Microsoft Word qurbanov veis docx



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix23.01.2018
ölçüsü1,11 Mb.
#22079
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

58 

 

ekv.-ə qədər yüksəlir. Duzların tərkibində SO



2

4



və  Na

+

ionları üstünlük təşkil edir 



və onların miqdarı torpağın orta qatlarında xeyli çoxalır. 

Müһitdə misin çoxluğu һeyvanlarda əmələ gələn bir sıra xəstəliklərdə özünü 

göstərir. Müһitdə sink artıqlığı da bir sıra bitkilərdə morfoloji dəyişikliklərə səbəb 

olur  ki,  bunun  da  nəticəsində  bitki  öz  formasını  itirir.  Kobaltın  çatışmaması 

nəticəsində  һeyvanlarda  akobaltoza  xəstəliyi  yaradır.  Müһitdə  molibden  artıqlığı 

һ

eyvanlar  arasında  endemik  molibden  toksikozuna,  insanlarda  isə  endemik 



podaqra xəstəliyinə səbəb olur. Mühitdə yodun miqdarı az olduqda qalxanabənzər 

vəzi  kifayət  qədər  tiroksin  hasil  edə  bilmir  və  zob  xəstəliyi  yaranır.  Rayonda 

geokimyəvi  cəһətdən  ekoloji  gərginliyə  səbəb  olan  əsas  amillər  buradakı 

landşaftlarda (xüsusən torpaqda və sətһ sularında) kobalt, ftor və yod kimi sağlam 

һə

yat  üçün  zəruri  olan  kimyəvi  elementlərin  çatışmaması,  mərgümüş,  civə, 



qurğuşun,  molibden,  bor    kimi  konserogen  xarakterli  mikroelementlərin  çox 

olmasıdır.  Şəki  ərazisindən  götürülmüş  torpaqların  tərkibində  civə,  molibden, 

gümüş  və  sirkonium  müşaһidə  edilməmiş,  mis,sink,  nikel  və  kobaltın  təxminən 

ümumdünya klarkı səviyyəsində, vanadium, mərgümüş və xromun klarka nisbətən 

çox olduğu müəyyənləşdirilmişdir. 

 

2.6.Böyük  Qafqazın  şimal-şərq  və  cənub-qərb  yamaclarında  ekoloji 

mühitin  nizamlanması  yolları.  Respublikamızın  bütün  təbii  zonalarında  torpaq 

eroziyasının yayılması və intensivliyinin öyrənilməsi üzrə geniş tədqiqat işləri və 

bir  çox  başqaları  tərəfindən  aparılmışdır.  K.Ə.Ələkbərov  torpaq  eroziyası  üzrə 

aparılmış  tədqiqatların  nəticələrini  cəmləşdirərək  Azərbaycan  Respublikasının 

torpaq  eroziyası  xəritəsini  tərtib  etmişdir.  Azərbaycanda  Şəki-Zaqatala  zonasında 

eroziya  prosesinin  əmələ  gəlməsinə  və  inkişafına  təbii-tarixi  amillərdən  –  relyef, 

iqlim,  ərazinin  geoloji-geomorfoloji  quruluşu,  torpaqəmələgətirən  suxurların 

kimyəvi  tərkibi,  torpaq-bitki  örtüyü  də  ciddi  təsir  göstərir.  Eroziya  prosesinin 

ə

mələ  gəlməsində  ərazinin  relyefi  böyük  rol  oynayır.  Ərazinin  relyefi  eroziyanın 



ş

iddətlənməsinə  təsir  göstərərək  özü  də  eroziyanın  təsirindən  tədricən  dəyişir. 

Məsələn,  hazırda  təsadüf  etdiyimiz  relyef  və  onun  müxtəlif  formaları  –  qobular, 

dərələr  suyun  dağıdıcı  qüvvəsinin  təsirindən  torpaqların  tədricən  yuyulması 

nəticəsində  əmələ  gəlmişdir.  Eroziyanın  şiddətli  getməsinə  yamacların  meylliyi, 

uzunluğu, forması böyük təsir göstərir. Araşdırmalar göstərir ki, yamacın meylliyi 

30-dən 20-ə azaldıqda hər hektar sahədən torpağın yuyulması 6-19 m

3

-dən 12 m



3

-ə 


qədər azalır.  Eroziya prosesinin şiddətlənməsinə yamacın forması da təsir gostərir. 

Belə  ki,  qabarıq  formalı  yamaclarda  səthi  su  axınının  sürəti  artdığı  üçün  eroziya 

prosesi  şiddətli  şəkildə,  çökək  formalı  yamaclarda  isə  nisbətən  zəif  gedir.  Düz 

yamaclarda  eroziyanın  intensivliyi  sahənin  meylliyindən  asılı  olaraq  dəyişir. 

Talaçay,  Muxaxçay,  Kişcay,  Kürmükçay,  Şəmkirçay  və  başqa  çay  hövzələrində 

eroziya bazisi dərin olan yerlərdə səthi eroziya şiddətli gedir və yamacların qobu 

şə

bəkəsi ilə parçalanması müşahidə edilir. Məhəlli eroziya bazisinin aşağı düşməsi 



nəticəsində  yamacların  meylliyi  artır  və  təzə  qobuların  əmələ  gəlməsi  ilə  yanaşı 

olaraq sönmüş qobuların təzədən genişlənməsi başlayır. Məhəlli eroziya bazisinin 

dərinliyi ilə yanaşı olaraq səthi eroziyanın şiddətli şəkildə getməsinə sahənin qobu 



59 

 

və  ya  yarğan  şəbəkəsi  ilə  parçalanması  da  böyük  təsir  göstərir.  Bu,  onunla  izah 



edilir  ki,  ərazi  qobu  şəbəkəsi  ilə  parçalanmış  olduqda  səthi  su  axınının  əmələ 

gəlməsinə  şərait  yaranır  və  bununla  əlaqədar  olaraq  torpaq  tədricən  yuyulur, 

münbitliyi azalır. 

Eroziya  prosesinin  əmələ  gəlməsinə  sahənin  geoloji  quruluşu,  torpaqların, 

süxurların mexaniki, mineroloji, kimyəvi tərkibi də böyük təsir göstərir. Yuxarıda 

gostərilənlərdən  asılı  olaraq  torpağın su-fiziki xassələri, xüsusən  su sızdırması və 

sututumu dəyişir. Bununla yanaşı, torpağın kimyəvi tərkibi ana suxurun mineroloji, 

kimyəvi  tərkibindən  asılı  olaraq  dəyişir.  Ana  suxurun  su-fiziki  xassələri  eroziya 

prosesinin şiddətli getməsinə və sürüşmələrin əmələ gəlməsinə ciddi təsir gostərir. 

Torpaq qatı altında su keçirməyən gilli suxurlar olduqda eroziya şiddətli gedir və 

sürüşmə hadisəsi müşahidə edilir. Bunun əksinə, allüvial çöküntülər olan sahələrdə 

düşən    yağıntılar  tədricən  torpağa  hopur  və  sürüşmə  prosesi  baş  vermir.  Eroziya 

prosesinin əmələ gəlməsi yağıntılar ilə sıx əlaqədardır. Belə ki, torpağı dağıdıb özu 

ilə  aparan  suyun  miqdarı  düşən  yağıntıların  miqdarından və  formasından  asılıdır. 

Respublikanın  dağlıq  hissəsində  müşahidə  edilən  leysan  yağışlarının  intensivliyi, 

ümumiyyətlə,  çox    olur  və  bunun  da  nəticəsində  sel  hadisələri  baş  verir. 

Azərbaycanda  şiddətli  leysanlar  daha  çox  Böyük  Qafqazın  cənub  yamacında 

müşahidə edilir. Böyük Qafqazın cənub yamacında bir gündə 50-60 mm miqdarda 

düşən leysanlar hər il və 80-100 mm miqdarda düşən leysanlar isə 20 ildə bir dəfə 

müşahidə  edilir.  Bu  leysanlar  çılpaq  yamaclarda  eroziya  prosesinin  şiddətli 

getməsinə və sel  hadisələrinin baş  verməsinə  səbəb olur.  Səthi  su  axınının  əmələ 

gəlməsinə  və  onun  miqdarına  torpağın  su  sızdırması  böyük  təsir  göstərir.  Su 

sızdırması yaxşı olan sahələrdə yağıntılar torpağa hopur və səthi su axınının əmələ 

gəlməsi müşahidə edilmir. Yüngül gillicəli, qumsal torpaqların su sızdırması yaxşı 

olduğu  üçün  eroziya  prosesi  zəif  gedir.  Bunun  əksinə,  ağır  gillicəli  torpaqlarda 

bitki  örtüyü  olmadıqda  eroziya  şiddətli  gedir.  Strukturlu  torpaqlara  atmosfer 

cöküntüləri  düşdükdə  dərhal  torpağa  hopur  və  gec  buxarlanır,  onun  su  tutumu 

yüksək,  su,  hava  və  istilik  rejimləri  əlverişli  olur.  Strukturlu  torpaqlarda  aqreqat 

daxilində  kapilyar  və  aqreqatlararası  qeyri-kapilyar  məsamələr  vardır.  Bu 

torpaqlarda mikrobioloji proseslər əlverişli şəraitdə gedir və bitkilərin kökləri həm 

üfüqi,  həm  də  şaquli  istiqamətdə  inkişaf  edərək  torpaq  hissəciklərini  bağlayır  və 

pozulub dağılmaqdan qoruyur. 

Eroziya  hadisəsi  su  eroziyası  və  külək  eroziyası  şəkilində  baş  verir.  Dağlıq 

şə

raitində  yamaclarda  əsasən  su  eroziyası  daha  geniş  yayılıb.  Burada  eroziya 



prosesinin güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və 

eroziyaya  qarşı  aqrotexniki  tədbirləri  həyata  keçirmədən  yamacların  şumlanması, 

dağ  –  çəmən    zonasında  isə  çim  qatının  dağıdılmasıdır.  Belə  sahələrdə  yağmur 

suları  torpağa  hopa  bilməyindən  səthi  su  axımı  əmələ  gətirir  və  torpağı  yuyub 

aparır,  bir çox hallarda isə qobu və yarğanların əmələ gəlməsinə səbəb olur. Bu isə 

çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib çıxarır. 

Bu  cür  arzu  olunmayan  hala  demək  olar  ki,  ölkənin  dağ  rayonlarında  rastlaşırıq. 

Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin 

yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi daha intensiv gedir. 



Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə