Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə30/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   26   27   28   29   30   31   32   33   ...   90

 
120 
laqeydliyin qurbanına çevrilmişdir. Hələ də heyrətlənirəm ki, nə 
üçün bu elm islam həyat tərzinin, dövləti və siyasətinin inkişaf və 
tənəzzülünü öyrənib təhlil edən sahə halına gətirilməyib.  
İslam mədəniyyəti... Axı nə üçün tariximizin inkişaf və tə-
nəzzül mərhələlərinin səbəbləri araşdırılmayıb? Çox vaxt öz-özü-
mə sual verirəm ki, təxminən üç əsr sürən savaş nəticəsində itiri-
lən Qüds üstündən sakitcə keçiləcək problemdirmi? Tariximizin 
şahidi olduğu bu qorxunc hadisələri öyrənən ayrıca elm sahəsinə 
rast gəlmirik. Nə üçün? Bu lal sükutu necə başa düşək? Səkkiz 
əsrlik Əndəlüs tariximizi nə üçün adi bir qəsidə ilə “yad” edirik? 
Əndəlüsün itirilməsinin əsgəri, siyasi, sosial-etik səbəblərini təd-
qiq edən böyük araşdırmalar aparıb konfranslar keçirmirik?  
Quran qissələri (qissələr ehkam ayələrindən sayca daha 
çoxdur) heç vaxt həyatımızda layiqli yerini tutmayıb. Hətta bəzi-
ləri tarix elmini tənqid edərək xurafat yığımı adlandırmışlar. Bu, 
həqiqətən də dəhşət doğuran məsələdir! 
Yeni humanitar elm sahələri formalaşıb: psixologiya, so-
siologiya, etika... Bu elm sahələri humanizm fəlsəfəsində olduğu 
kimi İslam mədəniyyətinin də əsasını təşkil edir. Buna rəğmən sö-
zügedən elm sahələrinə Müsəlman mədəniyyətini formalaşdıran 
digər elmlər qədər əhəmiyyət verilməyib. İslam İntibahından bir-
iki əsr sonra fiqh qeyri-normal inkişaf məcrasına yönələrək say-
sız-hesabsız natamam hökmləri öyrənən elmə çevrildi. Hədis el-
mi də oxşar talenin qurbanı oldu. Normal inkişafdan uzaqlaşan 
bu  elm  “zəif”  hədisləri  toplayan  sahə  halına  gəldi.  İmam  Buxa-
rinin yəqinliklə dəqiq olan kitabında iki min bir neçə yüz səhih 
hədis cəm edilib. Hansı səbəbdən çəkindirmə və həvəsləndirmə 
mövzusunda on minlərlə hədis “peyda” olub? Bu hədislər İslam 
mədəniyyətinə necə sirayət edib axı? Nəticə etibarı ilə bütün bun-


 
121 
lar Quran və Sünnəni doğru-dürüst anlamanın başında “çatla-
yıb”. Bu səbəbdən görürük ki, bizdə sosiologiya unudulub. Yalnız 
İbn Xəldun bu sahədə ciddi bir əsər qələmə alıb. Ancaq ondan 
qabaq və sonra bu sahədə kimləri görürük? Heç kimi!  
Kainat və həyata baxış ayələrindən faydalan İbn Heysəm 
və Xarəzmi ilə yanaşı, kimya ilə məşğul olmuş Cabir ibn Həyyan 
və başqalarına rast gəlirik. Alimlərin praktik nailiyyətləri islamda 
və ya Quran fəlsəfəsində davam etdirilsəydi, həmin alimlər kainat 
barədə düşünmək ayələrini insanlara öyrədən nəsillər yetişdirə 
bilərdilər. Əgər bu ayələr insanı kainat və materiyanı araşdırmağa 
sövq etməzsə, ayrı nəyə sövq edər axı?! Buna baxmayaraq, təəssüf 
ki, Əbu Nüvasın
1
 şərabla bağlı və əxlaqsız şerləri özünə İslam mə-
dəniyyətində Cabir ibn Həyyan, Xarəzmi və digər mütəfəkkirlə-
rin yaradıcılığından daha çox yer etmişdir.   
Yadıma gəlir ki, Dinin Əsas Prinsipləri fakültəsində təhsil 
alarkən psixologiya öyrənirdik. Bəzi tələbə yoldaşlarımla sezmiş-
dik ki, Qurandakı bəzi məqamlar psixologiyanın predmeti və ob-
yekti kimi çıxış edə bilər. Həmin vaxt bizə Mak Duqalın
2
 (Mc-
dougall) instinkt təlimini öyrədirdilər. Mak Duqalın instinkt nə-
zəriyyəsi ondan sonrakı alimlərin laqeyd münasibətinə tuş gəl-
mişdi. Həmin alimlər iddia edirdilər ki, insanın davranışları digər 
amillərlə şərtləşir. Əslində, məni maraqlandırmır kim nə edib. 
Məni maraqlandırır ki, instinktləri öyrənərkən biz özümüz nə et-
mişik?     
İnstinktlərdə daima vicdan və ya həyəcan (refleks) öz ək-
sini tapır. Emosiya isə bir və ya iki, yaxud da qarışıq reflekslərdən 
                                                 
1
 Əbu Nüvas (756-814): Abbasilər dövründə yaşamış şair. Şərab haqqında 
şerləri (xəmriyyələri) daha məşhurdur.  
2
 Mak Duqal (1871-1938): ingilis psixoloqudur.  


 
122 
ibarətdir. Bir dəfə yoldaşlarımla söhbət edirdik ki, qorxu dedikdə 
bu və ya digər instinktdə mövcud komponent başa düşülür. Adi 
komponent sayılan qorxu başqa şeylərlə müşayiət olunarsa, mü-
rəkkəb xassəyə malik olar. Məsələn, qorxu refleksi və heyrət-
lənmə instinkti bəyənmə instinktini yaradır. Quran mövzularını 
(ayələri və sair) bu istiqamətdə araşdırmağa başladıq. Gördük ki
üç şüur komponenti – idrak, vicdan və çəkişmə aşağıdakı ayədə 
öz əksini tapıb: 
“...Əgər sən onları (bu vəziyyətdə) görsəydin, yəqin ki, 
(qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi” (əl-Kəhf, 18). 
Həzrəti Aişənin (Allah ondan razı qalsın!) rəvayət etdiyi 
hədisdə şüuraltı biliyi üzə çıxaran halətdən danışılır. Bir gün Pey-
ğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) Həzrəti Aişə-
yə deyir: “Mən bilirəm, sən məndən nə vaxt razı, nə vaxt da narazı 
qalırsan.” Həzrəti Aişə soruşur: “Bunu haradan bilirsən?” Pey-
ğəmbər deyir: “Məndən razı qaldığında “Məhəmmədin rəbbinə 
and olsun!” – deyirsən. Yox, narazı olduğun zaman: “Musanın 
rəbbinə and olsun!” – söyləyirsən. Həzrəti Aişə də Peyğəmbərin 
dediyini təsdiqləyir: “Bu doğrudur. Ancaq, ey Allahın rəsulu, Al-
laha and olsun ki, bu zaman sənin adını çəkməməklə kifayətləni-
rəm (yəni, buna rəğmən, qəlbimdə daima sən varsan)”
1
.  
Hədis göstərir ki, qadınlar və ya ümumiyyətlə insanlarda 
şüuraltını oxumaq mümkündür.  
Hər nə isə...  
                                                 
1
 Hədisin səhihliyi yekdilliklə təsdiqlənib. Bax: Buxari. “Came əs-Səhih” kita-
bı, “Nikah” fəsli; Müslim. “Səhihi-Müslim” kitabı, “Səhabələrin üstün keyfiy-
yətləri” fəsli, “Həzrəti Aişənin (Allah ondan razı qalsın!) üstün keyfiyyətləri” 
bölümü.     


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə