Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə37/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   33   34   35   36   37   38   39   40   ...   90

 
146 
Hesab edirəm ki, təbiət etibarı ilə haqq – insanlara faydası 
dəyən, millətlərin mənafeyi ilə səsləşən və ehtiyac hiss edilən şey-
dir... 
Bir daha qayıdaq Quranın bütün insanlar üçün müəyyən-
ləşdirdiyi ümumi meyarlara. Quranda namaz, oruc və həclə bağlı 
xüsusi qaydalar var. Çünki bu ibadətlər zamanın dəyişilməsi ilə 
dəyişikliyə uğramır. Ancaq şuranın (məşvərət məclisi) inzibatı 
tərkibi, forması haqda Quranda konkret göstərişə rast gəlmək 
mümkün deyil. Şura zəruri dəyərdir. Ancaq onu necə reallaşdıra-
cağıq? Hətta müasir dövrdə belə özlərini azad (liberal) hesab 
edən dövlətlərdə demokratiyanın hamı tərəfindən qəbul edilmiş 
forması yoxdur. Amerika Birləşmiş Ştatlarının dövlət idarəçiliyi 
prezident üsul-idarəsi əsasında qurulub. Ancaq orada belə bəzən 
icraedici hakimiyyət qanunverici hakimiyyət tərəfindən sıxışdırı-
lır; həm də icraedici hakimiyyətin başçısı hesab edilən ölkə pre-
zidenti qanunverici orqanın icazəsi olmadan məmurları təyin edə 
bilmir. Bununla yanaşı, Qərb demokratiyası həm liberallıq, həm 
də monarxiya əsasında mövcuddur. Avropada krallar, kraliçalar 
yaşayır, amma ölkələri idarə etmirlər. İngiltərə demokratik siste-
mi Birləşmiş Ştatlarınkından tamamilə fərqlənir. Fransa demok-
ratiyası ölkə prezidentinin xalq tərəfindən seçilməsini şərt qoydu-
ğu halda, İtaliyada bu səlahiyyət ölkənin parlament və senatına 
verilib.  
Bu sistemlərin mahiyyəti fərqlidir... Bu ölkənin xalqının 
mənafeyi ilə səsləşən şey digər ölkə xalqının mənafeyinə zidd ola 
bilir. Bir ölkədə azadlıq meyarları bir cür, digərində isə başqa cür 
ola bilir... Bütün bu təfsilatlı məsələlər insanların, zamanın öhdə-
sinə buraxılır. Heç kəs iddia edə bilməz ki, yalnız onun rəyi yega-
nədir və yalnız onun rəyi ümumi mənafeyi təmin edə bilər.  


 
147 
Bu deyilənlər şuraya aiddir. Sosial ədalətə gəlincə, bu mə-
sələ daha diqqətlə nəzərdən keçirilməlidir; görəsən, sosial ədalət 
mülkiyyəti və ya icarə münasibətlərini məhdudlaşdırır, yoxsa sər-
bəst buraxır? Və ya fərdlərin iqtisadi azadlıqlarına dövlət nə qədər 
müdaxilə edə bilər? Bu məsələ də “İnsanlar nə qədər xəta edərlər-
sə, o qədər də mühakimə olunarlar” məntiqinə tabedir, yəni, xal-
qın ixtiyarına buraxılıb. Bir şəraitdə məhdudlaşdıra, başqasında 
da rədd edə bilərik. İngiltərədə olduğu kimi: Leyborist partiyası 
infrastrukturu dövlət mülkiyyəti elan etdiyi halda Mühafizəkarlar 
partiyası özəlləşdirmişdir. Və xanım Baş nazir (Marqaret Teççer 
nəzərdə tutulur – mütərcim) bəzi müəssisələri fəhlələrin müştə-
rək işlədiyi korporativ şirkətlərə çevirmişdi.  
Bütün bu cəhdlər sosial ədalətin təmini vasitələridir. Vasi-
tələridir ona görə ki, islamın ehtiyatlandığı situasiya yaranmasın: 
bir qonşu tox, digəri də ac gecələməsin. Məsələ təkcə fərdin ətraf-
da baş verənlərin fərqində olmağı ilə bitmir. Bununla yanaşı, döv-
lət də kütlələr arasında inam və əmin-amanlığı yaymada oyanıq 
olmalıdır.  
“əl-Müvafəqat” kitabının müəllifi (İmam Şatibi) bəzi mə-
sələlərin əhəmiyyətindən danışır: islam lüks yaşayışı və yer üzün-
də fitnə-fəsad çıxarmağı haram qılıb. Peyğəmbər (Ona Allahın 
xeyir-duası və salamı olsun!) Quranda olmayan, ancaq onun 
ümumi çərçivəsindən də kənara çıxmayan, ya da fəqihlərin dediyi 
kimi, Quranın ümumi mənası və ya məqsədlərini ifadə edən 
hökmlər qoymuşdur. Məsələn, bir çox ayədə göstərilir ki, ümmə-
tin “ip”inin lüks əhlinin əlində olmağı bir təhlükədir: 
“Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) 
qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində 
yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri (Alla-


 
148 
hın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!” – dedilər” (Sə-
ba, 34); 
“Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları 
təyin etdik ki, onlar (günahlarını, bunun nəticəsində də axirətdə 
əzablarını daha da artırmaq üçün) orada bacardıqları qədər 
məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, 
lakin (bunun) fərqinə varmazlar” (əl-Ənam, 123). 
Elə isə belə təbəqələşmənin qarşısını necə almaq müm-
kündür? Bu, Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı ol-
sun!), ondan sonra ümmətə rəhbərlik edəcək şəxslərin ixtiyarına 
buraxılıb. Bununla da şər bir əməlin qarşısı alınmış sayılar. Ancaq 
konkret həll yolu da göstərilməyib. Deməli, həll vasitələri azad ic-
tihad yolu ilə müəyyənləşdirilməlidir. 
 
 


 
149 
 
 
HİKMƏT VƏ MİZAN-TƏRƏZİ (ÖLÇÜ) 
 
 
əzi kitablarımda iki məsələdən söz açmışam: a) hikmət; 
b) mizan-tərəzi (ölçü). Sonuncu ilə bağlı ayələrə nəzər 
yetirək: 
“Kitabı və mizan-tərəzini (insanlar arasında ədalət tərəzisi 
olan şəriəti) haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə 
də, o saat (qiyamət saatı) yaxındır!” (əş-Şura, 17); 
“And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə 
(möcüzələrlə) göndərdik. Biz onlara birlikdə (Allahın hökmlərini 
bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, in-
sanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...” (əl-Hədid, 25). 
 
Mizan-tərəzi nə deməkdir? 
 
“Hikmət” sözü Qurani-Kərimdə istər əlahiddə, istərsə də 
“Kitab” sözü ilə birlikdə təxminən iyirmi yerdə işlədilib. Kim hik-
məti Sünnə ilə eyniləşdirərsə, səhv edər. Çünki biz Allah təalanın 
“(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədə-
cək” kəlamını
1
 oxuduğumuz zaman necə ola bilər ki, hikməti 
Sünnə ilə eyniləşdirək?! Axı söhbət İsa peyğəmbərdən (Ona sa-
lam olsun!) gedir. Bu ayələrə də nəzər salaq: 
“Həqiqətən, Loğmana: “Allaha şükür et!” (deyə) hikmət 
verdik...” (Loğman, 12); 
                                                 
1
 “Ali-İmran” surəsi, 48-ci ayə. 



Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə