Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə38/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   34   35   36   37   38   39   40   41   ...   90

 
150 
“(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmət-
lərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış 
və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə 
atılarsan!” (əl-İsra, 39); 
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə gö-
rə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da 
kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) 
bəxş etmişdik” (ən-Nisa, 54). 
Quranın təxminən on yerində hikməti Sünnə ilə eyniləş-
dirmək mümkün deyildir. Əksinə, o, Quran təlimlərinin bildirdiyi 
kimi, bir şeyi yerli-yerində etməkdir. Bu məqamda deyirəm: 
(Quranda) mizan-tərəzi əməli, hikmət də nəzəri tərəfi təmsil 
edir. Hikmət və mizan-tərəzidən danışan ayələr bizə metod təq-
dim edir: ümmət Qurana münasibətdə özünəməxsus baxışa sahib 
olmalıdır. Özü də bu baxış kompleks ayələr əsasında Quran siya-
səti deyilən şeyi ortaya qoymalıdır. Nədir bu siyasət? Bu, “Xalqı 
necə idarə etməli; Quranın göstərişləri reallığa necə tətbiq olun-
malıdır?” suallarına cavabı kompleks ayələrdən çıxaran müdrik 
qaydalar siyasətidir.  
Həsənə
: Bəzən belə hesab edirlər ki, mizan-tərəzi – əmr-
ləri real həyata tətbiq etmək deməkdir... Kitab isə vəhy edilmiş 
dəyər və prinsiplərdən ibarətdir. Mizan-tərəzi də bu dəyər və 
prinsiplərin praktik təcəssümüdür. Və ya belə deyə bilərik: mi-
zan-tərəzi sözügedən dəyər və prinsiplərin proqramlı icrasını ifa-
də edən real tətbiqdir.  
Qəzali
: Bəli, bu belədir. Çünki mizan-tərəzi təkcə mücə-
rrəd anlayış deyildir. Sosial tarazlıq da dediyimiz mənanı ifadə 
edir. Tarazlaşdıran ölçü mütləq lazımdır. Tarazlaşdırıcı ölçü – 
mizan-tərəzi məsələsində etika və qanun mütəxəssisləri həmrəy-


 
151 
dirlər. Yəni, mizan-tərəzi maddi və mənəvi işləri özündə ehtiva 
edən anlayışdır. Bir haşiyəyə çıxım: bu və ya digər ayəni təfsir 
edib hökm çıxardığı zaman bizlərdən birinin səsləndirdiyi görüş 
ictihad deməkdir. Tariximizə nəzər salaq: böyük imamlardan heç 
biri öz ictihadını (görüşünü) kiməsə məcburən qəbul etdirməyib. 
İmam Əbu Hənifənin dedikləri buna misaldır: “Dediklərimiz bir 
fikirdir (rəydir). Kimin daha tutarlı görüşü varsa, buyursun, ərz 
etsin!” İmam Malik də görüşlərinin din kimi qəbul edilməsinə ra-
zılıq verməmişdi. Məlumdur ki, o, insanlarda çaşqınlıq yaratma-
sın deyə “Müvətta” adlı kitabının onlara zorla oxutdurulmasına 
qarşı çıxmışdı. Budur islamın səmimiyyəti və böyüklüyü! O kəs-
lər ki, öz ideyalarını din adı altında başqalarına məcburən yeridir-
lər, ya nadan, ya ağıldan kəm, ya da böyüklük xəstəsidirlər. Ya da 
ki üzrlü sayılacaq vəziyyətdə olan, islah edilməsi lazım gələn kəs-
lərdir.  
İctihadları din hesab etmək! Əsla! Mühüm olanı Quranın 
reallığa tətbiqi haqda düşünməkdir. 
Əgər bu dediyimiz ictihad deyilsə, onda nədir ictihad? Biz 
hansı növ ictihadı tələb edirik? Fikirləşirəm ki, hal-hazırda üm-
mət üçün lazım olan şey kollektiv ictihaddır. İbadət məsələlərin-
də ictihad qapısının bağlı saxlanılmağının zəruriliyinə çağırıram. 
Namaz, oruc və həcc barədə bizdən qabaq söylənilənlər enimizə 
də bəsdir, uzunumuza da! Zəruridir ki, ictihad beynəlxalq müna-
sibətlər, sosial-inzibatı problemlər... ətrafında aparılsın. 
Quran açıq kitabdır. Uca Allah buyurur: 
“Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə 
imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətir-
dik...” (Ali-İmran, 193). 
Ancaq sual yaranır: bu imanla necə yaşayacağıq? Gəlin, 


 
152 
iman məntiqini hər şeyə tətbiq edək. İman məntiqi geniş anlayış-
dır. Adi halda onun bir çox xarakterik xüsusiyyətləri vardır. Prak-
tik baxımdan bu məntiq konkret xassə və formadan uzaq olub, 
müəyyən xüsusiyyətlərə malikdir... 
Həsənə
: Bunu “dəyərlər” adlandıra bilərik. Quranda ümu-
mi prinsip və qaydaları tənzimləyən dəyərlər mövcuddur. Həmçi-
nin, bu kitabda zaman və məkandan asılı olmayan, yekdilliklə qə-
bul edilən məsələlərə dair proqramlardan söz açılır.   
Qəzali
: Bəli, bu belədir. Dediklərinizdən kənarda qalan 
məsələlər isə zamanın, insanların öhdəsinə buraxılıb.  
Həsənə
: Fikrimcə, bu məsələni aşağıdakı kimi xülasə edə 
bilərik:  
Qayda budur ki, Quran dəyərləri geniş çərçivədə həyatı 
tənzimləyən dəyərlərdir. Bu dəyərlər çərçivəsində hərəkət etmək-
lə zaman və məkana görə dəyişən problemləri həll etmək – icti-
had insanların öhdəsinə buraxılıb. Görəsən, ictihad Quranın cız-
dığı çərçivədən kənara çıxa bilərmi? Çünki sonuncu və əbədi ki-
tab sayılan Quran qarşısında çox geniş zaman kəsiyi və müxtəlif 
situasiyalar durur.   
Qəzali
: Bəzi kitablarımda bir sıra sabit vasitələrdən söz aç-
mışam... Məsələn, məlumdur ki, namaz qılmaq üçün dəstəmaz al-
maq şərtdir. Burada vasitə – dəstəmaz konkretdir, müəyyəndir. 
Ümmətin cihada ehtiyacı vardır. Bir vaxtlar atları tədarük etmək 
cihad vasitələrindən biri idi. Atlara (süvarilərə) çəkilən xərc piya-
dalara çəkilən xərcdən iki-üç dəfə artıq idi. Odur ki, atları tədarük 
edən vəqflər yaradılmışdı... İndi isə bu qəbil ictihadlara ehtiyac 
qalmayıb. Çünki atlar döyüş vasitələri kimi istifadə edilmir. Döv-
rümüzdə başqa vasitələr mövcuddur. Tanklar, zirehli qurğular və 
sair.  


 
153 
Təkcə cihadda deyil, ədliyyə sahəsində də vasitələr bir-bi-
rini əvəz edir. Ədalət bir dəyərdir. Problemlərə ədalət tərəzisi ilə 
toxunmaq lazımdır. İstəsək ya hərbi tribunal, ya müqəssirlər, ya 
da yeniyetmələr məhkəmələri təsis edə bilərik. Və ya məhkəmə-
lərin təsnifatını apara bilərik: ibtidai, apelyasiya, kassasiya... Əda-
ləti nə təmin edirsə, o şeydə ictihad haqqına sahibik.   
Təhsil sahəsinə də bu cür yanaşmalıyıq. Ümmətə hamılıq-
da savad vermək üçün müəyyən xüsusiyyətlərə malik təhsil müəs-
sisələri qurmaq, ölkə daxilində məktəbə gedəcək şagirdlərin sayı-
nı müəyyənləşdirmək və bu saya uyğun olaraq məktəblər açmaq 
məqsədilə statistik hesablamalar aparmaq dövrün tələbidir. 
Ümumi dəyərlər çərçivəsinə daxil olan bu məsələlər Quranda 
göstərilmiş hikmət və mizan-tərəzinin bir parçası olmaqla yanaşı, 
həm də cəmiyyətin qurulması üçün çox zəruridir.  
Dəyərlər nizamlayıcı xassəyə malikdir. Onların müəyyən 
xüsusiyyətləri vardır. Dəyərlər proqram və praktik tətbiqdən fərq-
lənir. Dəyərlərin konkret “paltar”ı yoxdur. Məsələn, islam müsəl-
manlara bildirir ki, təkəbbür və yekəxanalıq əlaməti olmayan pal-
tarlar geyinib ayıb sayılan yerləri örtsünlər. İslam onlardan tələb 
etmir ki, mütləq və mütləq “cilbab”, “cübbə”, “rəda”... geyinmək 
lazımdır. Dinimiz bu məsələdə seçimi müsəlmanlara buraxıb.  
İslam ictimai həyatın konturlarını da cızıb. Bu mövzular 
haqda Quranda konkret ayə daxilində olmasa da təfsilatlı söz açı-
lır. Elə isə mümkündür ki, müdrik yanaşma əsasında, ümmətin 
ehtiyaclarını təmin edən bəzi qanunlar təsis edilsin. 
Bu səbəbdən mən islam təsəvvürü çərçivəsində ictihad 
dairəsinin genişləndirilməsinə tərəf çıxıram. Məsələn, İmam Əbu 
Hənifəyə görə, qadın öz nikahını özü kəsə bilər. Digər müctəhid-
lər isə bu fikirlə razı deyillər. Həmçinin, Əbu Hənifə qadına ərin-


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə