353
gər bir vəzifəsi də vardır. Bu vəzifə – azadetmə vəzifəsi Musa pey-
ğəmbərə də həvalə olunmuşdu. Allah təala ona demişdi:
“Biz Musaya: “Tayfanın (İsrail oğullarını) zülmətdən nura
çıxart və Allahın (vaxtilə onlara nemət verdiyi) günlərini xatırlat.
Bunda çox səbir və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ib-
rətlər var!” (deyib) onu möcüzələrimizlə (peyğəmbər) göndər-
dik” (İbrahim, 5).
Bizim peyğəmbərimizə də azadetmə və maarifləndirmə və-
zifəsi verilmişdi:
“Əlif, Lam, Ra! (Ya rəsulum! Bu Quran) elə bir Kitabdır
ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura
(küfrdən imana) – yenilməz qüvvət sahibi, (hər cür) tərifə (şükü-
rə) layiq olan Allahın yoluna (islam dininə) çıxartmaq üçün nazil
etmişik” (İbrahim, 1).
İnsanlara hansı nuru çatdırmalı, hansı zülmətdən onları çı-
xartmalıyıq? Bu, cəhalət, istibdad, rəzalət, xaos və gerilik zülmə-
tidir. Əgər bir cəmiyyətdə şura, bilik və sistem nuru mövcuddursa
və iqtisadiyyat da harmonikdirsə, həmin cəmiyyət öz problem-
lərini asanlıqla tənzimləməyi bacaracaqdır. Biz bütün bunları öy-
rənməkdə öhdəliyik, özü də islamın ilkin məziyyəti sayılan bəşəri
fitrət çərçivəsində! Quranda deyilir:
“(Ya rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapı-
naraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri
olaraq insanlara verdiyi dinə (islama) tərəf tut...” (ər-Rum, 30).
Məhz bu, məni bir çox fəlsəfi təlimləri, əcnəbi ədib və yazı-
çıları öyrənməyə sövq edib. Öyrəndiklərimə islam baxımından
nəzər saldım. Davranış və hərəkətlərinə, sözlərinə görə müsəl-
manlardan bəlkə də heç fərqlənməyən şəxslərin şahidi oldum.
354
Məsələn, bir dəfə yazıçı Viktor Hüqonun
1
yanına bir sehrbaz gə-
lir. Sehrbaz gözləyir ki, Hüqo onun “qabiliyyət”inə heyran qa-
lacaq. Ancaq yazıçı onu qovur və deyir: “Mən tək Allaha ina-
nıram. Sənə ehtiyacım yoxdur. Nə varımsa, onu sədəqə verdim”.
Yuxarıdakı hadisə göstərir ki, bu, bir müsəlmana xas
düşüncə və davranışdır.
Həmçinin, Deyl Karneginin “Narahatlığı bir kənar qoy,
yaşamağa davam et” kitabını oxumuşam. Kitabda yazılanlar Qu-
ran və Sünnədə göstərilmiş bəşəri fitrətlə, müsəlman fəqih və pe-
daqoqların təsis etdiyi ədəb-ərkan normaları ilə üst-üstə düşür.
Müasir dünyadan təcrid olunmamalı, həm verməli, həm
də almalıyıq. Ancaq mövcud sapqınlıq formalarından da ehtiyat-
lanmalıyıq.
Müasir Amerika elmi kosmosu öyrənir. Ancaq Amerika-
nın İkinci Dünya müharibəsində qələbə çalması üçün bir milyon
yaponun məhv edilməsi dözülməz haldır. Digər xalqlarla münasi-
bətində Avropa insanının qəlbi daş kimi sərtdir. Avropalılarla
müsəlmanların fərqi yerlə göyün fərqi qədərdir. Avropalılar Ame-
rikada qırmızıdərililəri, Avstraliyada da aborigenləri məhv
etmişlər. Onların bəzi sənaye fəaliyyətləri bir sıra avropalı ədib və
vicdan sahiblərinin ürəyini bulandırmışdır.
Biz boynumuza düşəni etməliyik: onların bu eybəcərlik-
lərini bir kənara atmalı, mütərəqqi tərəflərindən faydalanmalıyıq.
1
Viktor Hüqo (1802-1885): Məşhur fransız yazıçısıdır. Ən məşhur kitabı
“Səfillər” 1862-ci ildə çap edilib.
355
MƏDƏNİ İMKANLAR
əsənə
: Şübhə yoxdur ki, yer üzünü dolaşmaq, digər
millətlərin vəziyyətindən ibrət götürmək, nailiyyətlə-
rindən faydalanmaq Quranın göstərişlərindəndir. Mə-
dəni keçmişi baxımından Müsəlman ümməti mədəniyyət qur-
maq imkanına və tərəqqi mayasına sahibdir. Ancaq geridə qalıb
mədəni tərəqqidən uzaq olduğumuz halda digər millətlərdən
nəyi götürüb-götürməyəcəyimizi necə müəyyənləşdirə bilərik?
Kimlərin ki, mədəni cəhətdən iti ağlı, uzaqgörən zehniyyəti var,
deməli, başqa xalqların nemətlərini həzm edəcək mədəyə də sa-
hibdirlər. Geridə qalmışlar isə nəyi alıb nəyi də kənara atmağı
müəyyənləşdirə bilməzlər. Çünki meyarlara sahib deyillər. Mü-
səlmanlar parlaq keçmişlərinə və başqa millətlərin nailiyyətlərinə
əsaslanaraq inkişaf etməli idilər. Bizdə mədəni tərəqqi vaxtı ilə bu
cür baş verməmişdimi?!
Problemi bu cür də qoya bilərik: Necə edək ki, mədəni nü-
munəyə çevrilək, mədəni imkanlardan, intibah mayasından istifa-
də edək, Qurandan optimal şəkildə faydalanaq?
Qəzali
: Müsəlman ümməti tarix boyu Allah naminə haqqı
söyləyən, harada yanıldığımızı bilən, geridə qalmağımızın səbəb-
lərinə, başqa millətlərin də inkişaf yollarına bələd olan şəxsiyyət-
lər yetişdirmişdir. Müsəlman ümməti ağı qaradan seçən, səhvləri
görə bilən şəxsiyyətlər yetişdirməkdə aciz qalan kimi tənəzzül qa-
pını kəsdirdi.
H
356
Yəni, bu işdən ümumilikdə fəqihlər, müdrik şəxsiyyətlər
məsuldurlar. Məhz belə insanlar ümmətin tərəqqi mayasını əmə-
lə gətirirlər. Onlar insanları haqqa yönəltməkdə cavabdehdirlər.
Belə şəxslərə ümmət arasında həmişə rast gəlinib. Peyğəmbərimiz
(Ona Allahın xeyir-duası və salamı olsun!) belələri haqda deyib:
“Ümmətimdən bir dəstə insan Allahın təqdiri baş verənədək (Qi-
yamətədək – mütərcim) mövcud olacaq, (insanlara haqqı öyrə-
dəcəkdir)”
1
.
Onu da qeyd edək ki, digər millətləri, tarixlərini, təcrübə-
lərini, ideologiya və dini inanclarını öyrənmək onların islama ça-
ğırılması üçün vacibdir. İslam bütün dünyaya xitab edən dindir.
Müsəlmanlar çağırış əhlidirlər. Dünyanı öyrənməsək, cahanşü-
mul dinə – islama çağırışı necə apara bilərik? Quranın bizi yer
üzündə dolaşmağa sövq etməsi bəlkə də bizə ikili məsuliyyət yük-
ləyir: a) ibrət və dərs götürmək üçün xalqların, millətlərin halına
nəzər salmaq; b) islamın müraciəti real şəraitə uyğun olsun deyə
millətlərin, xalqların vəziyyətinə bələd olmaq.
Bu gün Qərbdəki dəvətçilərin bəlkə də səhvindəndir ki,
Müsəlman dünyası və problemləri haqda yazılmış əsərlər əsasın-
da dəvət aparırlar. Halbuki Qərb insanını islama onların öz ma-
1
Hədisin səhihliyi yekdilliklə təsdiqlənib. Hədisi Müğirə ibn Şöbəyə (Allah
ondan razı qalsın!) istinadən İmam Buxari (“Came əs-Səhih” kitabı, “Qu-
rana və Sünnəyə bağlılıq” fəsli, “Peyğəmbərin “Ümmətimdən haqqı söy-
ləyən bir dəstə insan daima mövcud olacaqdır. Onlar elm əhlidirlər” sözü”
bölümü), Cabir ibn Abdullaha (Allah ondan razı qalsın!) istinadən İmam
Müslim (“Səhihi-Müslim” kitabı, “İman” fəsli, “İsa ibn Məryəmin peyğəm-
bərimiz Məhəmmədin şəriəti ilə göndərilməsi” bölümü) “Ümmətimdən Qi-
yamətədək haqq üçün vuruşan, haqqı söyləyən bir dəstə adam daima möv-
cud olacaqdır” versiyası ilə rəvayət etmişlər.
357
raqları, problemləri çərçivəsində çağırmaq daha məqsədəuyğun-
dur.
Nə etmək istədiyini bilməyən, kimlərə müraciət etməyi tə-
səvvürünə gətirməyən şəxslər, yaxşı olar ki, danışmasınlar. Bir şey
demək istəyiriksə, dünyanı öyrənməliyik. Dünyanın bugünkü irqi
və dini mənzərəsi rəngarəngdir. Bir buddistə islamı çatdırmaq
üsulu bir hindununkundan fərqlənməlidir. Rusiyadakı bir kom-
munistə, təbii ki, tam başqa tərzdə islamı çatdırmaq lazım gəlir.
ABŞ-dakı bir kapitalist üçün digər dəvət metodu seçilməlidir.
Şərqi və ya Qərbi Avropa insanını da islama çağırmaq üçün tam
fərqli üslub tələb olunur. Bir sözlə, dəvət metodunda dəvətin apa-
rıldığı coğrafiyanın vəziyyəti, insanların düşüncə tərzi nəzərə alın-
malıdır. Dəvət aparmaqdan qabaq real vəziyyəti, insanların nə
düşündüklərini öyrənməli, mövcud problemlərin səbəblərini
araşdırmalı, həmin insanların müsbət keyfiyyətlərini üzə çıxarma-
ğı bacarmalıyıq. Hər nə qədər pislik çox olsa da, mənfi hallar in-
tişar tapsa da, bir cəmiyyətdə həmişə xeyirli, yaxşı işlər mövcud
olur. Fikrimcə, xalqların bugününü öyrənmək lazımdır ki, elmi və
bədii bacarıqları olan insanları üzə çıxarmaq mümkün olsun.
Çünki belə insanlar başqaları ilə müqayisədə islamı daha tez anla-
yırlar. Belələri ilə ortaq məsələlərdə əməkdaşlıq etmək də asandır.
Bundan qabaq dediyim kimi, müsəlmanlar bütün dünyaya
mədəni nümunə olmalıdırlar. Müxtəlif nümayəndə heyətləri,
qruplar ümməti, xüsusilə də ərəbləri biliklə, elmlə təmin etməli-
dir. Çünki ərəblər Quran ərəbcə olduğu üçün islamın qanı və ürə-
yidirlər. Həmin heyətlər əlaqədar xalqların elmi, praktik, əxlaqi,
mədəni... xüsusiyyətləri haqda məlumatlarla ərəb-müsəlman öl-
kələrini təmin etməlidir. Dəvətlə məşğul olan qurumlar məlumat-
sız və biliksiz qaldıqda ümumi işə xeyirdən çox ziyan verirlər.
358
Həsənə
: Başqalarının fikrini öyrənmək üçün yer üzünü
dolaşmaq lazımdır. Quranı müxtəlif inanclara, ideologiyalara,
tendensiyalara sahib insanlara çatdırmaq, onlarla polemika apar-
maq – bütün bunlar göstərir ki, başqalarının mövqeyini, fikrini
öyrənmək çox zəruridir. Quran fərqli inanclı insanlara xitab edir.
Mahiyyətindən bixəbər olduğumuz problemi necə həll edə bilə-
rik? Əgər insanlarla tanış olmasaq, onlarla necə söhbət edə bilərik
axı? Bu səbəbdən Quran icazə verir ki, islam çərçivəsində başqa-
larının inanc sistemləri müzakirə olunsun.
Qəzali
: Allahın “(Yəhudilər və xaçpərəstlər) dedilər:
“Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!”
Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə:
“Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” kəlamı
1
hə-
lə də öz qüvvəsini saxlayır. Bu söz Quranda dörd dəfə təkrarlanır.
Kitab əhlindən bunu yenə də tələb etmək olar. Bəli, biz başqala-
rından öz inanc sistemlərinə dair dəlil gətirmələrini istəməliyik.
Əks halda onlarla necə dialoq apara bilərik? Dəlilləri ilə tanış ol-
madan onları necə qane edə, razı sala bilərik? Bəli, onların möv-
qeyi ilə dəqiq və qərəzsiz şəkildə tanış olmalıyıq. Odur ki, nöqte-
yi-nəzərlərini biz deyil, onlar özləri təqdim etməlidirlər. Bu təqdi-
mata diqqətlə qulaq asmalıyıq. Budur insaf. Məgər dinimiz insaf
dini deyil?!
Həsənə
: Yəni, Quran müsəlmanlardan tələb edir ki, mə-
dəni nümunəyə çevrilib sivil dünyagörüşü formalarını öyrənsin-
lər.
Quranın
göstərişlərinə
əsasən
digər mədəniyyətlərə, fərqli ida-
rəçilik sistemlərinə, müxtəlif inanclara, sosial situasiyalara, başqa-
larının tarixinə dərindən bələd olmalıyıq.
1
“əl-Bəqərə” surəsi, 111-ci ayə.
359
Qəzali
: Dünyanın müxtəlif ideoloji sistemlərini, təmayül-
lərini öyrənməliyik. Zehni strukturumuz güclü olmazsa, başımıza
gələcək şeylərə hazır olmalıyıq. Bu üzdən burnumuzu sallamaq
haqqımız yoxdur. İslam uca dindir, islamlığında qaldıqca başqa
sistemlər ona üstün gələ bilməz. Əgər ağıl dini olan islam kor təq-
lidin arxasınca gedərsə, islamlığını itirər.
İslamın Quran əsasları (kökləri) öz cəmiyyəti daxilində ye-
rin təkinə işləməli, meyvələri də bütün dünyaya səpələnməlidir.
360
SON SÖZ
QARDAŞLARIMA DEMƏK İSTƏYİRƏM Kİ...
arixçilər həmfikirdirlər ki, bütün böyük siyasi-hərbi
kampaniyaların arxa planında xüsusi ideologiyalar (mə-
nəvi, ədəbi, qanunvericilik, sosial...) durur.
Belə ideologiyalardan məhrum hərbi kampaniyalar quldur fəaliy-
yətinə oxşayır və uzun ömürlü deyildir. Monqollar amansızlıqla
və barbarcasına aparılmış müharibələr nəticəsində böyük bir coğ-
rafiyanı çox qısa müddət ərzində ələ keçirə bilmişdilər. Həmin
coğrafiya da onların əsarətindən sürətli müharibələr nəticəsində
azad edildi. Müəyyən ideologiyaları olmadığından tarix monqol-
ları heç bir iz qoymadan öz arxivinə atdı. Onlardan geriyə nə qal-
dı? Heç nə!
Məhəmməd Əli Paşa
1
az qalmışdı ki, Osmanlı xilafətini
bütövlükdə ələ keçirsin. Ancaq sadəcə hərbi gücə arxalandığın-
dan məqsədinə çata bilmədi.
1
Məhəmməd Əli Paşa ibn İbrahimağa ibn Əli (1770-1849): Böyük Mə-
həmməd Əli ləqəbi ilə məşhurdur. Misirdə sonuncu krallıq üsul-idarəsinin
qurucusudur. Ərəbləşmiş albandır. Osmanlı dövlətinə tabe Qovlətdə (İndiki
Yunanıstan ərazisindədir) anadan olmuşdur. Tütün ticarəti ilə məşğul olur-
du. Təhsilsiz idi. Oxumağı 45 yaşında öyrənmişdi. Misirə fransızlarla döyüş-
mək üçün könüllülərdən ibarət diviziyanın başçısı kimi gəlmişdi. Əbu Qir
döyüşündə iştirak etmişdi. Bundan sonra Misirə vali təyin edilir. Öz üsul-
idarəsini yaradır, hiylə ilə məmlükləri məhv edir. Nildə donanma yaradır,
Şərqi Sudanın böyük hissəsini Misirə ilhaq edir. İsgəndəriyyədə böyük bir
tərsanə inşa etdirir. Osmanlılarla müharibəyə başlayır, Suriyanı tutur. Ancaq
T
361
Bu dediyimizi bəzi məsələlərdə Osmanlı dövlətinə də şa-
mil edə bilərik. Məhəmməd Fateh (Allah rəhmət etsin!) gecələ-
rini ibadətlə keçirər, gündüzlərini oruc tutardı; övladlarına Quran
oxumağı, yaxşı işlər görməyi tövsiyə edərdi. Əvvəl-əvvəl osmanlı-
ların bir ideologiyası vardı. Ancaq sonralar bu ideologiyadan
uzaqlaşan Osmanlı xilafəti adi krallığa çevrildi.
Qərb müstəmləkəçiliyi də xüsusi sosial ideologiyaya əsas-
lanırdı. Böyük Fransa və Sosialist inqilablarının ideoloji əsasını
avropalı ideoloqlardan Jan Jak Russo
1
, Mönteskö
2
və başqalarının
əsərləri təşkil edir. Bu səbəbdən Fransa inqilabı köklü dəyişiklik-
lər doğurmuş, davamlı təsirə malik olmuşdu. Sosialist inqilabının
ideoloji əsaslarını Karl Marks
3
və həmkarlarının əsərlərində axtar-
maq lazımdır. İdeoloji arxa plana malik olduğu üçün bu inqilab
başlandığı kimi sona çatmamış, əksinə, tarixin məcrasını dəyiş-
mişdir.
İslam kampaniyasının, ya da islam inqilabının və ya təbiri
caizsə, islam dəyişikliyinin arxa planında Quran dururdu. İlk
dövrdə müsəlmanların uğur qazanmalarının sirri də elə bundadır.
Osmanlı sultanı onu Misirin həmişəlik hakimi kimi təsdiqlədikdən sonra qo-
şunlarını Suriyadan çıxardır. Məhəmməd Əlinin hakimiyyəti illərində Misir-
də çoxlu məktəb və fabrik inşa edilir. Avropaya təhsil dalınca çoxlu heyətlər
göndərir. Ömrünün sonuna yaxın dövlətin işlərini oğlu İbrahim paşaya
təhvil vermək surəti ilə istefaya göndərilir. İsgəndəriyyədə xəstəlikdən vəfat
edir.
1
Jan Jak Russo (1712-1778): Fransız yazıçısıdır. Siyasi fikirləri müasir de-
mokratiyanın inkişafına təsir göstərmişdir.
2
Monteskö (1689-1755): Fransız yazıçısı, filosofu və siyasətçisidir. Ən
məşhur əsəri 1748-ci ildə nəşr etdirdiyi “Qanunların ruhu” adlı kitabıdır.
3
Karl Marks (1818-1883): Alman filosofu, ictimai xadimi, məşhur “Kapi-
tal” əsərinin müəllifidir.
362
Bu uğur o dövrdə məlum dünyanın hər yerinə yayılmışdı. İslamın
intişar tapmadığı yerlər belə, Quran təlimlərinin təsir gücündən
kənarda deyildi.
Ancaq Quran fəlsəfəsi və çağırışı məhdudlaşdırılıb, təsir
gücünü itirib cılızlaşdıqdan sonra monqol-tatarlar kimi müsəl-
manlar da şüursuzca (boş-boşuna) qılınc çalanlara çevrildilər.
Nəticədə indiki vəziyyətə düçar oldular.
Dinimizə qayıtmaq istəyiriksə, keçmiş tərəqqimizin əsasını
təşkil edən baza prinsiplərinə əməl etməliyik.
Quranı dərindən başa düşdüyü üçün Həzrəti Ömər (Allah
ondan razı qalsın!) Misirdəki valisinə “Anaları insanları azad doğ-
duqları halda nə vaxtdan sonra siz onları köləyə çevirmişsiniz?!” –
demişdi. Bəli, Həzrəti Ömər Quranı hərtərəfli anlamış şəxsiyyət
idi. Habelə, bir dəfə demişdi: “Əgər ölməyib sağ qalsam (yaşa-
sam), Sənadakı çobana bu vardan pay çatdırılacaq. Allaha and ol-
sun ki, var məsələsində kimsə kimsədən üstün deyil. Əgər yaşa-
sam, çatdıracağam!” Çünki o, Quranı öz həyatına hərtərəfli tətbiq
etmişdi.
Sasani sərkərdəsinə: “Allah bizləri ona görə göndərib ki,
bəndəni bəndəyə köləlikdən qurtarıb Allaha ibadətə yönəldək.
İnsanları dünyanın darlığından dünya və axirət genişliyinə, din-
lərin cövründən islamın ədalətinə qovuşduraq” – sözlərini söylə-
yən bədəvi ərəb də (Rəb`i ibn Amir nəzərdə tutulur – mütərcim)
islamı Qurandan öyrənmişdi.
Erkən dövr islam oyanışının (kampaniyasının) arxa pla-
nında, bəli, bu anlayış – Quranın ideoloji stimulluğu dururdu.
Qabarmadan sonra çəkilmə baş verdi. Bunun səbəbini Quran fəl-
səfəsi və sisteminin öz təsir gücünü itirməsində, “zəif” rəvayət-
363
lərin, adətlərin vüsət kəsb etməsində axtarmaq lazımdır. Nəticədə
müsəlmanlar Allahın göndərdiyi kitabı təmsil edə bilmədilər.
Əvvəlki qüdrətimizi geri qaytarmaq üçün kitabımıza sahib
çıxmalıyıq; ruhumuzu Quranla qidalandırıb ona bələd olduqdan
sonra hərəkətə keçməliyik.
Quran həm hissə-hissə, həm də bütövlükdə öyrənilmə-
lidir. Quran ümmətin dayağı, düşünən beyni, hayqıran vicdanı,
dalğalanan bayrağı olduğu üçün ona bütöv və hissə kimi baxmaq
lazımdır. Digər işlər üçün onu kənara atmaq yolverilməzdir. Həz-
rəti Ömər ordular göndərərkən hədis rəvayətini qadağan edərək
demişdi: “İnsanları Qurandan yayındırmayın!” Səbəbi bu idi ki,
bəzi əsgərlərin arasında mənasını başa düşmədikləri, müxtəlif cür
yozula biləcək hədislərə görə mübahisə yaranıb “qırğın” çıxardı.
Müdrik Ömər belə etməsəydi, bəlkə də müsəlmanlar çoxdan in-
diki vəziyyətə düçar olardılar; fiqhi mübahisələrlə günlərini ke-
çirər, heydən düşərdilər. Görəndə ki, Əfqanıstanda vuruşanlar
(mücahidlər) yeddi-səkkiz(!) qrupa ayrılıblar, heyrətlənməyə bil-
mirsən. Nədir ümməti bu cür parçalayan? Cavab aydındır: fiqhi
və ya şəxsi mübahisələr! Quran bu cür dağınıqlığı əsla qəbul et-
mir. Quran bir məqsədə can atan, bir əsasa bağlı qalan vahid üm-
mət anlayışından çıxış edir.
Qurana qayıtmaq, onunla məşğul olmaq istəyirik. İstəyirik
ki, bu kitab həyatımızın mehvərinə çevrilsin.
Çoxsaylı fiqhi ixtilaflara, mübahisəli hədislərə gəlincə, bu-
nunla mütəxəssislər məşğul olmalıdır. Məhkəmə və hüquq işlə-
rində olduğu kimi, fiqhi məsələlər üçün də ayrıca nizamnamə
hazırlanmalı, ümməti maraqlandıran bütün təfsilatlı mövzuları,
ikinci dərəcəli fiqhi məsələləri özündə ehtiva etməlidir.
364
Ümmətin konstitusiyası vardır. Konstitusiya gömrük ni-
zamnaməsi, vergi kodeksi deyildir. Konstitusiya təfsilatlı məsələ-
lərin ehtiva olunduğu nizamnamələrdən fərqlənir.
Müsəlmanların vahid konstitusiyası olmalıdır. Onlar on-
dakı qanunları yekdilliklə qəbul etməlidirlər. Digər millətlərdə də
bu cürdür. Məsələn, heç kəs İngiltərədəki Mühafizəkarlar, Leybo-
rist və Liberallar partiyalarının ayrı-ayrı müstəqil qurumlar oldu-
ğunu iddia etmir. Çünki bu partiyalar hamılıqda sanki Allaha ita-
ət edirmiş kimi Böyük Britaniyaya “sitayiş” edirlər. Necə xidmət
etmək məsələsində xırda mübahisələr yarana bilər. Mühafizəkar-
lar partiyasının üzvü olan ər leyborist olan arvadı ilə bu mövzuda
eyni fikirdə olmaya bilər. Ancaq onları bir konstitusiya, bir məq-
səd birləşdirir.
Heç vaxt əsas məqsədimizi yaddan çıxarmamalıyıq. Bu –
kitabımızdır. Təəssüf ki, Quranımızı, demək olar ki, itirmişik.
Ona böyük qarelərin tilavətində musiqi kimi qulaq asırıq. Oxu-
yanda da mənasını başa düşmədən, kor-koranə oxuyuruq. Çünki
ah-vah etməyə, gözəl tilavət dinləməyə öyrəşmişik, bununla da
işimizi bitmiş sanırıq.
Quranın mədəniyyətləri hərəkətə keçirən kitab olmağına
gəlincə, biz bu cür kitabdan çoxdan uzaq düşmüşük. Çünki onu
bir kənara atıb başqa şeylərlə başımızı qatmışıq ki, bu da yolveril-
məzdir.
Aləmlərin rəbbi olan Allaha həmd olsun!
365
366
367
368
“İDRAK” İctimai Birliyi
Vidadi küç. 53
İnternet ünvanı: www.idrak.org.az
Yığılmağa verilib: 28.09.2011. Çapa imzalanıb: 28.10.2011.
Format: 60х90 1/16. Çap vərəqi: 23,25
Sifariş №: 203. Тiraj: 1000 nüsxə.
mətbəəsində çap olunub
Document Outline -
- Страница 1
- Страница 2
- Страница 3
- Страница 4
- Страница 5
- Страница 6
- Страница 7
Dostları ilə paylaş: |