Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə85/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   82   83   84   85   86   87   88   89   90

 
333 
Ayədəki “heç bir şəkk-şübhə olmayan” sözləri hələ uşaq 
ikən mənə öyrətmişdi ki, Quranda şəkk-şübhə yoxdur. Böyüdü-
yümdə isə bu ayə mətn və istinad baxımından Quranın həqiqili-
yini təsdiqləyən qaydaları mənə başa saldı; Quranın mətnində 
heç bir ziddiyyət yoxdur. İstinad nöqteyi-nəzərindən isə Quran 
əsrlər boyu “mütəvatirlik” əsasında bizə gəlib çatıb. Heç kəs Qu-
randa istinad, məzmun, məna və səhihlik baxımından çatışmazlıq 
tapa bilməz:  
“Onlar Quran barəsində (onun Allah kəlamı olması haq-
qında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən ol-
saydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapar-
dılar” (ən-Nisa, 82).  
 
 


 
334 
 
 
ERKƏN DÖVRDƏ QURANI  
ÖYRƏNMƏ ÜSLUBU 
  
 
əsənə
: “Vəhyin gəldiyini öz gözləri ilə görən, ərəb di-
lini yaxşı bilən, Peyğəmbərlə (Ona Allahın xeyir-duası 
və salamı olsun!) oturub-duran erkən dövr müsəlman-
ları – səhabələrdən qeyri heç kəs Quranı doğru-dürüst başa düş-
məmişdir” iddiası, fikrimcə, mütləq qəbul edilməməlidir. Bəli, sə-
habələr peyğəmbərlik əsri üçün seçilmişdilər, erkən müsəlman 
cəmiyyətinin baniləri idilər, vəhyin enməsini öz gözləri ilə gör-
müş, Peyğəmbərlə oturub-durmuşdular, ərəb dilini də əməli-başlı 
mənimsəmişdilər. Onlar islamın seçilmiş övladları idilər, odur ki, 
Quranı başa düşmədə sonrakı nəsillərdən fərqlənirdilər. Hər dəfə 
vəhyin endiyi əsrə yaxınlaşdıqca, keçmişə üz tutduqca, əsil mən-
bələrə yetişdikcə Quranı daha dürüst anlayırıq. Digər elmi bilik-
lərdə isə bunun əksinədir: gələcəyə doğru addımladıqca elm daha 
obyektiv xarakter alır. Çünki bugünün elmi tərəqqisi dünənin el-
mi səhvlərini düzəldir. 
Ancaq bu reallıq Quranı araşdırmağımıza, Quran dünya-
görüşünü elmi nailiyyətlərlə səsləşəcək müstəviyə çıxarmağımıza 
mane olmamalıdır. Quran öz ölməzliyini, hər bir dövrlə ayaqlaş-
ma xüsusiyyətini itirməməlidir. Erkən dövrün Quranı anlama tər-
zi əsas götürülməlidir. Buna ciddi riayət etmək lazımdır. Ancaq 
bu, o demək deyil ki, erkən dövr müsəlmanları sosial münasibət-
lər zəminində ortaya çıxmış yeniliklər, mədəni inkişaf və gözlənil-
məz problemlər haqqında hər şeyi danışmışlar.  



 
335 
Quranı araşdırıb üzərində düşünmək lazımdır. Elm və in-
sanların idrak səviyyəsi inkişaf edir. Bəli, biz erkən dövr Quranı 
başa düşmə tərzindən yapışmalı, ondan imtina etməməliyik. An-
caq məsələnin başqa tərəfləri də var. Qorxuram ki, bəzi insanlar 
məsələni səhv başa düşüb, belə bir gümana qapılsınlar ki, erkən 
dövrün Quranı başadüşmə tərzi ilə kifayətlənmək sonrakı dövr-
lərlə maraqlanmamaq deməkdir, islam və Quranın ətaləti demək-
dir.   
Qəzali
: Düşünürəm ki, Peyğəmbər (Ona Allahın xeyir-
duası və salamı olsun!): “Bəzən bilikli şəxs ondan daha bilikliyə 
bilik çatdırır”, – deməklə bu problemi həll etmişdir. Peyğəmbər 
öz dövrünün bilikli şəxslərinə deyərdi: “Məndən bir ayə də olsa 
(başqalarına) çatdırın”. Yəni, bu yolla da olsa bildiklərinizi sizdən 
daha biliklilərə çatdırın; “Bəlkə də bilik çatdırılan şəxs həmin bi-
liyi ona çatdıranlardan daha yaxşı dərk edəcək, qavrayacaqdır”.  
Erkən islam dövrü onunla fərqlənir ki, həmin dövrdə çoxlu 
sayda əməlisaleh bəndə yaşamış və peyğəmbərlik nurundan fay-
dalanmışlar. Sonrakı dövrlərdə, heç şübhəsiz, öz fəhmi ilə ilk mü-
səlman nəslindən heç də geri qalmayan “əjdahalar” yaşamışdır. 
Ancaq bu əsrlərin ümumi səviyyəsi erkən dövrün səviyyəsi ilə bir-
dirmi? Bax, fərq burasındadır. Bu haqda Quran buyurur:  
“(Öndə olanların) çoxu əvvəlkilərdən, azı da axırıncılar-
dandır” (əl-Vaqiə, 13-14).  
“Çoxu əvvəlkilərdən...” dedikdə Peyğəmbər (Ona Allahın 
xeyir-duası və salamı olsun!) və dünyanı köklü surətdə dəyişdirən 
səhabələr nəzərdə tutulur. Axırıncılardan olan azlar da vardır. An-
caq azlıq yaşadığı mühitdə özünü qərib hiss edər. Ola bilsin ki, in-
sanın yaşadığı mühit elmi mühitdir, ancaq insan təkcə ağıldan 
ibarət deyil axı?! Onun könlü də vardır. Elə şəxslər var ki, zəkaca 


 
336 
üstündürlər, amma həyat tərzləri sadəlikdən uzaqdır. Yüksək in-
tellektləri olmasa da, fədakarlıq və insanlığı unutmayan kəslər az 
deyil. 
İnsanın bitkinliyinə müxtəlif aspektlərdən yanaşmaq olar. 
Bu səbəbdən Quranın böyüklüyü dünyanın son gününədək da-
vam edəcəkdir. İlhamverici, parlaq ağıla sahib olan hər kəs Qu-
ranın əzəmətini anlayacaqdır. Bir hədisdə deyilir: 
“Ümmətim bərəkətli yağış kimidir. Başlanğıcının, yoxsa 
axırının daha xeyirli olacağı məlum deyil”
1
.  
Sonrakı nəsillər arasından Peyğəmbərin arzuladığı şəxslə-
rin çıxması mümkündür. Həmin şəxslər haqda peyğəmbərimiz 
bir dəfə demişdi: “Qardaşlarımı görmək istərdim”. Səhabələr on-
dan soruşdular: “Biz sənin qardaşların deyilikmi?” Peyğəmbər be-
lə cavab verir: “Siz mənim səhabələrimsiniz”
2
.  
Görəsən, Peyğəmbərin görmək istədiyi həmin qardaşlar 
kimlərdir? Onlar Peyğəmbərin elmi, ədəbi və bəyan möcüzəsi sa-
yılan Quranla sıx bağlılığı olan, vəhyi ürəklərinin dərinliyinə endi-
rən, ayələri elm və bilik əsrində izah etməyi bacaran, islamın inki-
şafı və güclənməsini təmin edən şəxslərdir. Təbii ki, bu, böyük 
nailiyyətdir.  
Həsənə
: Bu, problemin bir tərəfidir. Problemin digər tə-
rəfi daha fəlsəfidir. Madam ki, Quran bütün dövrlərə, insanlara, 
alimlərə, mədəni müxtəlifliyə xitab edir, onda onu müəyyən za-
                                                 
1
 Hədisi Əmr ibn Osmana istinadən İbn Əsakir rəvayət edib. Təbərani də 
“əl-Ca`me əs-Səğir” kitabına bu hədisi daxil edib. Bax: hədis № 1620. So-
nuncuya görə, hədis “həsən”dir. Təbərani hədisin bu versiyasını rəvayət 
edib: “Ümmətim mübarək ümmətdir. Əvvəlinin, yoxsa sonunun daha xeyirli 
olacağı bəlli deyil”. Bax: Ca`me əl-Cəvame, cild XI, səh. 1360. 
2
 Hədisi Əbu Hüreyrəyə (Allah ondan razı qalsın!) istinadən İmam Müslim 
(“Səhihi-Müslim” kitabı, “Təmizlik” fəsli) rəvayət edib.  


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə