342
EPİSTEMOLOGİYA VƏ
ONU ÖYRƏNMƏ ÜSULLARI
əsənə
: Epistemologiya göstərir ki, müsəlmanlar özlə-
rini kainatdan (təbiətdən) təcrid edə bilməzlər. Çünki
yer üzünə sahiblik Allahın hökmranlığından kənarda
deyildir, əksinə, onun bir parçasıdır. Qurana inanan müsəlman
kainata, ondakı əsrarəngizliklərə arxasını çevirməməli, əksinə,
onu öyrənməlidir, – bu, dini zərurətdir. Zərurətdir ona görə ki,
yer üzünü abadlaşdırmaq, insanları sivil formada idarə etmək
mümkün olsun.
Kainatdan söz açan ayələr insanı hidayətə qovuşduran də-
lillərdən biridir. Kainat haqda düşünmək insanı dinə, həqiqi ina-
ma aparıb çıxarır. Kainatı yaradan Allah insanı da xəlq edib, Qu-
ranı göndərib. Dedikləriniz təsdiqləyir ki, Quran insanı kainatla
baş-başa qoymuş, ona zaman və məkanı hiss etdirmiş, sosial hə-
yatda, maddi təbiətdə baş verənlərə diqqətini çəkmişdir.
Qəzali
: Quranın elmi ecazkarlığı, insanı elmi mühitlə tə-
min etməyi, biliklər haqda düşünsün deyə bütün qapıları onun
üzünə açmağı – bu faktlar çox şeyi deyir. Buna rəğmən, Quranın
elmi qayda-qanunlar qoyan texniki kitab olduğunu qəbul edə bil-
mərəm. Çünki elmi qayda-qanunları: a) müsəlman; b) xristian el-
mi qayda-qanunları deyə təsnif etmək doğru deyil. Elmi kəşf qa-
nunları birdir. Məfhumlarda səhv etmək olmaz. Vəhyi qəliz məsə-
lələrə qarışdırmağa heç kəsin haqqı çatmır.
Həsənə
: Mənə elə gəlir ki, bu məqamda iki şeyi bir-birin-
dən fərqləndirmək lazımdır: a) elmi dərk etmə vasitələri (mexa-
H
343
nizmi). Bu vasitələr bəşəriyyətin ortaq nailiyyətidir; b) elmin
məqsədi və vəzifəsi. Əqidə (ideologiya) elmin məqsədini müəy-
yənləşdirə, onu özünə təhkim edə bilir. Bu sarıdan islam təbabəti
və bu qəbil ifadələrdən istifadə etməyimiz mümkündür. Burada
“islam ...-ı/i/u/ü” dedikdə “məqsədi tənzimləmək, ona istiqamət
vermək” nəzərdə tutulur. Yəni, mexanizm və vasitələrə müəyyən
funksiya, məqsəd yükləmək, onları insanların xeyri üçün istifadə
etmək, bir sözlə, elmi əxlaq normalarına tabe etmək başa düşülür.
Beynəlxalq İslam Fikri İnstitutunda biliyin islamlaşdırıl-
ması problemi öyrənilir. Elmi biliklər, onu əldəetmə vasitələri də
eyni ola bilər. Ancaq biz “biliyin, elmin islamlaşdırılması” dedik-
də islam dəyərləri əsasında idrak prinsiplərinin müəyyənləşdiril-
məsini, islamın qarşıya qoyduğu məqsədlərin gerçəkləşməsi üçün
elmə müəyyən funksiyaları yükləməyi nəzərdə tuturuq. Tələb
olunan şey elmi fəaliyyətə lazımi istiqamət verməkdir. Məqsəd
mexanizm deyil, ayrıca epistemoloji identikliyə nail olmaqdır.
Qəzali
: Bunun bir eybi yoxdur. Söylədiklərinizə əlavə ola-
raq deyim ki, texniki elmlərdə belə bir anlayış var: məchula həva-
lə! Əksər hallarda fizika və kimyanın əsasında sual işarəsi durur.
Biliyin islamlaşdırılmasına gəlincə, bu anlayış yaradılışın
əsasında bir sual işarəsinin olduğunu qəbul etmir. Məsələn, toxu-
mu torpağa əkirik, toxum cücərir və bitki böyüyür. Nədir toxumu
yetişdirən? Botaniklər cavab verirlər ki, təbiət, lazımi komponent-
lər, münbit şərait, əlverişli mühit...
Bütün bunlar Ali Gücə – Allahın etdiklərinə pərdə çək-
məkdir. Mən inanmıram ki, torpaq buğda dənini bitirmək gücünə
sahib olsun. Bu problemdir! Necə ola bilər ki, “şüursuz” torpaq
həmin dənə tələb olunan miqdarda nişasta, qlükoza, mineral
maddələr yerləşdirsin, onu sünbülündə qılafla örtülü 7-8 dəni
344
olan bitkiyə çevirsin? Bütün bu əməliyyatı “kor və şüursuz” tor-
paq icra edə bilərmi?!
Bunları tənzimləyən zəka (intellekt) mövcud olmalıdır.
Müasir elm bütün bunların yanından sakitcə, soyuq tərzdə keçir,
Allah haqqında bir kəlmə də kəsmir. Bu nankorluqdur!
Həsənə
: Təbiətdəki qarşılıqlı təsir öz-özünə baş vermir və
müəyyən qanunlarla tənzimlənir. Kimdir bu qanunları qoyan, bu
formada baş verməyini təmin edən? Burada bir məqama diqqət
etmək lazımdır: Allahın həmin qanunları qoymağına inanmaqla
kifayətlənmək doğru olmazdı. Bununla yanaşı, nəticələr, səmərə-
lər yetişmə (bitmə, cücərmə) qanunu qoyan Allahın müəyyənləş-
dirdiyi dəyər və məqsədlərlə tənzimlənməlidir.
Bundan qabaq qeyd etdik ki, elmlər və ya elmi həqiqətlər
hər yerdə eynidir. Elə isə problemi bu cür qoya bilərik: Nə üçün
elm hər yerdə elmdir? Kimdir bu qanunauyğunluğu yaradan?
Digər bir məsələ də var. Elmləri “elm elm üçün, sənət də
sənət üçündür” təmayülünün təsirindən qurtarmaq lazımdır. Elm
bir məqsədə qulluq etməlidir. Nədir bu məqsəd? Onu kim müəy-
yənləşdirməlidir? Bu məqsədin müəyyənləşdirilməsi prinsipləri
nələrdir? Bu məqamda əqidə (ideologiya) köməyə gəlir: elmi fəa-
liyyətə dəqiq və konkret forma verir, məqsəd və məqsədi müəy-
yənləşdirən prinsipləri təsis edir, elmə xüsusi missiya yükləyir, el-
mi həyata məna qazandırır, elmi davranışı əxlaq dəyərləri ilə bə-
zəyir.
Düşünürəm ki, biliyin islamlaşdırılmasında güdülən məqs-
əd elə budur. Belə ki, islam təbabəti dedikdə tibbin məqsədlərinə
nəzarət edib onu islamın münasib bildiyi istiqamətə yönəltmək
başa düşülür. Məsələn, belə də deyə bilərik: müasir memarlıq
müsəlman məişət həyatının bəzi komponentlərini (məhrəmlik və
345
s.) nəzərə almır. Ancaq memarlıq memarlıqdır, sement, bünövrə,
smeta miqdarı hamılıqla qəbul görmüş anlayışlardır. Odur ki,
memarlığın məqsədi üzərində düşünmək lazımdır. Lazımdır ona
görə ki, elmi memarlıq layihələri müəyyən sosial dəyərləri (məh-
rəmlik, məskunlaşma, başqalarına zərər verməmə, hava və günəş
işığının qarşısını kəsməmə və s) nəzərə alsın.
Qəzali
: Şübhə yoxdur ki, Orta əsr memarlıq sənəti islamın
əxlaq dəyərlərinə əsaslanırdı. Bu üzdən memar evin planını çəkər-
kən məhrəmliyi nəzərdə alır, evi də elə tikirdi ki, uzaqdan baxan-
lar içərini görə bilmirdilər. Evlərə bitişik su içmə yerlərini elə dü-
zəldilirdi ki, ondan su içənlər həyəti, evin içərisini görə bilmir-
dilər. Avropalılar isə memarlıq sənətinin evini yıxıblar. O avropa-
lılar ki, heykəllərin ayıb yerlərinin də yonulub düzəldilməsini ayıb
saymayan ata-babalarından onlara heyvani çılpaqlıq miras qalıb.
Hətta onların filosofları homoseksuallıqda qəbahət görməmiş,
bəlkə də ədəbi məclislərdə bu işi adi hal hesab edərək gerçəkləş-
dirmişlər. Ancaq dinimiz dəyərlər gətirmiş, bu dəyərlərə ehtira-
mın zəruriliyini bildirmişdir.
Həsənə
: Aşağıdakı anlayışların mövcudluğunu qəbul edə
bilərikmi: Elm, epistemologiya, elmə istiqamət verən dəyərlər sis-
temi.
Cavab: Bəli. Elm, epistemologiya və elm əxlaqı fərqli anla-
yışlardır, funksiyaları da müxtəlifdir. Məsələn, deyəndə ki, üçbu-
cağın daxili bucaqlarının cəmi 180 dərəcədir, dinin buna nə aidiy-
yəti var?! Ancaq biz bu qaydanı evlərimizi tikərkən tətbiq etdiyi-
miz zaman islamın ona münasibətini mütləq bildiririk.
Dostları ilə paylaş: |