Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə83/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   79   80   81   82   83   84   85   86   ...   90

 
326 
Qəzali
: Bəlkə də bununla Şatibi Quranı hər bir şeyə aid et-
mək istəyən elmi ecazkarlıq tərəfdarlarını susdurmaq, onları “yer-
lərinə oturtmaq” istəmişdir. Belə şəxslərdən biri də Əbdürrəzzaq 
Nofəldir
1
. O, Qurandakı elmi ecazkarlığa dair yüzlərlə ayədən 
söhbət açsa da, ayələrin heç birinin elmi ecazkarlıqla əlaqəsi yox-
dur.  
Həsənə
: Doğrusunu Allah bilir, ancaq mənə elə gəlir ki, 
elmi ecazkarlığı elmi təfsir adlandırmaq daha düzgün olardı. 
Çünki elmin inkişafı imkan verir ki, bəzi ayələr daha yaxşı başa 
düşülsün. Allah təala buyurur:  
“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, 
Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, 
kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilin-
də mütləq göstərəcəyik...” (Fussilət, 53). 
Fikrimcə, elmi təfsir anlayışı elmi ecazkarlıq məfhumun-
dan daha tutarlıdır.  
Qəzali
: Əbdürrəzzaq Nofəl daş kömür və neftin üzvi, hey-
vani maddələrdən əmələ gəldiyi haqda danışarkən aşağıdakı ayə-
lərdən arqument kimi istifadə etmişdir:  
“O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxart-
dı. 
Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi” (əl-Əla, 
4-5).  
O, bu ayələrə istinadən bildirirdi ki, neft və daş kömür bit-
ki və heyvanlardan əmələ gəlib. Təbii ki, ayəni bu cür başa düş-
                                                 
1
 Əbdürrəzzaq Nofəl: Müasir Misirli alimdir. Əsərləri: “Din və elm arasın-
da”, “Allah və müasir elm”, “İslam və müasir elm”, “İslam din və dünyadır”, 
“Çətin suallar”, “Sirlər və qəribəliklər” və s.   


 
327 
mək doğru deyildir, mətləbsiz yerə ayəyə aidiyyəti olmayan məz-
munu zorla “geyindirməkdir”.  
Həmçinin, o, Yerin kürə formasında olmağına aşağıdakı 
ayəni dəlil göstərmişdi:  
“Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə ya-
tarkən gəlməyəcəyinə əmin idilərmi? 
Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz 
oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi?” (əl-Əraf, 
97-98). 
Müəllif iddia edir ki, ayədəki “duhə” (gündüz çağı) sözü 
gecə mənasına gəlir. Deməli, Yer kürə formasındadır! Belə də 
izah olar? Əslində, bu, ayənin mənasını zorla aidiyyəti olmayan 
məsələlərə şamil etməkdir!  
Həsənə
: Quranın subyektiv təfsirini qadağan edən rəva-
yətlər mövcuddur. Məsələn, Həzrəti Əbubəkr (Allah ondan razı 
qalsın!) demişdir: “Quranda olanları özüm bildiyim kimi izah et-
səm, hansı yer məni gəzdirər, hansı səma mənə kölgə salar?” Belə 
bir hədis də var: “Quranı şəxsi yanaşması əsasında təfsir edən kəs 
(dedikləri) doğru çıxsa da, səhv etmiş sayılır”
1
. Digər hədisdə isə 
                                                 
1
 Hədisi Cünduba (Allah ondan razı qalsın!) istinadən Əbu Davud (“Sünən” 
kitabı, “Elm” fəsli, “Allahın kitabı haqda bilmədən söz söyləmək” bölümü), 
Tirmizi (“Sünən” kitabı, “Quran təfsiri” fəsli, “Quranı öz rəyi ilə təfsir edən 
şəxs haqda deyilənlər” bölümü) rəvayət etmişlər. Tirmizi yazır: “Bu, “qə-
ribə” hədisdir. Bəzi mühəddislər bu hədisin rəvayətçilərindən birini tənqid 
etmişlər. Bu, Süheyl ibn əbu Həzmdir. Münziri deyib: “Süheyli İmam Əh-
məd, Buxari, Nəsai və başqaları tənqid etmişlər”. Bax: Töhfə əl-Əhvəzi, cild 
IV, səh. 66.  


 
328 
deyilir: “Kim Quranı şəxsi görüşü ilə izah edərsə, Cəhənnəmdəki 
yerinə hazırlaşsın!”
1
  
Bu hədislərin zahiri mənası Quran barədə düşünməyi qa-
dağan etmirmi?  
Qəzali
: Fikrimcə, hədislərdə “şəxsi görüş” dedikdə Qura-
na səhv məzmun vermək, onu şəxsi məqsədlərə təhkim etmək ki-
mi pis niyyət və istək başa düşülür. 
 
 
                                                 
1
 Hədisi Abdullah ibn Abbasa istinadən (Allah ondan razı qalsın!) Tirmizi 
(“Sünən” kitabı, “Quran təfsiri” fəsli, “Quranı öz rəyi ilə təfsir edən şəxs haq-
da deyilənlər” bölümü) rəvayət etmiş və demişdir: “Bu, “həsən” hədisdir. 
İmam Əhməd də hədisi başqa istinadla rəvayət edib”. Bax: Töhfə əl-Əhvəzi, 
cild IV, səh. 65.  


 
329 
 
 
QURAN VƏ ZAMAN 
 
 
əsənə
: Müxtəlif dövrlərdə yaşamış müfəssirlərin əsər-
lərinə nəzər salsaq görərik ki, hər bir dövrün alimləri 
Quranı elmi dünyagörüşləri və bilikləri çərçivəsində 
izah etmişlər. Müxtəlif dövrlərdə yazılmış təfsirlərdə hər bir döv-
rün elmi nailiyyətləri, bilik səviyyəsi əks olunmuş, ayələrin yeni-
yeni izahları verilmişdir. Hər bir əsrlə ayaqlaşması Quranın öl-
məzliyindən xəbər verir. Quran daima heyrətləndirir. Hər dəfə in-
sana və kainata dair bir ayənin yeni-yeni mənaları üzə çıxarıldıqca 
Quranın əbədiliyindən yəqinliklə əmin oluruq. Quranda da bu 
haqda buyurulur: 
“Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, 
Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, 
kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilin-
də mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər 
şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyil-
mi?!” (Fussilət, 53). 
Elm, təbiət qanunları, sosial-humanitar sahələr üzrə kəşflər 
Quran dünyagörüşünün həqiqiliyini bir daha təsdiqləyir.  
Qəzali
: Pak Allah Quranın böyüklüyünə üç dəfə kainata 
and içməklə təsdiqləyib. Allah təala birinci dəfə ulduzların möv-
qelərinə (olduqları kosmik fəzaya), ikinci dəfə kainatda gözlə gö-
rülən və görülməyən şeylərə, üçüncü dəfə isə göy cisimlərinin or-
bitlərinə, dövrə vurmalarına and içmişdir.  



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə