfərdən (Adəmdən) yaradan da Odur. (Si-
zin üçün) bir qərar yeri (ana bətni), bir də bir əmanət yeri (qə-
bir) vardır. Biz ayələrimizi anlayan bir camaat üçün belə müfəs-
səl bəyan etdik” (əl-Ənam, 98). 
Bu ayədə “fiqh” doğulmadan qabaq insanın qərar yeri 
(müstəqərr) sayılan ana bətnindən məlumatlı olmaq mənasında 
işlədilib. Çünki başqa ayədə bu haqda deyilir:  
“...İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, 
doqquz ay) saxlayarıq (nuqirru)...” (əl-Həcc, 5)
1
.  
Bəs ayədəki “müstövdə” sözü nə deməkdir? Müstövdə 
(əmanət yeri) – bədənin qoyulduğu yerdir, qəbirdir... Ana bətni 
ilə qəbir arasında həyat vardır. Bütün bunlar fəhm, ağıl işlətmək 
(fiqh) tələb edir. Bunun embrionlar fiqhi və yaxud ayədə göstə-
rilmiş bir çox şeyin fiqhi olmağı mümkündür. Quranın burada 
söz açdığı fiqh geniş və hərtərəfli anlayışdır. Ancaq biz qəflətə dü-
şərək Quranın təlimatlarını bir kənara atdıq. Astronomik üsulla 
hesablama işini də (ramazan ayının başlanmasını müəyyənləşdir-
mək və sair) həmçinin! İndiyədək bu qəbil hesablamalar apar-
madıq. Halbuki aşağıdakı ayə elmin nə olduğunu belə açıqlayır: 
“Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və he-
sabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. 
Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bi-
lən bir tayfa üçün belə müfəssəl izah edər!” (Yunis, 5). 
                                                 
1
 Ayələrdəki “qərar yeri” (mustəqərr) və “saxlayarıq” (nuqirru) sözləri ərəb 
dilindəki “q-r-r” kökündən törəmiş söz-formalardır. Mərhum Şeyx Qəzali 
eyni kökdən yaradılmış söz-formalar əsasında “qərar yeri” sözünün “ana 
bətni” mənasına gəldiyini göstərmişdir – tərcüməçinin qeydi.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə