Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə36/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   32   33   34   35   36   37   38   39   ...   90

 
142 
ğunu qəbul etməyə çağır. Qəbul edərlərsə, bildir ki, Allah gün ər-
zində beş vaxt namazı onlara vacib buyurub. Qəbul edərlərsə, de 
ki, Allah zəkat verməyi fərz qılıb: (zəkat) varlılardan yığılar, ka-
sıblara verilər. Buna da razı olsalar, nə badə yerdə qalan var-döv-
lətlərinə əl dəyəsən. Məzlumun duasından qorx. Məzlumun dua-
sını qəbul etmədə Allaha heç nə mane deyildir!”
1
.  
Biz müsəlmanlar qeyri-müsəlman cəmiyyətlərlə əlaqələr 
yaradırıq. Bugünkü müsəlman cəmiyyəti Quranın nazil olduğu, 
son hökmün tətbiq edildiyi İlk Müsəlman cəmiyyəti də deyil. Qu-
ran bütün bəşəriyyət üçün göndərilmiş kitabdır... Bugünkü zeh-
niyyətimizə son hökm hakim kəsilib. O hökm ki, nəhayətində 
onu qəbul etməyimiz zəruridir. Bu hökmdən kənara çıxmamız 
doğru deyildir. Çünki ondan kənara sapmaq imkanımız xaricin-
dədir. Məsələ seçim məsələsi də deyil... İçki haramdır. Pak və Uca 
Allah buyurur: 
“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər 
də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlar-
dan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə, 90). 
Hər bir halda içkidən uzaq durmaq lazımdır. Ancaq mən 
son hökmün qəbul edilməsinin zəruriliyinə inanan şəxs olaraq is-
təyirəm ki, digər cəmiyyətlərə islamı öyrədim. Bu zaman mən nə 
etməliyəm? Onların bəzi həll variantlarını qəbul edib son hökmü 
onlara müəyyən zamanadək tətbiq etməməliyikmi? Məsələn, iç-
kinin haram olduğunu, ondan uzaq durmağın vacibliyini qətiy-
yətlə elan etməklə dəvət “qapı”sını onların üzünə taybatay bağla-
malıyıq, yoxsa onları son hökmün qəbuluna hazırlamalıyıq? Bə-
zən dəvət “əməliyyat”ı bir sıra hökmlərin təxirə salması ilə şərtlə-
nir. Çünki bunu real şərait tələb edir.  
                                                 
1
 Buxari. Came əs-Səhih, “Zəkat” fəsli.  


 
143 
Qəzali
: Halal və haramın hökmünü dəyişmək yolveril-
məzdir. Mən yalnız və yalnız içki içənin cəzalandırılması ilə bağlı 
öz ictihadımı irəli sürürəm. Bəli, qətiyyətlə qəbul edilməlidir ki
içki rəzalətdir, onu içmək islamdan, Allaha itaətdən uzaqlaş-
maqdır. Ancaq içki içənlərlə yumşaq davranmalı, kobudluq gös-
tərməməliyik. İlk Müsəlman cəmiyyətində olduğu kimi, bu mə-
qamda da hökmlər tədricən tətbiq edilməlidir. Çünki əvvəllər içki 
içənlər çoxluca kötəklənmirdilər; sadəcə paltarın üstündən döy-
mək olardı. Səksən şallağa gəlincə, bu cəza bir çox səhabənin, o 
cümlədən Həzrəti Əlinin (Allah onlardan razı qalsın!) iştirak et-
diyi bir məşvərətdən sonra müəyyənləşdirilib. Deməli, bu məsə-
lədə əvvəlkilər kimi davranmaq mümkündür: əvvəlcə yüngülləş-
dirir, sonra qəlizləşdiririk. 
 
 


 
144 
 
 
İXTİLAF DİNDƏ PARÇALANMADIRMI? 
 
 
əsənə
: Quran həyatın ümumi məcrasını müəyyənləş-
dirən, nizamlayıcı qanunauyğunluqları açıqlayan, bə-
şəriyyətin taleyini tənzimləyən dəyərləri təsis edən bir 
kitabdır. Qurana münasibətdə, onun məğzini dərkdə insanın 
boynuna: a) sözügedən məcranı müəyyənləşdirmək; b) məlum 
qanunauyğunluqların perspektivlərini, kainatdakı hər şeyin biz-
lərin ixtiyarına verilməsi qanunlarını üzə çıxarmaq; v) sapma ol-
masın deyə, bəşəriyyətin taleyini tənzimləyən dəyərlər əsasında 
proqramlar təsis etmək düşür. Ancaq insanın öz ictihadı ilə var-
dığı nəticə din, yəni müqəddəs ideya deyil, bəşəri rəydir, fikirdir. 
Rəy səhv də ola, doğru da çıxa bilər. Çünki o, bu və ya digər şəx-
sin fəhm səviyyəsini əks etdirir. Bəzən bir insan öz üstün zəkası, 
iti fəhmi, mühakimə bacarığı sayəsində dini mətnlərin münasibət 
bildirmədiyi mövzuda başqalarından fərqli mövqe nümayiş et-
dirir.  
Quran nöqteyi-nəzərini zənginləşdirən, tənzimləyici də-
yərlər çərçivəsindən kənara çıxmayan fərqli-fərqli fikirləri, rəyləri 
qəbul edə bilərikmi? Buna dair misallar gətirmək mümkündür-
mü? Belə olduğu halda biz hər şeyi haram etmək, başqalarını 
küfrdə təqsirləndirmək, “gözdə qıl axtarmaq”, yalnız bir görüşü 
doğru saymaq xəstəliyindən qurtulmuş olarıq.  
Dəyər meyarları əsasındakı ictihadlarımız dinin parçalan-
ması mənasına gəlmir ki? Dini parçalamağın qadağan edilməsi 
haqda Quranda deyilir: 



 
145 
“(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini 
parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmış-
dır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcək-
dir!” (əl-Ənam, 159); 
“(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf 
dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müş-
riklərdən olmayın! 
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə-
zisi  bütlərə,  bəzisi  günəşə  və  aya, bəzisi ulduzlara səcdə etməyə 
başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) 
sevinər” (ər-Rum, 31-32).  
Fikrimcə, Quran prinsiplər qoymuş, dini mətnləri reallığa 
tətbiq edib proqramları cızmağı insan ağlına həvalə etmişdir. Yə-
ni, hər bir dövrün problemləri və biliklərinə uyğun olaraq bu mə-
sələdə ictihad etmək mümkündür.  
Qəzali
: Şübhəsiz, Quran ümumi prinsiplər qoysa da, bir 
çox məsələdə Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı ol-
sun!) təfsilata varmaq səlahiyyəti vermişdir. Peyğəmbər də (Ona 
Allahın xeyir-duası və salamı olsun!) ibadətlə əlaqəli mövzuları 
detalları ilə açıqlamaqla yanaşı, bir çox məsələlərin izahını sonra-
kı nəsillərə həvalə etmişdir. Allahın rəsulu istəyirdi ki, zaman keç-
dikcə insanlar özləri bu məsələləri üzə çıxarsınlar, özlərinə daha 
faydalı, münasib olanı seçsinlər. Söz məqamına çəkər: islamda 
haqq və fayda vəhdətdə nəzərdən keçirilir. Və ya belə deyə bilə-
rik: nə faydalıdırsa, deməli, haqdır. Ayəyə nəzər salaq: 
“...Allah haqq ilə batili (sizdən ötrü) ayırd etmək üçün belə 
misallar çəkir. Köpük heç bir şey olmadığı üçün uçub gedər. İn-
sanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misal-
lar çəkir!” (ər-Rəd, 17). 


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə