Microsoft Word Qurana munasebet doc



Yüklə 8,26 Kb.
Pdf görüntüsü
səhifə45/90
tarix04.11.2017
ölçüsü8,26 Kb.
#8577
1   ...   41   42   43   44   45   46   47   48   ...   90

 
175 
mamışıqsa, hələ də təəssüf ki, “Şura dövlət başçısına icbari deyil-
dir” – deyənlərə rast gəlinirsə, onda yad terminlər “meydan sula-
yacaqdır”. Madam ki, biz bizdə əsas sayılan şeyə – şuraya qarşı-
yıqsa, bu, belə olaraq qalacaqdır.  
Şura nə üçün islamda əsas dəyərdir? Çünki fərd toxunul-
maz (müqəddəs) hakimiyyət mənbəyi ola bilməz. İslama görə, 
təkcə camaat halında ikən yolu azmamaq mümkündür. Camaatı 
fərdə qurban vermək yolverilməzdir. Bu, Peyğəmbərin (Ona Al-
lahın xeyir-duası və salamı olsun!) aşağıdakı hədisinə də ziddir: 
“Bu ümmət əsla zəlalətdə bir araya gəlməz”
1
. Müsəlmanların gö-
zəl hesab etdikləri şey gözəldir.  
 
 
 
                                                 
1
 Hədisi İbn Ömərə (Allah ondan razı qalsın!) istinadən Tirmizi və Hakim 
rəvayət etmişdir. Hədisin istinad zəncirində Süleyman ibn Şəban əl-Mədə-
ninin adı çəkilir ki, o da mötəbər şəxs deyildir. Bax: Təlxis əl-Həbir, cild III, 
səh. 162.  


 
176 
 
 
MİKRO VƏ MAKROKOSMOSDAKI İLAHİ 
QANUNAUYĞUNLUQLARIN ÖYRƏNİLMƏSİ 
 
Mədəni nümunəvilik 
 
əsənə
: İlahi qanunauyğunluqlar konkret qanunlardır. 
Quranda həyat və canlıları tənzimləyən qanunauyğun-
luqlardan – əslində, bunlar tarixi, sosial-psixoloji qanu-
nauyğunluqlardır – söz açılır. Həmçinin, bu səmavi kitabda xalq-
ların inkişafı və tənəzzülü qanunauyğunluqlarına toxunulur. Özü 
də bu qanunauyğunluqlar adətən hər qissədən sonra diqqətə çat-
dırılır. Quran təsdiqləyir ki, bu qanunauyğunluqlar bütün insan-
lar üçün eynidir, onların üzə çıxarılması və nəzərə alınması mədə-
ni nümunəvilik (yer üzünü abadlaşdırmaq, varislik vəzifəsini ye-
rinə yetirmək) baxımından çox zəruridir. Bizdən insanlara liderlik 
edib onlara şahid olmağımızı Allah təala özü istəyir:  
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) 
bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid ola-
sınız...” (əl-Bəqərə, 143). 
Qanunauyğunluqları üzə çıxarmaq qərblilərin inkişafına, 
tərəqqisinə imkan vermişdir. Müsəlmanların da bu qanunauy-
ğunluqlardan xəbərsiz qalmaları onların tənəzzülünə, geriliyinə 
səbəb olmuşdur. Nəticədə onlar idarə edənlər olmaq əvəzinə
idarə olunanlara çevrilmişlər.  
Bu mövzunu müzakirəyə çıxarıb Qurandakı qanunauy-
ğunluqlara dair misallar gətirmək mümkündürmü? Müsəlmanlar 
bu gün həmin qanunauyğunluqları nəzərə almaqda, onlara uyğun 



 
177 
fəaliyyət göstərməkdə acizdirlər.  
Görəsən, gözəl nümunə olan İlk Nəsil müsəlmanları bu 
qanunauyğunluqları necə başa düşmüşlər ki, böyük bir mədəniy-
yət qurmuşlar?  
Bəzi ilahi qanunauyğunluqlara daxildir: 
1. Tədricilik 
2. Əcəl (sonun çatması) 
3. Mədəniyyətlərin “tədavül”ü 
4. Müdafiə 
5. “Təsxir” (kainatdakı hər şeyin insanların xidmətinə ve-
rilməsi) 
6. Makro və mikrokosmosdakı (kainat və insandakı) digər 
qanunauyğunluqlar.   
Allah təala buyurur: 
“...(ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda 
heç bir dəyişiklik tapmazsan!” (Fatir, 43). 
Qəzali
: “Hikmət” sözünün təfsirində İbn Abbasın (Allah 
ondan razı qalsın!) dedikləri diqqətmi çəkib: “Hikmət – insan-
ların böyük elmdən qabaq kiçik elmi öyrənmələridir”. Bu, ağlaba-
tan sözdür. Onun dediklərinə etimad göstərə bilərik.  
Hikmət insanlara etməyi bacardıqları şeyləri danışmaqdır. 
Bu mövzu ilə bağlı iki hədis vardır: 
Birinci
: “İnsanlara məlum şeylərdən söz açın. Yoxsa siz 
Allah və peyğəmbərinin yalançı hesab edilməsinimi istəyirsiniz?”
1
 
İkinci
: “Əgər bir dəstə insanla söhbət etdiyin zaman on-
ların dərk etmədiyi şeylərdən danışsan, bu, onların bəzisi üçün 
                                                 
1
 Hədisi Əli ibn əbu Talibə (Allah ondan razı qalsın!) istinadən İmam Buxari 
rəvayət edib.  


 
178 
fitnə-fəsada yol açar”
1

Bu da öz növbəsində zəruri edir ki, islamın mahiyyətinə 
bir bütöv kimi nəzər salaq. Bir bütöv kimi islam fərdlə, kollektiv 
və dövlətlə bağlı göstərişlərdən, təlimlərdən ibarətdir. Daha sonra 
aşağıdakı suallara cavab axtaraq: Kimlərə müraciət etməliyik; on-
ların şəraiti nə yerdədir; tarixi, iqtisadi, sosial-mədəni vəziyyətləri 
necədir?  
Müsəlman dəvətçisi insanların tələbatına müvafiq islam 
təlimlərini öyrətməli, dinin islah edə biləcəyi situasiyaları nəzər-
dən qaçırmamalıdır.  
Dəfələrlə şahidi olmuşam ki, əksər müsəlmanlar qədimdən 
bəri mübahisələrə səbəb olmuş xüsusi növ əqidə mövzuları əsa-
sında dəvət aparırlar. Bir dəfə məscidə gedən birisi ilə rastlaşdım. 
Haraya getdiyini xəbər aldım. Cavab verdi ki: “Məscidə. Gedirəm 
ki, insanlarla danışım, yolunu azmış əş`əriləri

 elmimlə susdu-
rum.” Ona dedim: “Sənə bundan daha faydalı, daha üstün iş gös-
tərimmi?” Təəccübləndi: “Nədir, o faydalı və üstün iş?” Ona aşa-
ğıdakıları tövsiyə etdim: “Quranın əsası və özü sayılan “möhkəm” 
ayələrdən yapış, “mütəşabeh” (mənası aydın olmayan) ayələrdən, 
bu mövzuda müsbət və ya mənfi mübahisələrdən, hücum və ya 
müdafiədən uzaq ol. Belə ki, Allah təala buyurub:  
“(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. 
                                                 
1
 Hədisi Abdullah ibn Abbasa (Allah ondan razı qalsın!) istinadən İbn Əsa-
kir rəvayət edib.  

 Əş`ərilər: Sünni kəlam məktəblərindən biri sayılan əş`əriliyin tərəfdarları-
na verilmiş ad. Banisi Əbülhəsən Əli ibn İsmayıl əl-Əş`əri olan əş`ərilik mö-
təzilənin “ilahiləşdirilmiş” ağıl, Quranın sonradan yaradılması, ilahi müdaxi-
lənin olmadığı  mütləq iradə azadlığı  və s. iddialarına qarşı çıxaraq bu iddia-
lara meydan oxumuşdu. O bildirirdi ki, ağıl islamın irrasional mahiyyətlərini 
(qeyb məsələləri və s.) izah etmək gücünə sahib deyil – tərcüməçinin qeydi.   


Yüklə 8,26 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə