150
“(Ya Rəsulum!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmət-
lərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış
və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə
atılarsan!” (əl-İsra, 39);
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə gö-
rə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da
kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq)
bəxş etmişdik” (ən-Nisa, 54).
Quranın təxminən on yerində hikməti Sünnə ilə eyniləş-
dirmək mümkün deyildir. Əksinə, o, Quran təlimlərinin bildirdiyi
kimi, bir şeyi yerli-yerində etməkdir. Bu məqamda deyirəm:
(Quranda) mizan-tərəzi əməli, hikmət də nəzəri tərəfi təmsil
edir. Hikmət və mizan-tərəzidən danışan ayələr bizə metod təq-
dim edir: ümmət Qurana münasibətdə özünəməxsus baxışa sahib
olmalıdır. Özü də bu baxış kompleks ayələr əsasında Quran siya-
səti deyilən şeyi ortaya qoymalıdır. Nədir bu siyasət? Bu, “Xalqı
necə idarə etməli; Quranın göstərişləri reallığa necə tətbiq olun-
malıdır?” suallarına cavabı kompleks ayələrdən çıxaran müdrik
qaydalar siyasətidir.
Həsənə
: Bəzən belə hesab edirlər ki, mizan-tərəzi – əmr-
ləri real həyata tətbiq etmək deməkdir... Kitab isə vəhy edilmiş
dəyər və prinsiplərdən ibarətdir. Mizan-tərəzi də bu dəyər və
prinsiplərin praktik təcəssümüdür. Və ya belə deyə bilərik: mi-
zan-tərəzi sözügedən dəyər və prinsiplərin proqramlı icrasını ifa-
də edən real tətbiqdir.
Qəzali
: Bəli, bu belədir. Çünki mizan-tərəzi təkcə mücə-
rrəd anlayış deyildir. Sosial tarazlıq da dediyimiz mənanı ifadə
edir. Tarazlaşdıran ölçü mütləq lazımdır. Tarazlaşdırıcı ölçü –
mizan-tərəzi məsələsində etika və qanun mütəxəssisləri həmrəy-
151
dirlər. Yəni, mizan-tərəzi maddi və mənəvi işləri özündə ehtiva
edən anlayışdır. Bir haşiyəyə çıxım: bu və ya digər ayəni təfsir
edib hökm çıxardığı zaman bizlərdən birinin səsləndirdiyi görüş
ictihad deməkdir. Tariximizə nəzər salaq: böyük imamlardan heç
biri öz ictihadını (görüşünü) kiməsə məcburən qəbul etdirməyib.
İmam Əbu Hənifənin dedikləri buna misaldır: “Dediklərimiz bir
fikirdir (rəydir). Kimin daha tutarlı görüşü varsa, buyursun, ərz
etsin!” İmam Malik də görüşlərinin din kimi qəbul edilməsinə ra-
zılıq verməmişdi. Məlumdur ki, o, insanlarda çaşqınlıq yaratma-
sın deyə “Müvətta” adlı kitabının onlara zorla oxutdurulmasına
qarşı çıxmışdı. Budur islamın səmimiyyəti və böyüklüyü! O kəs-
lər ki, öz ideyalarını din adı altında başqalarına məcburən yeridir-
lər, ya nadan, ya ağıldan kəm, ya da böyüklük xəstəsidirlər. Ya da
ki üzrlü sayılacaq vəziyyətdə olan, islah edilməsi lazım gələn kəs-
lərdir.
İctihadları din hesab etmək! Əsla! Mühüm olanı Quranın
reallığa tətbiqi haqda düşünməkdir.
Əgər bu dediyimiz ictihad deyilsə, onda nədir ictihad? Biz
hansı növ ictihadı tələb edirik? Fikirləşirəm ki, hal-hazırda üm-
mət üçün lazım olan şey kollektiv ictihaddır. İbadət məsələlərin-
də ictihad qapısının bağlı saxlanılmağının zəruriliyinə çağırıram.
Namaz, oruc və həcc barədə bizdən qabaq söylənilənlər enimizə
də bəsdir, uzunumuza da! Zəruridir ki, ictihad beynəlxalq müna-
sibətlər, sosial-inzibatı problemlər... ətrafında aparılsın.
Quran açıq kitabdır. Uca Allah buyurur:
“Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə
imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətir-
dik...” (Ali-İmran, 193).
Ancaq sual yaranır: bu imanla necə yaşayacağıq? Gəlin,
152
iman məntiqini hər şeyə tətbiq edək. İman məntiqi geniş anlayış-
dır. Adi halda onun bir çox xarakterik xüsusiyyətləri vardır. Prak-
tik baxımdan bu məntiq konkret xassə və formadan uzaq olub,
müəyyən xüsusiyyətlərə malikdir...
Həsənə
: Bunu “dəyərlər” adlandıra bilərik. Quranda ümu-
mi prinsip və qaydaları tənzimləyən dəyərlər mövcuddur. Həmçi-
nin, bu kitabda zaman və məkandan asılı olmayan, yekdilliklə qə-
bul edilən məsələlərə dair proqramlardan söz açılır.
Qəzali
: Bəli, bu belədir. Dediklərinizdən kənarda qalan
məsələlər isə zamanın, insanların öhdəsinə buraxılıb.
Həsənə
: Fikrimcə, bu məsələni aşağıdakı kimi xülasə edə
bilərik:
Qayda budur ki, Quran dəyərləri geniş çərçivədə həyatı
tənzimləyən dəyərlərdir. Bu dəyərlər çərçivəsində hərəkət etmək-
lə zaman və məkana görə dəyişən problemləri həll etmək – icti-
had insanların öhdəsinə buraxılıb. Görəsən, ictihad Quranın cız-
dığı çərçivədən kənara çıxa bilərmi? Çünki sonuncu və əbədi ki-
tab sayılan Quran qarşısında çox geniş zaman kəsiyi və müxtəlif
situasiyalar durur.
Qəzali
: Bəzi kitablarımda bir sıra sabit vasitələrdən söz aç-
mışam... Məsələn, məlumdur ki, namaz qılmaq üçün dəstəmaz al-
maq şərtdir. Burada vasitə – dəstəmaz konkretdir, müəyyəndir.
Ümmətin cihada ehtiyacı vardır. Bir vaxtlar atları tədarük etmək
cihad vasitələrindən biri idi. Atlara (süvarilərə) çəkilən xərc piya-
dalara çəkilən xərcdən iki-üç dəfə artıq idi. Odur ki, atları tədarük
edən vəqflər yaradılmışdı... İndi isə bu qəbil ictihadlara ehtiyac
qalmayıb. Çünki atlar döyüş vasitələri kimi istifadə edilmir. Döv-
rümüzdə başqa vasitələr mövcuddur. Tanklar, zirehli qurğular və
sair.
153
Təkcə cihadda deyil, ədliyyə sahəsində də vasitələr bir-bi-
rini əvəz edir. Ədalət bir dəyərdir. Problemlərə ədalət tərəzisi ilə
toxunmaq lazımdır. İstəsək ya hərbi tribunal, ya müqəssirlər, ya
da yeniyetmələr məhkəmələri təsis edə bilərik. Və ya məhkəmə-
lərin təsnifatını apara bilərik: ibtidai, apelyasiya, kassasiya... Əda-
ləti nə təmin edirsə, o şeydə ictihad haqqına sahibik.
Təhsil sahəsinə də bu cür yanaşmalıyıq. Ümmətə hamılıq-
da savad vermək üçün müəyyən xüsusiyyətlərə malik təhsil müəs-
sisələri qurmaq, ölkə daxilində məktəbə gedəcək şagirdlərin sayı-
nı müəyyənləşdirmək və bu saya uyğun olaraq məktəblər açmaq
məqsədilə statistik hesablamalar aparmaq dövrün tələbidir.
Ümumi dəyərlər çərçivəsinə daxil olan bu məsələlər Quranda
göstərilmiş hikmət və mizan-tərəzinin bir parçası olmaqla yanaşı,
həm də cəmiyyətin qurulması üçün çox zəruridir.
Dəyərlər nizamlayıcı xassəyə malikdir. Onların müəyyən
xüsusiyyətləri vardır. Dəyərlər proqram və praktik tətbiqdən fərq-
lənir. Dəyərlərin konkret “paltar”ı yoxdur. Məsələn, islam müsəl-
manlara bildirir ki, təkəbbür və yekəxanalıq əlaməti olmayan pal-
tarlar geyinib ayıb sayılan yerləri örtsünlər. İslam onlardan tələb
etmir ki, mütləq və mütləq “cilbab”, “cübbə”, “rəda”... geyinmək
lazımdır. Dinimiz bu məsələdə seçimi müsəlmanlara buraxıb.
İslam ictimai həyatın konturlarını da cızıb. Bu mövzular
haqda Quranda konkret ayə daxilində olmasa da təfsilatlı söz açı-
lır. Elə isə mümkündür ki, müdrik yanaşma əsasında, ümmətin
ehtiyaclarını təmin edən bəzi qanunlar təsis edilsin.
Bu səbəbdən mən islam təsəvvürü çərçivəsində ictihad
dairəsinin genişləndirilməsinə tərəf çıxıram. Məsələn, İmam Əbu
Hənifəyə görə, qadın öz nikahını özü kəsə bilər. Digər müctəhid-
lər isə bu fikirlə razı deyillər. Həmçinin, Əbu Hənifə qadına ərin-
Dostları ilə paylaş: |