Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə29/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   25   26   27   28   29   30   31   32   ...   90

 
115 
filan və filanı istəyirik”. Məkkəlilər isə Məhəmməd peyğəmbər-
dən onun peyğəmbərliyini təsdiqləyəcək işarələr və ya xariqüladə 
möcüzələr tələb etmişdilər. Ancaq əvvəlki ayələrin birinin kon-
tekst israiloğulları ilə əlaqəlidir. Allah təala onların barəsində bu-
yurur: 
“Onlara: “Allahın nazil etdiklərinə (İncilə və Qurana) ina-
nın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə (Tövrata) 
inanırıq”, – deyərək, ondan başqasını (sonrakını) inkar edirlər. 
Halbuki o (sonra göndərilən Quran) onların əllərində olanı 
(Tövratı) təsdiq edən bir həqiqətdir. (Ya Rəsulum!) Onlara söy-
lə: “Əgər siz inanan kəslərsinizsə, bəs nə üçün əvvəllər Allahın 
peyğəmbərlərini öldürürdünüz?” (əl-Bəqərə, 91). 
Allah əvvəlcə bildirir ki, yəhudilər nə öz kitablarına, nə də 
başqalarının kitabına inanırlar. Daha sonra buyurur: 
“(Ey möminlər!) Nə əhli-kitabdan olan kafirlər, nə də 
müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini 
istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məx-
sus (bəxş) edər. Allah böyük mərhəmət (nemət) sahibidir!” (əl-
Bəqərə, 105). 
Bu ayənin məzmunu aydındır: Allah Quranı göndərməklə 
ərəblərə mərhəmət göstərmiş, lütfkarlıq etmişdir; onlara əvvəlki 
peyğəmbərlərin kitablarından fərqli yeni bir kitab endirmişdir. 
Fərq budur ki, əvvəlki peyğəmbərlər  Allahdan  vəhy  alır  və  onu 
çox vaxt digər möcüzələr də göstərməklə insanlara çatdırırdılar 
(Məhəmməd peyğəmbər isə Allahdan aldığı vəhyi heç bir möcü-
zə olmadan təbliğ etmişdir). 
Həsənə
: Kainatla bağlı əvvəllər göstərilmiş möcüzələrin 
ləğvi ilə yanaşı, Quranın endirilməsi Kitab əhlinin bəzi şəriətləri-
nin qüvvədən salınması deməkdir... 


 
116 
Qəzali
: Doğrudan da, Quran əvvəlki bəzi şəriətləri qüvvə-
dən salıb. Bu kitab insanın şəxsiyyətini yenidən formalaşdırmağa 
başladı. Bunu necə etdi? O, insandakı bacarıq və qabiliyyətləri 
oyatmaqla onları Allaha sarı istiqamətləndirdi.  
Quranda qətiyyən ziddiyyət yoxdur. Hər bir ayə özünə-
məxsus kontekstdə işlədilib.  
 
 


 
117 
 
 
QURANIN UNİVERSAL YANAŞMA TƏRZİ:  
MADDİ VƏ MƏNƏVİ KAİNAT 
 
 
uranın universallığını izah etmək üçün zəruridir ki, bu 
məsələni aydınladacaq misal gətirək. Quran yaşadığımız 
kainata – makro kosmosa bənzəyir. Bununla yanaşı, Qu-
ranın mənəvi kainat hesab edilməsi “Qurana baxış” adlı kitabımı 
qələmə alarkən diqqətimi çəkmişdi. Həmin kitabda bu mövzuya 
da yer vermişdim. Quranın əzəmətini göstərmək üçün Allah təa-
lanın kainatın böyüklüyünə and içməyi haqda ayəni həmin kita-
bımda dəlil göstərmişdim. Sözügedən ayə budur: 
“Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-bat-
dığı yerlərə) and olsun ki – 
Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz – 
(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. 
(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır 
(lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır). 
Ona yalnız pak edilənlər toxuna bilər! 
(O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir” (əl-Va-
qiə, 75-80). 
Görürsünüzmü, Allah bir kainatın böyüklüyünə digər “kai-
nat”ın əzəməti ilə and içir.  
Allah təala yaşadığımız bu kainatı bizim üçün yaşayış yeri 
etmiş, öyrənib üzə çıxardığımız qüvvə və elementlərlə doldur-
muşdur. Bu qüvvə və elementləri öyrənən, araşdıran mütəxəssis 
alimlər vardır. Hərə bu kainatı öz ixtisası əsasında öyrənir. Mə-



 
118 
sələn, geoloq yeri, yerin təbəqələrini öyrənir. O, bu kainatı məhz 
geoloji əsasda tədqiq edir. Astronom isə səmanı, ulduzları, pla-
netləri... öyrənməklə məşğuldur. Atmosferin təbəqələrini də ayrı-
ca elm öyrənir... Uzaq kosmosu tədqiq edən ayrıca alimlər də var-
dır. 
Seleksiyaçı-nəbatat alimi bitkiləri, metallurq metalları, 
bioloq insanları, heyvanları, quşları, sürünənləri... öyrənir. Demə-
li, hər bir mütəxəssis kainatı öz ixtisası çərçivəsində tədqiq edir.  
Ancaq kainat həmin alimlərin nöqteyi-nəzərlərinə görə 
təsnif edilməyib. Əvvəlcə, bu alimlər kainatı bütövlükdə nəzərdən 
keçirirlər. Daha sonra hər bir alim öz ixtisasına uyğun olaraq kai-
natı öyrənir. Onların hər birinin kainat və həyat alimi adlandırıl-
ması mümkündür. Ancaq bu alimlərdən biri güman etsə ki, kai-
natın, həyatın mütəxəssisi yalnız o özüdür və yaxud desə ki, astro-
nomiya olan yerdə geologiyaya, botanika olan yerdə zoologiyaya, 
metallurgiya olan yerdə energetikaya ehtiyac yoxdur, səhv etmiş 
olar.  
Heç kəs belə bir şeyi iddia etməyib, əksinə, bütün alimlər 
kainatı və həyatı birlikdə, əməkdaşlıq çərçivəsində öyrənmişlər ki, 
nəticədə dünya yüksək elmi tərəqqinin şahidi olmuşdur.  
 
 
 
 
 
 
 
 
 


 
119 
 
 
QURAN MÖVZULARININ NATAMAM  
FORMADA ÖYRƏNİLMƏSİ 
 
 
slam tarixində Quran, həm də ədəbi həyatın əsası rolunu oy-
nayıb. Şübhə yoxdur ki, ehkam ayələri müsəlman hüquq qa-
nunvericiliyi elminin yaranmasında başlıca yerə sahib ol-
muşdur. Ancaq Quran təkcə ehkam ayətlərindənmi ibarətdir? Və 
ya Quranda ayrı-ayrı mövzuları ifadə edən əlahiddə ayə qrupları 
mövcuddurmu?  
Quranda qissələr, insan fitrəti... ilə bağlı mövzular topla-
nıb. “Həyy ibn Yəqzan” (Ayığın oğlu Diri) kitabının müəllifi İbn 
Tüfeylin
1
, “Qissə əl-İman beyn əl-Fəlsəfə vəl-Elm vəl-Quran” 
(Fəlsəfə, elm və Qurana görə iman hekayəti) kitabını qələmə al-
mış Şeyx Nədim əl-Cisrin
2
 ideyaları əsasında insan fitrətini öyrə-
nən islam fəlsəfəsi yaradıla bilərdi. Şübhə yoxdur ki, belə bir ideya 
klassik islam fəlsəfəsi əsasında sağlam müsəlman fəlsəfi təliminin 
formalaşmasına zəmin yaradardı.  
Humanitar elm sahələri də vardır. Misal üçün tarix elmini 
götürək. Bu elm tarix boyu müsəlman mədəniyyətində biabırçı 
                                                 
1
  İbn Tüfeyl əl-Əndəlüsi (vəfatı – 1185): Əndəlüsdə doğulub boya-başa 
çatmış müsəlman filosofudur. Ayığın oğlu Diri onun eyniadlı əsərinin al-
leqorik qəhrəmanıdır. Kitabda insan zəkasının təbii inkişafından söz açılır. 
Ağıl inkişaf etdikcə ali bilik qazanır, Allahın varlığı və ruhun ölməzliyi qəna-
ətinə varır. Qeyd edək ki, İntibah dövrü avropalı filosof və mütəfəkkirlərinin 
çoxu bu kitabdan təsirlənmişlər.    
2
  Şeyx Nədim əl-Cisr: Livanda anadan olub. Şimali Livan və Tripolinin 
müftisi işləmişdir.  
İ 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə